Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12324/2022 20.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına qarşı torpaq sahəsinin özgəninkiləşdirilməsinə icazə verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına qarşı cavabdehin üzərinə xx.xx.2009-cu il təvəllüdlü X3 valideynləri xx.xx.1965-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1967-ci il təvəllüdlü İddiaçı2 tərəfindən özgəninkiləşdirilməsinə icazə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından,iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün məhkəmənin hazırlıq icraatına başlanılmışdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X6 doğulmuşdur. Övladlarını çox sevdiklərindən, mülkiyyət sahibi olsun deyə adına Quba rayonu Qəçrəş kəndində alğı-satqı müqaviləsi əsasında 0.02 ha torpaq sahəsi, 2022-ci ildə isə Quba rayonu Vladimirovka kəndində 0.2016 ha sahəsi almışlar. Quba rayonu Qəçrəş kəndində yerləşən torpaq sahəsinə xx.xx.2022-ci il tarixində, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi tərəfindən “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Quba rayonu Vladimirovka kəndində yerləşən torpaq sahəsinə isə xx.xx.2022-ci il tarixdə çıxarış veriləcək. Cavabdehə ərizə ilə müraciət edilərək, oğulları X4 məxsus Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsindən ibarət olan payın özgəninkiləşdirilməsinə icazə verilməsini xahiş etmişlər. Ərizəsinə xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən baxılmış və xx.xx.2022-ci il tarixli, M- 204-166 nömrəli imtina cavabı verilmişdir. İmtina cavabında bildirilmişdir ki, hesab edirlər ki, X4 məxsus olan əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanılmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair müvafiq qərarın verilməsi onun yetkinlik yaşına çatdıqdan sonra özü tərəfindən müstəqil surətdə qəbul edəcəyi təqdirdə daha doğru, həm də onun mənafeyinə uyğun hesab edilə bilər. Qeyd edilənləri nəzərə alraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya № **********05) çıxarışa əsasən Quba rayonu, Qəçrəş kəndi ərazisində X4 məxsus 0.02 ha torpaq sahəsindən ibarət olan payın özgəninkiləşdirilməsi yetkinlik yaşına çatmayan övladlarının mənafeyi baxımından RİH yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən məqsədəuyğun hesab edilmir. İddiaçılar hesab edirlər ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X1 iştirakı təmin edilməmiş, onun fikri soruşulmamışdır. Əlavə olaraq onlar, uşağa yad şəxslər deyillər, onun valideynləridirlər və övladlarının qanunla qorunan hüquq və mənafelərini həmişə üstün tutmuşlar və bu gün də, tutmalıdırlar. Onların məqsədləri övladlarının cəmiyyət və ailələri üçün faydalı, sağlam fərd olaraq yetişdirmək, onun gələcəyi üçün müsbət zəmin yaratmaqdır. Eyni zamanda onlar doğma valideynlər olaraq oğullarının əmlak hüquqlarını pozmağa deyil, əksinə yaxşılaşdırmağa çalışırlar. Nəticəsidir ki, torpaq sahəsini özlərinin adına deyil. əksinə onun adına almışlar ki, gələcəkdə daşınmaz əmlakı olsun və o, gələcəkdə əmlak baxımından heç kimdən asılı vəziyyətə düşməsin. Yaşamağa, istirahət etməyə evi olsun. Onlar torpaq sahəsinin özgəninləşdirilməsində başqa məqsədlər güdsəydilər, ümumiyyətlə torpaq sahələrini övladlarının adına deyil, öz adlarına alardılar. Bir daha bildirirlər ki, Quba rayonu, Qəcrəş kəndində yerləşən torpaq sahəsini özgəninləşdirmək məqsədləri, torpaq sahəsinin satışından əldə ediləcək pulla, ilkin olaraq xəstə olan övladlarını mülaicə etdirmək, Quba rayonu, Vladimirovka kəndində oğulları X3 adına olan 0.2016 ha torpaq sahəsini abadlaşdırmaq və oğulları üçün ev tikmək, onun istirahət hüququnu təmin etmək üçün müsbət şərait yaratmaqdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddiaya uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, iddiaçıların izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli, M-204-166 nömrəli məktubu ilə iddiaçıların yetkinlik yaşına çatmayan övladları xx.xx.2009-cu il təvəllüdlü X4 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsindən ibarət payın özgəninkiləşdirilməsinə icazə verilməsi barədə ərzisəinə Komissiyanın xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2.8.1-ci bəndinə görə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları uşaqların hüquqlarını və mənafelərini müdaifə edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.5-ci maddəsinə əsasən uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Hesab edirlər ki, X4 məxsus olan əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanılmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair müvafiq qərarın verilməsi onun yetkinlik yaşına çatdıqdan sonra özü tərəfindən müstəqil surətdə qəbul edəcəyi təqdirdə daha doğru, həm də onun mənafeyinə uyğun hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya № **********05) çıxarışa əsasən Quba rayonu, Qəçrəş kəndi ərazisində X4 məxsus 0.02 ha torpaq sahəsindən ibarət olan payın özgəninkiləşdirilməsi yetkinlik yaşına çatmayan övladlarının mənafeyi baxımından RİH yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən məqsədəuyğun hesab edilmir. Hazırki iddia üzrə mübahisənin predmetini sözügedən imtina məktubunun qanunsuz hesab edilməsi ilə bağlıdır və iddianın mahiyyətindən görünür ki,iddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq imtinasının qanunsuz hesab edilməklə, onların tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsidir ki, məhkəmə hesab edir ki, həmin məsələ də, mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36-cı maddəsinin tələblərinə əsasən: 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 36.3. Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ali-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki məhkəmə icraatı qaydasıda baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 15.2-ci bəndinə əsasən bu zaman nəzərə alınmalıdır ki, İPM-nin 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-nin müddəalarına uyğun olaraq baxmağa səlahiyyət: inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraat qaydasında, habelə inzibati xətalara işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müracət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh edilən əsaslara görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı mülki münasibətlərindən yaranan məsələlər barəsində mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmasın. İddiaçılar İddiaçı1 və İddiaçı2 aidiyyəti üzrə ümumi (rayon) məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-12324/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12324/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver