Məhkəmə qərarları › İş №2-1(112)-1233/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1233/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1233/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun (Bakı şəhərində qeydiyyatdadır, “Verdiktum” vəkil bürosunun vəkili) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz ikinci qrup əlilliyin qeydə alınması öhdəliyinin qoyulması” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq müddətsiz ikinci qrup əlilliyin qeydə alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə, əlilliyə görə müddətsiz əmək pensiyasının ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30 mart 1991-ci il tarixdə X3 gedən zaman Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini 709 və 181 saylı Hərbi birliklərdə keçərək Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə iştirak etmiş və Ağdamın işğaldan azad edilməsi uğrunda döyüşmüşdür. Bu döyüşlər zamanı Ağdam rayonunun Abdal Gülablı kəndi yaxınlığında gedən qızğın döyüşlər zamanı düşmən tərəfdən atılan artilleriya mərmisinin partlaması nəticəsində ağır yaralanmışdır. Bundan sonra müalicə olunmaq üçün Hərbi Hospitala yollanmış və orada müayinə zamanı iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmət dövründə qazanılan “şizofreniya paranoid forma” və “Sol dirsək oynağı nahiyyəsinin xoralaşmış kelloid çapığı, oynağın kontrakturası” və s. diaqnozlar qoyulmuşdur. 06 dekabr 1999-cu il tarixli M/V № 935193 nömrəli Vəsiqə ilə iddiaçının müharibə veteranı olduğu tam olaraq öz təsdiqini tapır. Hərbi xidmətdən tərxis olunduqdan sonra uzun müddət müalicə almağına baxmayaraq səhhəti əvvəlki qaydasına düşmədiyindən 2007-ci il tarixdə Xətai 2 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə “Ümumi əlillik” səbəbi ilə əmək qabiliyyətsiz hesab edilmiş və ona 2-ci qrup əlillik verilmişdir. Məhz buna görə də hərbi xidmətdən 1996-cı il tarixdə tərxis olunmağına baxmayaraq onda olan xəsarətlərin hərbi xidmət dövründə alınması barədə heç bir qeyd edilmədiyindən əlillik də iddiaçıya ümumi səbəbdən verilmiş və hərbi xidmətdə xəsarət alınmağı TSEK-da qeyd edilməmişdir. Qeyd edilən problemin aradan qaldırılması üçün o, 2013-cü il tarixdə hüquqi faktın tanınmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 mart 2013-cü il tarixli 2(011)-61/2013 saylı Qətnaməsinə əsasən, iddiaçının ərizəsi təmin edilmiş, hərbi xidmət vəzifələrini yerinə yetirərkən 1993-cü ilin iyul ayının 18-də Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmağı faktı müəyyən edilmiş, həmin qətnamə 15 aprel 2013-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bundan sonra o, Bakı şəhəri Xətai rayon ƏSMM tərəfindən 16 sentyabr 2013-cü il tarixdə Qarabağ müharibəsi əlili vəsiqəsi ilə təmin olunmuşdur. xx.xx.2007-ci il tarixli SER TSE-01 № 045397 saylı, xx.xx.2008-ci il tarixli SER TSE-01 № 588606 saylı və xx.xx.2010-cu il tarixli SER TSE-01 № 988797 saylı Arayışlarda Ümumi əlillik səbəbindən komissiyadan keçməyi qeyd edilsə də, xx.xx.2011-i il tarixli SER TSE-02 № 153121 saylı arayışında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmağı öz əksini tapmışdır. İddiaçı faktiki 2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlil kimi qeydə alınmış və ona İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən bu ilin fevralınadək o, İİ qrup əlillər üçün nəzərdə tutulan əmək pensiyasını alsa da bu ilin fevral ayında Tibbi Sosial Ekspert Komissiyasına müayinə üçün dəvət olunmuşdur. Həmin tarixdə müayinələrdən keçərək sənədlərini Komissiyaya təqdim etsə də sənədlərində çatışmamazlıq aşkar olunduğundan iddiaçıdan bəzi sənədlərin təqdim edilməsi istənilmişdir. O, çatışmayan sənədləri də toplayaraq yenidən komissiyaya təqdim etmişdir. Bakı şəhəri 7 saylı Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının sədri X4 tərəfindən verilən № 0170003AAD8G saylı xx.xx.2021-ci il tarixli bildirişdən də görünür ki, onun sənədləri xx.xx.2021-ci il tarixdə TSEK-na göndərilmişdir. Həmin tarixdən artıq 35 gün keçməsinə baxmayaraq bu günə kimi iddiaçının sənədləri barəsində heç bir yekun qərar verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə 7 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Şizofreniya paranid forma natamam remissiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şizofreniya paranid forma natamam remissiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin Poliklinikanın xx.xx.2015-ci il tarixli 0170003AABUN saylı göndərişi əsasında “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Şizofreniya paranoid forma, natamam remissiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Paranoid şizofreniya” səbəbi ilə bir il müddətinə iddiaçıya əlillik dərəcəsi verilmişdir. Həmin Poliklinikanın xx.xx.2016-cı il tarixli 0170003AACC6 saylı göndərişi əsasında “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi; Diaqnozun mətni: Uzvi mənşəli şəxsiyyət pozuntusu.Baş-beyin travmatik xəstəliyi; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2021-ci il tarixli 0170003AAD3B saylı göndəriş əsasında “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Əsas diaqnoz F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beynin travmatik xəstəliyi (keçirilmiş KBT) nəticəsində kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu,yaddaş zəifləməsi ilə. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beynin travmatik xəstəliyi (keçirilmiş KBT) nəticəsində kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu,yaddaş zəifləməsi ilə. Yanaşı xəstəliklər M23.3 Meniskin digər zədələnmələri, Sol diz oynağının menisk yırtığı.Sidik turşusu diatezi; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: -Xəstənin əmək müqaviləsi var əmək qabliyyətinin itirilmə vərəqələrinin günləri reysterdə göstərilməyib dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 0170003AAD3B saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beynin travmatik xəstəliyi (keçirilmiş KBT) nəticəsində kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu,yaddaş zəifləməsi ilə; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınn məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bununla əlaqədar iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir.Cavabdeh göstərilənlərə əssən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Ələkbər-zadə Faiq Zakir oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin və vəkilinin çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri və iddia tələbini nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1973-cü il təvəllüdlüdür. 0170003AAD8G nömrəli xx.xx.2021-ci il tarixli həkim məsləhət komissiyasının bildirişinə əsasən iddiaçı 7 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. xxxxxxx0003 nömrəli xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin müayinə barədə çıxarışına əsasən iddiaçıya ikinci dərəcəli əlillik təyin olunmuş, səbəbi isə - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı olmuşdur. Xətai rayon ƏSMM tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli vəsiqəyə əsasən Əhmədov X5 müharibəsi əlilidir. Xətai Rayon RHK tərəfindən verilmiş 035193 nömrəli vəsiqənin surətinə əsasən İddiaçı müharibə veteranıdır. İddiaçı bundan əlavə iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə SER TSE-01 saylı 045397 nömrəli arayışın, SER TSE-01 saylı 588606 nömrəli TSEK-də müayinə aktından çıxarışın kötüyünün, SER TSE-01 saylı 988797 nömrəli arayışın, SER TSE-02 saylı 153121 nömrəli arayışın, SER TSE-01 saylı 185851 nömrəli arayışın, SER TSE-01 saylı 185851 nömrəli TSEK-də müayinə aktından çıxarışın surətlərini məhkəməyə təqdim etmişdir, həmin sənədlərə əsasən iddiaçıya xx.xx.2007-ci ildə ikinci dərəcəli əlillik (ümumi) müəyyən edilmiş, əmək qabiliyyətsiz olması göstərilmişdir,1509.2008-ci ildə yenidən İİ dərəcəli əlillik müəyyən edilmiş, əmək qabiliyyətsiz olması göstərilmişdir,bundan sonra da xx.xx.2010-cu və xx.xx.2011-ci,24.07.13-cü illərdə yenidən onun 2-ci qrup əlil olması müəyyən edilmiş, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar olması qeyd edilmiş, əmək qabiliyyətsiz olması göstərilmişdir. Cavabdeh subut qismində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı barədə alt sistemdən çıxarışlarını məhkəməyə təqdim etmişdir. TQS saylı 027 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən İddiaçı əsas xəstəlik baş beyinin travmatiki xəstəliyi (kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu, yaddaş zəiflməsi) müəyyən olunmuşdur. Azərbaycan Respublkası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 300 nömrəli qərarına əsasən vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin iyul ayında aldığı və xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə oldunduğu yaralanmanın nəticəsi- diaqnoz: «Sol dirsək oynağı nahiyyəsinin xoralaşmış kelloid çapığı, oynağın kontrakturası ilə» (Bakı ş, Xətai rayon idarəsinin xx.xx.2013-cü il tarixli 656 saylı göndərişi və arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.1996-cı il tarixli çıxarış epikrizi, Xətai rayon məhkəməsinin 2(011)-61/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi, MN MHHK-nın həkim cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» və hərbi xidmət keçərkən xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə kimi 2 nömrəli kliniki psixiatrik xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «Şizofreniya, paranoid forma» (2 nömrəli klinik psixiatrik xəstəxanasından verilmiş xx.xx.1996-cı il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-psixiatrın və hüquq məsləhətçinin rəyləri ilə təsdiq edilir) xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 375 saylı qərarı ləğv edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki,iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, müharibə veteranıdır, 2007-ci ildən İİ qrup əlildir, əmək qabiliyyətsizdir, eyni zamanda onun 2013-cü ildə inzibati orqan tərəfindən verilmiş vəsiqəyə əsasən müharibədə əlil olması müəyyən olunur, «Sol dirsək oynağı nahiyyəsinin xoralaşmış kelloid çapığı, oynağın kontrakturası ilə» və «Şizofreniya, paranoid forma” diqnozları ilə xəstəlikləri ilə hərbi xidmət dövründə xəstələnmişdir, xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli göndərişlər əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Psixi pozğunluqlar və davranış pozğunluqları, Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları Paranoid şizofreniya” diaqnozu ilə hər dəfə bir il müddətinə 2-ci əlillik dərəcəsi verilmişdir, xx.xx.2016-cı ildə “Psixi pozğunluqlar və davranış pozğunluqları, Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar, Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi; Diaqnozun mətni: Uzvi mənşəli şəxsiyyət pozuntusu.Baş-beyin travmatik xəstəliyi” diaqnozu ilə “Qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə 2ci əlillik dərəcəsi verilmişdir. xx.xx.2021-ci ildə “Psixi pozğunluqlar və davranış pozğunluqları, Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar, Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Əsas diaqnoz Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beynin travmatik xəstəliyi (keçirilmiş KBT) nəticəsində kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu, yaddaş zəifləməsi ilə. Ağırlaşma.Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beynin travmatik xəstəliyi (keçirilmiş KBT) nəticəsində kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu,yaddaş zəifləməsi ilə. Yanaşı xəstəliklər Meniskin digər zədələnmələri, Sol diz oynağının menisk yırtığı.Sidik turşusu diatezi;” diaqnozu ilə göndəriş verilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya əlillik dərəcəsi müəyyən edilməsindən imtina edilmiş, imtinanın səbəbi kimi “Göndərişin natamam doldurulması - Səbəb: -Xəstənin əmək müqaviləsi var əmək qabliyyətinin itirilmə vərəqələrinin günləri reysterdə göstərilməyib dəqiqləşdirilsin”göstərilmişdir. xx.xx.2021-ci ildə yenidən “Psixi pozğunluqlar və davranış pozğunluqları. Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar.Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beynin travmatik xəstəliyi (keçirilmiş KBT) nəticəsində kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu,yaddaş zəifləməsi ilə” diaqnozu ilə əlilliyin müəyyən edilməsi üçün göndəriş verilmiş, yenidən cavabdeh imtina cavabı vermişdir, imtinanın səbəbi kimi ”Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” göstərilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi – İddiaçı müddətsiz ikinci qrup əlillik dərəcəsinin təyin edilməsinin cavabdehə həvalə edilməsindən ibarətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsində göstərilir: “Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir: “1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır... 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilmişdir: “1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbisosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.” Həmin Əsasnamənin 2-ci hissəsinin 2.4.-cü bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ...etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması; qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri; hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması ; epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə; hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə; İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri; lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər; xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İşin faktiki hallarına əsasən yuxarıda istinad edilən əsasnamənin 2-ci hissəsinin 2.4cü bəndində sadalanan xəstəliklər mövcuddur və iddiaçıya 2007-ci ildən 2021-ci ilə qədər fasiləsiz olaraq 2-ci dərəcə əlillik müəyyən edilmişdir, belə olan halda artıq iddiaçının 2017-ci ildə ona müddətsiz əlillik təyin edilməsi hüququ olmuşdur. Lakin iddiaçının həmin hüququ cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2021-ci il tarixli qərardad ilə İddiaçı hal-hazırda mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmə-tibbi ekspertizası təyin etmiş, ekspert qarşısında aşağıdakı sualları qoymuşdur: “1. xx.xx.1973-cü il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda halhazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2. Bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsasdırmı?” Lakin məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T 339/2021 nömrəli ekspert rəyindən göründüyü kimi ekspert məhkəmənin qoyduğu sualları konkret cavablandırmamışdır, iddiaçının xəstəliklərinin və qüsurlarının müəyyən edilməsi üçün müayinəsi aparılmamış, yalnız onun şifahi şikayətləri dinlənilmiş və iş materiallarında olan sənədlər ekspertiza rəyində ətraflı təsvir edilərək ekspertiza qarşısında qoyulan suallara cavab olmayan bir nəticə yazılmışdır, odur ki, məhkəmə həmin ekspertiza rəyini işin hər hansı bir halını təsdiq edən sübut kimi nəzərdən keçirmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Halbuki inzibati icraat zamanı işin bütün hallarının araşdırılması, inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə cavabdehin imtinasını formal olduğu üçün əsassız hesab edir. Cavabdehin imtinasının əsassız olmasına o da dəlalət edir ki, məhkəmə iddiaçının əyani tibbi-sosial ekspertiza müayinəsindən keçirərək onda olan xəstəliklər əsasında əlilliyin qeydə alınması barədə rəy verilməsinin cavabdehə həvalə edilməsi barədə hazırki iş üzrə 19 aprel 2022ci il tarixli qərardadını icra etmək üçün cavabdehə göndərsə də həmin qərardad icra edilməmiş, iddiaçının əyani müayinəsinin aparılmasından boyun qaçırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, onun müddətsiz ikinci qrup əlilliyinin qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadla iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əlilliyə görə müddətsiz əmək pensiyası ödənilməsi öhdəliyinin qoyulması haqqında iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq, QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin. İddiaçı müddətsiz ikinci qrup əlilliyinin qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar