Məhkəmə qərarları › İş №2-1(112)-1232/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1232/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1232/2022 16.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışda dəyişiklik edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışda dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1/25 saylı qərarına və “Bənövşə” bağçılıq yoldaşlığı yığıncağının xx.xx.1999-cu il tarixli 01 saylı protokoluna əsasən mülkiyyətə verilmiş 64 nömrəli bağın torpaq sahəsinin 1200 kvadrat metr (0,12 ha) olması nəzərə alınaraq, A seriyalı, 506234 nömrəli, xx.xx.2014-cü il tarixli plan və ölçünün tərtibi zamanı heç bir qanuni əsas olmadan kəsilmiş 62 kvadrat metrdən ibarət olan hissəyə dair mülkiyyət hüququnun qeydiyyata alınmaqla, xx.xx.2020-ci il tarixdə 982 nömrəli reyestr kitabının 93112 nömrəli vərəqində qeydiyyatı aparılmış çıxarış üzrə 138 kvadrat metr torpaq sahəsi ilə birləşdirilməsini (62+138=200 kvadrat metr (0,2 ha) torpaq sahəsi) və bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Bənövşə” b/y-nın 64 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin torpaq sahəsinin ölçüsü hissəsinə düzəliş edilərək nəzərə alınmayan 62,22 kv.m əlavə edilməklə yazılması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1/25 saylı qərarına və “Bənövşə” bağçılıq yoldaşlığı yığıncağının xx.xx.1999-cu il tarixli 01 saylı protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1200 kvadrat metr (0,12 ha) torpaq sahəsi olan “Bənövşə” b/y-nın 64 nömrəli bağ sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Sözügedən sənədlər üzrə 64 nömrəli bağın torpaq sahəsi 1200 kvadrat metr (0,12 ha) olduğu halda, heç bir qanuni əsas olmadan 62,22 kvadrat metr kəsilərək 1137,78 kvadrat metr torpaq sahəsinə dair iddiaçının adına AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən A seriyalı, 506234 nömrəli, xx.xx.2014-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü, eləcə də, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən №AA 067188 saylı, xx.xx.2014cü il tarixli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Daha sonra cavabdeh tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1137,78 kvadrat metr (0,113778 ha) torpaq sahəsi olan “Bənövşə” b/y-nın 64 nömrəli bağ sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 532 nömrəli reyestr kitabının 50350 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan sonra xx.xx.2016-cı il tarixli 4Ə-1388 nömrəli alqı-satqı müqaviləsinə əsasən 1137,78 kvadrat metr (0,113778 ha) torpaq sahəsinin 600 kvadrat metr (6 sot - 0,6 ha) sahəsi və xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən 400 kvadrat metr (4 sot - 0,4 ha) sahəsi satılmışdır. Cavabdeh tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bənövşə” b/y-nın 64 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,0138 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə 982 nömrəli reyestr kitabının 93112 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bağ sahəsi iddiaçının istifadəsinə verildiyi tarixdən, yəni xx.xx.1999-cu il tarixdən 1200 kvadrat metr (0,12 ha) torpaq sahəsi ilə bərabər ona bitişik olan əlavə təxminən 600 kvadrat metrə yaxın (6 sot - 0,6 ha) torpaq sahəsi də iddiaçı tərəfindən birlikdə hasara alınmaqla bugünədək faktiki olaraq istifadə edilməkdədir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, mülkiyyətinə verilmiş 64 nömrəli bağın torpaq sahəsinin 1200 kvadrat metr (0,12 ha) olması nəzərə alınaraq, heç bir qanuni əsas olmadan kəsilmiş 62 kvadrat metr torpaq sahəsinin 138 kvadrat metrlə birləşdirilməsini (62+138=200) və xx.xx.2020-ci il tarixdə 982 nömrəli reyestr kitabının 93112 nömrəli vərəqində qeydiyyata alınmış sonuncu çıxarışa düzəliş edilərək (62+138=200) 200 kvadrat metr (0,2 ha) torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması xahiş etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli **********30 nömrəli məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qanunvericiliklə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları müəyyən edilsə də, cavabdeh qeyd edilən əsasların heç birinə istinad etmədən ərizə üzrə tələbin yerinə yetirilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunsa da, etiraz məhkəməyə təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********97 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********70 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, bağ sahəsinin dövlət reyestrində qeydiyyatı aparılan zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən həmin bağ sahəsinə texniki baxış keçirilmişdir. Baxış zamanı hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin ölçüsü 0,12 ha qeyd olunsa da, faktiki olaraq 0,1138 ha təşkil etdiyi müəyyən edilmişdir. Bu səbəbdən dövlət reyestrindən çıxarışda torpaq sahəsinin ölçüsü 62 kv.m az qeyd olunmuşdur. Müraciətdə qeyd edilən 0,06 ha torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun olaraq 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən hüquqmüəyyənedici sənədlər (icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) əlavə edilməklə ərizə ilə müraciət etməyi məqsədəmüvafiqdir. - “Bənövşə” bağçılıq yoldaşlığı yığıncağının xx.xx.1999-cu il tarixli 01 saylı protokolundan və ondan çıxarışdan görünür ki, ümumi sahəsi 1200 kvadrat metr (0,12 ha) olan “Bənövşə” b/y-nın 64 nömrəli bağ sahəsi İddiaçı verilmişdir. - xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı ölçüsü 0.053778 ha olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bənövşə” b/ynın 64 saylı bağ sahəsinin 0,04 ha hissəsini X1. - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bənövşə” b/y-nın 64 saylı bağ sahəsinin bölgü sxeminin surətindən görünür ki, həmin bağ sahəsinin 0,04 ha hissəsi X2, 0,0137.78 ha hissəsi isə İddiaçı məxsusdur. - DƏDRX tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş A № 506234 saylı olan torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Bənövşə» b/y-nın 64 saylı bağ sahəsinin sahəsi 0.1137.78 ha göstərilmişdir. - DƏDRX tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş № AA 067188 saylı olan torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Bənövşə» b/y-nın 64 saylı bağ sahəsinin sənəd üzrə 0.12 ha göstərilsə də, torpaq sahəsinin göstəricilərində torpaq sahəsinin ölçüsü 0.1137,78 ha göstərilmişdir. - DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Bənövşə» b/y-nın 64 saylı 0.1137,78 ha ölçülü bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, sahəsi 0.0138 ha olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Bənövşə» b/y-nın 64 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş AA № 567301 saylı olan torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Bənövşə» b/y-nın 64 saylı bağ sahəsinin sahəsi 0.0138 ha göstərilmişdir. - “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 101 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri XDS İK-nin xx.xx.1988-ci il tarixli 1/25 saylı qərarına və “Bənövşə” bağçılıq yoldaşlıq yığıncağının xx.xx.1999-cu il tarixli 01 saylı protokoluna əsasən İddiaçı istifadəsinə verilmiş bağ sahəsinin təyinatı yaşayış məntəqəsinin torpaqlanna aiddir, sahəsi Çıxarışda 62,22 kv.metr az qeyd edilmişdir, konfiqurasiyası naturaya uyğundur, çıxarışla yaranmış fərqdə olan torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir. - 10/1055 nömrəli 04 may 2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1/25 saylı qərarına və “Bənövşə” Bağçılıq yoldaşlığı yığıncağının xx.xx.1999-cu il tarixli 01 saylı protokoluna əsasən İddiaçı istifadəsinə 1200 kv.metr bağ sahəsinin ayrıldığı, sözügedən bağ sahəsinin yaşayış məntəqəsinin torpaqlarına aid olduğu, konfiqurasiyasının naturaya uyğun olduğu müəyyən edilir. Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1/25 saylı qərarı və “Bənövşə” Bağçılıq yoldaşlığı yığıncağının xx.xx.1999-cu il tarixli 01 saylı protokolu ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 64 saylı bağ sahəsi İddiaçı ayrıldığı və həmin bağdan istifadə etməyə başladığı dövrdə 1200 kv.m-dən çox (əlavə 523 kv.metr sahə) torpaq sahəsinin mövcud olmasına baxmayaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş A seriyalı, 506234 nömrəli, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 067188 saylı, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” və RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışda həmin bağ sahəsinin 1137.78 kv.m yəni 62.22 kv.m az ( 1200-1137.78) göstərilmişdir. Yuxarıda qeyd olunan sənədlər tərtib olunarkən nəzərə alınmayan 62,22 kv.m sahənin **********63 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.013778 ha (138 kv.m) torpaq sahəsinin cənub istiqamətində yerləşdiyi müəyyən edilir. Həmin torpaq sahəsinin koordinatları aşağıdakılardır: X Y 1 425090.43 4469443.94 2 425114.73 4469444.14 3 425114.84 4469441.59 4 425090.43 4469441.38 Rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi İddiaçı faktiki olaraq istifadəsində hasar daxili ümumi sahəsi 723 kv.metr torpaq sahəsi (**********63 reyestr nömrəli Çıxarış üzrə 0.013778 ha (138 kv.m), nəzərə alınmayan 62,22 kv.m və dövlət mülkiyyətinə aid olan 523 kv.metr) vardır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Yuxarıda sadalanmış sənədlərdən məlum olur ki, Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1/25 saylı qərarına və “Bənövşə” Bağçılıq yoldaşlığı yığıncağının xx.xx.1999-cu il tarixli 01 saylı protokoluna əsasən İddiaçı istifadəsinə 1200 kv.metr bağ sahəsinin ayrılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınarkən, torpaq sahəsinin ölçüsü ilkin torpaqayırma sənədlərindən fərqli olaraq, 0.12 ha deyil, 1137.78 kv.m, yəni 62.22 kv.m az ( 1200-1137.78) göstərilmişdir. Torpaq sahəsi iddiaçı tərəfindən özgəninkiləşdirilsə də, cavabdeh tərəfindən bağ sahəsinə dair qeydlər yenə də, 1200 kv.m torpaq sahəsindən az ölçüyə, yəni 1137.78 kv.m əsasən aparılmışdır. Sonuncu dəfə cavabdeh tərəfindən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən, torpaq sahəsinin ümumi sahəsi 62.22 kv.m az göstərilmişdir. Nəticədə, iddiaçının mülkiyyət hüququ 0.02 ha üzərində deyil, ondan 62.22 kv.m az, 0.0138 ha ölçüdə qeydiyyata alınmışdır. Bununla da, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: 1.0.4. qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. 13.9. Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Müvafiq sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyindən və ona müvafiq verilmiş məhkəmə tikintitexniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1/25 saylı qərarına və “Bənövşə” Bağçılıq yoldaşlığı yığıncağının xx.xx.1999-cu il tarixli 01 saylı protokoluna əsasən İddiaçı istifadəsinə 1200 kv.metr bağ sahəsinin ayrıldığı, sözügedən bağ sahəsinin yaşayış məntəqəsinin torpaqlarına aid olduğu, konfiqurasiyasının naturaya uyğun olduğu müəyyən edilir. Bağ sahəsi iddiaçıya ayrıldığı və həmin bağdan istifadə etməyə başladığı dövrdə 1200 kv.m-dən çox (əlavə 523 kv.metr sahə) torpaq sahəsinin mövcud olmasına baxmayaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş A seriyalı, 506234 nömrəli, xx.xx.2014cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 067188 saylı, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” və RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışda həmin bağ sahəsinin 1137.78 kv.m yəni 62.22 kv.m az ( 1200-1137.78) göstərilmişdir. Yuxarıda qeyd olunan sənədlər tərtib olunarkən nəzərə alınmayan 62,22 kv.m sahənin **********63 reyestr nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0.013778 ha (138 kv.m) torpaq sahəsinin cənub istiqamətində yerləşdiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi İddiaçı faktiki olaraq istifadəsində hasar daxili ümumi sahəsi 723 kv.metr torpaq sahəsi (**********63 reyestr nömrəli Çıxarış üzrə 0.013778 ha (138 kv.m), nəzərə alınmayan 62,22 kv.m və dövlət mülkiyyətinə aid olan 523 kv.metr) vardır. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Odur ki, cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının nəzərə alınmayan 62,22 kv.m torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə qeyd edir ki, sadalanan normaların təhlili göstərir ki, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda göstərilən normalarına əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Qanunun tələblərinə əsasən əmlak üzərində hüquqların qeydiyyatı fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumatlarına əsasən aparılmalı idi. Buna riayət edilmədiyinə görə iddiaçı həmin texniki səhvin aradan qaldırılması üçün cavabdehə müraciət etsə, cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərlə rəsmiləşdirilmiş çıxarış arasında uyğunsuzluq varsa, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Bənövşə” b/y-nın 64 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin torpaq sahəsinin ölçüsü hissəsinə düzəliş edilərək nəzərə alınmayan 62,22 kv.m əlavə edilməklə yazılması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Bənövşə” b/y-nın 64 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin torpaq sahəsinin ölçüsü hissəsinə düzəliş edilərək nəzərə alınmayan 62,22 kv.m əlavə edilməklə yazılması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar