Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1240/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X4) qarşı “sərəncamının və istismara icazə sənədinin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı şəhəri, Cavabdehin başçısının 182 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdehin başçısının 182 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, X8 küçəsi, 27C, 29 və 29B saylı ünvanlarda yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri-yaşayış sahəsinə çevrilməsinə üçüncü şəxs X2 icazə verilmişdir, bunun da nəticəsində hal-hazırda həmin tikililərdə stasionar xəstəxana (Nyu med klinikası) yerləşir və həmin xəstəxananın pəncərələri isə iddiaçının yaşayış evinin həyətinə, qapısına, pəncərələrinə baxır, xəstələr pəncərələrdən başlarını çıxarıb iddiaçının və ailə üzvlərinin (gəlininin, qızının) oturduğu həyətə, evinin içinə baxırlar. Belə ki, həmin pəncərələrlə evinin arasındakı məsafə cəmi 5- 6 metr təşkil edir. Cavabdehin hal-hazırda mübahisələndirilən qərarını iddiaçı X2 qarşı həmin qeyd etdiyi pəncərələrin bağlanması barədə Nərimanov rayon məhkəməsində iddia qaldırdıqdan sonra cavabdehin məhkəməyə təqdim etdiyi zaman əldə etmişdir, yəni qeyd edilən sərəncam barədə iddiaçının əvvəllər nə məlumatı olmuşdur, nə də sərəncam onda olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 3441 qeydiyyat №si ilə 16 aprel 2009cu il tarixdə qeydiyyata alınmış Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar”ında göstərilir: ”2.1. Tibb müəssisələri şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikintisinə dair tələblərə, eləcə də gigiyenik tələblərə və sanitariya-mühafizə zolaqlarının gözlənilməsi şərti ilə ictimai, sənaye, kommunal, təsərrüfat və digər obyektlərdən qanunvericiliklə müəyyən edilmiş məsafələrə riayət edilməklə, yaşayış məntəqələri, yaşıllıq və şəhərətrafı zonalarda, dəmir yolu, hava limanı, sürətli avtomobil yolları və digər səs-küy mənbələrindən kənarda yerləşdirilir”. Cavabdehin 28 avqust 2017-ci il tarixli, S-59-159 nömrəli məktubu ilə Ak.Həsən Əliyev küçəsi, 27 ünvanında vətəndaş X2 məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikinti layihəsinə razılıq verilmişdir. Hazırda isə həmin obyektdə özəl tibb müəssisəsi fəaliyyət göstərir. Beləliklə şəhərsalma və tikinti qanunvericiliyinin aşağıdakı tələbləri pozulmuşdur: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozularaq tikintisinə icazə tələb olunan tikinti obyektinə məlumatlandırma icraatı tətbiq olunmuşdur. Tikinti obyektinin təyinatı özbaşına dəyişdirilərək tibb müəssisəsi kimi istifadə olunur. Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı qaydaların tələbləri pozulmuşdur. Yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə, 69.5-ci maddənin tələblərinə əməl edilməmişdir. İddiaçı hesab edir ki, hazırda mübahisələndirdiyi sərəncam əsasında onun qanuni istifadəsində olan yaşayış evinin torpaq sahəsində qeyri-yaşayış sahəsi (tibb müəssisəsi) fəaliyyət göstərməyə başlamışdır ki, bununla da onun öz qanuni istifadəsində olan həyətdən və mülkiyyətində olan evindən öz mülahizəsinə uyğun sərbəst istifadə etmək, habelə şəxsi həyatının toxunulmazlığı kimi subyektiv hüquqları pozulmuşdur, belə ki, iddiaçı öz həyətində olarkən kənar şəxslərin (qonşu olmayan, xəstəxanada müalicə alan) daim müşahidəsi altında olmaqla özünü sərbəst, təhlükəsiz hiss etmir, psixoloji cəhətdən narahat hiss edir, tibb müəssisəsinin onun həyətinə açılan pəncərələri yaz aylarından payız aylarına qədər daim açıq olur, həmin pəncərələrin yerləşdikləri otaqları isə xəstələrlə dolu olur, müxtəlif xəstə şəxslər başlarını pəncərədən də çıxarıb daim həyəti müşahidə edirlər, siqaret çəkib atırlar, daim həmin xəstələrin xəstəliklərinin iddiaçıya, ailə üzvlərinə və xüsusən azyaşlı nəvələrin keçəcəyindən, xəstələnə biləcəklərindən qorxu hissi keçirir.
3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 25-də yaşayan vətəndaş X7 cavab məktubunda qeyd edilir ki, Cavabdehin 28 avqust 2017-ci il tarixli S-59-159 nömrəli məktubu ilə Ak. Həsən Əliyev kuçəsi. 27 ünvanında vətəndaş X3 məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikinti layihəsinə razılıq verilmişdir. Hazırda isə həmin obyektdə özəl tibb müəssisəsi fəaliyyət göstərir. Beləliklə, şəhərsalma və tikinti qanunvericiliyinin aşağıdakı tələbləri pozulmuşdur. 1) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozularaq tikintisinə icazə tələb olunan tikinti obyektinə məlumatlandırma icraatı tətbiq olunmuşdur; 2) Tikinti obyektinin təyinatı özbaşına dəyışdirilərək tibb müəssisəsi kimi istifadə olunur; 3) Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı qaydaların tələbləri pozulmuşdur; 4) Yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə 69.5-cı maddənin tələblərinə əməl edilməmişdir. Bu səbəbdən şikayətçi Sona Ağayevanın evinin dam örtüyünə ziyan vurulmuş və tələb olunan səviyyədə təmir olunmamışdır; 5) Özəl klinikadan fərdi yaşayış evinin həyətinə qapı açılmışdır ki, bu da sanitar-gigiyenik normaların pozulmasıdır; 6) Təqdim olunmuş layihə Tikinti üçün Layihə Sənədləri Sisteminin (TLSS). AZS ГОСТ 21 ***-**** və AZS ГОСТ 21 ***-**** tələblərinə uyğun işlənilməmişdir. Belə ki, kəsiyə duşən və düşməyən konstruksiya və elementlərin cizgisində xətlərin qalınlığında fərq qoyulmamış, plan və kəsik cizgisində qapı və pəncərə boşluqlarının ara ölçüləri göstərilməmiş, obyektin baş planı ərazinin istinad planına uyğun işlənilməmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9082/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı “182 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamın ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
5. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi ev 25 ünvanında yerləşən cəmi sahəsi 308,89 kv.m. olan A, B, Q, V literlərindən ibarət fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkib hissəsi olan cəmi sahəsi 14,5 kv.m. olan həyətyanı tikili və qurğulular İddiaçı xüsusi mülkiyyətindədir.
6. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 032256 nömrəli qeydiyyat vəsiqəsində görünür ki, Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi 29 (mənzil 7) (6 otaq 72,57 kv.m. yaşayış sahəsi, 538,23 kv.m. ümumi sahəsindan ibarət) X1 adına fərdi yaşayış evi kimi qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarından görünür ki, Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi ev 29B (cəmi sahəsi 447,4 kv.m.) və 27C (cəmi sahəsi 1299,7 kv.m.) üçüncü şəxs X1 əmlakı fərdi yaşayış evi kimi qeydiyyatdan alınmışdır.
8. Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 182 nömrəli sərəncamı ilə ünvan 3 ünvanlarında yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə verilmişdir.
9. Cavabdehin xx.xx.2019-cu il tarixli 12 nömrəli tikinti obyektinin istismarına dair icazəyə əsasən Ak.Həsən Əliyev küçəsi 27C, 29 və 29B saylı ünvanlarda yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-301/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı iddia tələbi qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayonu X8 küçəsində yerləşən 25 saylı evin həyətinə 27 saylı ünvandan açılan qapının bağlanması, həmin qapının yanında inşa edilmiş pilləkənin sökülməsi, qapının bağlanması və pilləkənin sökülməsinib cavabdeh X1 hesabına həyata keçirilməsi qərara alınmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-5754/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli Qərarı ilə X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-301/2020 nömrəli iş üzrə 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
11. Ali Məhkəmənin qeyd edilən iş üzrə mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmuş hissəsində öz mövqeyini Mülki Məcəllənin 170.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Həmin normaya əsasən öz mülkiyyət hüququnu həyata keçirən şəxslərə qonşunun mülkiyyətinə hədsiz təsir edilməsi qadağan edilmişdir. Eyni zamanda Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşə baxmış apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara, dövlət orqanlarının rəsmi məktublarına və ekspert rəyinə əsasən müəyyən etmişdir ki, cavabdeh tərəfindən qonşuluq hüququ pozulmuş, onun tərəfindən iddiaçının mükiyyətinə hədsiz təsir edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən mütəxəssis rəyi alınması qərara alınmış və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 25 ünvanında yerləşən fərdi yaşayış evinə baxan istiqamətdə pəncərə boşluqlarının X4 tərəfindən Bakı şəhəri, X8 küçəsi, 27C, 29 və 29B saylı ünvanlarda yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri-yaşayış sahəsinə çevrilməsi nəticəsində açılması müəyyən edilsin. - Bakı şəhəri, X8 küçəsi, 27C, 29 və 29B saylı ünvanlarda yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri-yaşayış sahəsi kimi istifadəsi şəhərsalma və tikinti norma və qaydalarına və Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 25 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə yanaşı sahələrdə tikintinin aparılmasının əsas şərtlərinə uyğundurmu?; - Bakı şəhəri, X8 küçəsi, 27C, 29 və 29B saylı ünvanlarda yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri-yaşayış sahəsinə çevrilməsi və mövcud vəziyyətdə istifadəsi Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 25 ünvanında yerləşən fərdi yaşayış evindən təyinatı üzrə istifadəyə maneəçilik törədirmi?; - Bakı şəhəri, X8 küçəsi, 27C, 29 və 29B saylı ünvanlarda yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri-yaşayış sahəsi, o cümlədən pəncərə boşluqları ilə Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 25 ünvanında yerləşən fərdi yaşayış evi arasındakı ara məsafələri şəhərsalma və tikinti norma və qaydalarına uyğundurmu?
13. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, X8 küçəsi, 27C, 29 və 29B ünvanlarında yerləşən yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri-yaşayış sahəsinə çevrilməsi nəticəsində yaranan sualların cavablandırılması ilə bağlı mütəxəssis rəyinin verilməsinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-9082/2022 nömrəli Qərardadına Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır və bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnaməyə əsasən mütəxəssis rəyinin verilməsi Komitənin səlahiyyətlərinə aid edilməmişdir.
14. 05.11.2022-ci il tarixli yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən 25 saylı ev “Nyu med” Klinikası ilə qonşuluqda və yaxın məsafədə yerləşir (yerində müayinə zamanı çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir).
15. Cavabdehin etiraz ərizəsində (dəftərxana vasitəsilə) qeyd edilir ki, iddia tələbi tamamilə əsassızdır və Cavabdeh başçısının 25 iyul 2019-cu il tarixli, 182 saylı sərəncamı qanunvericiliyə uyğun olaraq verilmişdir. Hesab edilmişdir ki, istənilən halda iddia tələbi heç bir şəkildə təmin edilə bilməz, çünki iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, iddiaçının xx.xx.2022-ci il qeydiyyat tarixli iddia ərizəsinin məzmunundan görünür ki, 2019-cu ildə Nərimanov Rayon Məhkəməsində “qapının bağlanması, pilləkənin sökülməsi və mənəvi ziyanın tutulması” tələbinə dair 2(005)-877/2019 nömrəli məhkəmə icraatı aparılan mülki iş üzrə məhkəmə prosesi zamanı iddiaçı Cavabdeh başçısının 25 iyul 2019-cu il tarixli, 182 saylı sərəncamı barədə artıq məlumatlı olmuşdur. Sözügedən məhkəmə işi üzrə birinci instansiya məhkəməsinin qərarının tarixini əsas götürsək belə (xx.xx.2019-cu il), iddia müddətini ötürmüş hesab olunur. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinin 1-ci hissəsinə görə, “Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinin 2-ci hissəsinə görə, “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfininməhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”. Həmin Məcəllənin 377-ci maddəsinin 1-ci hissəsinə görə, “iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir”. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, iddiaçının iddiası qanunla müəyyən edilmiş 30 (otuz) gün iddia müddəti buraxılmaqla qaldırıldığı üçün rədd olunmalıdır. İddiaçının iddia ərizəsindən göründüyü kimi, onun iddia tələbini sərəncamın (inzibati aktın) ləğv edilməsi tələbi təşkil edir. AR İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, həmin tələb məhkəməyə xx.xx.2020-ci il tarixinədək irəli sürülə bilərdi. Çünki əgər iddiaçı onun barəsində qərarın qanunsuz hesab edirdisə, bu barədə tələbini həmin dövrdə verməli idi və müddətin axımı məhz həmin vaxtdan başlamışdır. Lakin iş materiallarından göründüyü kimi, bu barədə tələb məhkəməyə iddia müddəti ötürüldükdən sonra verilmişdir.
16. Cavabdehin yuxarıda verilmiş ərizəsinə etiraz olaraq iddiaçının nümayəndəsinin (vəkili) (“Elektron Məhkəmə” sistemi vasitəsi ilə) təqdim etdiyi etirazda qeyd olunur ki, cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, "iddia ərizəsinin məzmunundan görünür ki, 2019-cu ildə Nərimanov rayon məhkəməsində qapının bağlanması, pilləkənin sökülməsi və mənəvi zərərin tutulması" tələbinə dair 2(005)-877/2019 nömrəli məhkəmə icraatı aparılan mülki iş üzrə məhkəmə prosesi zamanı iddiaçı Cavabdeh Başçısının 25 iyul 2019-cu il tarixli, 182 saylı sərəncamı barədə artıq məlumatlı olmuşdur. Sözügedən məhkəmə işi üzrə birinci instansiya məhkəməsinin qərarının tarixini əsas götürsək belə (xx.xx.2019-cu il) iddia müddəti ötürmüş hesab olunur”. İddiaçı öz etirazında belə qeyd etmişdir ki: 1) əvvəla iddia ərizəsində iddiaçı sərəncam barədə 2019-cu ildə Nərimanov rayon məhkəməsində “qapının bağlanması, pilləkənin sökülməsi və mənəvi zərərin tutulması" tələbinə dair işə baxılan zaman deyil, “pəncərələrin bağlanması” tələbinə dair iddia üzrə işə baxılan zaman məlumat əldə etmişdir. “Qapını bağlanması, pilləkənin sökülməsi və mənəvi zərərin tutulması” tələbi üzrə Nərimanov rayon məhkəməsində 2019-cu ildə baxılan iş 2(005)-877/2019 başlanmış və başa çatmışdır, pəncərələrin bağlanması tələbi üzrə (sərəncam barədə məlumat əldə edilmiş) Nərimanov rayon məhkəməsində iş üzrə icraat isə 2022-ci ilin mart ayında başlanmışdır, nömrəsi isə 2(005)-1639/2022 olmuşdur (2023-cü ildə həmin işə yeni 2(005)-82/2023) nömrəsi verilmişdir. İddia ərizəsində məhz pəncərələrin bağlanması tələbi üzrə işə baxılan zaman iddiaçının məlumat əldə etdiyi göstərilmişdir. 2) İddianın mümünsüzlüyü barədə ərizə verilərkən nəzərə alınmamışdır ki, 2019-cu ildə Nərimanov rayon məhkəməsində “qapının bağlanması, pilləkənin sökülməsi və mənəvi zərərin tutulması" tələbinə dair işə baxılan zaman və xx.xx.2019-cu il tarixli qətnamə qəbul edilən zaman mübahisələndirilən 25 iyul 2019-cu il tarixli, 182 saylı sərəncam hələ mövcud deyildi. Həmin sərəncam qətnamə qəbul edildikdən 2 aydan sonra verilmişdir və bu səbəbdən də iddiaçı həmin mövcud olmayan sərəncam barədə cavabdehin etirazda istinad etdiyi xx.xx.2019-cu ildə məlumatlı ola bilməzdi. 3) Nərimanov rayon məhkəməsində 2(005)-1639/2022 nömrəli (pəncərələrin sökülməsi və s.tələb) işə baxılan zaman cavabdeh X1 nümayəndəsi və vəkili tərəfindən xx.xx.2022-ci ildə 25 iyul 2019-cu il tarixli, 182 saylı sərəncam elektron kabinetə yüklədikdən sonra əldə edilmiş və xx.xx.2022-ci ildə artıq sərəncamın mübahisələndirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, yəni 30 günlük iddia müddəti iddiaçı tərəfindən buraxılmamışdır. Sərəncam 2(005)-1639/2022 nömrəli mülki iş üzrə elektron kabinetə yükləndikdən 9 gün keçdikdən sonra Bakı İnzibati Məhkəməsində sərəncamın ləğvi ilə bağlı iddia qaldırılmışdır. Göstərilənlərə əsasən cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinin təmin edilməməsini, işə mahiyyəti üzrə baxılması üçün inzibati məhkəmə araşdırılmasının davam etdirilməsini xahiş edilmişdir.
17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, X1 adına Bakı şəhəri, Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli sərəncamı və qeyriyaşayış sahəsinə dair istismara icazə sənədi əsasında ünvan 8 ünvanlarda yerləşən qeyriyaşayış sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
18. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il 2-1(112)-1240/2023 nömrəli qərardadı ilə iddiaçının (dəftərxana vasitəsi ilə) iddianın dəyişdirilməsi ilə bağlı ərizəsi qəbul edilmiş və iddia tələbi “Bakı şəhəri Cavabdehin başçısının 182 nömrəli xx.xx.2019-cu il tarixli (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında) sərəncamının və xx.xx.2019-cu il tarixli 12 nömrəli istismara icazə sənədinin (yaşayış sahəsinin qeyriyaşayış sahəsi kimi istismarına icazə verilməsi haqqında) ləğv edilməsi” kimi dəyişdirilmişdir.
19. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
20. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, zəruri cəlbetmə qaydasında üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
22. İddianın növü mübahisələndirmə növündə iddiadır.
23. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
25. İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
26. Məhkəmə hesab edir ki, sərəncamın və tikintiyə icazənin ləğvinə dair tələblər bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və eyni məhkəməyə aid olduğu üçün bir iddiada birləşdirilə bilər.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
28. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
29. Mübahisələndirilən (inzibati aktın) qəbulu zamanı iddiaçının inzibati icraata cəlb edilməsi, onun ona hər hansı şəkildə təqdim edilməsi və ya məlumatlandırılması müəyyən edilmir. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
30. Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə əsasən, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
31. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
32. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsi: İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
33. Mülki Məcəllədən: 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
34. Mənzil Məcəlləsindən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.
35. Məhkəmə qeyd edir ki, qeyd edilən normaların təhlilinə əsasən, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi onun məqsədinə uyğun şəkildə tətbiq edilməli və fərdi yaşayış evinin qeyri-yaşayış binasına keçirilməsi ilə nəticələnməməlidir. Cavabdeh qurum üçüncü şəxsə məxsus fərdi yaşayış evini qeyri-yaşayış sahəsinə çevirməklə faktiki olaraq səlahiyyətlərini düzgün tətbiq etməmişdir.
36. Şəhərsalma və Tikinti Məcəlləsindən: 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
37. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının 4.7-1.2.1-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1 və 76.1ci maddəsinə əsasən müvafiq icra hakimiyyətinin səlahiyyətlətləri Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı” təsdiq edilmişdir. Qeyd edilən təsnifata uyğun olaraq iddianın obyekti olan qeyri-yaşayış binası İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular kateqoriyasına, yəni İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aiddir.
39. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir.
40. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir.
41. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" səlahiyyətli qurum tərəfindən təsdiq edikdə etibarlıdır, səlahiyyəti olmayan qurum tərəfindən tərtib olunmuş inzibati akta münasbətdə maraqlı şəxs etimadının qorunması hüququna istinad edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, İİ normal məsuliyyət səviyyəli bina və qurğulara münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə həmin səlahiyyət şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməmişdir.
42. Məhkəmə hesab edir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini xx.xx.2018-ci il tarixədək Bakı şəhəri İcra Hakimiyyəti, xx.xx.2018-ci il tarixdən sonra isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.
43. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli 02№-li qərardadından:
27. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi.
31. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir.
44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
45. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
46. Məhkəmə hesab edir ki, mübahisələndirilən sərəncam və onun əsasında verilmiş tikinti obyektinin istismarına dair icazə qanuni hesab edilə bilməz. Belə ki, həmin sərəncam inzibati aktın qəbulu üçün nəzərdə tutulmuş məqsədə uyğun olmamaqla inzibati orqan tərəfindən səlahiyyətinə uyğun olmayaraq, yəni səlahiyyətlərinin yanlış tətbiqi nəticəsində qəbul edilmişdir. Məhkəmə həm də onu nəzərə alır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (səlahiyyətli qurum) tərəfindən vətəndaş müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd edilən ünvandakı obyektdə şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmuşdur (Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozularaq tikintisinə icazə tələb olunan tikinti obyektinə məlumatlandırma icraatı tətbiq olunmuşdur; Tikinti obyektinin təyinatı özbaşına dəyışdirilərək tibb müəssisəsi kimi istifadə olunur; Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı qaydaların tələbləri pozulmuşdur; Yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə 69.5-cı maddənin tələblərinə əməl edilməmişdir; Özəl klinikadan fərdi yaşayış evinin həyətinə qapı açılmışdır ki, bu da sanitar-gigiyenik normaların pozulmasıdır; Təqdim olunmuş layihə Tikinti üçün Layihə Sənədləri Sisteminin (TLSS). AZS ГОСТ 21 ***-**** və AZS ГОСТ 21 ***-**** tələblərinə uyğun işlənilməmişdir. Belə ki, kəsiyə duşən və düşməyən konstruksiya və elementlərin cizgisində xətlərin qalınlığında fərq qoyulmamış, plan və kəsik cizgisində qapı və pəncərə boşluqlarının ara ölçüləri göstərilməmiş, obyektin baş planı ərazinin istinad planına uyğun işlənilməmişdir).
47. Əlavə olaraq məhkəmə qeyd edir k, həmin mübahisələndirilən sərəncam və onun əsasında verilmiş tikinti obyektinin istismarına dair icazə əsasında üçüncü şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
48. Qeyd edilənlər mübahisələndirilən inzibati aktların qanunsuz olduğu qənaətinə gəlmək üçün yetərlidir, ona görə məhkəmə əlavə olaraq iddiaçının həmin qeyri-yaşayış obyektinin əvvəlki tikililərin (fərdi yaşayış evinin) sökülməklə yerində inşa edilməsinə dair dəlilini prosessual qənaət prinsipindən çıxış edərək əlavə olaraq yoxlamağı və qiymətləndirməyi zəruri hesab etmir.
49. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. ünvan 3 ünvanlarında yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 182 nömrəli sərəncamı və xx.xx.2019-cu il tarixli 12 nömrəli tikinti obyektinin istismarına dair icazə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva