Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1232/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi sənədləşdirilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı ünvan 2 ünvanında yerləşən 47 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi X2, İddiaçı1 və İddiaçı2 Əliheyədr qızının adına sənədləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əliheydər İbrahimov küçəsində yerləşən 47 nömrəli evin 3/5 hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3, 3/10 hissəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 və 1/10 hissəsi isə ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı2 məxsusdur. Onlar, yəni, İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən 47 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi sənədləşdirilməsinə razı olsalar da, digər payçı (bacıları) X1 torpaq sahəsinin sənədləşdirilməsinə razı deyil. ünvan 2 ünvanında yerləşən 47 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi sənədləşdirilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ərizəsinə verilmiş 02.06.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “müraciəti ilə əlaqədar bildirirlər ki, əmlak barədə sərəncam verilməsi bütün payçıların razılığı əsasında həyata keçirilir. Bu səbəbdən, İddiaçı1, İddiaçı2 və X2 torpaq sahəsinin paylı şəkildə sənədləşdirilməsinə etiraz etməmələri barədə notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin təqdim edilməsi məqsədəuyğundur”. İş üzrə hazırlıq iclası 13.04.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və ona imtina cavabı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, lakin buna baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı mövcud iddia tələbini irəli sürmüşdür. Yəni, bununla da, iddia əsl olmayan cavabdehə qarşı qaldırılmışdır. Bununla bağlı, iddiaçılar tərəfindən məhkəməyə hər hansı bir ərizə təqdim edilməmişdir. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə İddiaçı2 – 1/10 hissədə (********** qeydiyyat nömrəli, 29.11.2018-ci il qeydiyyat tarixli), X3 – 3/5 hissədə (********** qeydiyyat nömrəli, 20.07.2018-ci il qeydiyyat tarixli) və İddiaçı1 – 3/10 hissədə (********** qeydiyyat nömrəli, 27.11.2018-ci il qeydiyyat tarixli) məxsusdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, torpağa dair istifadə hüquqları mövcuddur. Bundan əlavə, iş materiallarında sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasport mövcuddur. İddiaçılar həmin texniki pasporta əsaslanaraq hazırki iddia ərizəsini irəli sürməklə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi X2, İddiaçı1 və İddiaçı2 adına sənədləşməsini xahiş edirlər. Məhkəmə həmin tələblə bağlı iddianın mümkün sayılmaması qənaətinə gələrək, iddiaçılara izah edir ki, iddia etdikləri daşınmaz əmlaka münasibətdə paylı mülkiyyətçi statusları olduğundan, ümumi daşınmaz əmlaka dair vahid əmlak kimi qeydiyyata alınma ilə bağlı digər paylı mülkiyyətçi X4 razılığı olmadan cavabdehə qarşı tələb irəli sürə bilməzlər. Belə ki, daşınmaz əmlaka dair hüquqların vahid əmlak kimi qeydiyyata alınması üçün daşınmaz əmlakın bütün mülkiyyətçilərinin razılığı alınmalıdır. İddiaçılar əmlakın digər mülkiyyətçisi X2 razılığını alaraq, müvafiq səlahiyyətli inzibati orqana (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə) əmlak hüquqları ilə bağlı sənədləşmə işlərinin aparılması haqqında ərizə ilə müraciət etdikdən sonra, İdarə tərəfindən mülkiyyətçilərin ərizəsi ilə bağlı imtina edildiyi halda, həmin inzibati orqana qarşı aidiyyəti üzrə inzibati məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilərlər. Beləliklə, məhkəmənin qənaətinə görə hazırki iddianın qaldırılmasında əsas məqsəd iddiaçıların paylı mülkiyyətində olan fərdi yaşayış evinə deyil, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və ümumilikdə vahid əmlaka dair cavabdeh tərəfindən qeydiyyat aparılmasından ibarətdir ki, iddiaçılar sözügedən əmlaka münasibətdə yalnız özləri subyektiv hüquqa malik deyildirlər. Həmin ünvanda yerləşən daşınmaz əmlaka iddiaçılarla birlikdə X2 da, subyektiv hüququ mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçıların hazırki iddianı qaldırmaqda, əmlakın digər mülkiyyətçisi X5 olmadan subyektiv hüquqları mövcud deyildir. Belə ki, onlarla cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu və həmin orqan tərəfindən onun subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçılar iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1232/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1232/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver