Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12395/2022 27.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Şirvanşahların min illik hakimiyyəti dövründə toplanmış xəzinələrini, varidatını oğurlamış, bu şahlıqdan qabaq ki, və sonraki hökümətlərin xəzinələrini oğurlamış, talan etmiş, sonra möhtəşəm, misilsiz tarixi abidələri, Yunusovlar sökmüşlər. Bununla da kifayyətlənməyib atasına məxsus bağ-mülkünü 1935-ci ildə Bakı stansiyasına müvəqqəti olaraq verdikdən sonra olmuş, “Lokomativ" pioner düşərgəsinin ərazisindəki tarixi abidələrin bir hissəsini sökərək xəzinələrini Yunusovlar oğurlayaraq aralarında bölüşmüşlər. Bakı kəndləri üzrə kütləvi oğurluqlar təşkil etmişlər. 1925-1930-cu illərdə Buzovnaya gəlmiş qədim tarixi abidələrin amamenti daşlarını zədələmədən ermənilərə satmaq üçün tarixi abidələrin sökülməsini təşkil etmiş vandalizimdən də artıq işlər törətmiş Yunusovların, onların köməkçilərinin və dövlət vəzifələrində də işləyənlərin iştirak etdikləri çox cəhətli cinayətkar qruplaşmasının hədsiz imkanlarına görə müntəzəm razılaşan cavabdeh orqanlar, idarələr konstitusiya qanunlarına zid işlər aparıblar, onun konstitusiya ilə qorunan hüquqlarını hətta mülkiyyətdən məhrum etmək üçün azadlığını pozduqlarını nəzərə almaq lazımdır, yəni 1935-ci ildə Ağadadaş Bağı oğlu 3,5 ha faktiki 3,81 hektar (3,5) de ərazisi olan bağını və bu təsərrüfat mülklü möhtəşəm bağın qonşuluğunda yerləşən iki ikimərtəbəli, iki birmərtəbəli evləri, südçülük arteli, işlək su quyusu, üzərində matorxana binası olan, 1 ha faktiki 1,09 hektar ərazisi bir desyatindən çox olan ümumilikdə 4,5 ha faktiki 4,9 hektardan çox bağ-mülkünü müvəqqəti olaraq dövlet səviyyəsində təsdiq etdirərək Bakı stansiyasına verib. Bu bağ 1935-ci 1940-cı illərdə Lokomativ təsərrüfat sahəli düşərgəsi adlanıb. Keçmiş Dəmiryolu İdarəsi rəhbərlikləri Yunusovların bu düşərgənin də tarixi abidələrini söküb xəzinələrini oğurlamaqlarından yaranmış pullarına görə onların vandalis, çoxcəhətli cinayət əməllərini gizlətmək üçün 4,91 ha ərazisi olan “Lokomotiv” pioner düşərgəsinin dələduzluqla adını dəyişib “Oxatan" pioner düşərgəsi ediblər və ərazisini azaldıb, iki hektar ediblər. 1962-ci ildə Pirşağıda təzə tikilib istifadəyə verilmiş pioner düşərgəsinə “Lokomotiv" adını vermişlər. İki hektar “Oxatan" pioner düşərgəsi atasının bağ-mülkünün bir hissəsi olduğuna görə ona veriləcəyi xəbər tutan Yunusovlar xəzinələri oğurladıqlarını, vandalis əməllərinin aşkar olmaması üçün, tarixi abidələrinin bərpasını mümkünsüz etmək üçün qalmış möhtəşəm tarixi abidələrin də sökülməsi üçün plan hazırlamışlar. Atasına məxsus bağ-mülklərin sənədlərini oğurlamış Mail Sudeyf oğlu vasitəsi ilə atasının 1919-cu ildə Buzovna kəndi daxilində yerləşən Tağı Gülməmməd oğlunun bağını alqı-satqı yolu ilə, notarial qaydada alınması sənədlərini saxtakarlıqla dəyişiblər. Bağı Səid oğlunun tikintisi olmayan bağ ediblər və “Oxatan" pioner düşərgəsinə aid edilib, (qeyd: atası: X5 Gülməmməd oğlunun 1..09 ha bağını notarial qaydada aldığını arxiv sənədi olan 1041 saylı KARTOÇKA-da bildirilən bağdır). Bu arxiv sənədini Bakı Sovetinin məsləhəti ilə D.A. Bakı filialına 1960-1970-ci illərdə atası və sonra 1990-2000-ci illərdə onun müraciətlərindən, arxiv direktorunun otağındakı jurnalda “Ağa dadaş” yazılışı, yanında vurulmuş möhürü görmüş, Xəzər Rayon İcra Hakimiyyətinə müarciətindən sonra 1041 saylı Kartoçka ona görə saxtalaşdırılaraq dələduzluqla dəyişiklik aparılaraq ona verilib. Belə ki, sənəddə göstərilən ərazi azı 0,2 ha kiçildilərək 0,89 ha edilib. Atasının adında da iki hərflərini yazmayaraq adı Ağa Daş şəklinə salıblar. Ona verilən arxiv sənədində ərazinin trapes şəklində olan yuxarı hissəsi göstərilib. Düzbucaq şəklində olan aşağı alaqapısı olan, hissə göstərilməyib. Kolxoz sədri Zeynalov Musanın və ya onun nümayəndəsinin, kənd sovetinin imzası yoxdur. Atasının mülki bağsənədlərinin oğurlayan əmisi oğlanları Naib, Mail qardaşları ayrı-ayrılıqda bu bağa dair saxta sənəd təşkil ediblər. Naib Sudaif oğlu atasının yaşının 5 il artıraraq bu bağın atası Sudeyf tərəfindən alındığı barədə saxta sənəd təşkil edib. Hazırki Əfəndiyev 1 A saylı ünvanda ilkin 0,5 ha quyu, üzərində motorxana binası olan ərazini götürüb. Mail Sudeyf oğlu isə 1919-cu ildə bu bağı babası Əbdül Səid oğlu tərəfindən alqı-satqı yolu ilə aldığı barədə saxta sənəd təşkil ediblər. Tarix arxivində bu barədə dələduzluqla dəyişiklik aparıblar. Hansı ki, babası 1917-ci ilin əvvəlində X8 ölüb. Buna görə tarix arxivində olan 1919-cu ildə X3 1.09 ha ərazisi olan bağı notarial qaydada alması barədə sənədin təsdiqlənmiş surətini ona vermirlər. 1919-cu il oğurladıqları notarial sənəddəki möhürə oxşar dayıları möhür hazırlayıblar...Naib Sudeyf oğlu qardaşı Mailin bu bağı baba sənədi edib “Oxatan” pioner düşərgəsinə aid etdiyini xəbər tutduqda münaqişə yaranıb. Bundan sonra Naib Əfəndiyev 1 A saylı ünvana başqa saxta sənəd tətbiq etməyə başlayıbmış. Saxta baba bağı sənədini Torpaq və Xəritəçəkmə Komitəsində bu pioner düşərgəsinin sənədlərinin üzərinə oturdublar. ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində, Milli Dövlət Arxivində, Tarix Arxivində razılığa gəliblər ona sənəd verməsinlər. Buzovnadakı Dəmiryolu pioner düşərgəsi babası Bağı Səid oğlunun tikintisi olmayan bağı olduğunu bildirilsin. Çingiz Məmmədov “Oxatan” pioner düşərgəsinin tarixi möhtəşəm abidələrlə zəngin 2137,1 kv.m. ərazisini Yunusov Ağabəyə dələduzluqla bir milyon alaraq satılmasını təşkil edib. Bu ərazidən sonrakı, çox qədim tarixi abidələri, 30-40 metr uzunluğu olan korpus binalar atasının tikdiyi evləri olan 0,5 ha ərazini dələduzluqla, başqa üsulla Babayev Əliquluya satıb. Yəni, “Oxatan" pioner düşərgəsi olmamışdan qabaq Əliqulunun babası Yunusov Əliquluya verilmiş pay torpaqdır (Qeyd: Yunusov Əliquluya verilmiş 0,25 ha pay torpaq küçə adları verilənən qədər 889 saylı sahə olub ki, o da pay torpaq sahəsinin bir hissəsini Yunusov Nəcəfquluya satıb). Babayev Əliqulu dələduzluqla aldığı ərazinin 0,25 ha-nı əvvəlcə Ağaəlinin, bir neçə ildən sonra Fətullanın pay torpağı edib. Hansı ki, Fətulla 1955-ci ildə əsirlikdən qayıdıb. Ölənə kimi özünün xəbəri olmayıb. 1956cı ildə ona 0,25 ha pay torpaq verilibmiş. Çingiz Məmmədov dələduzluqla planlaşdırmanın yuxarıda bildirilən hissəsi yerinə yetirildikdən, dələduzluqla 0,7 ha ərazini satıb, bu satdığı ərazidə tarixi abidələrin çox hissəsini sökdürdükdən sonra “Oxatan" pioner düşərgəsinin qalmış 1,3 ha ərazisini özlərinki etmək plan hissəsini işə salıb. “Lokomotiv” pioner düşərgəsi ərazisində özbaşına 80 metr tarixi abidələri sökərək girmiş Cabbarovların iki parniki arasından "Oxatan" pioner düşərgəsinə yol açmışlar. Bu görülən dələduz işləri sayəsində güclü yağış vaxtı "Oxatan" pioner düşərgəsi su içində olmuş vaxtında şəklini çəkdirmişdir. “Oxatan” pioner düşərgəsini su basmış, uçub-dağılan bataqlıq yer kimi Çingiz Məmmədovun heç bir səlahiyyəti çatmasa da gizli dələduzluqla satışı axşam təşkil etdirilib. Ancaq, Çingiz Məmmədovun arvadı Yaqut Məmmədovun iştirak etdiyi auksionda dələduzluqla Yaqut Məmmədovun 1,3 ha ərazisi olan su basmış uçub-dağılan “Oxatan” pioner düşərgəsinin aldığını təşkil etmişlər. İlkin 2009-cu ildə 0,3 ha tikintisi olmayan ərazini, 2016-ci ildə isə qaçqınlar yaşadığı 1 ha ərazini, hansı ki, bu düşərgə atasına məxsus olması barədə şəhadətnaməsi ƏMDK-də vardır. Müvəqqəti olaraq Bakı stansiyasına dövlət səviyyəsində təsdiq edilərək verilməsi barəsində məlumat ƏMDK-da var və ƏMDK-sinin 4 saylı regional ərazi şöbəsində də məlumat var. Qaçqınlar yaşadığı dövrdə başqasının şəxsi, möhtəşəm mülkünü satışa çıxarmaq cinayətdir. Yaşadıqları mülklərin, ərazinin satışa çıxarılması qanunla qadağan edilib. Atası 1,09 ha ərazisi olan bağında yaşamaq üçün ikimərtəbəli evlər tikmiş, generator və suvurma qurğularına 11,75 metr uzunluğunda olan motorxana binası tikmişdir. 29 metr dərinliyi olan elpisvari şirin su quyusu qayanı çaparaq qazmışdır. Atası bu bağ üzrə də iki ikimərtəbəli evlər, alarkən mövcud olmuş ikimərtəbəli, birmərtəbəli evləri gün ərzində işləyən quyusu, üzərində motorxana binasının və təsərrüfat tikililərin mülkiyyətçisi olmuşdur. Bu bağ arxiv sənədi olan 1041 saylı KARTOÇKA-da bildirilən bağdır. Bu bağdan cənubda Hüseynqulu bağını Tağı Gülməmməd oğlundan qabaq satıb Hüseynqulunun bağı arxiv sənədi olan 1041 saylı KARTOÇKA-da bildirilən bağının cənub hüdudundaki 1/4 hissəsi əkinə yararlı olub. X7 buzovna kəndinin çar dövründə 275-ə yaxın vergi ödəyicisi olan sakinlərinin siyahısı var. Siyahıda kimin hansı ölçüdə bağı, torpağı,mülk sahibi olması bildirilir. Əslində Əli bəyin bağı olub. Erməniyə satdığından erməninin adı yazılmalı idi....Bu siyahıda 5 nəfərdən başqa 270 nəfər bağ sahibinin bağlarının ərazisi 1 desyatin olduğu bildirilsə də, hər bağ bu ölçüdən 0,1-0,2 de artıq olub. Məsələn: Tağı Gülməmməd oğlunun 1 de bağı olduğu bildirilib. Ərazisi çox olanlardan Hüseynqulunun 1 desyatin əkinə yararlı və 1 desyatin əkinə yararsız bağı olduğu bildirilib. Əliqulunun: Buzovnada yeganə bağdır ki, ərazisi 3,5 desyatin bağı olduğu bildirilib. Deməli, onun atasının erməninin 3,5 de bağını aldığını bildirsə də, əslində 3,815 ha ərazisi olan bağını alıbmış. 1 desyatin 1,09 ha ərazidir. 1925ci ildə SSRİ X4 bu ölkədə metrik ölçü sisteminə küçməsi barədə qərar qəbul edilib. 1927-ci ildə Beynəlxalq konfransda da metrik ölçü sisteminə keçməsi qərarı qəbul olunub. Ağadadaş Bağı oğlunun Buzovnadakı 3,5 de ərazisi olan bağı Bakı qəzası üzrə yeganə bağ olub ki, 1000 illərdən çox bundan əvvəl salınıb. Atası təmirə dayanan gəmilərin bosman və matrosları ilə razılığa gələrək müqavilə bağlamışdı. Bosman başçılığı ilə təmirə qoyulmuş gəmilərin qaldırıcı qurğuları, generatorlarını və başqa invertarlarını bu təzə alınmış əraziyə gətirərək təsərüfata köməyə başlamışlar. Yüzlərlə matros üç ildən çox atasına məxsus mülklərdə qalaraq təsərüfata kömək etmişlər. İlkin olaraq burada iki mərtəbəli ev tikib. “Lokomativ" düşərgəsi olmuş mülkdə 10 ədəd 3 otaqlı qabağı eyvanlı evlər tikmiş. Yanında verandalar tikmiş, keçmişdə atlar saxlanılan korpus şimal tərəfi kazarma olan binaları bərpa etmişdir. Atası aldığı 1,09 ha ərazisi olan bağ mülkün ərazidə matrosların köməyi ilə 3.5 x7 metr elbisvari ölçüdə, 29-metr dərinliyində qayanı çaparaq quyu qazmışdır. Quyu 29-cu metrdə 60 sm diametrlikdə üç metr hündürlükdə fantan şirin su vurub. O dövrdə Bakını tərəvəzlə Buzovna kəndi təmin edirdi. Şəhər əhalisinin sürətlə artması, Bakı yaxınlığında yetmiş min rus qoşununun saxlanması müntəzəm ərzaq xüsusi ilə tərəvəz çatışmamazlığı yaratmışdı. Baltikyanı ölkələrdən də Bakıya tərəvəz gətirilirdi. Quyuda o dövrün ən müasir suvurma sistemi quraşdırmışdı. Gecələr otaqları əkin ərazisini işıqlandırmaq üçün on at güclü generator işlədilirdi. Ərazinin hüdudları iki metrə yuxarı hündürlükdə hasarlanmışdı. Hasarla yanaşı Qərb tərəfi daşdan içi sementlənmiş suvarma arxı tikmişdilər. Atasına məxsus 3,5 de ərazisi olan bağ-mülkünə su arxını düzgün çəkmək üçün Cənub qonşusu-Hüseynqulunun bağını satdığı şəxslə (Allahverdi) danışıb alaraq ərazini əkərək, istifadə edərək tirəni qoruyan hasar-səd tikərək, üzərində içi sementlənmiş su arxını tikmişdir. Bu alınmış mülkün ərazisi şimaldan cənuba doğru üzü aşağı 3 tirədən ibarətdir. Hər tirə cənub və qərbdən şərqə doğru meyillidir. Su öz axarı ilə “Lokomotiv" düşərgəsi olmuş mülkün quyularının 2-3 metrliyindən keçməklə öz axarı ilə bu mülkün də suvarılmasında istifadə olunub. Müharibənin ilk dövründə bu mülkü əhatə edən hasarlar sökülməyib. Bu mülkə giriş-çıxış yolu Natəvan küçəsindən də olub. Burada bütün növ tərəvəzlər əkilirdi. Bakı qəzası üzrə komsomol komitəsinin sədri olmuş Hüseyn Rəhmanov tez-tez atasıgilin yanına gələrək bildirirdi “nə qədər bacarırsız çox əkin Bakıda aclıq olmasın yoxsa şəhər ətrafında yerləşən Rus qoşunu müsəlman əhalisini qırarlar”. Ərizəsində yazdığı kimi 1920-ci ildən 1924-cü ilədək araşdırma aparılsaydı, bu siyahıya əsaslanaraq müsbət cavab vermiş olardılar. Ərizəsi saxtalaşdırılmasın deyə, 2008-ci ildə Milli Arxivə sifarişli, notarial qaydada təsdiqlənmiş məktub göndərmişdir. Bu notarial qaydada təsdiqlənmiş ərizəsində 1920-ci və 1921-ci illər üzrə alqı-satqı yolu ilə ermənidən bağ almasını araşdırıb cavab verməsini xahiş etmişdir. Aldıqlarını bildirsələr də dəfələrlə müraciət etsə də, təkrarlarla bu ərizəni versə də hələ cavab verməyiblər. 10-cu otaqda sənədlərin Publikasiya şöbəsinin müdiri Leyla xanım hər dəfə notarial təsdiqlənmiş ərizəsini Dövlət Arxivinə göndərdiyini bildirirdi. Hazırda 2019-cu il 15 mart tarixində ona aşkar oldu ki, Leyla xanım notarial təsdiqlənmiş ərizəni cırıb atıb. Belə ki, 2019-cu il 15 mart tarixində Milli Arxivin sənəd qəbulu otağında olduqda bir aydan çox keçmiş ərizəsinə dəfələrlə on ildən çox müddət ərzində olduğu kimi mahiyyəti üzrə deyil, dəfələrlə mənfi cavabı təkrar ona ünvanlamışdılar. O, cavabı qəbul etməmişdir. Onlar isə təkid edirdilər ki, vermiş olduğun ərizəyə uyğun cavab veriblər. Başqa ərizəni ona göstərirdilər. O, bildirmişdir, ərizəsini 5 saylı ASAN Xidmətə vermişdir, sonra dəfələrlə sifarişli bu mövzuda Dövlət Arxivinə poçtla ərizə göndərmişdir. Bildirmişdir ki, keçmişlərdə olduğu kimi mənfi cavab verilməsinə uyğun onun adından ərizə göndərəcəksiniz. Bu danışıqdan ona mənfi cavab təkidlə vermək istəyənlər olub. Leyla xanıma aid olmasa da, koordinator Leyla xanım qaralaraq otaqdan çıxdı, yenidən otağa girərək təkidlə bildirdi: “Mülk-bağ alınması ancaq notarial qaydada olur. Sən Ədliyyə Nazirliyinə müraciət etməlisən. Dövlət Arxivində notarial sənəd, Bakı kəndləri üzrə bağ-mülk alınma, satılma sənədləri yoxdur?? Sənin notarial təsdiqlənmiş ərizəni Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə göndərmişdim. Dövlət Arxivində sənə aid heç bir sənəd yoxdur.” Ərizələri mahiyyəti üzrə cavab verilmədiyinə görə xx.xx.2019-cu il Milli Arxivdə olmuşdur. Milli Arxiv İdarəsinin rəisi cənab Əsgər Rəsulovla görüşmüşdür. Onda ərizələrindən qəbul edilmə qeydiyyatı olan xx.xx.2018-ci il tarixli ərizəsini rəis nəzərdən keçirib hərtərəfli yazıldığını bildirmişdi. Otaqda olan Tarix Arxivinin direktorunu əvəz edən Anar dəfələrlə bildirmişdi: “məndə deyil, atanının ermənidən bağ almasına dair sənədlər məndə deyil, Dövlət Arxivindədir”. İdarə rəisi cənab Əsgər Rəsulov bildirmişdi: “bu bağ barədə heç kəsə sənəd verilməyib. Bunu sənə kim deyib, səni aldadır!”. Bunu koordinator Leyla xanım 2009 və 2010-cu illərdə bildirirdi. Qeyd olunanlara əsasən 3,5 ha faktiki 3,8 ha (3,5 de) ərazisi olan Ağadadaş Bağı oğlunun bağmülkünə çıxarış verilməsinin ƏMDK yanında DƏDRX-nə 1 saylı Bakı şəhər Ərazi İdarəsinin öhdəsinə qoyulması, bu 3,5 ha əslində 3,8 ha ərazisi olan Ağadadaş Bağı oğlunun bağ mülk ərazisində söküntü aparmaq, tikinti aparmağı qadağan edilməsi, 2137,1 kvm. ərazini icarəyə verilməsi, özəlləşdirilməsi, alqı-satqıların etibarsız sayılması haqqında, Ağadadaş Bağı oğlunun 3,86 ha ərazisi olan bağ mülkündən 1,3 ha. evlər ərazi hissəsini cinayətkarlıqla 2016-cı ildə hərraca çıxarılması etibarsız sayılması və sair barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaçının iddia tələbinin məmununa uyğun ərizə ilə İdarəyə müraciət etmədiyinə görə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 46.1-cı maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. - 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. İddiaçı iddia tələbi aydın olmadığından, həmçinin cavabdeh inzibati orqana mübahisə ilə bağlı müraciət etməyi barədə müvafiq sənədlər iddia ərizəsinə əlavə etmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əməl etməklə İddiaçı dəqiqləşdirilmiş iddia tələbinin və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Lakin İddiaçı tərəfindən qanunauyğun tərtib edilmiş iddia ərizəsi və müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. - 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri müəyyən edilmişdir. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun tərtib olunmadığından və bununla da iddianın növünü, həmçinin mübahisənin inzibati məhkəmə icraatına aidiyyatını müəyyən etmək mümkün olmadığından, həmçinin iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-12395/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12395/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver