Məhkəmə qərarları › İş №2-1(112)-12466/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12466/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12466/2022 11.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 3472 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X2 varisidir və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 45 saylı Notariat ofisinin 135 saylı 04 may 2022-ci il tarixli məktubu var. Cavabdeh Başçısının 14 iyul 1994-cü il tarixli 2259 saylı Sərəncamına əsasən Badamadar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün X4 ayrılmışdır. Sonradan bizə məlum olmayan səbəblərdən Bakı şəhəri Cavabdeh Başsının Aparatı 24 oktyabr 1994-cü il tarixli 3472 saylı sərəncamı ilə Cavabdeh başçısının 2259 saylı xx.xx.1994-cü il tarixli Sərəncamının 2.12-ci bəndində düzəliş edilmiş və həmin torpaq sahəsi onu oğlu X5 adına sənədləşdirilmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri Cavabdeh Başsının Aparatının 24 oktyabr 1994-cü il tarixli 3472 saylı sərəncamı qanunsuzdur və ləğv olunmalıdır. İddiaçı tərəfindən cavabdehə rəsmi müraciət olunaraq 24 oktyabr 1994-cü il tarixli 3472 saylı sərəncamının ləğv olunması xahiş olunmuş, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə ona imtina verərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

3. İddiaçının Cavabdehnə Cavabdeh Başçısının Aparatının xx.xx.1994-cü il tarixli, 3472 nömrəli sərəncamın ləğv edilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, qaldırılan məsələ ilə əlaqədar aidiyyəti məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir.

4. Bakı şəhəri Cavabdeh Başçısının 2259 saylı 14 iyul 1994-cü il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün X6 ayrılmışdır.

5. Cavabdeh Başçısının 2259 saylı 14 iyul 1994-cü il tarixli sərəncamının 2.12-ci bəndində düzəliş edilməsi barədə Cavabdeh Başçısının 3472 nömrəli 24 oktyabr 1994-cü il tarixli Sərəncamına əsasən “Biniheybət” NQÇİ-nin fəhlə və qulluqçularına Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə Cavabdeh Başçısının 2259 saylı 14 iyul 1994-cü il tarixli sərəncamının 2.12-ci bəndinə əsasən X7 ayrılmış torpaq sahəsi onun oğlu X8 adına sənədləşdirilmişdir.

6. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci ildə ölmüşdür.

7. Ədliyyə Nazirliyi Bakı şəhəri 45 saylı Notariat ofisinin 04 may 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 adına vərəsəlik işi açılmışdır.

8. Bakı şəhəri Cavabdeh Başçısının Aparatının 29 iyul 2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 2259 nömrəli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd edilən müddətdə həmin torpaq sahəsinə faktiki sahiblik iddiaçının qardaşı X13 tərəfindən həyata keçirilmişdir. Həmin müddətdə torpaqla bağlı aralarında mübahisə olmamışdır. Lakin iddiaçının qardaşı X13 xx.xx.2022-ci il tarixdə öləndən sonra ona bəlli olmuşdur ki, qardaşı X13 həmin torpaq sahəsini hələ 1994-cü ildə adına sənədləşdirmişdir.

II. İddianın növü və mümkünlüyü

10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

11. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 3472 saylı sərəncamının ləğv edilməsini tələb edir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 32.1ci maddəasinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

12. İddiaçının atası X12 xx.xx.2015-ci il tarixdə, qardaşı X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçı bildirir ki, torpaq sahəsi üzərində faktiki sahiblik mərhum qardaşı X13 tərəfindən həyata keçirilsə də, qeyd edilən müddətdə torpaq sahəsinin qardaşının adına sənədləşdirilməsindən xəbərsiz olub. Lakin iddiaçının atası X12 xx.xx.2015-ci il tarixdə öləndən sonra qanunla müəyyən edilmiş müddətlərdə vərəsəlik işinin xx.xx.2022-ci il tarixə qədər açılmış olması da müəyyən edilmir. Belə ki, 45 saylı notariat ofisi tərəfindən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 vərəsəlik işi ilə bağlı müraciətin xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmışdır. Odur ki, iddiaçı tərəfindən atasına vaxtilə məxsus olmuş əmlaka dair sahiblik etmə təşəbbüsü məhz qardaşı öldüyü xx.xx.2022-ci il tarixdən sonra yaranmışdır.

13. Odur ki, müvafiq sənədləşdirmə məhz X1 həyata keçirilmiş və iddiaçı bildirir ki, X13 qeyd edilən müddətdə torpaq sahəsinə sahibliyi həyata keçirmişdir.

14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

15. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

16. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X9rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X10rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

17. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

18. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

19. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

20. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

21. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

22. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir.

23. Məhkəmə hesab edir ki mübahisələndirilən inzibati akt Cavabdeh Başçısının xx.xx.1994cü il tarixli 3472 saylı sərəncamıdır. İddiaçının həmin sərəncamı mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, müvafiq sənədləşdirmə iddiaçının mərhum atasının sağlığında həyata keçirilmişdir və həmin müddətdə mərhum atası tərəfindən mübahisələndirilməsi müəyyən olunmur. Digər tərəfdən qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür.

24. Bu səbəbdən məhkəmə İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi barədə hüquqi yardım göstərilməsini zəruri hesab etmir.

25. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

27. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar