Məhkəmə qərarları › İş №2-1(112)-12429/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12429/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12429/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 Üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) X7 ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Həyat yoldaşı işğaldan əvvəl Rusiya Federasiyasında yaşadığı üçün məcburi köçkün hesab edilmədiyindən, xx.xx.2002-ci il təvəllüdlü X13 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı Bilal oğluna məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının atası X19 xx.xx.1972-ci il tarixdə, Füzuli rayonu, Qovşudlu kəndində anadan olmuşdur. X7 isə, xx.xx.1977-ci il tarixdə Füzulu rayonunun Aybanlı kəndində anadan olmuşdur. Atası və anası Füzuli rayonu işğal olunanadək orada yaşamışlar. Valideynlərinin hər ikisi əslən Füzuli rayonundandırlar. X2 və X10 xx.xx.2009-cu il tarixdə Füzuli rayon qeydiyyat şöbəsində nikah bağlayaraq ailə qurmuşlar. Bu evlilikdən xx.xx.2002-ci il tarixdə X20 və xx.xx.2003-cü il tarixdə İddiaçı dünyaya gəlmişdir. Füzuli rayonu 1993-cü il tarixdə işğal olunduqdan sonra valideynləri ailələri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkün kimi məskunlaşmışlar. Bu səbəbdən də Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi, atası X14 197744 qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli məcburi köçkün qeydiyyat vəsiqəsini təqdim etmişdir. X3 isə Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi, 096131 qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli məcburi köçkün qeydiyyat vəsiqəsini təqdim etmişdir. Qanunvericiliyə əsasən valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilər. Bu səbəbdən də Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə məcburi köçkün statusnu təsdiq edən sənədin verilməsi ilə əlaqədar müraciət edilmişdir. Lakin cavabdeh imtina məktubu verərək bildirmişdir ki, atası işğaldan əvvəl Rusiya Federsiyasında yaşadığı üçün məcburi köçkün hesab edilməmişdir. Halbuki, atası heç vaxt Rusiya Federasiyasında yaşamamışdır. Atası 23 avqust 1993-cü il tarixinədək Füzuli rayonunun Aybasanlı kəndində yaşamış və oradan da məcburi köçkün olmuşdur. Bu faktı Füzuli rayon İcra Hakimiyyətinin arayışları da təsdiq etməkdədir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, AZ-T № 004919 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X19 ilə X10 arasında 21 iyul 2009-cu il tarixdə nikah bağlanmışdır. İşdə olan Salyan rayon VVADQ Şöbəsi tərəfindən 26 yanvar 2010-cu il tarixdə veriliş AZ-İİ-397664 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı xx xxx 2003-cü il tarixdə Salyan rayonunda anadan olmuş, ata qrafasında X22, ana qrafasında X10 qeyd edilmişdir. Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 197744 nömrəli “Məcburi köçkün vəsiqəsi”-nə əsasən X19 1993-ci il tarixdən Füzuli rayonundan məcburi köçkündür. Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 096131 nömrəli “Məcburi köçkün vəsiqəsi”-nə əsasən X10 1993-ci il tarixdən Cəbrayıl rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu sektorunun 09 avqust 2023-cü il tarixli 4499 nömrəli arayışına əsasən X8 rayonundan məcburi köçkün kimi Dərnəgül y/mas, 3 saylı ETK-nın inzibati binasında qeydiyyatdadır. Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyəti Başçısının Müavininin 06 oktyabr 2023-cü il tarixli 5-43/2-2364/2023 nömrəli arayışına əsasən Füzuli rayonu Aybasanlı kənd sakini X19 23 avqust 1993-cü il tarxədək Füzuli rayonunun Aybasanlı kəndində yaşamış, məcburi köçkün olmuşdur. Hazırda məcburi köçkün kimi Bakı şəhəri, Bİnəqədi rayonunda məskunlaşıb yaşayır və vahid aylıq müavinəti alır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin 03 sentyabr 2019-cu il tarixli 1103 nömrəli arayışa əsasən 1972-ci il təvəllüdlü X21 noyabr xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək keçmiş SSRİ SQ-də hərbi xidmət keçmiş və xx.xx.2007-ci il tarixdən SHXÇDX-nin Füzuli rayon şöbəsində hərbi vəzifəli kimi qeydiyyata alınmışdır. E.B.Novruzovun adı Füzuli rayon şöbəsində fərarilərin siyahısından keçmir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 26 sentyabr 2024-cü il tarixli 18/2-27135/2024 nömrəli məktuba əsasən:

1. xx.xx.1972-ci il təvəllüdlü X19 xx.xx.2007-ci il tarixdən hazıradək Füzuli rayonunun Aybasanlı kəndində;

2. xx.xx.2002-ci il təvəllüdlü X20 xx.xx.2014-cü il tarixdən hazıradək Füzuli rayonunun Aybasanlı kəndində;

3. xx.xx.2003-cü il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdən hazıradək Füzuli rayonunun Aybasanlı kəndində;

4. xx.xx.1977-ci il təvəllüdlü X10 xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Cəbrayıl rayonunun Qovşudlu kəndində, xx.xx.2009-cu il tarixdən hazıradək Füzuli rayonunun Aybasanlı kəndində yaşayış yeri üüzrə qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bkı Ərazi İdarəsinin 06 noyabr 2024-cü il tarixli **********7 nömrəli məktubuna əsasən X19, X10 və X11 və İddiaçı adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respubikası Füzuli rayon İcra Hakimiyyətinin 07 noyabr 2024-cü il tarixli 5-43/2-1039/2024 nömrəli məktuba əsasən X19, X10 və X1 daimi pasport qeydiyyatdadırlar və Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsində ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarına əsasən vahd aylıq müavinəti alırlar. Novruzov X5 daimi pasport qeydiyyatındadır və vahid aylıq müavinət almışdır. Lakin İddiaçı 01 fevral 2022-ci il tarixində hərbi xidmətə getdiyi üçün Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müvinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müvinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarının 2.14-cü bəndinə (dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, həmin müddə başa çatanadək) əssən Füzuli RİHB-nin Aybasanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vahid aylıq müavinəti dayandırılmışdır. İddiaçı vahid aylıq müavinətinin bərpa olunmasına görə müvafiq sənədlərini Aybasanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə tam təqdim etmədiyi üçün onun adının aylıq hesabata əlavə olunması mümkün olmamışdır. İddiaçı hazırda atasının və anasının məcburi köçkün statusuna malik olmasına və işğaldan azad edilmiş rayonda qeydiyyatda olmasına istinad edərək ona da məcburi köçkün statusunun verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşdən görünür ki, iddiaçı 2003-cü ildə anadan olmuşdur, xx.xx.2014-cü ildən Füzuli rayonu, Aybasanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçının atası X14 xx.xx.2009-cu il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir və o, Füzuli rayonundan məcburi köçkündür. İddiaçının həm atası, həm də anasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon - Füzuli rayonu, Aybasanlı kəndidir. İddiaçı AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə malikdir. Belə olan halda aydındır ki, iddiaçı yuxarıda istinad olunan Qaydaların müvafiq bəndində göstərilən bütün tələblərə cavab verir. Cavabdehin imtinasının əsas dəlili iddiaçının atasının işğaldan əvvəl Rusiya Federasiyasında yaşamasıdır, hansı ki, birincisi, işdə bununla bağlı hər hansı bir sübut mövcud deyil. İkincisi, belə bir əsasla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi Qaydalarda nəzərdə tutulmamışdır. Belə olan halda aydındır ki, cavabdehin imtinası tam əsassız olmaqla qanunvericiliyə zidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia tələbi təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar