Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-124/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacıb qızı Hacıbəyоvanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat İdarəsinə qarşı “xx.xx.1971-ci il tarixdən etibarən 38 il müddətində işlədiyi neft və qaz hasilatı üzrə operator vəzifəsini əmək fəaliyyətini nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiyanın və əlavə ödənişlərin hesablanaraq ödənilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat İdarəsinə qarşı “xx.xx.1971-ci il tarixdən etibarən 38 il müddətində işlədiyi neft və qaz hasilatı üzrə operator vəzifəsini əmək fəaliyyətini nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiyanın və əlavə ödənişlərin hesablanaraq ödənilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat İdarəsinə qarşı “xx.xx.1971-ci il tarixdən etibarən 38 il müddətində işlədiyi neft və qaz hasilatı üzrə operator vəzifəsini əmək fəaliyyətini nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiyanın və əlavə ödənişlərin hesablanaraq ödənilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 55.3-cü, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat İdarəsinə qarşı “xx.xx.1971-ci il tarixdən etibarən 38 il müddətində işlədiyi neft və qaz hasilatı üzrə operator vəzifəsini əmək fəaliyyətini nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiyanın və əlavə ödənişlərin hesablanaraq ödənilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılsın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə)şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-124/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-124/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver