Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1234/2020 09.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı MTK-nın sədri X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «tutulma müddəti bitmiş borcların ümidsiz borc kimi silinməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MTK-nın sədri X3 Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə məhkəməyə müraciət edərək, cavabdehin 13 iyun 2018-ci il tarixli məktubunun qanunsuz hesab edilməsi və tutulma müddəti bitmiş 37971 manat 28 qəpik məbləğində vergilərin ümidsiz borc kimi silinməsi və şəxsi vərəqədən azaldılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-754/2019 saylı qərardadı ilə həmin işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi göndərilməsi qərara alınmış, aidiyyəti üzrə baxılması üçün göndərilmiş iş materialları xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1539/2019 nömrəli qərardadı ilə həmin işin icraatı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Departamentinin cavabdeh İddiaçı MTK-nə qarşı “borcun tutulması” tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul edilib və qanuni qüvvəsini alana kimi dayandırılmışdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə 2-1(112)-1234/2020 nömrəsi ilə icraatıma verilmişdir. İş üzrə icraatın dayandırılmasına səbəb olan hallar aradan qalxdıqdan sonra iş üzrə icraat təzələnmişdir. Sonradan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəzlənmişdir. İş üzrə hazırlıq icraatı ilə bağlı 09 iyun 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirdi ki, mübahisə məhkəmədənkənar qaydada öz həllini tapdığından iddiadan imtina edir və buna görə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X1 məhkəməyə yazılı vəsatət verərək bildirdi ki, mübahisələndirilən borc məbləgi Baş İdarənin 20 fevral 2020-ci il tarixli **********449400 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən İddiaçı MMC-nın şəxsi hesab vərəqəsindən silindiyindən və iddia tələbi təmin olundugundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadıgına görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «tutulma müddəti bitmiş borcların ümidsiz borc kimi silinməsi» tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1234/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1234/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver