Məhkəmə qərarları › İş №2-1(112)-12381/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12381/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12381/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 384, 358 saylı bağ sahələrinin və ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilin onun adına Dövlət reyestrində qeydiyyata alınması və çıxarışların verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 384 və 358 saylı bağ torpaq sahələri və ünvan 2 ünvanında yerləşən 21 saylı mənzil üzərində iddiaçı X6 xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anasının vəfatından sonra xx.xx.2020-ci ildə ünvan 3 ünvanında yerləşən mənzil, ünvan 4vanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi və 384 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinədair “Qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamələr almışdır. O, vərəsəlik hüquqi haqqında şəhadətnamələr əsasında həmin daşınmaz əmakların dövlət reyestrində qeydiyyata alınması və çıxarışların verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktubu ilə ərizəsinin icrasından imtina edib və imtinada göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prosepkti, 14 saylı evin 21 saylı dair hüquqların daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması ilə bağlı **********7 qeydiyyat nömrəsi, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaka dair məhkəmə mübahisəsinin mövcudluğu barədə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3634/2018 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)592/2018 saylı, xx.xx.2018-ci il tarixli, Nərmanov Rayon Məhkəməsinin 2(005)-4219/2017 saylı, xx.xx.2017-ci il tarixli və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4712 2018 saylı, xx.xx.2018-ci il tarixli, 2- 1(102)-1301/17 saylı , xx.xx.2017-ci il tarixli, 2-1(102)-1005/2019 saylı xx.xx.2019-cu il tarixli və 2-1(102)-1444/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirşləri daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı idarəyə daxil olmamışdır. Bu səbəbdən ərizə mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reystri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. O, məktubda göstərilən məhkəmələrə müraciət edərək məhkəmə mübahisələri nədən ibarət olduğu barədə qərarların ona verilməsini xahiş etmişdir. Ona məhkəmə qərarları göndərilmiş və məhkəmə qərarlarından məlum olur ki, sözügedən əmlaklar barəsində heç bir məhdudiyyət mövcud deyil. Belə ki, 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 2- 1(82)-86/2018-ci il tarixli qərardadı ilə onun vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar cavabdeh 21 saylı notariusa qarşı iddiası ilə bağlı iddianın aidiyyat qaydalarına görə iddia mümkün sayılmamışdır. Bütün digər məhkəmə qərarları qeyd olunan iddianın yuxarı instansiya məhkəmələrində baxılması haqqında qərarlarda iddianın ümumi yuristiksiyalı məhkəmə də baxılması müəyyən edilir. Ona görə də o, notariusun hərəkətlərindən Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2029-cu il tarixli 2(004)-4715/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında Bakı şəhəri, 21 saylı notarius ofisi tərəfindən daşınmaz əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Beləliklə, cavabdehin məktubunda istinad etdiyi məhkəmə qərarları onun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi ilə əlqadər olmuşdur. Onun bununla əlaqədar olaraq verdiyi iddiası təmin edilmişdir. O, xx.xx.2023-cu ildə yenidən cavabdehə ərizə ilə müraciət edərək məhkəmə qərarlarında daşınmaz əmlaklar üzərində məhdudiyyətlər olmamasını göstərmiş, şəhadətnamələr əsasında ona çıxarışların verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cu il tarixli məktubunda yenidən əvvəlki məktubunda buna cavab verdiyinə istinad etməklə əmlakların dövlət qeydiyyatını mümkün hesab etməmişdir. Ona görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 08 avqust 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaka dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-592/2018 saylı,xx.xx.2018-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4219/2017 saylı,xx.xx.2017-ci il tarixli və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4712/2018 saylı, xx.xx.2018-ci il tarixli bildirişləri daxil olmuş lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı idarəyə daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********07 nömrəli, xx.xx.2023-il tarixli cavab məktubu ünvanlanmışdır. İddiaçı ünvan 15 ünvanında yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaka dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1301/17 saylı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 13323/2017 saylı, Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4712/2018 saylı, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4219/2017 saylı, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-1005/2019 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1444/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişləri daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********08 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. İddiaçı ünvan 8ylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaka dair məhkəmə mübahisəsinin mövcudluğu barədə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3634/2018 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-592/2018 saylı, xx.xx.2018-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4219/2017 saylı, xx.xx.2017-ci il tarixli və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4712/2018 saylı, xx.xx.2018-ci il tarixli, 2-1(102)-1301/17 saylı, xx.xx.2017-ci il tarixli, 2-1 (102)-1005/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2-1(102)-1444/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişləri daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********12 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1301/2017 saylı xx.xx.2017-ci il tarixli qərarından (surəti) görünür ki: - İddiaçı anası X3 23 oktyabr 2015-ci ildə vəfatından sonra mərhum anasının qanun üzrə birinci növbəli vərəsəsi olaraq ondan miras qalmış ünvan 10 ünvanında yerləşən 3 otaqlı 21 saylı mənzildən və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 384 saylı və 358 saylı bağ sahələrindən ibarət mirasa vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması məqsədilə Bakı şəhəri 21 saylı Notariat Kontoruna rəsmi ərizə ilə müraciət etmişdir. ünvan 11 ünvanlanmış 07 may 2016-cı il və 01 iyul 2016-cı il tarixli məktublarda sözügedən əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı mərhum anasından miras qalmış daşınmaz əmlaklara dair məhdudiyyət qoyulmasına əsas olmuş sənədlər barədə məlumat verilməklə həmin sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. İddiaçının poçt vasitəsilə etdiyi həmin müraciətlər cavabdeh tərəfindən cavablandırılmamışdır. Ona görə də iddiaçı həmin tələblə məhkəməyə müraciət edərək mərhum anasından miras qalmış daşınmaz əmlaklara məhdudiyyət qoyulmasına əsas olmuş sənədlərin ona təqdim edilməsi və bu barədə məlumat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (səhifə 2, abzas 1, 3, 4). - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3615/2016 saylı, 23 noyabr 2016-cı il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı mərhum anasından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 384 və 358 saylı bağ sahələrinə məhdudiyyət qoyulması ilə bağlı məlumat verilməsi və həmin əmlakların üzərinə məhdudiyyətin qoyulmasına əsas olmuş sənədlərin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə edilməsi qərara alınmışdır (səhifə 3, abzas 1). - Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-4181/2017 saylı 14 fevral 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli 2-1(82)-3615/2016 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia tələbi qismən təmin edilməklə, İddiaçı mərhum anası X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən 3 otaqlı 21 saylı mənzilə və Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 384 və 358 saylı bağ sahələrinə məhdudiyyətlər qoyulması barədə müraciətinə cavab verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (səhifə 3, abzas 3). - Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 14 fevral 2017-ci il tarixli qərarını ləğv edib iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir (səhifə 3, abzas 4). - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd olunan qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-418/2017 saylı iş üzrə 14 fevral 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-592/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından (surəti) görünür ki: - İddiaçı Bakı şəhəri 21 saylı Notariat kontoruna qarşı cavabdehin üzərinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin qoyulmasına dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. - Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. - Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadı ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin olunması, 08 sentyabr 2017-ci il tarixli qətnamənin ləğv edilməsi və İddiaçı 21 saylı Notariat kontoruna qarşı cavabdehin üzərinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadla eyni zamanda iddiaçıya onun iddia ərizəsində göstərdiyi məsələlərlə bağlı notariusun qanunsuz hesab etdiyi hərəkətlərindən müvafiq inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəməyə müraciət etmək hüququna sahib olduğu izah edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3634/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki: - İddiaçı cavabdeh Bakı şəhəri 21 saylı Notariat Kontoruna qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “ünvan 2 ünvanında yerləşən 3 otaqlı 21 saylı mənzilə, ünvan 13 ünvanında yerləşən torpaq sahələrinə dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin qeyd olunan qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı şəhəri 21 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci ildə ölmüş X3 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKnin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X7 verilmiş **********63 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 14 ünvanında yerləşən ümumi sahəi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci ildə ölmüş X3 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X7 verilmiş **********60 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 15 ünvanında yerləşən ümumi sahəi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci ildə ölmüş X3 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə X7 verilmiş 30/18012 qeydə alma nömrəsi ilə 154 nömrəli kitabın 23481-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 16 ünvanında yerləşən 3(üç) otaqlı, yaşayış sahəsi 80 kv. m. olan mənzildən ibarətdir. Məhkəmənin müvafiq sorğularına əsasən: DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********33 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri 5 saylı DNK-nın 4Ə-04/565 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 14, 21 saylı mənzil X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 358 saylı bağ evi xx.xx.2000-ci il tarixli, 29554 nömrəli müqavilə əsasında xx.xx.2002-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Daha sonra Mərdəkan qəsəbəsində, 0.12 hektar torpaq sahəsi olan 358 saylı bağ sahəsi (bağ evi söküldüyü üçün) ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş 25538 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2011-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Həmçinin, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 384 saylı bağ evi xx.xx.2000-ci il tarixli, 28601 nömrəli müqavilə əsasında xx.xx.2002-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Daha sonra Mərdəkan qəsəbəsində, 0.12 hektar torpaq sahəsi olan 384 saylı torpaq sahəsi (bağ evi söküldüyü üçün) ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş 25542 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2011-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır hazırda mülkiyyətindədir. Məktuba əlavə olunmuş: 384 №-li “Bağın icarəyə verilməsi haqqında” 28601 №-li xx.xx.2000-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə “Birlik” adlandırılacaq Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə digər tərəfdən Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələlələri üzrə komissiyasının xx.xx.2000-ci il tarixli sərəncamının 44 №-li protokolu əsasında hərəkət edən, gələcəkdə “İcarədar” adlandırılacaq X9 şəxsində Mərdəkan qəsəbəsində 0,12 hektarlıq bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş BM seriyalı 000962 №-li vəsiqənin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki 384 №-li bağ sahəsi 28601 №-li müqavilə əsasında X3 adına (0,12 ha) xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır və bu barədə 27 №-li reyestr kitabında 3649-cu səhifədə 30/3649 №- ilə xx.xx.2002-ci ildə qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən müəyyən olunur ki, Xəzər rayonu, Mərdəkan bağ massivi ünvanında yerləşən 1200 kv. m-dən ibarət torpaq sahəsində yerləşən 384 saylı bağ sahəsi Bakı şəhər İH-nin Tİ və MHQİ-nin xx.xx.2002-ci il tarixli BM seriyalı 000962 saylı qeydiyyat vəsiqəsi ilə bağ evinin tikintisi üçün X7 ayrılmışdır. Bu barədə X12 kitabında xx.xx.2011-ci il tarixdə 25542 nömrə ilə uçot aparılmışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA sereiyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 384 saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 310 nömrəli reyestr kitabının 28148 nömrəli vərəqində X3 adına qeydiyyata alınmışdır. 358 №-li “Bağın icarəyə verilməsi haqqında” 29554 №-li xx.xx.2000-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə “Birlik” adlandırılacaq Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə digər tərəfdən Bakı şəhəri İcra hakimiyyətinin bağlar təsərrüfatının məsələlələri üzrə komissiyasının xx.xx.2000-ci il tarixli sərəncamının 1018 №-li protokolu əsasında hərəkət edən, gələcəkdə “İcarədar” adlandırılacaq X10 şəxsində Mərdəkan qəsəbəsində 0,12 hektarlıq bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş BM seriyalı 000893 №-li vəsiqənin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki 358 №-li bağ sahəsi 29554 №-li müqavilə əsasında X3 adına (1656 kv.m.) xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır və bu barədə 27 №-li reyestr kitabında 3650-ci səhifədə 30/3650 №- ilə xx.xx.2002-ci ildə qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən müəyyən olunur ki, Xəzər rayonu, Mərdəkan bağ massivi ünvanında yerləşən 1200 kv. m-dən ibarət torpaq sahəsində yerləşən 358 saylı bağ sahəsi Bakı şəhər İH-nin Tİ və MHQİ-nin xx.xx.2002-ci il tarixli BM seriyalı 000893 saylı qeydiyyat vəsiqəsi ilə bağ evinin tikintisi üçün X7 ayrılmışdır. Bu barədə X12 kitabında xx.xx.2011-ci il tarixdə 25538 nömrə ilə uçot aparılmışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 358 saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 310 nömrəli reyestr kitabının 28149 nömrəli vərəqində X3 adına qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* №-li, xx.xx.2005-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X10 yaşayış sahəsi 80,0 kv. m. olan Bakı şəhəri, İnşaatçılar prospekti 14 saylı evin 21 saylı mənzili alqı-satqı əsasında X5 dəyərini ödəməklə almışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********91 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 384 və 358 saylı bağ sahələrinin və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 14 ünvanında yerləşən 21 saylı mənzilin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli müraciətə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı xx.xx.2023-cü il tarixli **********07 nömrəli, xx.xx.2023-cü il tarixli **********08 nömrəli və xx.xx.2023-cü il tarixli, **********12 nömrəli məktublarla ətraflı cavab verilmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023cü il tarixli, **********12 nömrəli bildirişdə göstərilmişdir ki, Qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaka dair məhkəmə mübahisəsinin mövcudluğu barədə, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3634/2018 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-592/2018 saylı, xx.xx.2018-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4219/2017 saylı, xx.xx.2017-ci il tarixli və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4712/2018 saylı, xx.xx.2018-ci il tarixli, 2- 1(102)-1301/17 saylı, xx.xx.2017-ci il tarixli, 2-1 (102)-1005/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2-1(102)-1444/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişləri daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – Qanun) : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, X12, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Maddələrin tələbləri işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqıda şəhadətnamə mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Belə şəhadətnaməyə malik olan şəxs onu mülkiyyət hüququnun qeydə alınması üçün verilən ərizəyə əlavə etməklə hüququnun qeydə alınmasını tələb edə bilər. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilmiş nəticə həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyildir və cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu barədə müraciətindən imtina olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 384 və 358 saylı bağ torpaq sahələri və ünvan 2 ünvanında yerləşən 21 saylı mənzil üzərində iddiaçı X6 (xx.xx.1955-ci il təvəllüdlü) xüsusi mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və müvafiq olaraq plan ölçünün və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar