Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12363/2024 04.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin bərpa edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İddiaçı verilmiş MYİ seriyalı ******* nömrəli icazə vəsiqəsinin ləğv edilməsi barədə 10 iyul 2024-ci il tarixli 9506555-L nömrəli qərarın və onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması barədə 177/D nömrəli xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikası vətəndaşı xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (Pasport AH9291953) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 177/D nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə 5 il müddətinə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmışdır. İddiaçı verilmiş MYİ seriyalı ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi Dövlət Miqrasiya Xidmətinin 9506555-L nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Bununla bağlı olaraq iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin ləğv edilməsi barədə 10 iyul 2024-ci il tarixli 9506555-L nömrəli qərarının və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması barədə 177/D nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müvafiq sorğu göndərilmiş, lakin Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-37/2-A-5424-26-3-03-7406/2024 nömrəli məktubu ilə bundan imtina edilmişdir. İmtina məktubuna əsasən müraciətdə qeyd olunan Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı ölkə ərazisinə girişinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına dair qanunvericilikdə əsaslar müəyyən edilməmişdir. Dövlət Miqrasiya Xidmətinin İddiaçı verilmiş MYİ seriyalı ******* nömrəli icazə vəsiqəsinin ləğv edilməsi barədə 10 iyul 2024-ci il tarixli 9506555-L nömrəli qərarı və onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması barədə 177/D nömrəli xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, İddiaçı verilmiş MYİ seriyalı ******* nömrəli icazə vəsiqəsi xx.xx.2024-cü il tarixdə verilmiş, xx.xx.2024-cü il tarixinədək qüvvədə olmuşdur. İddiaçı Azərbaycan Respublikasında yaşadığı müddət ərzində heç bir qanun pozuntusuna yol verməmiş, sənədlərində qanun pozuntusu olmamış, hər hansı cinayət və ya inzibati pozuntulara yol verməmişdir. Belə halların olmasını təsdiq edən hər hansı fakt müəyyən edilməmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı (AH9291952) Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün ******* (İİ blankı) nömrəli iş icazəsi verilmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün sözügedən Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Məhz bu əsasla şəxsə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək etibarlı olan MYİ seriyalı ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Daha sonra müvafiq icra hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu əsasında İddiaçı verilmiş ******* (İİ blankı) nömrəli iş icazəsi xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarla ləğv edildiyindən, müvəqqəti yaşama icazəsi üçün mövcud olan əsas da aradan qalxmış və şəxsə verilmiş MYİ seriyalı ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi xx.xx.2024-cü il tarixli 9506555-L nömrəli qərarla ləğv edilmişdir. Həmçinin, sözügedən məktub əsasında əcnəbi barəsində xx.xx.2024-cü il tarixli 177/D nömrəli qərar qəbul edilərək şəxsin ölkəyə gəlmək hüququ 5 (beş) il müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinin 3-37/2-A-5424-26-3-03-7406/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı ölkə ərazisinə girişinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına dair qanunvericilikdə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 177/10 saylı xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərarına əsasən Pakistan İslam Respublikası vətəndaşı (AH9291953 nömrəli Pasport) İddiaçı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Pakistan İslam Respublikası vətəndaşı (AH9291953 nömrəli Pasport) İddiaçı Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı xx.xx.2024-cü il tarixli iş icazəsinin ləğv edilməsi haqqında qərarına əsasən Pakistan İslam Respublikası vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün verilmiş iş icazəsi ləğv edilmiş, Pakistan İslam Respublikası vətəndaşı İddiaçıbookmark0a (passport: AH9291953) verilmiş Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün ******* (İİ blankı) nömrəli iş icazəsi ləğv edilmiş və qüvvədən düşmüş hesab olunmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 9506555-L saylı xx.xx.2024cü il tarixli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında qərarına əsasən Pakistan İslam Respublikası vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırki iddia mübahisələndirmə haqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsindən: 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır): 45.1.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; 45.1.2. bu Məcəllənin 45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda; 45.1.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda; 45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda; 45.1.3-2. nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda; 45.1.4. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda; 45.1.4-1. bu Məcəllənin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda; 45.1.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda; 45.1.6. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 45.1.6-1. Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda; 45.1.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda; 45.1.7-1. bu Məcəllənin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci, 64.0.17-ci, 64.0.18-ci və 64.0.19-cu maddələrində nəzərdə tutulan hallarda; 45.1.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda; 45.1.9. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil aldıqda; 45.1.10. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda; 45.1.10-1. insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda; 45.1.10-2. cinayət təqibi orqanlarına yardım göstərdikdə; 45.1.11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda. 55.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 55.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 55.0.2. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 55.0.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 53.4-cü maddəsi nəzərə alınmaqla); 55.0.4. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə; 55.0.5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə; 55.0.6. özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olmadıqda (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla); 55.0.6-1. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə; 55.0.6-2. bu Məcəllənin 53.1.14-cü maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;https://eqanun.az/framework/46959 55.0.7. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 55.0.8. daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda (bu hal bu Məcəllənin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir); 55.0.9. Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsinin alınması üçün əsas olmuş hal aradan qalxdıqda və daimi yaşama icazəsinin alınması ilə bağlı bu Məcəllənin 52.1-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar olmadıqda 55.0.10. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə; 55.0.11. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 55.0.12. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 55.0.13 Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 55.0.14. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. 78.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər: 78.1.1. cinayət törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edildikdə; 78.1.2. inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma inzibati tənbeh tədbiri tətbiq edildikdə; 78.1.3. bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar (bundan sonra “kənara çıxarma haqqında qərar”) qəbul edildikdə. 78.2. Cinayət törətdiyinə görə məhkum olunmuş əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda tətbiq edilir və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada icra edilir. Həmin şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasından irəli gələn digər məsələlər bu Məcəllə ilə həll edilir. 78.3. İnzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Həmin şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasından irəli gələn digər məsələlər bu Məcəllə ilə həll edilir. 78.4. Kənara çıxarma haqqında qərar bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul və icra edilir. 79.1. Müvafiq icra hakimiyyəti orqanı aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir: 79.1.1. vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə; 79.1.2. Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz hesab edildikdə; 79.1.3. cəza çəkməkdən azad edilmiş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşamaları üçün bu Məcəllənin 45-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda; 79.1.4. qaçqın statusu verilməsindən imtina edildikdə. 79.2. Kənara çıxarma haqqında qərarla həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət qoyulur. Bu Məcəllənin 79.1.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə gəlməsinə qoyulmuş məhdudiyyət götürülür. Göründüyü kimi, iddiaçıya Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün ******* nömrəli iş icazəsi verilmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün sözügedən Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Məhz bu əsasla şəxsə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək etibarlı olan MYİ seriyalı ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Daha sonra müvafiq icra hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu əsasında İddiaçı verilmiş ******* nömrəli iş icazəsi xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarla ləğv edildiyindən, müvəqqəti yaşama icazəsi üçün mövcud olan əsas da aradan qalxmış və şəxsə verilmiş MYİ seriyalı ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi xx.xx.2024-cü il tarixli 9506555-L nömrəli qərarla ləğv edilmişdir. Həmçinin, sözügedən məktub əsasında əcnəbi barəsində xx.xx.2024-cü il tarixli 177/D nömrəli qərar qəbul edilərək şəxsin ölkəyə gəlmək hüququ 5 (beş) il müddətinə məhdudlaşdırılmışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun qərarları iddiaçının qanunla qorunan hüquqlarını pozmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 68-ci maddəsinə əsasən: 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 9506555-L saylı xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” və 177/10 saylı xx.xx.2024-cü il tarixli “İddiaçı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılması barədə” qərarları qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İddiaçı verilmiş MYİ seriyalı ******* nömrəli icazə vəsiqəsinin ləğv edilməsi barədə 10 iyul 2024-ci il tarixli 9506555-L nömrəli qərarın və onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması barədə 177/D nömrəli xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin bərpa edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-12363/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12363/2024
04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver