Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12332/2025 22.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə, Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “yerquruluşu planının göndərilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, giriş 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istismara icazə verilməsi ilə əlaqədar olaraq yerləşdiyi torpaq sahəsinin 487 kv.m torpaq sahəsinə dair Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktını nəzərə almaqla 798 kv.m torpaq sahəsi barədə məlumatın (icarəyə götürülməsinin zəruriliyi) əks olunduğu planın (yerquruluşu planının) göndərilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, giriş 11 ünvanında yerləşən qeyri- yaşayış sahəsini (“Mübarək" şadlıq sarayı) özəlləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 saylı “ Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq qanunla tələb olunan sənədləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziliyinə təqdim edilmişdir. Fərmana uyğun olaraq aidiyyatı orqanlar tərəfindən müayinələr aparılmış və müvafiq rəylər verilmişdir. Cavabdeh İdarə tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş yerquruluşu planında qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi 0,1285 ha göstərilmişdir. Sözügedən planda torpaq sahəsinin ƏMDX-dən mülkiyyətə alınması və ya icarəyə götürülməsinin zəruriliyi qeyd edilmişdir. Bununla da istismara icazənin verilməsindən tək imtina bundan ibarət olmuşdur. İddiaçı qanunla müəyyən edilən qaydalara tam əməl etməyə hazırdır. Lakin məlumat üçün qeyd edilir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,1285 ha torpaq sahəsinin 0,0487 ha hissəsi İddiaçı MMC-yə Dövlət Aktı əsasında (JN- 1122, Kod ********) daimi istifadəyə verilmişdir. X7 bu günədək qüvvədədir və hüquqmüəyyənedici sənəd kimi qəbul edilməlidir. Belə ki, bu sənəd qüvvədə olduğu halda, orda qeyd olunan 0,0487 ha torpaq sahəsi Cəmiyyətin daimi istifadəsində olmasını təsdiqləyir. İddiaçının qalan 0,0798 ha torpaq sahəsi ilə bağlı ƏMDX ilə müvafiq icarə müqaviləsi bağlanılmasına heç bir etirazı yoxdur. İddiaçı bu barədə aidiyyatı olaraq cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin bu günədək ərizəz cavablandırılmamışdır. Bununla da qeyri-yaşayış sahəsi üzərində hüquqların qeydiyyata alınması mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı bu növ obyektlərin sənədləşdirilməsinin vahid pəncərə sistemi üzrərindən həyata keçirilməsinə və prosesin şəffaflığına xidmət edir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Belə ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinə (0.0487 ha) dair daimi istifadə hüququ verən hüquqmüəyyənedici sənəd olduğu halda, həmin sənədi nəzərə almadan cavabdeh idarənin yerquruluşu planında obyektin yerləşdiyi bütün sahənin - 0,1285 ha kimi göstərməsi yolverilməzdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə təqdim edilmiş iddianın əsas məzmunu qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlıdır. Bu məqsədə çatmaq üçün cavabdehin tərtib etdiyi yerquruluşu planında müvafiq dəyişiklik edilərək, yəni qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin 0,1285 ha deyil, 0,0798 ha göstərilməklə, son nəticədə yerquruluşu planının tərtib edilərək aidiyyatı üzrə istismara qəbul üçün göndərilməsidir. Sözügedən Fərmanın tələblərinə əsasən bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binasının və infrastruktur obyektinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş müddətdə təmin edilməsi Xidmətin vəzifəsi kimi müəyyən edilmişdir ki, cavabdeh idarə nəzərə almamışdır ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi üzərində (0,0487 ha) əşya hüququ kimi Daimi istifadə hüququ verən Dövlət Aktı mövcuddur və X7 hal-hazırda da qüvvədədir. Fərmanın əsas təyinatı son nəticədə qeyri-yaşayış sahələri üzərində hüquqların qeydiyyata alınması olduğundan cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin qoyulması düzgündür. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti giriş 11 ünvanında yerləşən və "xxxx" MMC-yə məxsus olan qeyri-yaşayış sahəsinin istismara icazə verilməsi ilə əlaqədar cavabdeh tərəfindən tərtib edilmiş yerquruluşu planının "torpaq sahəsinin mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruriyyəti barədə xüsusi qeyd" qrafasında əks olunmuş "ƏMDX-dan mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruridir" qeydinin dəyişdirilərək "torpaq sahəsinin 0.0798 ha hissəsinə ƏMDX-dan mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruridir" qeydi aparmaqla yeni yerquruluşu planının tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda baş vermiş dəyişikliklə əlaqədar olaraq cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edilir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti inzibati məhkəmə icraatına adi cəbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ. Tədqiq edilən sübutlar Torpaqdan istifadə hüququna dair JN-1122 qeydiyyat nömrəli (kod ********) Dövlət Aktına əsasən AR Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş dövlət Tİ, MHQ və ŞKİ-nin xx.xx.2003-cü il tarixli 02-a saylı qeydiyyat vəsiqəsi və Bakı şəhəri 16 saylı DNK-nun xx.xx.2001-ci il arixli 4Ə-06-869 saylı alı-satqı müqaviləsi ilə cizgidə göstərilən sərhəd daxilində (ünvan 3) 0.0487 hektar qeyri-yaşayış binasının altında olan torpaq sahəsi mövcud vəziyyətdə X2 Cəmiyyətinə istifadə üçün verilmişdir. Dövlət aktı qeydiyyat kitabında xx.xx.2004-cü il tarixində 607 nömrə ilə qeydiyyata alınıb. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş Qeyri-yaşayış X3 Kadastrında və Daşınmaz Əmlakın Dövlət Reyestrində mövcud məumatlarına dair Yerquruluşu Planı iş materiallarına əlavə olunmuşdur. IV. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli 14 iyun 2023-cü il tarixli Fərmanının: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) 2025-ci il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyri-yaşayış binasının müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyriyaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi TikintiPlanlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; 1.1.3. Nazirlik:
1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 30 (otuz) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda, habelə infrastruktur obyektinə münasibətdə həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndiskommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir 1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı:
1. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir; 1.7. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyriyaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir;
2. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür;
3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;
5. Xidmət: 5.1. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq istismarına icazə verilmiş qeyriyaşayış binasının və infrastruktur obyektinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə təmin etsin “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”nın:
1. Sənədləşdirilməsindən asılı olaraq icarəyə verilən torpaq sahələri bir neçə yerə bölünür: 1.3. Özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən və özəlləşdirilməsi nəzərdə tutulmayan (ümumi istifadədə olan və s.) torpaq sahələri; “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 624 nömrəli, 30 avqust 2007-ci il tarixli Fərmanında qeyd edilir ki, Bir sıra hallarda tikinti şirkətləri tərəfindən müəyyən olunmuş tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmaması bu tikintilərdə qəza halları, yanğınlar və orada çalışan insanların tələfatı ilə bağlı bədbəxt hadisələrlə nəticələnir. Bununla yanaşı, həmin təşkilatlar tərəfindən əmək müqavilələrinin bağlanmaması işçilərin əmək hüquqlarının pozulmasına və vergidən yayınma hallarına səbəb olur. Eyni zamanda, bəzi hallarda yerli icra və özünüidarəetmə strukturlarının nümayəndələri, dövlət məmurları tərəfindən öz vəzifə səlahiyyətlərinin aşması inşaat işləri üçün nəzərdə tutulmayan, dövlət fondunda və ümumi istifadədə olan ərazilərin tikinti üçün ayrılmasına, şəhərsalma sənədlərinə riayət edilməməsinə, ekoloji və sanitar normalarının tələblərinin pozulmasına şərait yaratmışdır İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya icarə hüququ əsasında verilmiş torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi ilə əlaqədardır. Belə ki, cavabdeh tərəfindən tərtib olunmuş yerquruluşu planında ümumi torpaq sahəsinə münasibətdə "ƏMDX-dan mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruridir" qeydi əks olunmuşdur. İddiaçı müvafiq qeydin torpaq sahəsinin 0.0798 ha hissəsinə münasibətdə əks olunmasını tələb etmişir. Yuxarıda göstərilən Fərmanın tələbindən də göründüyü kimi qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi, həmin sənəd əsasında da mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyriyaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək mütləqdir və buna dair Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Həmin müraciət əsasında da Xidmət dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyriyaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyriyaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı hazırlayıb göndərilməsini təmin edir. Fərmanın tələblərinə əsasən torpaq sahəsinin ümumi istifadədə olması birbaşa istismara icazə verilməsindən imtina əsası qismində çıxış etməsə də, 1.1.7-ci bəndin tələbləri baxımından yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətməmə kimi halından asılı etsə də, işin faktiki hallarından, iddia tələbindən göründüyü kimi, ümumiyyətlə qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsində yerləşməsi, yəni Fərmanda bir-neçə dəfə istinad edilən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən torpaq olubolmaması müəyyən edilməlidir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə nəzərə alır ki, Torpaqdan istifadə hüququna dair JN-1122 qeydiyyat nömrəli (kod ********) Dövlət Aktına əsasən AR Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş dövlət Tİ, MHQ və ŞKİ-nin xx.xx.2003-cü il tarixli 02-a saylı qeydiyyat vəsiqəsi və Bakı şəhəri 16 saylı DNK-nun xx.xx.2001-ci il arixli 4Ə-06-869 saylı alı-satqı müqaviləsi ilə cizgidə göstərilən sərhəd daxilində (ünvan 3) 0.0487 hektar qeyri-yaşayış binasının altında olan torpaq sahəsi mövcud vəziyyətdə İddiaçınə istifadə üçün verilmişdir (Dövlət aktı qeydiyyat kitabında xx.xx.2004-cü il tarixində 607 nömrə ilə qeydiyyata alınıb). Məhkəmə müəyyən edir ki, Torpaqdan istifadə hüququna dair JN-1122 qeydiyyat nömrəli (kod ********) Dövlət Aktı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının altındakı 0.0487 ha torpaq sahəsinin İddiaçı istifadəsində olması faktını təsdiq edən ilkin hüquq müəyyənedici sənəddir. Müvafiq akt qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdeh orqan müvafiq faktı təkzib edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan, icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Cavabdeh İPM-in 14-cü maddəsinə əsasən öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, mübahisələndirilən torpaq sahəsinin (ümumi 1285 kv.m) 487 kv.m hissəsi müvafiq hüquq müəyyənedici sənəd əsasında İddiaçı qanuni istifadəsində olduğundan, sahənin qalıq 0,0798 ha hissəsinə ƏMDX-dan mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruridir" qeydi aparmaqla yeni yerquruluşu planının tərtib edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı, və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi" yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilatı xarakterli tədbirlər başa çatdırıldıqdan sonra "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, iddia təmin olunmalı, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti giriş 11 ünvanında yerləşən və "xxxx" MMC-yə məxsus olan qeyri-yaşayış sahəsinin istismara icazə verilməsi ilə əlaqədar tərtib edilmiş yerquruluşu planının "torpaq sahəsinin mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruriyyəti barədə xüsusi qeyd" qrafasında əks olunmuş “ƏMDX-dan mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruridir" qeydinin dəyişdirilərək "torpaq sahəsinin 0,0798 ha hissəsinə ƏMDX-dan mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruridir" qeydi aparmaqla yeni yerquruluşu planının tərtib edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti giriş 11 ünvanında yerləşən və "xxxx" MMC-yə məxsus olan qeyri-yaşayış sahəsinin istismara icazə verilməsi ilə əlaqədar tərtib edilmiş yerquruluşu planının "torpaq sahəsinin mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruriyyəti barədə xüsusi qeyd" qrafasında əks olunmuş “ƏMDX-dan mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruridir" qeydinin dəyişdirilərək "torpaq sahəsinin 0,0798 ha hissəsinə ƏMDX-dan mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruridir" qeydi aparmaqla yeni yerquruluşu planının tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
X6