Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1232/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinə tibbi göstərişin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinə tibbi göstərişin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində minik avtomobilinə tibbi göstərişin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 başlayan zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüş əməliyyatlarında aktiv iştirak edərək ciddi qəlpə yaraları almışdır və uzunmüddətli müalicələrdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının müvafiq qərarı ilə ona 3-cü X11 statusu verilmişdir. Bir çox rayonların Kəlbəcər, Füzuli və Cəbrayıl rayonlarının azad olunmasında yaxından iştirak edərək ağır yaralanmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə bir sıra medallarla təltif olunmuşdur. X7 zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar döyüş əməliyyatlarında aktiv iştirak edərək ciddi qəlpə yaraları aldığı və uzunmüddətli müalicələrdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının müvafiq qərarı ilə ona 3-cü X11 statusu verildiyi üçün və Qarabağ Əlillərinin mənzil məişət şəraitinin yaxşılaşdırılmasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən ona Qaradağ rayonu, Ümid qəsəbəsi, Bina 5,mənzil 56 ünvanında mənzil verilmişdir və hazırda ailə üzvləri ilə birlikdə yaşayır. Xəstəlik haqqında şəhadətnamənin surətindən göründüyü kimi onun bir sıra müayinə və müalicəyə ehtiyyacı vardır. Belə ki, hər hansı müalicə müəssisəsinə gedib gəlməyi müəyyən çətinliklər törədir. Hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun qorunması ilə bağlı döyüşlərdə iştirak edən şəxslərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtonəqliyyat vasitələrinin verilməsi nəzərdə tutulmuşdur. Minik avtomobilinin verilməsi ilə bağlı tərəfindən cavabdehə müraciət olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/2m-8883/2024 saylı cavab məktubu ilə ona minik avtomobilinin verilməsindən imtina cavabı verilmişdir. Həmin cavab məktubunda qeyd olunmuşdur ki, göndərişdə qeeyd edilən əsas diqnoz (Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlplərlə törənmiş zədələnmələr,Partlayış yarlanması (xx.xx.2020) Sol bud və sol sağrı nahiyəsinin kor qəlpə yaralanmsı nəticəsində sol oturaq sinirin zədələnməsinə görə sol oturaq sinirin təftişi və plastikası xx.xx.2020) cərrahiyyə əməliyyatından sonrakı posttravmatik və postoperasion neyropatiyası, dərin distal parezi ilə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxşlərin reablitasiya vasitəsilə təmin edilməsi Şərtləri və Qaydası”na əssasən mink avtomobilinin təyinatına əsas vermir. Cavabdehin etirazı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçının “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış yaralanması (xx.xx.2020) Sol bud və sol sağrı nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sol oturaq sinirin zədələnməsinə görə aparılmış sol oturaq sinirin təftişi və plastikası (xx.xx.2020) cərrahiyyə əməliyyatından sonrakı posttravmatik və postoperasion neyropatiyası, dərin distal parezi ilə.; Tsekin əlavə diaqnozu: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış yaralanması (xx.xx.2020) Sol bud və sol sağrı nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sol oturaq sinirin zədələnməsinə görə aparılmış sol oturaq sinirin təftişi və plastikası (xx.xx.2020) cərrahiyyə əməliyyatından sonrakı posttravmatik və postoperasion neyropatiyası, dərin distal parezi ilə.”; 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərb əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış yaralanması( xx.xx.2020) Sol bud və sol sağrı nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sol oturaq sinirin zədələnməsinə görə aparılmış sol oturaq sinirin təftişi və plastikası (xx.xx.2020) cərrahiyyə əməliyyatından sonrakı posttravmatik və postoperasion neyropatiyası, dərin distal parezi ilə. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpə ərlə törənmiş zədələnmələr, Partlayış yaralanması( xx.xx.2020) Sol çanaq, sol bazu və sol sağrı, baldır nahiyələrinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Yumşaq toxumaların yad cismi (metal qəlpə). Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ gözün buynuz qişasının yad cismi (metal qəlpə).; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və cavabdeh tərəfindən imtina barədə qərar verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən məhkəməyə daxil olmuş T725/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1993-cü il təvəllüdlü İddiaçı əyani müayinə olunmaqla qərardadda qoyulmuş sualın yarımbəndlərində qeyd edilən xəstəliklərdən hər hansısa birinin müəyyən olunması tibbi sosial ekspertlərinin səlahiyyətlərinə aid olub, mütəxəssis sosial eksperti onu müayinə etməklə xəsatəliyini müəyyən etdikdən sonra 501 nömrəli qərara əsasən əlilin avtomobil və motorlu araba ilə təmin edilməsi məsələsinə baxa bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən məhkəməyə daxil olmuş T319/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış yaralanması (xx.xx.2020), sol bud və sol sağrı nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sol oturaq sinirinin zədələnməsinə görə aparılmış sol oturaq sinirin təftişi və plastikası (xx.xx.2020) cərrahiyyə əməliyyatından sonrakı posttravmatik və postoperasion neyropatiyası, dərin distal parezi ilə. Ağırlaşmalar: Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış yaralanması (xx.xx.2020), sol bud və sol sağrı nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sol oturaq sinirinin zədələnməsinə görə aparılmış sol oturaq sinirin təftişi və plastikası (xx.xx.2020) cərrahiyyə əməliyyatından sonrakı posttravmatik və postoperasion neyropatiyası, dərin distal parezi ilə, Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış yaralanması (xx.xx.2020), sol çanaq, sol bazu və sol sağrı, baldır nahiyələrinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismi (metal qəlpə), Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağ gözün buynuz qişasının yad cismi (metal qəlpə)” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Vətəndaş 25.11-xx.xx.2024-cü il tarixlərdə “X10”ndə “G57.0-oturaq sinirin zədələnməsi, F48.0nevrasteniya” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Onun özünün əyani müayinəsi zamanı başqa zədələnmələr, o cümlədən sağalmayan xora, oynaqlarda kəskin kontraktura aşkar edilməmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 30. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”: 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X3 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X4 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.10. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. 4.1. Bu Qaydanın müddəalarının pozulmasından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə (Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri) (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan):
57. Minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: - ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; - ağciyər çatışmazlığı, İİ dərəcəli; - bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; - hemiplegiya, nəzərəçarpan hemiparez; - nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom; - hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; - hər iki aşağı ətrafın fillik xəstəliyi; - hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; - aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; - hər iki bud-çanaq oyna-ğının ankilozu; - onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; - bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə); - aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; - hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; - əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Qanunvericiliyin yuxarıda sadalanan tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; Çernobıl AES-də qəzanın ləğvi (həmçinin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edilirlər. Yuxarıda göstərilən imtiyazlı şəxslər barəsində Nazirliyin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin minik avtomobilinə təyinatla bağlı müvafiq rəyinə əsasən Sosial Xidmətlər Agentliyində avtomobil növbəsinə götürülür və növbəlilik qaydasında avtomobillə təmin edilirlər. İş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Hərb əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış yaralanması( xx.xx.2020) Sol bud və sol sağrı nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sol oturaq sinirin zədələnməsinə görə aparılmış sol oturaq sinirin təftişi və plastikası (xx.xx.2020) cərrahiyyə əməliyyatından sonrakı posttravmatik və postoperasion neyropatiyası, dərin distal parezi ilə. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpə ərlə törənmiş zədələnmələr, Partlayış yaralanması( xx.xx.2020) Sol çanaq, sol bazu və sol sağrı, baldır nahiyələrinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Yumşaq toxumaların yad cismi (metal qəlpə). Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ gözün buynuz qişasının yad cismi (metal qəlpə) diaqnozu ilə 5 il müddətinə üçüncü dərəcə əlillik dərəcəsi verilmişdir. İddiaçının “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış yaralanması (xx.xx.2020) Sol bud və sol sağrı nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sol oturaq sinirin zədələnməsinə görə aparılmış sol oturaq sinirin təftişi və plastikası (xx.xx.2020) cərrahiyyə əməliyyatından sonrakı posttravmatik və postoperasion neyropatiyası, dərin distal parezi ilə.; Tsekin əlavə diaqnozu: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış yaralanması (xx.xx.2020) Sol bud və sol sağrı nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sol oturaq sinirin zədələnməsinə görə aparılmış sol oturaq sinirin təftişi və plastikası (xx.xx.2020) cərrahiyyə əməliyyatından sonrakı posttravmatik və postoperasion neyropatiyası, dərin distal parezi ilə.”; 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Məhkəmə icraatı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçıda minik avtomobilinə tibbi göstəriş kimi təsbit olunan xəstəliklərin möcudluğunun müəyyən edilməsi üçün ilkin və daha sonra təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən məhkəməyə daxil olmuş T319/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış yaralanması (xx.xx.2020), sol bud və sol sağrı nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sol oturaq sinirinin zədələnməsinə görə aparılmış sol oturaq sinirin təftişi və plastikası (xx.xx.2020) cərrahiyyə əməliyyatından sonrakı posttravmatik və postoperasion neyropatiyası, dərin distal parezi ilə. Ağırlaşmalar: Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış yaralanması (xx.xx.2020), sol bud və sol sağrı nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sol oturaq sinirinin zədələnməsinə görə aparılmış sol oturaq sinirin təftişi və plastikası (xx.xx.2020) cərrahiyyə əməliyyatından sonrakı posttravmatik və postoperasion neyropatiyası, dərin distal parezi ilə, Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış yaralanması (xx.xx.2020), sol çanaq, sol bazu və sol sağrı, baldır nahiyələrinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismi (metal qəlpə), Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağ gözün buynuz qişasının yad cismi (metal qəlpə)” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Vətəndaş 25.11-xx.xx.2024-cü il tarixlərdə “X10”ndə “G57.0-oturaq sinirin zədələnməsi, F48.0nevrasteniya” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Onun özünün əyani müayinəsi zamanı başqa zədələnmələr, o cümlədən sağalmayan xora, oynaqlarda kəskin kontraktura aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin həkim mütəxəssisi tibbi olaraq izah verərək qeyd etmişdir ki, tibbdə nəzərəçarpan parez və distal parez anlayışları fərqləndirilir. Bir aşağı ətrafın nəzərəçarpan parezi dedikdə bud, baldır və pəncənin birbirinə bağlı olaraq sinirlərin zədələnməsi və bir ətrafın tamamilə iflic vəziyyətinə gəlməsindən söhbət gedirsə, distal parezdə bir aşağı ətrafın üç hissəsindən birinin, məsələn pəncənin əsas üç sinirindən birinin zədələnməsi nəzərdə tutulur. İddiaçı tərəfindən təqdim edilmiş özəl tibb müəssisələrində keçirilmiş müayinə nəticələri də iddiaçıda yalnız bir sinirin zədələnməsini təsdiq edir. İddiaçının diaqnozu bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda göstərilmiş xəstəliklərin siyahısına uyğun gəlmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıda “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər mövcud olmadığından ona minik avtomobilinə tibbi göstərişin verilməsindən imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinə tibbi göstərişin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinə tibbi göstərişin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov