Məhkəmə qərarları › İş №2-1(112)-1240/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1240/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1240/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami RİH-ə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbini irəli srərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı uzun müddət “Koroğlu” (keçmiş M.Əzizbəyov) metro stansiyasının çıxışında yerləşən qeyri-yaşayış sahələrində sahibkarlıq fəaliyyəti ilə olmuşdur. Söküntüdən sonra bu işlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 1255 saylı 1 fevral 2006-cı il tarixli sərəncamının icra edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 20 fevral 2009-cu il tarixli 77 saylı sərəncam vermişdir. Bu sərəncama əsasən “Əzizbəyov” (Koroğlu) metrostansiyası ərazisində fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə sahibkarlara itirilmiş iş yerlərinin bərpa edilməsi göstərilmişdir. Bu sərəncama uyğun olaraq Bakı şəhəri Nizami RİH tərəfindən 27 fevral 2009-cu il tarixli 93 saylı sərəncam verilərək 22 nəfər sahibkara Nizami rayonunda əvvəlki iş yerlərini bərpa etmək üçün 8 ünvanda torpaq sahəsi ayrılması haqqında göstəriş verilmişdir. İddiaçıya verilmiş sərəncama əsasən yeni ünvanda 25 kv.m obyektin tikintisi üçün müvafıq sənədlərin toplanması və təsdiq olunması işlərinin yekunlaşdırdığı ərəfədə Bakı ŞİH başçısı tərəfindən naməlum səbəbdən yuxarıda adıçəkilən sərəncam ləğv edilmişdir. İddiaçı bu halla razılaşmadığından, hüquqlarının bərpası üçün məkəməvə müraciət etmişdir. Onun iddiasına məhkəmə qaydasmda baxılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən iddia təmin olunmuş və ləğv edilmiş sərəncamın bərpa olunması barədə qərar çıxarılmışdır. Beləliklə. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 may 2016-cı iİ tarixli 2-1(82)-223/2016 saylı qərarı, Bakı Apellyasiva Məhkəməsinin qüvvədə olan 15 may 2013-cü il tarixli 2-1 inz(103)- 562/2013 saylı, 1 noyabr 2016-cı il tarixli 2-1(103)-2017/2016 saylı, 29 mart 2017-ci il tarixli 2-1(103)-942/2017 saylı, Azərbaycan Respublikası Aİi Məhkəməsinin 17 iyul 2013-cü il tarixli 2-2(102)-702/2013 saylı, 25 yanvar 2017-ci il tarixli 2-1(102)-545/2017 saylı, 29 avqust 2017-ci il tarixli 2-1(102)-1376/2017 saylı qərarları ilə Bakı ŞİH başçısının 20 fevral 2009-cu il tarixli 77 nömrəli sərəncamı öz hüquqi qüvvəsini bərpa etmişdir. Məhkəmə qərarları icra olunmadığından, onun (hazırkı iddiaçının) şikayəti əsasında qaldırılan məsələyə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral 761 nömrəli Fərmam ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının göstərişinə əsasən Bakı ŞİH-in Apellyasiya Şurasında baxılmış və 30 aprel 2018-ci il tarixli 1 nömrəıi Qərarla Azərbaycan Respublikası Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarlarının icrası ilə bağlı müvafıq tədbirlərin həyata keçirilməsi Bakı şəhəri Nizami RİH-ə həvalə edilmişdir. Beləliklə, Bakı şəhəri Nizami RİH 1255 saylı 1 fevral 2006-cı il tarixli Sərəncamı, Bakı ŞİH-in 77 saylı 20 fevral 2009-cu il tarixli sərəncamını, dövlət orqanları tərəfindən verilən rəsmi rəyləri, çoxlu sayda verilən və qüvvədə olan məhkəmə qərarlarını, Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılmış Apellyasiya Şurasının qərarlarını, hətta RİH-in özünün verdiyi 93 saylı 27 fevral 2009-cu il tarixli sərəncamı nəzərə almamışdır. Azərbaycan Respublikası Prezidentinin sözügedən köçürülmə işi ilə əlaqədar 1 fevral tarixli 1255 saylı Sərərəncamı imzalandığı gündən qüvvəyə minib və indiyədək öz qüvvəsini saxlayır. Bu Sərəncamı icra etmək Bakı şəhəri Nizami RİH-in və bütün dövlət təşkilatlarının, eləcə də orda çalışan bütün məmurların bir başa vəzifə borclarıdır. Beləliklə, iddiaçı bir sahibkar olaraq 14 ildir ki, Bakı şəhəri Nizami RİH-in maneə yaradan hərəkətlərindən dövlət tərəfindən ayrılmış torpaq sahələrində bütün qanuni sənədlərin əldə olunmasına baxmayaraq, öz sahibkarlıq fəaliyyətini bərpa edə bilməmişdir. Bakı şəhəri Nizami RİH yenə də heç bir qərara, qayda-qanuna məhəl qoymayaraq, məhkəmə qərarlarının icrası haqqmda qanunvericiliyə zidd olaraq, qətnamənin icrasını təmin etməkdən boyun qaçırır. Bakı şəhəri Nizami RH qətnamənin icrasını təmin etmək məsuliyyətini öz üzərindən yayındırmağa çalışmışdır. Belə ki, Sərəncamda qeyd edilən sahə Bakı şəhəri Nizami RİHin balansındadır və sərəncam da həmin orqan tərəfindən verilmişdir. Göründüyü kimi, qətnamənin icra edilməməsi onu (iddiaçını) qətnamənin verəcəyi bütün faydalı səmərəsindən məhrum etmişdir. İddiaçıya əmlakının sökülməsindən başlayaraq əmlak hüquqlarının kobud şəkildə pozulması dərin zərbə vurmuşdur. O, artıq 14 ildir ki, məhkəmələrə, icra hakimiyyəti və məhkəmə icra orqanlarına müraciət etməklə vaxt itirir. Məhkəmə mübahisələri onun xeyrinə yekunlaşdığı və müvafiq torpaq sahəsinin ona veriləcəyini gözlədiyi halda, belə hərəkətlər törətməklə ona mənəvi zərər vurulub və vurulmaqda davam etdirilir. İddiaçının illərlə məhkəmələrdə, məhkəmə icraçılarının qəbulunda, Ədliyyə Nazirliyinin qəbul otağında, Rayon və Şəhər İcra Hakimiyyətlərinin inzibati binasında və s. əziyyət çəkməyindən, çəkdiyi xərclərdən başqa, yekunda qətnamənin icrasına da maneçilik törədilmişdir. Beləliklə, Bakı şəhəri Nizami RİH öz sərəncamına zidd olaraq hərəkət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 20.1.-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Pleniumunun Qərarına əsaslanaraq, məhkəmədən cavabdeh Bakı şəhəri Nizami RİH-dən ona (iddiaçıya) vurulmuş maddi ziyana görə 200.000 manat, mənəvi zərərə görə 200.000 manat pulun ödənilməsi barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Bakı şəhəri Nizami RİH-in məhkəməyə iddia ilə bağlı ünvanlanmış 4 avqust 2021-ci il tarixli 11-13/715 saylı məktubunda bildirilir ki, qeyri-yaşayış sahələrinin tikintisi üçün Bakı ŞİH başçısı 20 fevral 2009-cu il tarixli 77 saylı sərəncam qəbul edərək Bakı şəhəri Nizami RİH-ə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmışdır. RİH göstərilən sərəncamın icrasını təmin etmək məqsədilə 27 fevral 2009-cu il tarixli 93 saylı saylı sərəncamı ilə rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayrılmışdır. Sonradan Bakı ŞİH başçısı 12 mart 2012-ci il tarixli 113 saylı sərəncamı ilə yuxarıda göstərilən öz sərəncamını ləğv etmişdir. Həmin sərəncam ləğv edildikdən sonra, Bakı şəhəri Nizami RİH başçısının 27 fevral 2009-cu il tarixli 93 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Əlavə oluraq qeyd edilir ki, həmin müddətdə və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sərəncam vermək Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətinə aid olmamışdır. Azərbaycan Respublikası Prezidentinin «Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin veilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazın (münasibətin) məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Həmin Qanunun 19-cu maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16-cı bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir: - (4.16.1) şəhərin, rayonun və şəhər rayonunun icra hakimiyyəti orqanının istifadəsində olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək və həmin əmlakın qorunmasını təşkil etmək; - (4.16.2) idarəçiliyində olan qeyri-yaşayış fondu obyektlərinin icarəyə verilməsinə razılıq vermək; - (4.16.3) müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; - (4.16.4) müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla). «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, müəyyən etdiyi aşağıdakı xüsusatları diqqətə çəkir: Hazırkı iddiaçının mərhum əri X5 və digərlərinə məxsus olmuş, “Bakı Metropoliteni”nin “Əzizbəyov” (indiki Koroğlu) metrostansiyasının yaxınlığında yerləşən və Azərbaycan Respublikası Prezidentinin 1255 saylı 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2005 – 2007-ci illər üçün Tədbirlər Planı»nın müddəalarının icrasını təmin etmək istiqamətində sökülmüş ticarət obyektinin bərpa olunması üçün Bakı şəhəri Nizami RİH-ə icazə verilməsi barədə Bakı ŞİH 20 fevral 2009-cu il tarxdə 77 nömrəli sərəncam vermiş və həmin sərəncam əsasında Bakı şəhəri Cavabdeh 27 fevral 2009-cu il tarixdə 93 nömrəli sərəncam vermişdir. Sonradan Bakı ŞİH-in 12 mart 2012-ci il tarixli 113 nömrəli sərəncamı ilə həmin sərəncam ləğv edilmişdir. Lakin hazırkı iddiaçı sözügedən 12 mart 2012-ci il tarxli sərəncamı onun mərhum ərinə aid hissədə mübahisələndirmiş və məhkəmə qərarı ilə iddia təmin edilərək sərəncam həmin hissədə ləğv edilmişdir. Hazırda iddaçı İddiaçı bərpasına icazə verilmiş müvafiq obyektin sahibinin varisi kimi cavabdeh Bakı şəhəri Cavabdeh qurumun həmin sərəncamını icrası və icrasına şərait yaradılması istiqamətində hərəkət və hərəkətsizliyini mübahisələndirir və ona dəymiş maddi və mənəvi ziyanı tələb edir. Məhkəmənin tərəflərin dəlillərinə münasibətdə qənaəti aşağıdakılardan ibarətdir: 1) Cavabdeh inzibati orqan Bakı şəhəri Nizami RİH-in 1 yanvar 2001-ci il tarixdən sonra torpaq ayırmaq səlahiyyəti olmadığından, habelə 27 fevral 2009-cu il tarixdə 93 nömrəli sərəncamın qəbulundan sonra cavabdehin hər hansı hərəkəti və ya hərəkətsizliyi zəruri olmadığından, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə icraatında öz təsdiqini tapmır; 2) Yuxarıda qeyd olunan hərəkət və ya hərəkətsizliyi mövcud olmaqla hüquqa zidd qiymətləndirilsə belə, iddiaçının tələb etdiyi 200.000 manat maddi ziyan məbləğinin nədə – real zərər, əldən çıxmış fayda və s. formada ifadə olunduğu müəyyən edilmir və bu tələb əsaslı sayıla bilməz; 3) Həmçinin qeyd olunan hal mövcud olduğu təqdirdə, iddiaçıya 200.000 manat mənəvi zərərin vurulması, yəni iztirab və sarsıntı keçirilməsi ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən, iddia həmin tələb hissəsində də təmin olunmamalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar