Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1238/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhahilin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22 aprel 2022-ci il tarixli, ********** nömrəli məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Cavabdeh heç bir hüquqi əsas olmadan onun 07 yanvar 1994-cü il tarixindən 17 aprel 2006-cı il tarixinədək "xxxx" Elmi-İstehsalat Müəssisəsində əmək fəaliyyətini nəzərə almamış, həmin iş stajını onun sığorta stajına əlavə etməmişdir. Cavabdehin mövqeyi tam əsasızdır. O həmin dövrdə Müəssisədə işləmiş, müəssisə tərəfindən onun əmək haqqından məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Cavabdeh tərəfindən müəyyən olunmuş uyğunsuzluq nədən ibarətdir məlum deyil. Hər halda onun 07 yanvar 1994-cü il tarixindən 17 aprel 2006-cı il tarixinədək Müəssisəsdə əmək fəaliyyəti mütləq nəzərə alınmalıdır. Belə ki, bu onun sığorta stajıdır. Onun ümumi iş stajı Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan 25 il müddətindən çoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı 14 dekabr 2021-ci il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 15 il 7 ay 27 gün sosial sığorta stajına malik olduğundan, eyni zamanda müvafiq ilə münasibətdə tələb olunan 28800 manat məbləğindən pensiya kapitalına qarşı 11932,74 manat məbləğində pensiya kapitalı olduğundan xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın monitorinq və araşdırma şöbəsi tərəfindən aparılan inzibati araşdırma nəticəsində xx.xx.2022-ci il tarixli xidməti məruzəyə əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X2 arxiv sənədləri saxlanılmadığı üçün həmin dövrlərin yoxlanılmasının mümkün olmadığı və sosial sığorta stajına əlavə olunmadığı qeyd edilmişdir. Eyni zamanda inzibati orqanın sözügedən qurumda xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Elita- 91” X2 əməkhaqqı cədvəllərində uyğunsuzluq olduqunundan Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən, X2 arxiv sənədləri saxlanılmadığına görə inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli **********1 nömrəli xidməti məktuba əsasən həmin müəssisədə təkrar yoxlama aparılması nəticəsində müəssisədə saxlanılan kitabçada əməkhaqları əsassız olaraq qeyd edildiyi və müəssisənin hesabatlarında işçi sayı ilə kitabçada qeyd olunan işçi sayı arasında fərqlər mövcud olduğu bildirilmişdir. Göründüyü kimi, İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına, eyni zamanda tələb olunan (28800 manat) pensiya kapitalına malik olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə (xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək qeydlər istisna olmaqla) və hərbi biletə əsasən 15 il 7 ay 27 gün sosial sığorta stajı və 11932,74 manat məbləğində pensiya kapitalı olduğundan iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İddiaçı xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində, xx.xx.2022-ci il tarixdən isə 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Odur ki, yuxanda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual 47.2-ci maddəsini nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1979-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş EB 017729 nömrəli diplomun surətinə əsasən İddiaçı 1973-cü ildə A.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1980-xx.xx.1980-ci ildə orada maddi-texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması ixtisası üzrə tam kurs bitirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə işə qəbul edilmiş, xx.xx.1980-ci ildə işdən azad edilmiş, xx.xx.1980-ci ildə mühəndis iqtisadçı vəzifəsinə qəbul eidlmiş xx.xx.1982-ci ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1984-cü ildə maliyyə şöbəsinə bpyük iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən zad edilmişdir. xx.xx.1989-cu ildə işəqəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə işə qəbul edilmiş xx.xx.1993-cü ildə azad edilmişdir. xx.xx.1993-cü ildə iqtisadçı vəzifəsinə qəbul edilmiş xx.xx.1994-cü ildə işdən azad edilmişdir. xx.xx.1994-cü ildə X4 mühəndis iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci ildə iqtisad şöbəsinə şöbə müdiri vəzifəsinə keçriilmiş, xx.xx.2000-ci ildə direktor-müavini vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" X2 pensiya hesablanması üçün İddiaçı 1999cu ilin yanvar-dekabr ayları üçün, 2000-ci ilin yanvar-dekabr ayları üçün, 2001-ci ilin yanvar-dekabr ayları üçün, 2002-ci ilin yanvar-dekabr ayları üçün, 2003-cü ilin yanvardekabr ayları üçün, 2004-cü ilin yanvar-dekabr ayları üçün, 2005-ci ilin yanvar-dekabr ayları üçün əmək haqqı barədə hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" Elmi-İstehsalat Müəssisəsinin E/05 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -xx.xx.2022-ci il tarilxi arayışdan görünür ki, Verilir, İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1994 əmr01/k əsasən İqtisadçı vəzifəsinə qəbul olmuş, əmr 07/k xx.xx.2006-cı il tarixədək "xxxx" X3 çalışmışdır. Onun əmək haqqı 100 min manat təşkil etmişdir və həmin ə/h-dan DSMF-a ödəniş vaxtı-vaxtından ödənilmişdir. Onu da nəzərinizə çatdırırıq ki, müəssisə yalnız ərişlərini, xüsusilə Neft şirkətinin, “AzNeft” İB-nin idarə və təşkilatlarının, eləcə tədqiqat İnstitutlarının sifarişlərini yerinə yetirmişdir. -"xxxx" Elmi -İstehsalat Müəssisəsinin xx.xx.1994-cü il tarixli Əmrdən çıxarışından görünür ki, Əmr №01/K - İddiaçı xx.xx.1994-cü il tarixindən İqtisadçı vəzifəsinə işə qəbul edilsin. - "xxxx" Elmi - İstehsalat Müəssisəsinin xx.xx.1998-ci il tarixli Əmrdən çıxarışından görünür ki, Əmr №03/K - İddiaçı xx.xx.1998-ci il tarixindən İqtisad şöbəsinə müdir təyin edilsin. -"xxxx" Elmi - İstehsalat Müəssisəsinin xx.xx.2000-ci il tarixli Əmrdən çıxarışından görünür ki, Əmr №06/K - İddiaçı xx.xx.2000-ci il tarixindən direktor müavini vəzifəsinə keçirilsin. -"xxxx" Elmi - İstehsalat Müəssisəsinin xx.xx.2006-cı il tarixli Əmrdən çıxarışından görünür ki, Əmr №07/K - İddiaçı xx.xx.2006-cı il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə)* işdən azad edilsin. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli **********963300 nömrəli məktubunda bildirilmişdir ki, hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən "xxxx" EİM (VÖEN **********) xx.xx.1994-cü il tarixdə 8480 nömrə ilə dövlət qeydiyyatına alınmış, təsisçisi "Fəal” Müstəqil Elmi-İstehsalat Kooperatividir, lakin qanuni təmsilçi barədə qovluqda məlumat aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, hüquqi şəxsin ləğvi və ya hüquqi varisliyi barədə hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, hüquqi şəxslərin dövlət reyestrində Elmi-İstehsalat Müəssisəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. Həmçinin, "xxxx" EİM-in qeydiyyat qovluğunda saxlanılan müəsissənin təsisçisi B.Babayev tərəfindən imza və möhürlə təsdiq edilmiş nizamnaməsinin surəti təqdim olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********3125600 nömrəli məktubunda qeyd olunmuşdur ki, Vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, "xxxx" Elmi rrəhsalat Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına, xx.xx.1997- tarixdə ********* nömrəli VÖEN-lə, xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınması və hazırda fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin tərtib edilməsi qaydalarında işçi barədə məlumatın (ad, soyad, ata adı, əmək haqqı məbləği) əks etdirilməsi nəzərdə tutulmadığına görə fiziki şəxs İddiaçı qeyd olunan müəssisədə işlədiyi dövr üzrə əmək haqqından tutulmuş gəlir vergisi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 noyabr 2022-ci il tarixli, **********64 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" X6 barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 31 oktyabr 4/2095 nömrəli məktubunda qeyd etmişdir ki, "xxxx" X2 arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1238/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə sənədlərin kompleks texniki və xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/564-5/493-5/500 nömrəli məktubu ilə göndərilmiş 08 may 2023cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki: Tədqiqatın nəticəsi: Məhkəmə-xətşünaslıq ekspertizası üzrə: 1.1 Ekspertizaya təqdim edilmiş, İddiaçı adına olan И-İ seriyalı ******* №li saylı xx.xx.1994-cü il tarixli əmək kitabçasının 42-43-cü səhifələrində olan “xx.xx.1994”, “xx.xx.1998”, “xx.xx.2000”, “xx.xx.2006” tarix göstəricilərinə dair əlyazmalar və “S.V.Əhmədova” soyadından əvvəl yerləşən imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, inzibati işin 93-96-cı vərəqlərində olan "xxxx" X2 xx.xx.1994-cü il tarixli 01/K nömrəli, xx.xx.1998-ci il tarixli 03/K nömrəli, xx.xx.2000-ci il tarixli 06/K nömrəli və xx.xx.2006-cı il tarixli 07/K nömrəli əmrlərin əsillərində “Baş direktor” qarşısındakı imza; İddiaçı adına olan HT-İ seriyalı ******* № li saylı xx.xx.1994cü il tarixli əmək kitabçasının 41-ci səhifəsində “əmək kitabçasını vermək üçün məsuliyyət daşıyan şəxsin imzası” qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim edilmiş, inzibati işin 93-96-cı vərəqlərində olan "xxxx" X2 xx.xx.1994-cü il tarixli 01/K nömrəli, xx.xx.1998-ci il tarixli 03/K nömrəli, xx.xx.2000-ci il tarixli 06/K nömrəli və xx.xx.2006-cı il tarixli 07/K nömrəli əmrlərdə in əsillərində olan “K/Ş müdiri” və “K/Ş etibarlıdır” qarşısındakı imzalar - EYNİ ŞƏXS tərəfindən icra edilmişdir.
2. Ekspertizaya təqdim edilmiş, İddiaçı adına olan l/İT-l seriyalı ******* № li xx.xx.1994-cü il tarixli əmək kitabçasının 43-cü səhifəsində olan “K/Ş müdiri S.V.Əhmədova” yazıları qarşısındakı imza ilə inzibati işin 93-96-cı vərəqlərində olan "xxxx" X2 xx.xx.1994-cü il tarixli 01/K nömrəli, xx.xx.1998-ci il tarixli, 03/K nömrəli, xx.xx.2000-ci il tarixli 06/K nömrəli və xx.xx.2006-cı il tarixli 07/K nömrəli əmrlərində “K/Ş etibarlıdır” və “K/Ş müdiri:” qrafalarındakı imzaların eyni şəxs tərəfindən icra olunmasının təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Sənədlərin texniki ekspertizası üzrə: Tədqiqata təqdim edilmiş İddiaçı adına İN-İ ******* nömrəli əmək kitabçasının 41 və 43-cü səhifələrdəki möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin möhür əkslərində azərbaycan dili Respublikası Bakı şəhəri Elmi- İstehsalat müə ulduz təsviri vardır.
1. Tədqiqata təqdim edilmiş MT-İ № ******* saylı xx.xx.1994-cü il tarixli əmək kitabçasının 42, 43-cü səhifələrində olan 23 və 26-cı sıradakı qeydlər rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 1.1. Həmin əmək kitabçasının 42, 43-cü səhifələrində olan 24-cü sıradakı qeydlər rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə diyircəkli qələmlə icra olunmuşdurlar. 1.2. Həmin əmək kitabçasının 42, 43-cü səhifələrində olan 23 və 26-cı sıradakı qeydlərin icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri ilə 24-cü sıradakı qeydlərin rəngləyici maddəsi kimyəvi tərkiblərinə görə fərqlənirlər.
2. Tədqiqata təqdim edilmiş "xxxx" X2 xx.xx.1994-cü il tarixli 01/K nömrəli (i.v. 93), xx.xx.1998-ci il tarixli 03/K nömrəli (i.v. 94) və xx.xx.2006-cı il tarixli 07/K nömrəli (i.v. 96) əmrlərin əsillərində olan “baş direktor” sözlərindən sonrakı imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 2.1. Tədqiqata təqdim edilmiş "xxxx" X2 xx.xx.2000-ci il tarixli 06/K nömrəli (i.v. 95) əmrinin əslində olan “baş direktor” sözündən sonrakı imza rəngləyici maddəsinin kimyəvi tərkibinə görə diyircəkli qələmlə icra olunmuşdur. 2.2. Tədqiqata təqdim edilmiş "xxxx" X2 xx.xx.1994-cü il tarixli 01/K nömrəli (i.v. 93), xx.xx.1998-ci il tarixli 03/K nömrəli (i.v. 94) və xx.xx.2006-cı il tarixli 07/K nömrəli (i.v. 96) əmrlərin əsillərində olan “baş direktor” sözlərindən sonrakı imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri ilə xx.xx.2000-ci il tarixli 06/K nömrəli (i.v. 95) əmrinin əslində olan “baş direktor” sözündən sonrakı imzanın rəngləyici maddəsi kimyəvi tərkiblərinə görə fərqlənirlər.
3. Tədqiqata təqdim edilmiş "xxxx" X2 xx.xx.1994-cü il tarixli 01/K nömrəli (i.v. 93), xx.xx.1998-ci il tarixli 03/K nömrəli (i.v. 94), xx.xx.2000-ci il tarixli 06/K nömrəli (i.v. 95) və xx.xx.2006-cı il tarixli 07/K nömrəli (i.v. 96) əmrlərin əsillərində olan “K/Ş müdiri” və “K/Ş etibarlıdır” sözlərindən sonrakı imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar.
4. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən “MT-İ № ******* saylı xx.xx.1994-cü il tarixli əmək kitabçasının səh 41- 43-cü səhifələrindəki qeydlərin kağız üzərinə həkk olunma tarixi kitabçanın doldurulduğu 1994 və 2006-cı illərə uyğun gəlirmi? ИT-İ № ******* saylı xx.xx.1994-cü il tarixli əmək kitabçasının 42, 43-cü səhifələrində olan qeydlər eyni tarixdə icra edilmişmidir? ; ”Elita-91” X2 xx.xx.1994-cü il tarixli, 01/K nömrəli və xx.xx.2006-cı il tarixli 07/K nömrəli əmrlərin əsillərindəki mətn və imzalar hər bir əmr üzrə müvafiq olaraq tərtib edildikləri 1994 və 2006-cı illərə uyğun gəlirmi? ”Elita-91” X2 xx.xx.1994-cü il tarixli 01 /K nömrəli, xx.xx.1998-ci il tarixli 03/K nömrəli, xx.xx.2000-ci il tarixli 06/K nömrəli və xx.xx.2006-cı il tarixli 07/K nömrəli əmrlərin əsillərində olan “baş direktor” qarşısındakı imzalar eyni vaxtda icra edilmişdirmi? ; “Elita-91" X2 xx.xx.1994-cü il tarixli 01/K nömrəli, xx.xx.1998-ci il tarixli 03/K nömrəli, xx.xx.2000-ci il tarixli 06/K nömrəli və xx.xx.2006-cı il tarixli 07/K nömrəli əmrlərin əsillərində olan “K/Ş müdiri” və “K/Ş etibarlıdır” qarşısındakı imzalar eyni vaxtda icra edilmişdirmi?” sualları üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçalarınızın və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz dövr) 15 il 7 ay təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, xx.xx.1994-cü il tarixində adınıza tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sözügedən qurumda xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək “Elita-91" X2 əmək haqqı cədvəllərində uyğunsuzluq olduğu müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. İddiaçının pensiya təminatı üçün tələb olunan 25 il ümumi staj toplanmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçının əmək kitabçası iki hissədən ibarətdir. Birinci hissə xx.xx.1979-cu ildə açılmış. xx.xx.1979-cu il tarixli qeydlə başlayıb, xx.xx.1994-cü il tarixli qeydlə bitir. İkinci hissə xx.xx.1994-cü il tarixdə doldurulmuş, xx.xx.1994-cü il tarixli qeydlə başlayıb, xx.xx.2006-cı il tarixli qeydlə bitir. Məhkəmə icaatına təqdim edilmiş adıçəkilən ИT-İ № ******* nömrəli, xx.xx.1994-cü il tarixdə doldurulmuş əmək kitabçasının ikinci hissənin əslinə baxış keçirilərkən əmək kitabçasının içərisindəki səhifələrinin, üzərindəki yazıların rənginin kitabçanın doldurulduğu 1994-cü il tarixindən bu günədək saxlanma müddəti (keçən 30 ilə yaxın) nəzərə alındıqda aydın əks olunması (solmaması) adi gözlə müşahidə olunur. Bundan əlavə, əmək kitabçasının birinci hissəsi xx.xx.1994-cü il tarixli qeydlə, 16- 17-ci səhifədə bitdiyi halda, 1 gün sonra başlayan xx.xx.1994-cü ildən olan qeydin əmək kitabçasının yeni hissəsindən- 42-43-cü səhifələrində başlandığı müəyyən olunur. Eyni zamanda ikinci hissədə iddiaçının yalnız bir müəssisədə - X5 işləməsi ilə bağlı qeydlər edilmiş, həmin xx.xx.1994, xx.xx.1998, xx.xx.2000-ci il tarixli qeydlərin heç birində (qeydin altında) əmrləri verən müəssisənin nə işəgötürəninin, nə də kadrlar şöbəsinin rəhbərinin adı və imzası qeyd edilməmişdir. Ekspert rəyi ilə xx.xx.1994-cü il tarixli əmək kitabçasının 42-43-cü səhifələrində olan “xx.xx.1994”, “xx.xx.1998”, “xx.xx.2000”, “xx.xx.2006” tarix göstəricilərinə dair əlyazmalar və “S.V.Əhmədova” soyadından əvvəl yerləşən imzanın – eyni şəxs tərəfindən icra olunması, eləcə də əmək kitabçasının 42, 43-cü səhifələrində olan 23 və 26-cı sıradakı qeydlərin rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmasının aşkar edilməsi onu deməyə əsas verir ki, əmək kitabçası eyni şəxs tərəfindən doldurulmuş, hətta 1994-cü ildəki qeydin icra edildiyi diyircəkli qələm həmin qeydlərin üzərindən 12 ilə yaxın müddət keçdikdən sonra yenidən eyni diyircəkli qələmlə və eyni şəxs tərəfindən icra edilməsi öz-özlüyündə təqdim olunan əmək kitabçası qeydlərinin mötəbərliyinə şübhə yaradır. Həmçinin, iddiaçının həmin müəssisəyə işə qəbul, vəzifəsini dəyişməsi və işdən azad edilmədi ilə bağlı əmrlərin əslləri iş materiallarına əlavə edilmiş və ekspert rəyi ilə həmin əmrlərin əslərində (məsələn, xx.xx.1994-cü il tarixli 01/K nömrəli, xx.xx.1998-ci il tarixli 03/K nömrəli və xx.xx.2006-cı il tarixli 07/K nömrəli (i.v. 96)) olan “baş direktor” sözlərindən sonrakı imzaların (öz aralarında), eləcə də əmrlərin əsillərində olan “K/Ş müdiri” və “K/Ş etibarlıdır” sözlərindən sonrakı imzaların (öz aralarında) rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunduğu müəyyən olunmuşdur. Belə olan halda 12 il ərzində olan dəyişikliklərin keçən müddət ərzində eyni diyircəkli qələmlə icra edilməsi həmin əmrlərin yeni tərtib edildiyi qənaətinə gəlməyə əsas verir. Bu nəticəyə gələrkən məhkəmə o halı da nəzərə alır ki, əmrlərin əsillərində olan imzaların rəngi eyni parlaqlıqdadır və keçən müddət ərzində istər 1994, istərsə də 2006cı il tarixli əmrlərdəki imzaların rəngi gözlə görünəcək dərəcədə solmamışdır, baş direktor və kadrlar rəisinin imzalarının eyni qələmlərlə icra edilməsi üçün qələmlərin həmin müddətdə saxlanılması da ağlabatan hesab olunmur. Əmək kitabçasında xx.xx.1994-cü il və xx.xx.1998-ci il tarixli qeydlər kiril qrafikası ilə yazıldığı halda həmin əmrlərin əsilləri latın qrafikası ilə tərtib edilmişdir. Bundan başqa, təqdim olunan əmək haqqı cədvəllərinin, eləcə də əslinə baxış keçirilmiş işçilərin əmək haqqının hesablanması uçotu kitabın doldurulma şəkli (rəngi, möhür əksi və s. ) əmək haqqı cədvəllərinin də ən azından iddiaçının işlədiyi vaxtda doldurulmadığı qənaətinə gəlməyə əsas verir. İddiaçı xx.xx.2006-cı il tarixədək "xxxx" X3 işlədiyini iddia etmiş olsa da iddiaçının fərdi uçot sisteminin tətbiq edildiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixdək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmiş, həmin dövr üzrə pensiya kapitalı qeydə alınmamışdır. Hazırkı halda da iddiaçı tələb olunan (28800 manat) pensiya kapitalına malik olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir Həmin Məcəllənin 110.1-ci maddəsainə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsainə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məkəmə işin yuxarıda sadalanan hallarını nəzərə alaraq iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasında qeyd edilən xx.xx.1994-cü ildən "xxxx" X3 işlədiyi dövr müvafiq əmrlər, əmək haqqı cədvəlləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair mötəbər sənədlərlə öz təsdiqini tapmadığından həmin dövrü iddiaçının ümumi iş stajına daxil etmir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümumi iş stajı yetərli deyildir. Odur ki, iddia tələbi təmin edilməməli, ekspert xərci iddiaçıya aid edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspert tədqiqatının dəyəri olan 200 manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT Bik CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova