Məhkəmə qərarları › İş №2-1(112)-12464/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12464/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12464/2023 06.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" məhdud məsiliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********173860 nömrəli “Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsini tələb etmişdir.

2. İddiaçının ərizəsi əsasında iddia tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “xx.xx.2023-cü il tarixli **********173860 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının qismən, yəni mənfəət vergisinin hesablanması hissəsində (ümumilikdə 1025952,93 manat, o cümlədən, 2019-cu il üzrə 876842,36 manat, 2020-ci il üzrə 146229,33 manat, 2021-ci il üzrə 2881,24 manat) ləğv edilməsi” kimi dəyişdirilmişdir.

3. İddiaçı əlavə ərizə təqdim edərək mənfəət vergisinə tətbiq edilən maliyyə sanksiyası hissəsində də qərarın ləğv edilməsini tələb etmişdir. Tələb müvafiq olaraq dəqiqləşdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166121 nömrəli qərarına əsasən müəssisənin sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələri xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmiş və yoxlama materiallarına baxılmasının nəticəsinə dair xx.xx.2023-cü il tarixli **********173860 nömrəli “Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin qərar əsasında müəssisəyə ümumilikdə 1040633,19 manat vergi məbləği və 520316,6 manat maliyyə sanksiyası hesablanmışdır. Qərarın qanunsuz və əsassız olması barədə aşağıdakı xüsusatlar məhkəmənin diqqətinə çatdırılır. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********166121 nömrəli Qərar qanunvericiliyin tələblərinə uvğun olaraq əsaslandırılmamışdır Sözügedən qərara nəzər saldıqda görünür ki, yoxlama qərarı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə uyğun olaraq qəbul edilmişdir. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının hansı hallarda keçirilə biləcəyi qeyd olunmuşdur. Həmin Məcəllənin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə bu hal növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasdır. Göründüyü kimi, VM-nin 38.3.5-ci maddəsinə istinad edilməklə yoxlamanın aparılması barədə qəbul edilməsinə baxmayaraq, mənbəyi bəlli olan məlumatların nədən ibarət olması, həmin məlumatların əsaslı və mötəbər olması barədə xüsusatlar qərarda göstərilməmiş, yoxlamanın qanuniliyini əsaslandırılmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasım zəruri edən halları və məlumatları öz qərarında dəqiq göstərməyə və əsaslandırmağa borcludur. Qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin bir çox qərarlarında qeyd olunmuşdur. Səvvar Vergi yoxlaması zamanı xx.xx.2023-cü il tarixli **********170272 nömrəli müvəqqəti dayandırma qərarı qəbul olunsa da faktiki olaraq dayandırma əsasları mövcud olmamışdır. Belə ki, yoxlama aktının 1.1-ci bəndinə qeyd olunur ki, yoxlama xx.xx.2023-cü il tarixli **********170272 nömrəli qərarla müvəqqəti dayandırılmışdır. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək: 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. 1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. 38.7.6. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda-məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Lakin faktiki halda sadalanan dayandırma əsasları mövcud olmamış cavabdeh orqan tərəfindən əsassız olaraq yoxlamanın dayandırılması barədə qərar qəbul edilmişdir. “Vergi ödəyicisinin Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173860 nömrəli qərar əsaslandırılmamışdır. Belə ki, Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Qanunun 61.1cı maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd olunanların əksinə, mübahisələndirilən qərarda yalnız vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri və tətbiq edilən maliyyə sanksiyasının məbləği qeyd olunmuşdur. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati icraat haqqında Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

5. Vergi ödəyicisinin və ya sığörtaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********173860 nömrəli qərara əsasən 1025952,93 manat mənfəət vergisi (2019-cu il üzrə 876842,36 manat, 2020-ci il üzrə 146229,33 manat, 2021-ci il üzrə 2881,24 manat) hesablanmış, 14680,26 manat ƏDV üzrə (2020-ci il) olmaqla 1.040.633,19 manat azaldılma, 85392,13 manat (2020-ci il üzrə) əlavə dəyər vergisinin artıq hesablandığı (100.072,37-14.680,26) müəyyən edilmiş, həmin 1.040.633,19 manat azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% olmaqla 520.316,6 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

6. Səyyar vergi yoxlaması keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair dair qanunvericiliin əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə noyabr 2019-oktyabr 2022-ci il tarixli vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir.

7. İddiaçı tərəfindən mübahisələndirilən qərarın (dəyişdirilmiş tələbə əsasən) mənfəət vergisi hesablanan hissəsi mübahisələndirilir.

8. xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlaması aktının mənfəət vergisinin hesablanmasının əsaslandırılması hissəsinə əsasən vergi ödəyicisi tərəfindən 2019-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir ********.64 manat; ümumi gəlirdən çıxılan xərclər ********.29 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 25585.0 manat, sosial sığorta haqları 4873.75 manat, malın dəyəri ********.05 manat, icarə xərci 9527.0 manat, bank xidməti üzrə xərclər 43800.49 manat, sığorta üzrə xərclər 92.98 manat, digər xərclər 5285.02 manat nəticədə vergiyə cəlb olunan mənfəət 416853.35 manat göstərilmiş və 83370.67 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə cəmiyyətin 2019-cu il üzrə gəlirlərinin ümumilikdə ********.64 manat (452409.05 manat elektron qaimə ilə, ********.95 manat nəğd qaydada nəzarət kassa aparatı vasitəsi ilə təqdim edilmiş mallara görə), xərclərinin əmək haqqı üzrə 25585.0 manat, sosial sığorta haqları üzrə 4873.75 manat, malın dəyəri üzrə ********.23 manat, icarə haqqı üzrə 9527.0 manat, bank xidməti üzrə 43800.49 manat, sığorta üzrə xərclər 92.98 manat, digər xərclər 5285.02 manat, ümumilikdə ********.47 manat olmaqla təqdim edilmiş malların maya dəyərinin 4384211.82 manat artıq göstərildiyi müəyyən olunaraq, vergiyə cəlb olunan mənfəti 4801065.17 manat olmaqla mənfəət vergisi 960213.03 manat olmuşdur. Ödəyici tərəfindən 83370.67 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq əlavə olaraq 876842.36 manat əsas vergi hesablandı. 2020-ci il üzrə ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 3068471.65 manat; ümumi gəlirdən çıxılan xərclər 2851095.99 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 16782.0 manat, sosial sığorta haqları 4240.15 manat, malın dəyəri 2798373.03 manat, icarə xərci 7224.0 manat, bank xidməti üzrə xərclər 2846.66 manat, sığorta üzrə xərclər 104.4 manat, digər xərclər 21525.75 manat nəticədə vergiyə cəlb olunan mənfəət 217375.66 manat göstərilmiş və 43475.13 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə vergi ödəyicisinin hesablama metodundan kassa metoduna keçməsi və e-qaimə ilə təqdim edilmiş mallara görə bank hesablarına vəsait daxil olmadığından, cəmiyyətin 2020-ci il üzrə dövriyyəsinin yalnız nağd qaydada təqdim etdiyi onlayn kassa məlumatlarına əsasən 474399.67 manat artıq göstərildiyi, yəni 2594071.98 manat olduğu, xərclərin əmək haqqı üzrə 16782.0 manat, sosial sığorta haqları üzrə 4240.15 manat, malın dəyəri üzrə 1592826.71 manat, icarə haqqı üzrə 7224.0 manat, bank xidməti üzrə 2846.66 manat, sığorta üzrə xərclər 104.4 manat, digər xərclər 21525.75 manat, ümumilikdə 1645549.67 manat olmaqla təqdim edilmiş malların maya dəyərinin 1205546.32 manat artıq göstərildiyi müəyyən olunaraq, vergiyə cəlb olunan mənfəti 948522.31 manat, mənfəət vergisi 189704.46 manat olmuşdur. Ödəyici tərəfindən 43475.13 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq 2020-ci il üzrə əlavə olaraq 146229.33 manat əsas vergi hesabland. 2021-ci il üzrə ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 144290.32 manat; ümumi gəlirdən çıxılan xərclər 134578.05 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 5100.0 manat, sosial sığorta haqları 933.0 manat, malın dəyəri 127795.05 manat, icarə xərci 750.0 manat nəticədə vergiyə cəlb olunan mənfəət 9712.27 manat göstərilmiş və 1942.45 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2021-ci il üzrə təqdim edilmiş bəyannamənin 213-cü Əvvəllər gəlirdən çıxılmış ehtiyatın azaldılmasından gəlir sətrində qeyd olunmuş 14110.0 manatın əsası ödəyici tərəfindən təqdim olunmadığından, həmin məbləğ gəlir kimi nəzərə alınmayaraq, gəlirlərinin onlayn kassa məlumatlarına əsasən ümumilikdə 130180.32 manat, xərclərinin əmək haqqı üzrə 5100.0 manat, sosial sığorta haqları üzrə 841.25 manat, malın dəyəri üzrə 99 278.89 manat, icarə haqqı üzrə 750.0 manat, bank xidməti üzrə 91.75 manat, ümumilikdə 106061.89 manat olmaqla təqdim edilmiş malların maya dəyərinin 28516.16 manat artıq göstərildiyi müəyyən olunaraq ,vergiyə cəlb olunan mənfəti 24118.43 manat, mənfəət vergisi 4823.69 manat olmuşdur. Ödəyici tərəfindən 1942.45 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq əlavə olaraq 2881.24 manat əsas vergi hesablandı. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 1025952,93 manat vergi məbləğinin 50% miqdarında, yəni 512976,47 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur.

9. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək aşağıdakılar bildirilir: İddia ərizəsində qeyd olunur: ““Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166121 nömrəli qərar qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. Sözügedən qərara nəzər saldıqda görünür ki, yoxlama qərarı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə uyğun olaraq qəbul edilmişdir. Həmin Məcəllənin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının hansı hallarda keçirilə biləcəyi qeyd olunmuşdur.” İddiaçının iddia tələbinin əsaslarından biri kimi qeyd etdiyi bu dəlilini aşağıda göstərilən səbəblərə görə əsassız hesab edirik. İlk növbədə qeyd etməyi zəruri hesab edilmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166121 nömrəli qərarın 1-ci bəndinə əsasən cəmiyyətdə növbədənkənar yox, növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166121 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması keçirilmişdir, (dövr: noyabr 2019 - oktyabr.2022). Yoxlama xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (№ KY211875707; xx.xx.2022-ci il). Yoxlanılan dövrdə vergi ödəyicisi ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Bidiriş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə vergi ödəyicisinə təqdim edilmişdir. Bundan əlavə, iddiaçının iddia ərizəsində qeyd etdiyi “Səyyar vergi yoxlaması zamanı xx.xx.2023-cü il tarixli **********170272 nömrəli müvəqqəti dayandırma qərarı qəbul olunsa da faktiki olaraq dayandırma əsasları mövcud olmamışdır" dəlilini də aşağıda göstərilən səbəblərə görə əsassız hesab edilir. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Həmin Məcəllənin 38.7.2-ci maddəsinə əsasən isə səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək səyyar vergi yoxlaması dayandırılır (təxirə salınır). Bildirilir ki, cəmiyyətin direktoru X4 xx.xx.2023-cü il tarxdə ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, səhhətində yaranmış problemlərlə bağlı səyyar vergi yoxlamasının dayandırılmasını (təxirə salınmasını) xahiş etmişdir (ərizənin surəti əlavə olunur). Bununla əlaqədar yoxlama aparılan vergi ödəyicisinin rəhbərinin müraciəti nəzərə alınaraq, səyyar vergi yoxlamasının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müvəqqəti olaraq dayandırılması (təxirə salınması) barədə xx.xx.2023-cü il tatixli **********170272 nömrəli qərar qəbul edilmişdir. Yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, o cümlədən yoxlamanın keçirildiy dövrdə yoxlama müddətinin dayandırılması (təxirə salınması) barədə məlumat da reyestrə daxil edilmişdir (müddət və əsas qeyd olunmaqla). Bundan əlavə, yoxlamanın müddətinin dayandırılması (təxirə salınması) zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmuş və bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd olunmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyici faktiki olaraq ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin: 16.1.3- cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergi tutma obyektinin uçotunu aparmaq; 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 16.1.4- ci maddəsinə əsasən isə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. 16.1.5- ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs mühasibat uçotu sənədlərini, o cümlədən elektron və (və ya) kağız formatda məlumatları tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlamalıdır. 16.1.6- cı maddəsinə əsasən Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********166177 nömrəli Tələbnamə cəmiyyətin direktoru X2 şəxsən təqdim olunmuş, xx.xx.2022-ci il tarixdə alınmasını öz imzası və cəmiyyətin möhrü ilə təsdiq etmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan və tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı olan mühasibat sənədləri vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim olunmuşdur. Bu səbəbdən "Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmişdir. Bundan əlavə, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2023-cü il tarixli **********167180 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən yoxlamaya təqdim edilmiş sənədlər barədə Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib olunmuş, protokol surəti cəmiyyətin direktoruna təqdim edilmiş, onun tərəfindən imzalanmış və bir nüsxəsini qəbul etmişdir. Yoxlamanın əhatə etdiyi dövr üzrə cəmiyyətə aşağıdakı vergi növləri üzrə əlavə vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. • 1 025 952,93 manat mənfəət vergisi və 512 976,47 manat maliyyə sanksiyası; • 14 680,26 manat ƏDV və 7 340,13 manat maliyyə sanksiyası; • 100 072,37 manat ƏDV -nin artıq hesablanması; • 0,02 manat MÖMV atrıq hesabalma. Hesablanmış vergilərin mahiyyəti ilə bağlı aşağıdakılar qeyd edilir. Mənfəət vergisi üzrə: Mənfəət vergisinin müqayisəli cədvəli (Azərbaycan manatı) Vergi məbləği Fərq Dövr VÖ bəyannamə Kameral SVY Artıq Azaldılmışdır məlumatı bəyannamə bəyannamə hesablanmış 2019-cu 876 dır 82 026,28 83 370,67 960 213,03 0,00 il 842,36 2020-ci il 43 475,13 43 475,13 189 704,46 146 0.00 2021-ci 229,33 1 942,45 1 942,45 4 823,69 2 881,24 0.00 il 1 025 Cəmi 127 443,25 128 788,25 1 154 741,18 0,00 Vergi Məcəlləsinin: 952,93 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün onun mənfəəti vergitutma obyektidir. 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onlann əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Vergi ödəyicisinin dövriyyəsi təqdim etdiyi elektron qaimə-fakturalardan və nəzarət-kassa aparatı vasitəsilə apardığı satışlardan formalaşmışdır. Yoxlama ilə 2019-cu, 2020-ci və 2021- ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 134-cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar,vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvercilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Yoxlanılan dövrdə vergi ödəyicisi ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. Yoxlama zamanı müəssisənin aparılmış idxal əməliyyatları zamanı mallann faktiki qiymətləri ilə deyil statistik qiymətləri ilə uçota alınması müəyyən olunmuşdur ki, bu da təqdim edilmiş malların maya dəyərinin artıq qeyd olunduğu kimi qiymətləndirilmişdir. Yoxlama ilə təqdim edilmiş malların maya dəyəri faktiki (invoys) qiymətləri nəzərə alınmaqla yenidən hesablanmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 16271590,64 manat; ümumi gəlirdən çıxılan xərclər 15854737,29 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 25585,0 manat, sosial sığorta haqları 4873,75 manat, malın dəyəri 15765573,05 manat, icarə xərci 9527,0 manat, bank xidməti üzrə xərclər 43800,49 manat, sığorta üzrə xərclər 92,98 manat, digər xərclər 5285,02 manat nəticədə vergiyə cəlb olunan mənfəət 416853,35 manat göstərilmiş və 83370,67 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə cəmiyyətin 2019-cu il üzrə gəlirlərinin ümumilikdə 16271590,64 manat (452409,05 manat elektron qaimə ilə, 15819180,95 manat nəğd qaydada nəzarət kassa aparatı vasitəsi ilə təqdim edilmiş mallara görə), xərclərinin əmək haqqı üzrə 25585,0 manat, sosial sığorta haqlan üzrə 4873,75 manat, malın dəyəri üzrə 11381361,23 manat, icarə haqqı üzrə 9527,0 manat, bank xidməti üzrə 43800,49 manat, sığorta üzrə xərclər 92,98 manat, digər xərclər 5285,02 manat, ümumilikdə 11470525,47 manat olmaqla təqdim edilmiş mallann maya dəyərinin 4384211,82 manat artıq göstərildiyi müəyyən olunaraq, vergiyə cəlb olunan mənfəti 4801065,17 manat olmaqla mənfəət vergisi 960213,03 manat olmuşdur. Vergi ödəyici tərəfindən 83370,67 manat mənfəət vergisinin hesablandığını nəzərə alınaraq, 2019-cü il üzrə əlavə olaraq 876842,36 manat mənfəət vergi hesablanmışdır. 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 3068471,65 manat; ümumi gəlirdən çıxılan xərclər 2851095,99 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 16782,0 manat, sosial sığorta haqlan 4240,15 manat, malın dəyəri 2798373,03 manat, icarə xərci 7224,0 manat, bank xidməti üzrə xərclər 2846,66 manat, sığorta üzrə xərclər 104,4 manat, digər xərclər 21525,75 manat nəticədə vergiyə cəlb olunan mənfəət 217375,66 manat göstərilmiş və 43475,13 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə vergi ödəyicisinin hesablama metodundan kassa metoduna keçməsi və e-qaimə ilə təqdim edilmiş mallara görə bank hesablarına vəsait daxil olmadığından, cəmiyyətin 2020-ci il üzrə dövriyyəsinin yalnız nağd qaydada təqdim etdiyi onlayn kassa məlumatlarına əsasən 474399,67 manat artıq göstərildiyi, yəni 2594071,98 manat olduğu, xərclərin əmək haqqı üzrə 16782,0 manat, sosial sığorta haqlan üzrə 4240,15 manat, malın dəyəri üzrə 1592826,71 manat, icarə haqqı üzrə 7224,0 manat, bank xidməti üzrə 2846,66 manat, sığorta üzrə xərclər 104,4 manat, digər xərclər 21525,75 manat, ümumilikdə 1645549,67 manat olmaqla təqdim edilmiş mallann maya dəyərinin 1205546,32 manat artıq göstərildiyi müəyyən olunaraq, vergiyə cəlb olunan mənfəti 948522,31 manat, mənfəət vergisi 189704,46 manat olmuşdur. Vergi ödəyici tərəfindən 43475,13 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq, 2020-ci il üzrə əlavə olaraq 146229,33 manat mənfəət vergisi hesablanmışdır. 2021-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 144290,32 manat; ümumi gəlirdən çıxılan xərclər 134578,05 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 5100,0 manat, sosial sığorta haqlan 933,0 manat, malın dəyəri 127795,05 manat, icarə xərci 750,0 manat nəticədə vergiyə cəlb olunan mənfəət 9712,27 manat göstərilmiş və 1942,45 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2021-ci il üzrə təqdim edilmiş bəyannamənin “213-cü əvvəllər gəlirdən çıxılmış ehtiyatın azaldılmasından gəlir sətrində” qeyd olunmuş 14110,0 manatın əsası ödəyici tərəfindən təqdim olunmadığından, həmin məbləğ gəlir kimi nəzərə alınmayaraq, gəlirlərinin onlayn kassa məlumatlarına əsasən ümumilikdə 130180,32 manat, xərclərinin əmək haqqı üzrə 5100,0 manat, sosial sığorta haqlan üzrə 841,25 manat, malın dəyəri üzrə 99.278,89 manat, icarə haqqı üzrə 750.0 manat, bank xidməti üzrə 91,75 manat, ümumilikdə 106061,89 manat olmaqla təqdim edilmiş mallann maya dəyərinin 28516,16 manat artıq göstərildiyi müəyyən olunaraq, vergiyə cəlb olunan mənfəti 24118,43 manat, mənfəət vergisi 4823,69 manat olmuşdur. Vergi ödəyici tərəfindən 1942,45 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq, 2021-ci il üzrə əlavə olaraq 2881,24 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, səyyar vergi yoxlaması zamanı yoxlamanın əhatə etdiyi dövr üzrə ümumilikdə 1025952,93 manat mənfəət vergisinin (o cümlədən: 2019-cü il üzrə 876842,36 manat; 2020- ci il üzrə 146229,33 manat və 2021-ci il üzrə 2881,24 manat) azaldıldığı müəyyən edilmişdir. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisinin dövriyyəsi təqdim etdiyi elektron qaimə-fakturalardan və NKA vasitəsilə apardığı satışlardan formalaşmışdır. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə əlavə dəyər vergisi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmişdir. Əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən edilmişdir. Cəmiyyət ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə ilə xx.xx.2018-ci il tarixdə vergi orqanına müraciət etmiş, xx.xx.2018-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyatına alınmasını xahiş etmiş və xx.xx.2018-ci il tarixli **********8 nömrəli "ƏDV-nin qeydiyyat bildirişi" əsasında qeydiyyatdan keçirmişdir. Vergi ödəyicisinin ƏDV qeydiyyatı xx.xx.2018ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən vergi orqanına əlavə dəyər vergisinin bəyannamələri aylıq təqdim edilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisinin əlavə dəyər vergisi üzrə qeydiyyatı ləğv edilməmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 159-cu maddəsinin tələbləri pozulmuşdur. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDVnin düzgün hesablanmaması səbəbi ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ƏDV məbləğinin düzgün müəyyən olunmaması ilə bağlıdır. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən mallann təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci ilin yanvar ayının 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Yoxlama zamanı 2020-ci ilin yanvar ayında ödəyicinin bank hesablarına təqdim edilmiş mallara görə vəsaitin daxil olmadığından ƏDV üzrə 100072,37 manat çox hesablandığı, onlayn kassa məlumatlarına əsasən may ayı üzrə əsasən ƏDV-nin 14136,75 manat, avqust ayı üzrə 543,51 manat az hesablandığı müəyyən edilərək, ümumilikdə ƏDV üzrə 14680,26 manat ƏDV-nin azaldıldığ müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması halları aşkar edilmişdir. Bununla bağlı vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb olunması məsələsinə baxılmış və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173860 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Bundan əlavə, iddiaçının iddia ərizəsində qeyd etdiyi “‘‘Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173860 nömrəli qərar əsaslandırılmamışdır” dəlilini də aşağıda göstərilən səbəblərə görə əsassız hesab edirik. Bildirilir ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akta əsasən vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılmış, məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilən zaman bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmış və Vergi Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən qərar qəbul edilmişdir. Bundan əlavə, iddiaçının vergi orqanı tətəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2023-vü il tarixli qərarın əsaslandırılmaması barədə dəlilnə münasibətdə formalaşmış məhkəmə təcrübəsinə istinad edərək, Ali Məhkəmənin hüquqi mövqeyini qeyd etmək istəyirik. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1 (102)-604/2017 nömrəli qərarında Ali Məhkəmə tərəfindən vergi orqanının qəbul etdiyi qərarların formal-hüquqi baxımdan qiymətləndirilməsi ilə bağlı mövqe ifadə edilmişdir. Həmin qərarın 6-cı səhifəsində qeyd olunmuşdur ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərar və “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1 (102)-510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı mövqeyi ilə tam uyğundur. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul edilən qərarları üzrə hesablamanın əsasları səyyar vergi yoxlaması aktında öz əksini tapır. Vergi Məcəlləsinin: 13.2.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisidir. 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Göründüyü kimi vergi ödəyicisi hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173860 nömrəli qərar ilə hesablanmış əlavə vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi və dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldılması üçün əsas ola bilməz. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.

10. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.

İİ. İddianın növü və mümkünlüyü

12. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. Mübahisələndirilən qərar inzibati aktdır. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

14. Yoxlanılan dövr ərzində vergi ödəyicisi faktiki olaraq ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur.

15. Yoxlama dövrü noyabr 2019-dekabr 2022-ci illəri əhatə edir.

16. Məhkəmə qeyd edir ki, qərar ancaq mənfəət vergisinin hesablanamsı hissəsində mübahisələndirildiyindən məhkəmə araşdırmasının predmeti qərarın ancaq qeyd edilən hissəsidir.

17. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mənfəət vergisinin hesablanmasının əsası qeyd edilən dövrdə təqdim edilmiş malların maya dəyəri ilə bağlıdır. Belə ki, vergi orqanı hesab edir ki, vergi ödəyicisi idxal etdiyi malların gömrük dəyərini məhz sövdələşmə (invoys) qiyməti ilə göstərməli olduğu hada, gömrük dəyəri daha yüksək (gömrük orqanı tərəfindən təyin edilmiş) məbləğdə bəyan edilmişdir. Qeyd edilən məbləğlər arasındakı fərq vergitutma obyekti kimi qiymətləndirilmişdir.

18. İddiaçı tərəfindən məhkəməyə qeyd edilən dövrlər üzrə idxal edilmiş malların idxal yük gömrük bəyannamələrinə əsasən invoys (sövdələşmə) qiyməti və gömrük orqanı tərəfindən tətbiq edilən gömrük dəyəri müqayisəli cədvəl şəklində təqdim edilmiş, cavabdeh həmin məlumatların mötəbərliliyini mübahisələndirməmişdir.

19. “Gömrük tarifi haqqında” qanundan: 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

20. Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş və Ədliyyə Nazirliyində qeydə alınmış “Azərbaycan Respublikasının ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri haqqında Əsasnamə”dən: 2.1. Azərbaycan Respublikasına gətirilən malların gömrük dəyəri müəyyən edilmiş qaydada deklarant tərəfindən KDB-nə uyğun olaraq bəyan edilir. Gətirilən mallar bəyan edilmiş gömrük dəyəri əsasında gömrükrüsumlarına və vergilərinə cəlb edilir. Bəyan edilən rejim üzrə gətirilən mal gömrük vergi və rüsumlarına cəlb olunmursa, (gömrük rəsmiləşdirilməsi üçün rüsum istisna olmaqla), gömrük dəyəri YKB-si ilə bəyan edilir. Bəyan edilmiş gömrük dəyərinə gömrük orqanında əsaslandırılmış şübhə yarandıqda, deklarantdan gömrük dəyərinə gömrük orqanında əsaslandırılmış şübhə yarandıqda, deklarantdan gömrük dəyəri bəyannaməsini doldurmağı tələb edə bilər. Gömrük dəyəri bəyannaməsi və gömrük dəyərini təsdiq edən sənədlərdə göstərilən bütün məlumatlara görə Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlara uyğun olaraq məsuliyyət daşıyır. 2.2. Gömrük dəyəri bəyannaməsi yük gömrük bəyannaməsi və müvafiq gömrük orqanı tərəfindən gömrük məqsədi üçün tələb olunan digər sənədlərlə birlikdə təqdim olunur.

21. Beləliklə, qeyd edilən müddətdə vergi ödəyicisi tərəfindən artıq ödənilmiş hesab edilən gömrük ödənişlərinin və gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması ilə bağlı tələb irəli sürülməmiş, malların gömrük orqanı tərəfindən tətbiq edilən gömrük dəyəri ödəyici tərəfindən qəbul edilmiş və həmin dəyərə müvafiq olaraq gömrük ödənişləri həyata keçirilmişdir. Odur ki, qeyd edilən gömrük dəyəri ödəyici tərəfindən nəzərə alınmış və artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması ilə bağlı yol verilən müddətlər ötürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5.1-ci bəndinə əsasən gtömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

22. Məhkəmə qeyd edir ki, idxal edilən mallara tətbiq edilən gömrük dəyəri məhz gömrük orqanı tərəfindən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən həmin gömrük dəyəri nəzərə alınmaqla müvafiq gömrük ödənişləri həyata keçirildiyi halda (bununla bağlı hər hansı mübahisə yoxdur), vergi orqanının malların maya dəyərinin gömrük orqanı tərəfindən tətbiq edilən gömrük dəyərinə uyğun müəyyən edilməməsinə dair tələbi əsaslı deyil və vergi ödəyicisinin üzərinə həddən artıq yük qoyulması ilə nəticələnməklə qarşıya qoyulmuş məqsədə uyğun hesab edilə bilməz.

23. Məhkəmə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Vergi Məcəlləsindən: 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.

25. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.

26. Beləliklə məhkəmə qeyd edir ki, həmin 3 illik müddətin səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa xx.xx.2020-ci ildən qüvvəyə mindiyindən vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz.

27. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

28. İddiaçı üzrə (növbəti) səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar xx.xx.2022-ci il tarixli olmaqla yoxlama ilə əhatə olunan vergi dövrü noyabr 2019-oktyabr 2022-ci ildir.

29. Qeyd edilən normanın cavabdeh tərəfindən tətbiqi nəticəsində iddiaçının hüquq məsuliyyətinin yaranması şübhəsizdir, odur ki, məhkəmə əlavə əsaslandırma olmadan belə, hesab edir ki, cavabdeh xx.xx.2020-ci ilə qədər olan dövr üzrə (2019-cu il üzrə) hesablamanı aparmağa səlahiyyətli olmamışdır. Müvafiq hesablamanın ən böyük hissəsi də (mənfəət vergisi üzrə 876.842,36 manat əlavə hesablama) məhz qeyd edilən dövrə təsadüf edir.

30. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

31. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

32. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

33. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

34. Odur ki, məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır, qərar mübahisələndirilən hissədə ləğv olunmalı və nəticələri aradan qaldırılmalıdır.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “xx.xx.2023-cü il tarixli **********173860 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı 1.025.952,93 manat mənfəət vergisinin hesablanması və həmin məbləğə tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar