Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1246/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X3 (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi, Əziz Nəzərov küçəsi, ev 9, mənzil 56 ünvanında qeydiyyatda olan) İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis (3-cü şəxslər X24, X25, X26 , X15 , X6, X2 , X16, X36,X27,X17, X4,X18, X37 1,X28, X12,X19,X13,X20, X7,X38,X29,X8,X39) qarşı qeydiyyatdan çıxarılma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabnuçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən şəxsilər mənzilində qeydiyyatda olan X24, X25, X26 , X15 , X6 , X2 , X16, X36,X27,X17, X4,X18, X37 ,X28, X12,X19,X13,X20, X7,X38,X29,X8, X21 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X24, X25, X26, X15, X6, X2, X16, X36, X27,X17, X4, X18, X30, X28, X12, X19, X13, X20, X7, X38,X29,X8,X39 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında qeydiyyatda olan X20, X18, X28, X15, X30, X19, X16, X12, X14, X25, X22, X24, X26, X29, X6, X39, X38, X40, X8, X9, X27 və X1 qeydiyyatdan çıxarılmasının Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, 2013-cü ildə ünvan 2 ünvanında yerləşən evi alarkən evin Dövlət Reyestr Xidmətindən çıxarışı olmayıbi. İddiaçı həmin vaxtlar evin Dövlət Reyestr Xidmətindən çıxarışını almaq üçün olan sənədlərdə kimin həmin evdə qeydiyyatda olmağını bilməmişdir. O evin Dövlət Reyestr Xidmətindən çıxarışını 2013-cü ilin yanvar əldə etmişdir. Sonrakı illərdə onun razılığı əsasında həmin ünvana 6 (altı) nəfər qohumu qeydiyyata alınmışdır. Lakin o evi almamışdan əvvəl həmin evdə olan aşağıdakı şəxslərin həmin ünvanda qeydiyyatda olmaları barəsində məlumatı olmayıb. Həmin şəxslərin heç biri 2013-cü ildən bu günə qədər həmin ünvanda yaşamayıblar və sadəcə qeydiyyatda olublar. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul eilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X10 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxslərin qeydiyyatda olduğu ünvan 3 ünvana göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində “bu ünvanda yaşamır” sözləri qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X3 izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16 yanvar 2013-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçınun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 073-18191 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X20, X18, X28, X15, X30, X19, X16, X12, X14, X25, X22, X24, X26, X29, X6, X39, X38, X40, X8, X9, X27 və X1 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları inzibati orqanın səlahiyyətlərinə daxil olmadığı, müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X20, xx.xx.1980-cı il təvəllüdlü X18, xx.xx.1982-ci il təvəllüdlü X28, xx.xx.1988-ci il təvəllüdlü X15, xx.xx.1990cı il təvəllüdlü X30, xx.xx.2011-ci il təvəllüdlü X19, xx.xx.1984-cü il təvəllüdlü X16, xx.xx.1966-cı il təvəllüdlü X12, xx.xx.1990-cı il təvəllüdlü X14, xx.xx.2001-ci il təvəllüdlü X25, xx.xx.1993-cü il təvəllüdlü X22, xx.xx.1979-cu il təvəllüdlü X24, xx.xx.2004-cü il təvəllüdlü X26, xx.xx.2002-ci il təvəllüdlü X29, xx.xx.1996-cu il təvəllüdlü X6, xx.xx.1995-ci il təvəllüdlü X39, xx.xx.1985-ci il təvəllüdlü X38, xx.xx.1996-cı il təvəllüdlü X40, xx.xx.2003-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.1994-cü il təvəllüdlü X27 və xx.xx.1985-ci il təvəllüdlü X1 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Məhkəmə araşdırması dövründə ünvan 4 ünvanında yerləşən 36 saylı mənzilin hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dair sənədlər, həmçinin İddiaçınun adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* ssaylı, **********64-05101-093001 nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 21 dekabr 2012-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzili X5 1000 manat ödəməklə satın almışdır. Beləliklə işin hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxsləri tanımır, həmin şəxslər iddiaçıya məxsus evdə heç vaxt yaşamamışlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxslərin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X20, X18, X28, X15, X30, X19, X16, X12, X14, X25, X22, X24, X26, X29, X6, X39, X38, X40, X8, X9, X27 və X1 iddiaçıya məxsus ünvan 3 ünvanında yaşamadıqları halda onların həmin ünvanda formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxslərin ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X20, X18, X28, X15, X30, X19, X16, X12, X14, X25, X22, X24, X26, X29, X6, X39, X38, X40, X8, X9, X27 və X1 İddiaçı məxsus olan ünvan 3 ünvandan qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1246/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1246/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver