Məhkəmə qərarları › İş №2-1(112)-12406/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12406/2023

01.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12406/2023 01.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Zərdab Rayon Mərkəzi X1 Şəxsinə, Azərbaycan Respublikası Cavabdeh4nə, Kürdəmir Rayon Mərkəzi X1 Şəxsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati işin materiallaarına məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küçəsi 56) baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Zərdab Rayon Mərkəzi X1 Şəxsinə, Azərbaycan Respublikası Cavabdeh4nə, Kürdəmir Rayon Mərkəzi X1 Şəxsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun anadangəlmə ciddi xəstəliklərinin tibbi arayışlarla həqiqətən təsdiq olunduğunu, 2011-ci ildəki kliniki diaqnoz əsas xəstəlik: sol bud-çanaq oynağının konturakturası, 6-7 sm qısalığı, konsartroz 3-4-cü mərhələsi, bronxial astma, qarışıq forma, orta ağır gedişli, kskinləşmə 3-cü mərhələsi, yanaşı gedən xəstəliklər: Dəmir defsitli anemiya, tənginəfəslik, boğulma, halsızlıq, çətin bəlğəm gəlişi, başağrısı Kolkulyar xolesistit, tibbi rəylərinin bu gün də “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın və “Əlilliyin müəyyən olunması müyarları”nın tələblərinə müvafiq olaraq XBT-10 üzrə S72.1,M16.0,Q65.8,M21.7, R52.2, R26.8 kodu ilə 2021-2022-2023-cü illərdə eynən verildiyini, vəziyyətinin daha da osləşdiyini, onun təqsiri olmadan xx.xx.2021-ci ildən cavabdehlər tərəfindən 6 aylıq müddətin qəsdən ötürüldüyünü, süni süründürməçiliyə məruz qalmağını nəzərə alaraq, əlillik qrupunun ömürlük 1-ci qrup xx.xx.2021-ci il tarixdən təyin olunmasına, sosial müavinətinin bərpa edilməsinə və ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı ərizədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Zərdab Rayon Mərkəzi X1 Şəxsinə, Azərbaycan Respublikası Cavabdeh4nə, Kürdəmir Rayon Mərkəzi X2 Şəxsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar