Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1235/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi X1 cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya ailə başçısını itirməyə görə ərinin təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının itirilməsinə görə aldığı pensiyanın yenidiən qanunvericiliyə uyğun hesablanmaqla təyin edilməsi və yığılmış 12856 manat məbləğində borc məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyası məbləğinin yenidən hesablanıb mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X9 35 ildən artıq müddət ərzində, Astara Rayon Hərbi Komissarlığında müxtəlif vəzifələrdə çalışmış, 25.11.2001-ci il tarixində xəstəlikdən vəfat etmişdir. İddiaçıya 2005-ci ilədək İİ qrup əlilliyə görə pensiya təyin olunmuş, 2005-ci ildən etibarən isə yaşa görə pensiya təyin edilmişdir. Həm pensiya yaşına çatdığı üçün, həm də İİ qrup əlil oldugu səbəbindən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. 2021-ci ilin may ayına kimi, ailə başçısını itirdiyinə görə iddiaçıya 313 manat pensiya verilmişdir. Lakin həmin məbləğ doğru hesablanmamış, ərinin hərbi qulluqçu olması və 2017-ci ildən hərbçilərin ailələrinə vəfat etmiş hərbçinin qazancının 80 faizi miqdarında pensiyanın verilməsi nəzərə alınmamışdır. Cavabdehə ailə başçısının itirilməsinə görə aldığı pensiyanın 80% miqdarında təyin edilməsi və yığılmış borcun ödənilməsi ilə bağlı dəfələrlə rəsmi müraciət etməyinə baxmayaraq (2020-ci ilin noyabr və 2021-ci ilin yanvar ayları ərzində), iddiaçının müraciətinə aidiyyatı üzrə baxılmamışdır. 2020-ci ilin oktyabr ayında müraciəti zamanı qəbulunda olduğu ƏƏSMN yanında DSMF-nin əməkdaşlarına tələb etdiyi zəruri sənədləri də təqdim etmiş, lakin üzərindən aylar keçməsinə baxmayaraq hələ də heç bir rəsmi cavab almamışdır. Ən son 2021-ci ilin aprel ayının 20-də yenidən rəsmi müraciət edilmiş, həmin müraciətə 16 may 2021 -ci il tarixli cavab məktubunda əmək pensiyasının yenidən hesablanması və yeni məbləğin təyin edilməsi müəyyən olunmuş, lakin həmin məbləğ qanunvericiliyə uyğun müəyyən edilməmiş, təyin olunmalı olan məbləğdən aşağı məbləğ müəyyən edilmişdir. Belə ki, 2017-ci ildən 2021-ci ilin may ayınadək olan keçmiş müddət üçün hesablanmalı olan fərq məbləğinin və artırılmalı olan məbləğin cəmi ödənilməli olduğu halda, hissə-hissə ödənilməklə, cəmi 1690,32 manat məbləğin 8 ay 211,29 manat olmaqla əmək pensiyasına əlavə edilərək, 568,41 manat əmək pensiyası müəyyən edilmişdir. Həmin məbləğ hesablanarkən yığılmış borc məbləği, yəni fərq məbləği doğru hesablanmamış, son 3 il nəzərə alınmalı olduğu halda, çox az bir məbləğin əlavə edilməsi nəzərdə tutulmuş, həmçinin artırılmalı olan məbləğ əlavə edilməmişdir. Həmçinin, iddiaçının mərhum ərinin əmək pensiyasının yenidən hesablanmaqla müvafiq təminat xərcliyi 892,80 manat məbləğində hesablanmışdır. Lakin ailə başçısını itirməyə görə pensiya həmin məbləğin qanunvericiliyə uyğun olaraq 80 faizi ilə deyil, 40 faizi məbləğində hesablanmışdır. Belə ki, 892,80 manat məbləğində təminat xərcliyinin 80 faizi 714,24 manatdır və bu məbləğin əvəzinə 3 ildən artıqdır ki, iddiaçı X3 357.12 manat məbləğində pensiya verilmişdir. Qanunvericiliyə uyğun olaraq, son 3 ilin fərq məbləği hesablanmaqla, cəmi 12856 manat məbləğində borc məbləği ödənilməli olduğu halda qeyd edilən qurum tərəfindən yalnız 1690,32 manat məbləğində fərq məbləği müəyyən edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddia tələbinə qarşı vermiş etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 26.10.2021-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında ailə başçısını itirməyə görə əmək penisyasının yenidən hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiali tərəfindən İddiaçı verilmiş cavab məktubunda bildirilmişdir ki, mərhum Tosif Mirzəyevin övladı X14 oğluna əlilliyə görə əmək pensiyası təyin olduğundan İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası yenidən hesablanmış və müvafiq təminat xərcliyinin 40%-357.12 manat məbləğində müəyyən edilmiş, bununla yanaşı keçmiş müddət üçün ödənilməsi nəzərdə tutulan məbləğ əmək pensiyasının üzərinə əlavə olunmaqla ödəniləcəkdir. X4 vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1 dekabr 2001-ci il tarixdə İddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Eyni zamanda mərhum Tosif Mirzəyevin övladı X8 Dövlət Sosial X10 rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) miqdarında əmək pensiyası müəyyən edilir. Emil Mirzəyevin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğunu nəzərə alaraq İddiaçı əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (892,80 manat) 40 (80/2=40) faizi-357,12 manat məbləğində müəyyən edilmiş, eyni zamanda keçmiş müddət üçün yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 1690,32 manat fərq məbləği cari ilin may ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 211,29 manat) pensiyanın (357,12 manat) üzərinə əlavə olunmaqla (357,12+211,29=568,41 manat) müvafiq kart hesabına köçürülür. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Astara rayon Polis Şöbəsi tərəfindən 20.10.2003-cü il tarixdə verilmiş AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci ildə Astara şəhərində anadan olmuşdur. - Cavabdehin 16.05.2021-ci il tarixli **********6 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, X5 vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1 dekabr 2001-ci il tarixində sizə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Eyni zamanda mərhum Tosif Mirzəyevin övladı X8 Dövlət Sosial X10 rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) miqdarında əmək pensiyası müəyyən edilir. Emil Mirzəyevin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğunu nəzərə alaraq əmək pensiyanız yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (892,80 manat) 40 (80/2=40) faizi-357,12 manat məbləğində müəyyən edilmiş, eyni zamanda keçmiş müddət üçün yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 1690,32 manat fərq məbləği cari ilin may ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə - hissə (hər ay 211,29 manat) pensiyanızın (357,12 manat) üzərinə əlavə olunmaqla (357,12+211,29=568,41 manat) müvafiq kart hesabınıza köçürülür”. - Pensiya işinin materiallarından görünür ki, iddiaçıya 1 dekabr 2001-ci il tarixdə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Sonuncu dəfə iddiaçıya təyin edilmiş pensiya 27.04.2021-ci il tarixdə cavabdehin pensiyanın yenidən hesablanması barədə qərarı ilə 892,80 manat məbləğində təminat xərcliyinin 40 faiz həcmində, 357,12 manat məbləğində hesablanmışdır. - X6 məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, o, atası X4 vəfatı ilə əlaqədar yaranmış pensiya hüququndan istifadə etmək istəmir. Məhkəmə araşdırlması zamanı müəyyən edilmişdir ki, İddiaçı qızına 1 dekabr 2001ci il tarixdən ailə başçısını itirməyə görə həmin tarixdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının (sonrakı artımlar da nəzərə alınmaqla) təminat xərcliyinin 35 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçıya 892,80 manat məbləğində təminat xərcliyinin 40 faiz həcmində yəni, 357,12 manat məbləğində pensiya hesablanmışdır. Lakin, iddiaçı təminat xərcliyinin 80 faizi həcmində pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etsə də, cavabdeh müraciətini təmin etməyərək imtina məktubunda əsaslandırılmışdır ki, mərhum X4 oğlu Emil Mirzəyevin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğuna və buna görə də əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (892,80 manat) 40 (80/2=40) faizi-357,12 manat məbləğində müəyyən edilərək keçmiş müddət üçün yenidən hesablanmışdır. Aşağıdakı hüquqi məsələlərə əsasən məhkəmə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin 01.07.2017-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla əlavənin müəyyən edildiyi qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci ildən qüvvədə olan 20.17.2-ci maddəsinin hazırkı redaksiyasına əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr edir.. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin 01.07.2017-ci ilədən sonra qüvvəyə minmiş hazırkı redaksiyası bu kateqoriyadan olan şəxslərin (iddiaçının) pensiya təminatı ilə bağlı sosial vəziyyətini yaxşılaşdırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ailə üzvü kimi iddiaçı yeganə şəxsdir ki, ailə başçısı kimi pensiya alır, ailədə iddiaçıdan başqa heç kimə ailə başçısı kimi pensiya təyin edilməmişdir. Həmçinin, iddiaçının oğlu atası X4 vəfatı ilə əlaqədar yaranmış pensiya hüququndan istifadə etmək niyyətində deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Cavabdeh tərəfindən, ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçıya 01.07.2017-ci il tarixdən əvvəl təyin edildiyindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə edilmiş 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyin tətbiq edilməməsi iddiaçının sosial təminat almaq hüququnun məhdudlaşdırılmasına səbəb olmuş, iddiaçının konstitusion hüququ pozulmuşdur. Yuxarıda qeyd olunan qanunvericilin normalarına əsasən məhkəmə hesab edir ki, 01.07.2017-ci ildən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin redaksiyası iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün həmin Qanunun tələbləri əsas götürülməklə iddiaçıya mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavə onun pensiyasına 01.07.2017-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanununun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin yenidən hesablanıb mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyası məbləğinin yenidən hesablanıb mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2 Sadrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1235/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1235/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver