Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12374/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, hüquqşünas, Bakı şəhəri 6 saylı vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X2 (Cəbrayıl rayonunda qeydiyyatdadır, ixtisası-hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı İsgəndər oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına) qarşı “iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2000-ci il tarixinədək, Azərbaycan Dəmir Yolları "xxxx" X4 beynəlxalq yükdaşımalar və xarici iqtisadi əlaqələr üzrə məlumat bölməsinə rəis vəzifəsində işlədiyi 7 il, 5 ay, 25 gün əmək stajının sosial sığorta stajına əlavə edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı İsgəndər oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2000ci il tarixinədək, Azərbaycan Dəmir Yolları "xxxx" X4 beynəlxalq yükdaşımalar və xarici iqtisadi əlaqələr üzrə məlumat bölməsinə rəis vəzifəsində işlədiyi 7 il, 5 ay, 25 gün əmək stajının sosial sığorta stajına əlavə edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1972-xx.xx.1976-cı illərdə SSRİ Dəmir Yollar Nazirliyinin Bakı Dəmiryol nəqliyyatı texnikumunda “Dəmir yollarının istismarı” fakültəsində əyani təhsil almış, xx.xx.1976-xx.xx.1978-ci illərdə ordu sıralarında hərbi xidmət etmişdir. xx.xx.1978-xx.xx.1992-ci illlərdə Bakı Yük Stansiya Azərbaycan Respublikası Dəmir Yollarında, xx.xx.1992-xx.xx.2006-ci il illərdə həmin müəssisənin nəzdində yaradılan "xxxx" X4 daxili və beynəlxalq yükdaşımalar üzrə məlumat bölməsinə rəis vəzifəsində çalışmışdır. xx.xx.1992-ci ilə qədər göstərilənlər əmək kitabçasında öz əksini tapmışdır. xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə qədər Azərbaycan Respublikası Dəmir Yollarında, xx.xx.1992-xx.xx.2006-ci il illərdə həmin müəssisənin nəzdində yaradılan "xxxx" X4 işləməyi isə arxiv arayışı ilə təsdiq edilir ki, 4 il, 9 ay, 3 gün təşkil edir. Beləliklə, yaşa görə pensiya hüququ yarandığından aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən ona yaşa görə pensiya təyin edilməsi üçün sərəncam verilməsi barədə müraciət etmiş, lakin cavabdeh inzibati orqan 03 avqust 2022-ci il tarixli, **********7 nömrəli cavab məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək, imtinanın əsası kimi göstərmişdir ki, “xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək əyani təhsil aldığı illər xx.xx.1976-xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 21 il, 1 ay təşkil edir, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək yaradılan "xxxx" X4 əmr kitablarında işdən çıxma əmri aşkar edilməmiş və əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İnzibati orqanın imtina məktubu əsassız və qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, təqdim edilmiş əmək kitabçasının, hərbi biletin, diplomun surətlərinə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən iddiaçının sığorta stajı (xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 21 il 1 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 7 ay sığorta stajına uyğun olaraq 15923.79 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1479.05 manat olmaqla, ümumilikdə 17402.84 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" X4 əmr kitablarında iddiaçının işdən çıxma əmri aşkar edilməmiş və əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təqdim etdiyi iddiaya dair etiraza əlavədə göstərmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında onun işə qəbul əmri olsa da, işdən çıxma əmri olmamışdır. Bundan əlavə iddiaçının sözügedən dövrdə əməkhaqqı aldığına dair heç bir məlumat aşkar edilməmişdir və buna müvafiq olaraq osial sığorta haqqları ödənilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2.-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cаvаbdеhin nümayəndəsi G.A.Hüseynova iddiaya dair cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1957-cı ildə Bakı şəhərində anadan olmuşdur. İddiaçının İZ ******* nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. İddiaçının Ş 013230 nömrəli diplomunun surətinə əsasən 1972-ci il tarixdən 1976-cı il tarixədək SSRİ Dəmir Yollar Nazirliyinin Bakı Dəmiryol nəqliyyatı texnikumunda “Dəmir yollarının istismarı” fakültəsində əyani təhsil almışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunması haqqında məktubunda bildirilmişdir ki, təqdim edilən əmək kitabçasının, hərbi biletin, diplomunun surətlərinə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1976-cı il tarixindən xx.xx.1978ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 21 il 1 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 7 ay sığorta stajına uyğun olaraq 15923.79 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1479.05 manat olmaqla, ümumilikdə 17402.84 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" X4 əmr kitablarında işdən çıxma əmri aşkar edilməmiş və əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Adında aktiv əmək müqaviləsi (Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu) olduğu üçün məşğul şəxs hesab edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli əmək pensiyasının təyin olunmasından imtina olunması haqqında qərarına əsasən İddiaçı İsgəndər oğluna yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edlmişdir. Tələb olunan 25 il iş stajı və PSK toplanmadığı üçün yaşa görə pensiya hüququ yoxdur. 1992 - 1997-ci illər əmək haqqı alıbalmamasının araşdırılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. xx.xx.2022-ci il tarixli akta əsasən, aktı tərtib edənlər monitorinq və araşdırma şöbəsinin baş mütəxəssisi Z.G.Baxşıyev, böyük mütəxəssisi R.Y.Manafov və "xxxx" QSCnin arxiv bölməsinin rəisi Amanova Z.M. olmaqla, İddiaçı 1992-2006-cı illərdə "xxxx" KDMdə işləməsi faktının qarşılıqlı araşdırılması nəticəsində məlum olmuşdur ki, İddiaçı xx.xx.1992-ci ildə (12 nömrəli, xx.xx.1992-ci il tarixli əmr) aylıq əmək haqqı 2100 rubl olmaqla "xxxx" X5 işə qəbul edilmiş, xx.xx.1994-cü idlə (1 nömrəli, xx.xx.1994-cü il tarixli əmr) direktor müavini vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ildə (05/k nömrəli, xx.xx.1997-ci il tarixli əmr) direktor əvəzi vəzifəsi həvalə edilmiş, işdən çıxma əmri əmrlər kitablarında aşkar edilməmişdir. Araşdırma əmrlər kitablarına əsasən aparılmışdır. Əmək haqqı hesablanması cədvəlləri arxivə təhvil verilməmişdir. Məhkəmənin sorğusu əsasında xx.xx.2022-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən iddiaçının əmək fəaliyyətinə dair əmrlərdən çıxarışlara əsasən o, xx.xx.1992-ci ildə (12 nömrəli, xx.xx.1992-ci il tarixli əmr) "xxxx" X5 işə qəbul edilmiş, xx.xx.1994-cü ilə (1 nömrəli, xx.xx.1994-cü il tarixli əmr) direktor müavini vəzifəsinə, xx.xx.1997-ci ildə (05/k nömrəli, xx.xx.1997-ci il tarixli əmr) direktor əvəzi vəzifəsinə keçirilmişdir. Qeyd: Sənədlər arxiv bölməsinə təhvil verilmədiyindən işdən çıxma əmri aşkarlanmamışdır. xx.xx.2000-ci il tarixli 03 nömrəli əmrlə məzuniyyətdə olmuşdur. Əsası: Fond 153, siyahı L/2. İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, iddiaçı Azərbaycan Dəmir Yolun Bakı Yük Stansiyasında xx.xx.1975-ci ildən istehsalat təcrübəsini keçmək üçün yol ayrıcının təcrübəçisi kimi, xx.xx.1975-xx.xx.1975-ci il tarixlərdə 3-cü dərəcəli yol ayrıcının sərbəst işində, Azərbaycan Dəmir Yolun Bakı şöbəsində xx.xx.1976cı ildən Suraxanı stansiyası üzrə növbətçinin təcrübəçisi kimi, xx.xx.1976-xx.xx.1976-cı il tarixlərdə Suraxanı stansiyası üzrə növbətçi kimi sərbəst işdə işləmiş, xx.xx.1976xx.xx.1978-ci il tarixlərdə Sovet ordusunda xidmət etmiş, Bakı Yük Stansiyasında xx.xx.1978-ci ildən post növbətçisinin təcrübəçisi kimi, xx.xx.1979-xx.xx.1984-cü il tarixlərdə post növbətçisi kimi sərbəst işdə işləmiş, 10-cu qeydə əsasən Bakı Yük Stansiyasının adı xx.xx.1979-cu il, 13/n nömrəli əmr ilə dəyişdirilmiş, Azərbaycan Dəmiryol İdarəsində xx.xx.1984-cü ildən hərəkət xidmətinin əməliyyat-paylayıcı şöbəsi rəisinin baş növbətçinin köməkçisi kimi, xx.xx.1987-ci ildən həmin yol xidmətinin lokomotivlərin istismarı şöbəsinin dartıcı hesabları üzrə baş mühəndis kimi, xx.xx.1991-ci ildən həmin yol xidmətinin lokomotivlərin istismarı şöbəsinin dartıcı hesabları üzrə baş mühəndis kimi, xx.xx.1992-ci ildən beynəlxalq daşımalar və yolların xarici-iqtisadi əlaqələr xidmətin rəis müavini işləmişdir. 16-cı qeydə əsasən əməliyyat-informasiya işləri üzrə şöbə rəisin vəzifəsindən Azərbaycan Respublikası ƏHM 36 mad. 5 bəndinə əsasən "xxxx" KDM sərəncamına keçmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arxiv arayışına əsasən SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryol nəqliyyatı texnikumunda xx.xx.1972 - xx.xx.1976-cı illərdə "Dəmir yollarının istismarı“ fakültəsində əyani təhsil almışdır. Əsası; Fond 91, siyahı t/3,s/iş 4053. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. İddiaçının xx.xx.1957-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlər də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;.. 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1.-ci il bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd əmək kitabçası əsasında müəyyən olunur. İddiaçının "xxxx" X4 xx.xx.1992-xx.xx.2000-ci illərdə işlədiyi iddiaçıya məxsus əmək kitabçası və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən iddiaçının əmək fəaliyyətinə dair əmrlərdən çıxarışlar ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Belə ki, həmin əmrlərdən çıxarışda iddiaçının işdən çıxmasına dair məlumat aşkar olunmasa da, onun xx.xx.2000-ci il tarixdə məzuniyyətdə olması öz əksini tapmışdır. Digər tərəfdən əmək kitabçasında və əmək fəaliyyətinə dair əmrlərdən çıxarışlarda mötəbərliyini şübhə altına almaq üçün iş materiallarında hər hansı əsaslar da müəyyən edilməmişdir. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1992-xx.xx.2000-ci ilədək) əmək fəaliyyətinə dair əmrlərdən çıxarışlarda, o cümlədən əmək kitabçasında (işə qəbul olma tarixi) olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək fəaliyyətinə dair əmrlərdən çıxarışlardakı və əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçaçında göstərilən xx.xx.1992xx.xx.2000-ci ilədək müddətdə işləməməsi, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan müddət nəzərə alınmaqla yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı İsgəndər oğlunun iddia tələbi təmin edilməli, ona 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən, onun xx.xx.1992-ci ildən xx.xx.2000-ci il tarixinədək Azərbaycan Dəmir Yolları "xxxx" X4 beynəlxalq yükdaşımalar və xarici iqtisadi əlaqələr üzrə məlumat bölməsinə rəis vəzifəsində işlədiyi 7 il, 5 ay, 25 gün əmək stajının sosial sığorta stajına əlavə edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı İsgəndər oğluna 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən, onun xx.xx.1992-ci ildən xx.xx.2000-ci il tarixinədək Azərbaycan Dəmir Yolları "xxxx" X4 beynəlxalq yükdaşımalar və xarici iqtisadi əlaqələr üzrə məlumat bölməsinə rəis vəzifəsində işlədiyi 7 il, 5 ay, 25 gün əmək stajının sosial sığorta stajına əlavə edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-12374/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12374/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver