Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1243/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yerləşən 1000 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili X1 izahatında bildirdi ki, Bakı şəhəri Əzizbəyov rayonu Qala qəsəbə Bələdiyyəsinin 02.10.2007-ci il tarixli, 262 nömrəli Qərarına əsasən Əzizbəyov rayonu, Qala qəsəbəsinin ərazi hüdudları daxilində, Qala qəsəbəsi Xaşa-xuna bağları ərazisində istifadədə olan 1000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. «Bələdiyyələrin statusu haqqında», «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq Qala Bələdiyyəsinin 262 nömrəli qərarı əsasında, Bakı şəhəri, Əzizbəyov rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağları ünvanında yerləşən ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsi İddiaçı satılmışdır. İddiaçı torpağın hər kv.m üçün 0,88 qəpik pul ödəmişdir. İddiaçı Qala qəsəbə Bələdiyyəsinin 262 nömrəli, 02.10.2007-ci il tarixli Qərarı ilə Qala qəsəbəsi Xaşa-xuna bağlarında fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin öz adına keçirilməsi üçün Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 11.10.2007-ci il tarixli məktubu ilə Əzizbəyov RİH-nin Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yerləşən torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiyi göstərilmişdir. Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının Qala qəsəbəsindəki nümayəndəsi tərəfindən tərtib edilmiş Qala qəsəbəsi, Xaşa-xuna bağlarında vətəndaş İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Əzizbəyov Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini tərəfindən təsdiq edilmişdir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 14.05.2020-ci il tarixində cavabdehə müraciət etmiş, cavabdeh orqanın **********62 nömrəli, 08.06.2020-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı "Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində nəzərdə tutulmuş lazımi sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, cavabdeh orqan imtinasında formal mülahizələrə istinad edərək heç bir qanuni əsas olmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası ilə bağlı hərəkətləri qanunsuzdur və iddiaçının hüquqlarını pozur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Lakin sözügedən torpaq sahəsinin keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqısatqı aktı, qəbzi, bələdiyyənin tərtib etdiyi yerləşmə cizgisi təqdim edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin sözügedən torpaq sahəsi qanunvericilikdə göstərilən normadan artıq ayrılmış və ərazidə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 08.06.2020-ci il tarixli **********62 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 14.05.2020-ci il tarixli ********** nömrəli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən torpaq sahəsinin keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, qəbzi, bələdiyənin tərtib etdiyi yerləşmə cizgisi təqdim edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin sözügedən torpaq sahəsi qanunvericilikdə göstərilən normadan artıq ayrılmış və ərazidə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilmişdir.“ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”-nin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu Qala qəsəbə Bələdiyyəsinin 262 nömrəli 02.10.2007-ci il tarixli “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” Qərarının surətindən görünür ki, Əzizbəyov rayonu Qala qəsəbəsinin ərazi hüdudları daxilində, Qala qəsəbəsi Xaşa-xuna bağları ərazisində istifadədə olan 1000 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. İş materiallarında olan Satan Qala qəsəbə Bələdiyyəsi ilə Alıcı İddiaçı arasında imzalanmış “Bələdiyyə torpağının mülkiyyətə verilməsinə haqqında” 02.10.2007-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, «Bələdiyyələrin statusu haqqında», «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq Qala Bələdiyyəsinin 262 nömrəli qərarı əsasında, Bakı şəhəri, Əzizbəyov rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağları ünvanında yerləşən ümumi sahəsi 1000 kv.m. olan torpaq sahəsi İddiaçı satılmışdır. Torpaq sahələri üzərində hüquqlar, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə bu müqavilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada əmlakın dövlət reyestrində qeydiyyatdan keçməlidirlər. Alıcıya torpaq hüququna dair şəhadətnamə verilir. Satılan torpaq sahəsi fərdi ev tikmək məqsədi ilə Alıcının mülkiyyətinə verilir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinə ünvanlanmış 11.10.2007-ci il tarixli məktubda (surəti) qeyd edilir: Vətəndaş İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək, Qala qəsəbə Bələdiyyəsinin 262 nömrəli 02.10.2007-ci il tarixli Qərarı ilə Qala qəsəbəsi, Xaşa-xuna bağlarında fərdi yaşayış evi tikmək üçün ayrılmış 1000 kv.m torpaq sahəsinin öz adına keçirilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Qala qəsəbəsi Xaşa-xuna bağlarında İddiaçı adına sənədləşdirilməsinə Əzizbəyov RİH etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.09.2020-ci il tarixli **********98 nömrəli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yerləşən 1000 kv.m torpaq sahəsinə dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Qala bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 19.10.2020-ci il tarixli 1-1/89 nömrəli məktubdan görünür ki, Qala Bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirilmiş, İddiaçı hər hansı bir məqsədlə, hər hansı bir ölçüdə torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin 28.10.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin 28.10.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov rayonu Qala qəsəbə Bələdiyyəsinin 02.10.2007-ci il tarixli, 262 nömrəli Qərarına əsasən Əzizbəyov rayonu Qala qəsəbəsinin ərazi hüdudları daxilində, Qala qəsəbəsi Xaşa-xuna bağları ərazisində istifadədə olan 1000 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün iddiaçının alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin torpaq sahəsinin keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, qəbzi, bələdiyyənin tərtib etdiyi yerləşmə cizgisi təqdim edilmədiyi və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmadığı üçün müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Qala qəsəbə Bələdiyyəsi arasında torpaq şöbəsinin müdiri tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməli olan Torpaqların alqı-satqısına dair akt imzalanmamışdır, belə bir akt iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən müvafiq qəbz, bələdiyyənin tərtib etdiyi yerləşmə cizgisi də məhkəməyə təqdim edilməmişdir. Bundan başqa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir. Lakin qeyd olunan bələdiyyə qərarına əsasən iddiaçıya bu normadan artıq - 1000 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Qala qəsəbə Bələdiyyəsi ilə iddiaçı arasında imzalanmış “Bələdiyyə torpağının mülkiyyətə verilməsinə haqqında” 02.10.2007-ci il tarixli alqı-satqı müqaviləsi, habelə iddiaçıya torpaq sahəsinin ayrılması haqqında Qala qəsəbə Bələdiyyəsinin 262 nömrəli 02.10.2007-ci il tarixli qərarı və onunla bağlı bütün sənədlərin məhkəməyə təqdim edilməsi üçün Qala qəsəbə Bələdiyyəsinə məhkəmə tərəfindən sorğu göndərilmiş və sorğuya cavab olaraq Bakı şəhəri Xəzər rayonu Qala bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 19.10.2020-ci il tarixli 1-1/89 nömrəli məktubda Qala Bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirilməsi, İddiaçı (iddiaçıya) hər hansı bir məqsədlə, hər hansı bir ölçüdə torpaq sahəsinin ayrılmasına dair qeydin aşkar edilmədiyi bildirilmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1243/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1243/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver