Məhkəmə qərarları › İş №2-1(112)-12360/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12360/2023

09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12360/2023 09.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” X4rşı «doğum akt qeydinin bərpa edilməsi, ölüm haqqında şəhadətnamədə düzəliş edilməsi və şəhadətnamənin verilməsi» barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı «doğum akt qeydinin bərpa edilməsi, ölüm haqqında şəhadətnamədə düzəliş edilməsi və şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxx 1974-cü il tarixdə Ermənistan SSR, Krasnoselsk rayonunda doğulmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşayır. Onun atası X16 18 sentybar 2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən 3 aprel 2023-cü il tarixdə mərhum atasına məxsus miras əmlak üzərində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə balı notariat kontoruna müraciət olunmuşdur. Lakin, iddiaçının mərhum atası ilə qohumluq münasibətini təsdiqləyən sənəd təqdim etmədiyindən, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçıya məxsus doğum haqqında şəhadətnamə notariat ofisinə təqdim edilsə də nəzərə alınmamışdır. Belə ki, doğum haqqında şəhadətnamənin ata qrafasında X12 qeyd edilmişdir. Məhz mərhum atasının soyadı doğum haqqında və ölüm haqqında şəhadətnamədə ziddiyətli olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Göstərilənlərə əsaslanaraq, X5 doğum akt qeydinin soyadının “İsmayılov” olması nəzərə alınmaqla bərpa edilməsi və ölüm haqqında akt qeydində yol verilmiş yanlışlıq aradan qaldırılmaqla soyadının “Əhmədov”dan “İsmayılov”a düzəliş edilməsi və bu barədə ölüm haqqında şəhadətnamənin iddiaçıya verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə icraatının gedişində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və i. üzrə cavabdehin əsl cavabdeh 3 saylı Bakı “ASAN Xidmət” X15 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh dəyişdirilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 inzibati orqanın imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2923/2023 saylı iş üzrə 12 aprel 2023-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı «ölüm haqqında şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsinə» dair ərizəsinin qəbulundan imtina olunmuş, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ tərəfindən 14 sentyabr 2009-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx xxxx 1974-cü il tarixdə Ermənistanın Krasnoselsk rayonunda doğulmuşdur, onun yaşayış yeri ünvan 2 ünvanıdır. İş materiallarında olan Ermənistanın Krasnoselo rayonu Ardanış kənd soveti tərəfindən 11 avqust 1974-cü il tarixdə verilmiş İ-СЛ seriyalı 465068 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, şəhadətnamədə xx xxxx 1974-cü il tarixdə doğulmuş İddiaçı valideyləri kimi X12 (atası), X14 göstərilmişdir. İş materiallarında olan 1 saulı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 sentyabr 2016-cı il tarixli AZ-İ seriyalı 827332 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 18 sentyabr 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan 1 saulı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 7 aprel 2018-ci il tarixli AZ-İ seriyalı 939671 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 3 aprel 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 26 aprel 1964-cü il tarixli İ-ЗЖ seriyalı 720147 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Krasnoselo rayonunda doğulmuş X1 ata qrafasında ata X12, ana qrafasında X14 qeyd edilmişdir. İş materiallarında olan 23 iyul 1968-ci il tarixli İ-ЗЖ seriyalı ******* nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Krasnoselo rayonunda doğulmuş X2 ata qrafasında ata X12, ana qrafasında X14 qeyd edilmişdir. İş materiallarında olan 5 noyabr 1957-ci il tarixli İ-ЗЖ seriyalı 038381 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Krasnoselo rayonunda anadan olmuş doğulmuş X8 ata qrafasında ata X12, ana qrafasında X14 qeyd edilmişdir. İş materiallarında olan “Ölüm haqqında akt qeydi”nin surətindən görünür ki, 12 oktyabr 1929-cu il tarixdə doğulmuş X9 18 sentyabr 2016-cı il tarixdə ölümü ilə bağlı akt qeydi tərtib olunmuş və onun vəfatı ilə bağlı məlumat aidiyyəti tibb müəssisəsinə onun nəvəsi X24 tərəfindən verilmişdir. İş materiallanda olan İddiaçı doğumu haqqında tərtib edilmiş “doğum akt qeydi”nin surətindən görünür ki, İddiaçı 29 iyul 1974-cü il tarixdə “Ermənistan, Çəmbərək, Ardanış”da doğulmuşdur, atası 12 oktyabr 1929-cu il tarixdə doğulmuş X13, anası 15 yanvar 1932-ci il tarixdə doğulmuş X10r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 12.7-ci maddəsinə görə uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 2-ci bəndinə görə aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Həmin Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Həmin Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Həmin Müddəaların 9-cu bəndinə görə bu Əsas Müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Həmin Müddəaların 10-cu bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Həmin Müddəaların 18-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi, doğum haqqında akt qeydi də daxil olmaqla aktların itirilmiş qeydlərinin inzibati məhkəmə icraatı qaydasında bərpası yalnız o hallarda mümkündür ki, müvafiq qeydin, eləcə də doğum haqqında akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olmuş olsun. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası, həmin sənədlərin mövcud olmaması səbəbindən mümkün olmadıqda isə doğum haqqında vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İnzibati məhkəmə icraatı qaydasında doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqan qeydiyyat şöbəsinə həvalə edilməsi üçün doğum haqqında akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər mövcud olmalıdır. Hazırkı işin faktiki hallarından da göründüyü kimi, iddianın bir hissəsi doğum akt qeydinin məhz iddiaçının vəfat etmiş atasının soyadının “İsmayılov”a dəyişdirilməklə bərpa edilməsi ilə bağlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktları, eləcə də məhkəmə sorğusuna əsasən təqdim edilən sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçının 12 oktyabr 1929-cu il tarixdə Krasnoselo rayonunda doğulmuş atası X5 doğum akt qeydinin Əhmədov soyadı ilə deyil, məhz İsmayılov soyadı qeyd edilməklə bərpa edilməsi üçün əsaslar mövcuddur. Belə ki, istər iş materiallarında olan iddiaçı və onun qohumlarına dair doğum haqqında şəhadətnamələrdən və əhalinin dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçının atası 12 oktyabr 1929-cu il təvəllüdlü X12, anası X10r. Lakin, X5 şəxsiyyətini təsdiq edən məlumatlarda soyadının texniki xarakterli yanlışlığa yol verilməsi nəticəsində isə hazırkı inzibati mübahisənin yaranmasına səbəb olmuşdur. Doğum haqqında akt qeydinin cavabdehin məlumat bazasında mövcud olmaması isə məhkəmə hesab edir ki, məhz adıçəkilən texniki xarakterli yanlışlıq aradan qaldırılmaqla şəxsin doğum akt qeydinin bərpasına əsas yaradır. Məhkəmə hesab edir ki, doğum akt qeydinin məhz “İsmayılov” soyadı qeyd edilməklə bərpa edilməli olması barədə cavabdeh inzibati icraat apararkən nəzərə almamışdır ki, iddiaçı ilə birlikdə, onun bacı və qardaşlarının doğum haqqında şəhadətnamələrində atasının soyadı məhz “İsmayılov” kimi qeyd edilmiş, elektron reyestrdən çıxarışda da X5 məhz X16 ilə eyniliyi təsdiq edilmişdir. Həmin yanlışlıq səbəbindən də atasına ölüm haqqında akt qeydinin tərtibatında da yanlışlığa yol verilmişdir. Halbuki, ölüm haqqında akt qeydinin özündən də aydın olur ki, X12 ilə X16 məhz eyni şəxslərdir. Bu zaman həmin şəxsə məxsus olan məlumatların (doğulduğu tarix, yaşayış yeri üzrə ünvan və s) nəzərə alınmasından əlavə, tibbi şəhadətnamənin alınması üçün poliklinikaya müraciət etmiş, həmin akt qeydində olan məlumatdan da görünür ki, X9 vəfatı ilə bağlı məlumat verən şəxs onun nəvəsi “İsmayılov” soyadlı şəxs olmuşdur. Göründüyü kimi, X3 ölüm haqqında akt qeydində yazılan və buna uyğun şəhadətnamə verilən şəxsin bütün qohumları, eləcə də həyat yoldaşı, uşaqları, kişi cinsindən övladları tərəfindən olan nəvələri İsmayılov soyadı nı daşımasına baxmayaraq, şəxsin öz soyadı Əhmədovdur. Halbuki, həmin soyadın texniki xarakterli yanlışlıqla qeyd edilməsi və doğum haqqında akt qeydinin mövcud olmaması nəzərə alınmalı, iddiaçının iddiasının tam təmini üçün əsasların mövcud olması əsas götürülməklə müraciəti təmin edilməli idi. Odur ki, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” X6 imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, 12 oktyabr 1929-cu il tarixdə Krasnoselo rayonunda doğulmuş İddiaçı atası X5 doğum akt qeydinin soyadının məhz İsmayılov olması nəzərə alınmaqla bərpa edilməsi, X9 vəfatı ilə əlaqədar tərtib edilmiş ölüm haqqında akt qeydində texniki xarakterli yanlışlığa yol verilməsi nəzərə alınmaqla şəxsin soyadının “Əhmədov”-dan “İsmayılov” soyadına dəyişdirilməsi və buna uyğun yeni ölüm haqqında şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” X6 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. 12 oktyabr 1929-cu il tarixdə Krasnoselo rayonunda doğulmuş İddiaçı atası X5 doğum akt qeydinin soyadının məhz İsmayılov olması nəzərə alınmaqla bərpa edilməsi, X9 vəfatı ilə əlaqədar tərtib edilmiş ölüm haqqında akt qeydində texniki xarakterli yanlışlığa yol verilməsi nəzərə alınmaqla şəxsin soyadının “Əhmədov”-dan “İsmayılov” soyadına dəyişdirilməsi və buna uyğun yeni ölüm haqqında şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” X6 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar