Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12367/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə əmək pensiyamın yenidən hesablanaraq 190,10 manat artırılması və iddiaçıya guya 1107,09 manat artıq pensiya ödənilməsi barədə həqiqətə uyğun olmayan məlumatın məktub vasitəsi ilə təkzib edilməsi öhdəliyinin qoyulması; 2) Vurulmuş 50000 (əlli min) manat ziyanın Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından alınıb iddiaçıya verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi “pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması, “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ötən dövr üçün sosial sığorta yığımının indeksləşdirildikdən sonra artım alınan məbləğdən hesablanması və 50.000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 09 aprel 1984-cü ildən 13 dekabr 2004-cü ilə kimi Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət etmişdir. Cəbrayıl rayon Polis Şöbəsində müstəntiq, Füzuli rayon Polis Şöbəsində isə baş müstəntiq və istintaq bölmə rəisi vəzifələrində işləmişdir. Xüsusi rütbə polis mayoru xüsusi rütbəsinə qədər yüksəldilib. Xidmət illərinin bir hissəsi Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibə dövrünə təsadüf edib. Həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində torpaqlarının müdafiəsi uğründa aparılan döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranıdır. 13 dekabr 2004-cü ildə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş və həmin vaxt daxili İşlər orqanlarında xüdmət müddəti 20 il, 8 ay, 04 gün imtiyazlı hesablama ilə isə 46 il, 3 gün olub. Xidmətdən xaric edildikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 01 yanvar 2005-ci il tarixdə ona xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Hazırda 1226,12 manat məbləğində əmək pensiyası alıram və əmək pensiyamın sığorta hissəsi 279,07 manat, qulluq stajına görə verilən əlavə hissəsi 835,58 manat, maddi yardım hissəsi isə 111,47 manatdır. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edildikdən sonra başqa sahədə (özəl sektorda) əmək fəaliyyətini davam etdirmişdir. 20 dekabr 2004-cü ildən 15 may 2019-cu ilə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində hüquqşünas işləmişdir. 20 may 2019-cu ildən isə əmək fəaliyyətini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində hüquqşünas kimi davam etdirir. İddiaçıya pensiya təyin edildikdən sonrakı dövrdə qazanılan sığorta və yığım hissəsələri üzrə pensiya kapitalının toplanması davam etmişdir. Hazırda fərdi sığorta hesabında istifadə olunmamış 13687,36 manat pensiya kapitalı vardır. "X2" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 37.3.1 bəndinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun tələbinə görə iddiaçı üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı ona pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılmalı (144 ay-72 ay = 72 ay), fərdi sığorta hesabında toplanmış pensiya kapitalı (13687,36manat) gözlənilən pensiya ödənişi müddətinin qalan aylarının sayına bölünməklə (13687,36 manat: 72 ay = 190,10 manat) pensiyanın sığorta hissəsinin üzərinə əlavə edilməli və ümumi pensiya məbləği 190,10 manat artırılaraq 1416,22 manata çatdırılmalıdır. Qanunun 37-ci maddəsinin 37.3.2-1 bəndinə əsasən bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin 37-ci maddənin 37.3.1-ci və 37.3.2-ci bəndlərinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu qanuna uyğun olaraq həyata keçirilir. Odur ki, iddiaçı tərəfindən 2023-cü il mart ayının əvvəlindən başlayaraq pensiyanın yenidən hesablanaraq artırılması üçün dəfələrlə müraciətlər edilmişdir. İlk müraciətindən üç ay yarım keçdikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona 23 iyun 2023-cü il tarixli məktubla belə bir cavab verilmişdir ki, iddiaçının fərdi sığorta hesabında cəmisi 13409,93 manat pensiya kapitalı toplanmış, həmin məbləğ 79 aya bölünərək əldə edilmiş 169,75 manat pensiyanın sığorta hissəsinə əlavə edilmiş,eyni zamanda "X2" Azərbaycan Respublikası Qanununun 01 yanvar 2023-cü il tarixə kimi qüvvədə olmuş 29-cu maddəsinin 29.2 bəndi əsas götürülərək pensiyanın qulluq stajına görə əlavə hissəsi eyni məbləğdə, yəni 169,75 manat azaldılmış, nəticədə aldığı pensiyanın miqdarı dəyişdirilmədən saxlanmış və bu yolla pensiyanın yenidən hesablanaraq artırılması barədə tələbinin təmin olunmasından imtina edilmişdir. Hətta əlavə olaraq bildirilmişdir ki, guya iddiaçı hərbiçi kimi pensiya aldığı dövrdə ümumi əsaslarla da pensiya təyinatı aparılmış və 1107,09 manat artıq pensiya ödənilmişdir. İlk növbədə pensiyaya çıxdıqdan sonra mənim fərdi sığorta hesabımda 13687,36 manat pensiya kapitalı toplandığı halda bu məbləğ düzgün olmayaraq 13409,93 manat hesablanmışdır. Eyni zamanda gözlənilən pensiya ödənişi müddəti 72 ay qəbul edilməli olduğu halda 79 ay qəbul edilmiş və nəticədə pensiyanın sığorta hissəsinin artımı 190,10 manat əvəzinə 169,75 manat,yəni 20,35 manat az hesablanmışdır. Cavab məktubunda izah edilmişdir ki, "X2" Azərbaycan Respublikası Qanununun 01 yanvar 2023-cü il tarixə kimi qüvvədə olmuş 29-cu maddəsinin 29.2 bəndinə görə qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu qanunun 29-cu maddəsinin 29.1 bəndinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına verilən əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanmalıdır. "X2" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin 29.1 bəndində göstərilir ki,əmək pensiyasının sığorta hissəsi, bıı Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1 bəndində isə göstərilir ki, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Göründüyü kimi həmin normalar əmək pensiyalarına əlavələrin və sığortaolunanların fərdi hesabında qeydə alınan pensiya kapitalının ildə bir dəfə indeksləşdirilməsinə aiddir və bu normaların,işləyən pensiyaçıların pensiyalarının onların fərdi sığorta hesabına toplanmış pensiya kapitalına görə yenidən hesablanmasına heç bir aidiyyəti yoxdur. Digər tərəfdən "X2" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin 29.2 bəndi qanunvericilik orqanı tərəfindən 05 noyabr 2022-ci il tarixdə ləğv etmişdir. Ona görə də hazırda əmək pensiyasının sığorta hissəsi, hətda indeksləşdirmə yolu ilə artırıldıqda belə 29.2 bəndə istinad edilərək pensiyanın qulluq stajına görə əlavə hissəsi azaldıla bilməz. Cavabda həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərarına istinad edilmişdir. Hər şeydən əvvəl həmin qərarda konstitusiya məhkəməsi sorğu əsasında "X2" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.6 bəndinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu məsələsini həll etmişdir. Doğrudur cavabda göstərildiyi kimi Konstitusiya Məhkəməsi öz qərarının təsviri- əsaslandırıcı hissəsində göstərmişdir ki, o da nəzərə alınmalıdır ki, "X2" Azərbaycan Respublikası qanununun 29-cu maddəsinin 29.2 bəndinə əsasən əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyalarına əlavələrin məbləği azaldılır. Amma şübhəsiz ki, burada pensiyanın indeksləşdirmə yolu ilə yenidən hesablanması halı nəzərdə tutulmuşdur və bu mülahizə işləyən pensiyaçıların pensiyasının fərdi sığorta hesabında toplanmış pensiya kapitalına görə yenidən hesablanması halına şamil edilə bilməz. Bundan əlavə konstitusiya məhkəməsi baxdığı iş üzrə qənaətini yalnız məhkəmə qərarının nəticə hissəsində göstərir. Bu səbəbdən də hər hansı bir məsələ həll edilərkən konstitusiya məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsində şərh edilən mülahizələrə yox, qərarın nəticə hissəsinə istinad edilə bilər. Qərarın nəticə hissəsində isə aydın şəkildə göstərilmişdir ki, yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış. Lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası "X2" Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 37.3.1 bəndi ilə müəyyən edilmişdir.Yəni qanunun 29-cu maddəsinin bu məsələyə heç bir aidiyyəti yoxdur. Bunlardan əlavə "X2" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsindən 29.2 bəndi konstitusiya məhkəməsinin həmin qərarından sonra ləğv edilmişdir. Ona görə də qərarda 29-cu maddənin 29.2 bəndi barədə olan istənilən mülahizə və ya şərh də öz əhəmiyyətini itirmişdir və ona istinad edilə bilməz. Göstərilənlərlə yanaşı qulluq stajına görə əlavələrə və fərdi sığorta hesabında toplanan pensiya kapitalına hüquqlar qanuni əsaslarla əmək fəaliyyəti nəticəsində əldə edilir. Odur ki, bu hüquqların məhdudlaşdırılmasına heç bir halda yol verilə bilməz. Beləliklə bütün yuxarıda göstərilənlərdən göründüyü kimi daxili işlər orqanlarından pensiyaya çıxdıqdan sonra başqa sahədə əmək fəaliyyətini davam etdirdiyi dövrdə fərdi sığorta hesabında toplanmış pensiya kapitalı 13687,36 manat gözlənilən pensiya ödənişi müddətinin qalan aylarının sayı 72 aya bölünərək pensiyanın sığorta hissəsinə əlavə edilməklə əmək pensiya ümumilikdə 190,10 manat artırılaraq 1416,22 manata çatdırılmalıdır. Bundan əlavə yuxarıda qeyd edildiyi kimi iddiaçıya verilən cavab məktubunda o da göstərilmişdir ki, guya iddiaçı hərbiçi kimi pensiya aldığı dövrdə qanunsuz olaraq ümumi əsaslarla da 1107,09 manat artıq pensiya almış və bu məbləği geri ödəməlidir. Lakin hərbiçi (xüsusi rütbəli) kimi pensiya aldığı dövrdə iddiaçı başqa heç bir pensiya almamışdır. Rəsmi məktubda qanunsuz olaraq 1107,09 manat artıq pensiya almağı barədə göstərilən məlumatlar isə həqiqətə uyğun deyildir və ona qarşı böhtan olmaqla ilk növbədə onu öz qanuni tələbindən çəkindirmək məqsədi daşıyır. Eyni zamanda bu məlumatlar onun şərəf və ləyaqətini ləkələyir. Müraciəti əsasında pensiyanın yenidən hesablanaraq artırılacağını gözlədiyim halda rəsmi məktubla guya qanunsuz olaraq 1107,09 manat artıq pensiya almağı barədə ona həqiqətə uyğun olmayan böhtan xarakterli yalan məlumatın verilməsi həm də onun rahatlığını pozmuş,əsəbi gərginlik keçirməyinə səbəb olmuş və ona mənəvi ziyan da vurmuşdur ki, bu ziyan da onun tərəfindən 50000 (əlli min) manat qiymətləndirilir. Odur ki, cavabdeh tərəfindən ona yeni məktub yazılmaqla göstərilən məlumat da təkzib edilməli və ona vurulmuş ziyan ödənilməlidir.
4. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş əmək pensiyasının yenidən hesablanması və artıq ödənilmiş vəsait haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 1 yanvar 2005-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyanı həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanı 1226,12 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-279,07 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavə -835,58 manat; -maddi yardım-111,47 manat. Eyni zamanda bildirilmişdir ki, “X2” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən “Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görəməmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Qanunun 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin.şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin i və İV hissələrinə, 38-ci maddəsinin i və iii hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə.olmuş 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam efdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Əlavə olaraq bildirilmişdir ki, ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 13409,93 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, sonuncu dəfə işdən azad olunduğu tarixədək (xx.xx.2021-ci il) topladığını sığorta kapitalının sonrakı illər üzrə indeksləşdirilməklə müəyyən edilmiş 13409,93 manat Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 79 (13409,93:79 (65 il-64 il 5 ay=7 ay+72 ay (144 ay-72 ay)=169,75 manat) aya bölünərək əmək pensiyanızın sığorta hissəsinin (279,07 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 448,82 (279,07+169,75) manat müəyyən edilib. Eyni zamanda, sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (835,58 manat) həmin artımlar qədər (169,75 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyanın sığorta hissəsi 448,82 manat, qulluq stajına görə əmək pensiyana əlavənin məbləği 665,83 (835,58-169,75) manat və Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə-111,47 manat təşkil edir. “X2” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Müraciətlə əlaqədar aparılan araşdırma zamanı sizə Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda avtomatlaşdırılmış qaydada ona ümumi əsaslarla yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də ona 1107,09 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən, artıq ödənilmiş 1107,09 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur.
5. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazda qeyd edilmişdir ki, İddiaçı, ona əmək pensiyasının yenidən hesablanaraq 190,10 manat artırılması, 1107,09 manat artıq ödənilmiş pul vəsaitinin təkzib edilməsi və 50000 manat təzminat ödənilməsi öhdəliyinin öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Bildirilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 1 yanvar 2005-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək onun əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 1226,12 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-279,07 manat; -qulluq stajına görə əmək pensiyaya əlavə-835,58 manat. -maddi yardım-111,47 manat. Eyni zamanda bildirilmişdir ki, “X2” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən “Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır". Qanunun 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2- ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, Qanunun 1 yanvar 2023- cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 13409,93 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sonuncu dəfə işdən azad olunduğu tarixədək (xx.xx.2021-ci il) topladığı sığorta kapitalı sonrakı illər üzrə indeksləşdirilməklə müəyyən edilmiş 13409,93 manat Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 79 (13409,93:79 (65 il-64 il 5 ay=7 ay+72 ay (144 ay-72 ay)=169,75 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (279,07 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 448,82 (279,07+169,75) manat müəyyən edilib. Eyni zamanda, sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavə məbləği (835,58 manat) həmin artımlar qədər (169,75 manat) azaldılıb. Nəticədə, hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 448,82 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği 665.83 (835,58-169,75) manat və Qanunun 1 yanvar 2023cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə-111,47 manat təşkil edir. “X2” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Belə ki, müraciətlə əlaqədar aparılan araşdırma zamanı iddiaçının Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda avtomatlaşdırılmış qaydada ona ümumi əsaslarla yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də iddiaçıya 1107,09 manat artıq pul vəsaiti ödənilib. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edirik ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq bildirilmişdir ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə cavabdeh əleyhinə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra cavabdeh tərəfindən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni cavabdeh əleyhinə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edilmişdir ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialı tərəfindən Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 11034/2023 nömrəli qərarda qeyd edilmişdir ki, yaşa görə təyin edilmiş (xx.xx.2005) əmək pensiyasının hazırki məbləği 1226,12 manat olmuş və yenidən hesablama nəticəsində 1226,12 manat olaraq qalmışdır.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında məktubda qeyd edilmişdir ki, adı çəkilən şəxsin əmək pensiyasından hər hansı tutulma həyata keçirilməmişdir.
8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.2005-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş və əmək pensiyası 1226,12 manat olmaqla Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən müvafiq kart hesabına köçürülür.
9. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (iddia tələbinin dəyişdirilməsinə etiraz etmədən) iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır.
12. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-11034/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması” haqqında qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərarlara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 1226,12 manat, hesablamadan sonra xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 11034/2023 nömrəli qərarı ilə 1226,12 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, həmin qərarlara əsasən, pensiyanın hesablanması iddiaçının hüquqi marağına uyğun olmayan fərqli qaydada, yəni pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla (sığorta kapitalı sıfırlanmaqla) hesablandığından pensiya məbləği azalmış və iddaçıya münasibətdə hüquqi nəticə yaranmışdır.
13. İddiaçının əmək pensiyasının yenidən hesablanması nəticəsində pensiya məbləğində dəyişiklik baş verməsə də, həmin qərarla pensiyanın hesablaması qaydası iddiaçının marağına uyğun olmadığından iddiaçı üçün hüquqi nəticə yaradır.
14. İddianın növü qərarın ləğvi hissəsində mübahisələndirmə, pensiyanın yenidən hesablanması hissəsində öhdəliyin icrasına dair iddiadır.
15. İddia tələbi pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması, “əmək pensiyasının yenidən hesablanması” haqqında qərarın ləğv edilməsi hissəsində mümkündür.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı xx.xx.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
20. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);
21. İddia tələbi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-11034/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarların ləğv edilməsi və pensiyanın yenidən hesablanması ilə bağlıdır.
22. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hsüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.
23. “X2” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarından: - hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“X2” Qanunun 29.2-ci maddəsi). - Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “X2” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).
24. “X2” Qanunda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə: - 29.2-ci maddə ləğv edilmiş; - 29.1-ci maddəyə “sığorta hissəsi” sözlərindən sonra“, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilmiş; - 45-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.” Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.
25. Həmin Qanunun keçid müddəalarına əsasən müəyyən edilmişdir ki: 2.1. “X2” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi 2023-cü il yanvarın 1-dək həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə də tətbiq edilir. 2.2. “X2” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.3. “X2” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
26. "X2” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş 29.2-ci maddəsinin redaksiyasına əsasən Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. - “X2” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir. Beləliklə, müvafiq dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək “X2” Azərbaycan Respublikasının Qanununun (hazırda qüvvədən düşmüş) 29.2-ci maddəsinin redaksiyası aşağıdakı kimidir: - 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. - xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 37.3.1-ci maddə aşağıdakı yeni redaksiyada verilmişdir. 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Əvvəlki redaksiyada deyilirdi: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;
27. Məhkəmə qeyd edir ki, cavabdehin imtina və etirazda qeyd etdiyi “X2” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır” maddəsi “X2” Qanunda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. Bu səbəbdən iddiaçının əmək pensiyası 29.2-ci maddəsinin şərtləri nəzərə alınmadan yenidən hesablanmalıdır.
28. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. xx.xx.2005-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2004-cü ilin dekabr ayından - 2019-cu ilin may ayına, 2019-cü ilin may ayından - 2021-ci ilin iyun ayına, 2021-ci ilin dekabr ayından - halhazıradək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Odur ki, iddiaçı 6 il və daha çox işləyərək hazırda işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir.
29. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində cavabdehin bildirdiyinə görə 13409,93 manat pensiya sığorta kapitalı qeydə alınmışdır.
30. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə əsasən yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı iddia tələbi pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması, “əmək pensiyasının yenidən hesablanması” haqqında qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. İddia tələbi ötən dövr üçün sosial sığorta yığımının indeksləşdirildikdən sonra artım alınan məbləğdən hesablanması və 50.000 manat mənəvi zərərin ödənilməsi hissəsində isə mümkün hesab edilməməlidir.
31. Cavabdehin qurumun etirazı onunla əsaslandırılmışdır ki, sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 1226,12 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-279,07 manat; -qulluq stajına görə əmək pensiyaya əlavə-835,58 manat. -maddi yardım-111,47 manat.
32. Beləliklə, məhkəmə hesab edir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 29.2-ci maddə ləğv edilmişdir.
33. İddiaçının pensiya hüququ xx.xx.2005-ci il tarixdə yaranmışdır və müraciət etdiyi tarixədək 6 il və daha çox işlədiyi müəyyən edildiyindən həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz.
34. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
35. Beləliklə, məhkəmə hesab edir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş Qanunun keçid müddəalarına əsasən “X2” Qanunun 29.2-ci maddəsi ləğv edilsə də, keçid müddəalarında (2.3-cü maddə) “X2” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiqini (yəni qanunun retroaktiv olaraq tətbiqini) istisna etmişdir. Lakin iddiaçının pensiya hüququ xx.xx.2019-cu il tarixədək yarandığı üçün əmək pensiyasının sığorta hissəsi “X2” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır.
36. Odur ki, məhkəmə hesab edir ki, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
37. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması, “əmək pensiyasının yenidən hesablanması” haqqında qərarın ləğv edilməsi hissəsində təmin edilsin. İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 11034/2023 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva