Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1248/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi X4, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “kompensasiyanın ödənilməsi və mənəvi ziyan” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməyən məbləğinin ödənilməsi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşmiş və dövlət ehtiyacları üçün sökülərək alınmış ümumi 1124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “X10”nin 1 kv.m-i 1000 manatdan hesablanmaqla 1.124.400 manat kompensasiya məbləğindən ödənilməyən 891.667 manat pul vəsaitinin, 1.124.400 manat kompensasiya məbləğinin 20 %-i miqdarında əlavənin, 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ərizədə Bakı şəhər Xətai rayon İcra Hakimiyyətini cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyini üçüncü şəxslər qismində göstərməklə, ona məxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşmiş və dövlət ehtiyacları üçün sökülərək alınmış ümumi 1124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “X10”nin 1 kv.m-i 1000 manatdan hesablanmaqla 1.124.400 manat kompensasiya məbləğindən ödənilməyən 891.667 manat pul vəsaitinin, 1.124.400 manat kompensasiya məbləğinin 20 %-i miqdarında əlavənin, 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı”nın icrası ilə əlaqədar olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Məmmədov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi işi müvafiq tapşırıq əsasında həyata keçirilmişdir. Qeyd olunan proqram icra olunarkən Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 004776 №-li xx.xx.1997-ci il tarixli Şəhadətnamə ilə tam mülkiyyət hüququ ilə ona məxsus ümumi 1124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “X10” də sökülmüşdür. Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Ehtiyaclarının ödənilməsi və yerli qurumlarla iş şöbəsinin müdiri Y.Qənbərov tərəfindən imzalanmaqla təsdiqlənmiş “Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Məmmədov küçəsinin kəsişməsinə kimi olan ərazidə yerləşən özəl müəssisə və obyektlərə məxsus əmlakın (torpaq sahəsinin və tikilinin) geri alınması üçün ödəniləcək kompensasiya dair hesablama” cədvəlində 6-cı sırada ona məxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən “X10” qeyd olunmuş və həmin “X10”nin bazar dəyərinə uyğun ilkin qiyməti 1 kv.m-i 1000 manatdan olmaqla 1.124.400 (bir milyon yüz iyirmi dörd min dörd yüz) manat kompensasiya məbləği müəyyən edilmişdir. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Ehtiyaclarının ödənilməsi və yerli qurumlarla iş şöbəsinin dəvət etdiyi müstəqil qiymətləndirici “Finreİndependent Member of X6” şirkəti tərəfindən 2013-cü ilin avqust ayında daşınmaz əmlakın qiymətləndirilməsi üzrə hesabat tərtib edilmiş və həmin hesabatda mənə məxsus “X10”nin bazar dəyəri 736.300 (yeddi yüz otuz altı min üç yüz) manat müəyyən edilmişdir. Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən ona məxsus ümumi 1124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “X10” sökülməmişdən öncə, Xətai Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri də, daxil olmaqla sökülmə prosesini icra edən məsul vəzifəli şəxslər onları əmin etmişdilər ki, əmlak sahibləri dövlət ehtiyacları üçün alınan əmlakın bazar dəyərinə uyğun ilkin qiyməti 1 kv.m-i 1000 manatdan olmaqla kompensasiya məbləğini tam şəkildə alacaqlar. Sadəcə bildirilmişdir ki, söküntüyə məruz qalan əmlakların sayının çoxluğu ilə əlaqədar dövlət büdcəsindən bu məqsədlə ayrılacaq kompensasiya məbləği böyük olduğundan pulun ödənilməsini bir qədər gözləməli olacaqlar Qeyd olunan ərazidə söküntü işləri xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2013-cü il tarixədək icra olunsa da, uzun müddət ərzində kompensasiya məbləğinin ödənilməsi mümkün olmamış, əmlakları sökülən şəxslərin müxtəlif yüksək dövlət orqanlarına şikayət xarakterli müraciətlərindən sonra, nəhayət xx xxxxxx 2015-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri onu və ondan başqa bir neçə əmlak sahiblərini rayon icra hakimiyyətinə dəvət edərək kompensasiya məbləğinin Maliyyə Nazirliyi tərəfindən ayrıldığını, lakin ayrılan vəsaitin az olduğunu əsas gətirməklə ilkin mərhələdə sökülən əmlakların əvvəlcədən müəyyən olunmuş bazar dəyərinin bir hissəsini ödəyəcəklərini, qalan kompensasiya məbləğini isə bu məqsədlə dövlət büdcəsindən vəsait ayrıldıqca ödəyəcəklərini bildirmişlər. Bununla bağlı ona xx xxxxxx 2015-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyətində razılaşma aktı adlı sənədi imza etdirmiş və bu sənəd əsasında 232733 manat ödənəcəyini, qalan kompensasiya məbləğinin də bu qaydada hər dəfə dövlət büdcəsindən vəsait ayrıldıqca ödəyəcəklərini bildirmişlər. Həmin gün imza etdiyi sənədin surətini istəsə də, kompensasiya məbləğini tam aldıqdan sonra sənədlərin hamısını birlikdə təqdim edəcəklərini bildirilmişlər. xx xxxxxx 2015-ci il tarixdən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, hər dəfə Xətai Rayon İcra Hakimiyyətinə ödənilməmiş kompensasiya məbləği ilə bağlı müraciət edəndə, hələ dövlət büdcəsindən vəsait ayrılmadığını və yaxın vaxtlarda ayrılacağını bildirməklə gözləməyi tövsiyyə etmişlər. xx xxxxxx 2015-ci il tarixli məktubla Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək ona məxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşmiş ümumi 1124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “X10”nin 1 kv.m-i 1000 manatdan hesablanmaqla ******* manat kompensasiya məbləğindən ödənilməyən 891667 (1124400-232733) manat pul vəsaitinin, həmçinin Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı əsasında hesablanacaq 20 % əlavə haqqın qısa müddətdə ödənilməsini təmin etməyi xahiş etmiş, xx.xx.2018-ci il tarixli məktub Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinə xx.xx.2018-ci il tarixdə rəsmi formada daxil olmuş və Eyvazova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin bu günə qədər müraciətinə heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə (üçüncü şəxslərə) təqdim edilmiş və cavabdehlərdən (üçüncü şəxlərdən) iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair mülahizədə (etiraz) göstərmişdir ki, ölkənin sosial-iqtisadi inkişafı sahəsində qəbul olunan Dövlət proqramları çərçivəsində iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, abadlıq- quruculuq işlərinin sürətləndirilməsinə, soasial məsələlərin həlli istiqamətində irimiqyaslı işlər görülməsinə şərait yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar Xətai rayon ərazisində və Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri- yaşayış sahələrinin köçürülməsi işləri həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2013-cü il tarixli, 225 saylı Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 126 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözü gedən Sərəncamın icrasının təmin edilməsi istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən “ƏQD” Qiymətləndirilmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuş və Azərbaycan Respublikasının “Torpaqların Dövlət Ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (xx xxxxx 2010) müvafiq bəndlərini (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə iddiaçının obyekti qiymətləndirilərək 358.05 kv.m tikili sahəsinin real bazar dəyəri 232.733.00 manat müəyyənləşdirilmiş və həmin qiymətləndirmə sahibkara təklif olunaraq razılaşdırılmış və sahibkar komissiyaya dəvət olunaraq razılaşma aktını imzalamış və qeyd edilən məbləği qəbul etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, qeyd edilən ərazidə bulvarın salınması və yolun inşası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməmiş və Komitə həmin ərazidə sökülmüş daşınmaz əmlaklara görə mülkiyyətçilərə kompensasiyanın verilməsi öhdəliyini daşımamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanı olmaqla sərəncamında iddiaçıya sökülmüş əmlaka görə kompensasiya kimi verilə bilən pul vəsaiti mövcud deyildir və Komitə qanunvericiliyə əsasən belə bir vəzifə də daşımır. Bu səbəbdən iddiaçı müvafiq tələblərini yuxarıda qeyd edilən ərazidə bulvarın salınmasını və yolun inşasını həyata keçirmiş aidiyyəti orqanlara yönəldə bilər. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə əsasən Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən, ümumi sahəsi 358,05 kv.m qeyri-yaşayış binasının İddiaçı mülkiyyətində olmasına baxmayaraq, o kompensasiyanı 1.124,4 kv.m sahəyə görə tələb edir. İddiaçı əlavə olaraq 766,35 kv.m sahənin də onun mülkiyyətində olmasına dair heç bir sübut təqdim edə bilmir. Beləliklə, iddiaçı onun mülkiyyətində olması hüquqmüəyyənedici sənədlərlə təsdiq olunmayan əmlaka görə ona kompensasiyanın verilməsini tələb edir ki, bu da hüquqi cəhətdən əsassızdır. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən ümumi sahəsi 358,05 kv.metr olan qeyri-yaşayış sahəsi qiymətləndirilmişdir. Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən alinan məlumata əsasən həmin daşınmaz əmlaka görə hesablanmış 232.733,00 manat kompensasiya mülkiyyətçi İddiaçı ilə razılaşdırılmış və onun tərəfindən bu barədə razılaşma aktı imzalanmış, həmin vəsait (232.733,00 manat) “Kapitalbank”ın Xətai filialı vasitəsi ilə mülkiyyətçiyə tam həcmdə ödənilmişdir. Göstərilənlərə əsasən məlum olur ki, iddiaçı ona təklif edilən kompensasiyanı qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradəsini ifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Belə olan halda sözügedən qeyri-yaşayış sahəsi üçün təkrarən əlavə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi mülki qanunvericiliyin tələblərinin, həmçinin sözügedən daşınmaz əmlakın alınmsı barədə razılıq əqdinin şərtlərinin pozulması halı hesab olunmaqla yanaşı, bu sahədə formalaşmış məhkəmə təcrübəsinə də ziddir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili-X2 ayrı-ayılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X9 yazılı etirazlarına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki; iddiaçı xx.xx.1954-cü il tarixdə Bərdə rayonunda doğulmuş, ünvan 2 mənzil 41 ünvanında qeydiyyatdadır (AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsi). Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadatnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən X10 İddiaçı xx.xx.1997-ci ildə səkkiz milyon səkkiz yüz qırx doqquz min manata satılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Ehtiyaclarının ödənilməsi və yerli qurumlarla iş şöbəsinin dəvət etdiyi müstəqil qiymətləndirici “X7 of X6” şirkəti tərəfindən 2013-cü ilin avqust ayında daşınmaz əmlakın qiymətləndirilməsi üzrə hesabat tərtib edilmiş və həmin hesabatda iddiaçıya məxsus “X10”nin bazar dəyəri 736.300 (yeddi yüz otuz altı min üç yüz) manat müəyyən edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********77 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşən, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin söküntüsü Əmlak Məsələləri Dövlət Komitəsi tərfindən həyata keçirilməmiş və Komitə sökülmüş daşınmaz əmlaka görə mülkiyyətçiyə kompensassiyanın verilməsi öhdəliyini daşımamışdır. Aidiyyatı üzrə Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” xx.xx.2013-cü il tarixli 225 saylı Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Sərəncamla Xətai rayon İcra hakimiyyətinə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsinin təmin edilməsi tapşırılmışdır. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş dekabr 2015-ci il tarixli “Razılaşma aktı”ndan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 225 saylı Sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 126 saylı Sərəncamı ilə tərkibi təsdiq edilmiş komissiya yaradılmışdır. Komissiya tərəfindən müəyyən edilmişdir ki, ərazidə aparılan yenidən qurma və abadlıq işləri ilə əlaqədar Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınmış yeni bulvar və avtomobil yolunun, həmçinin Xəqani Rüstəmov küçəsində yol qovşağının tikintisi layihəsinin altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi zərurəti yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin 1 kv m-i üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin sahəsinin 1 kv m-nin alqı-satqı orta bazar qiyməti müəyyənləşdirilərək əmlak sahiblərinə təklif olunmuşdur. Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınmış yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən və Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 4 ünvanında yerləşən və İddiaçıun mülkiyyətində olan X10nin sökülməsi ilə əlaqədar hüquq verən sənədi təqdim edilmiş tikililərin texniki vəziyyətindən və iş həcmindən asılı olaraq sahibkarın obyekti qiymətləndirilmişdir. Qiymətləndirmənin nəticəsində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq təyinolnmuş bazar dəyərinə 20,0% əlavə haqq ödənilməklə qiymətləndirmə gününə sahibkara 358,05 kv metr tikili sahəsinin real bazar dəyəri 232.733,00 manat müəyyənləşdirilmiş və qiymətləndirmə gününə sahibkara həmin məbləğdə vəsait müəyyən edilərək təklif olunmuşdur. İddiaçı cəmi ödəniləcək təzminat 232.733,00 manat müəyyən edilmiş, o, komissiyanın işində iştirak edərək ödəniləcək təzminatın məbləği ilə razılaşmış və bunu razılaşma aktında öz imzası ilə təsdiq etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçı cavabdeh inzibati orqandan hesablanmış və ödənilməmiş kompensassiya məbləğinin və mənəvi zərərin əvəzinin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.9-cu maddəsində təsbit olunduğu kimi, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246-cı maddəsinin müddəalarına (24.1- 246.5) əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqına qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir (246.1). Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır (246.2). Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir (246.3). Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər (246.4). Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir (246.5) Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçıya məxsus Bakı şəhəri, Nobel prospekti 4 ünvanında yerləşmiş və dövlət ehtiyacları üçün sökülərək alınmış ümumi 1.124,4 kv.m sahəsi (ümumi sahəsi 973,2 kv.m olan 3 mərtəbəli A tikilisi, ümumi sahəsi 63,7 kv.m olan B tikilisi və ümumi sahəsi 87,5 kv.m olan C tikilisi) olan “X10” dövlət ehtiyacları üçün alınmış, qeyd olunan daşınmaz əmlaka görə iddiaçıya təyin olunmuş kompensassiya məbləği sonuncuya ödənilmişdir. İddiaçı razılaşma aktına imza edərək, kompensassiyanın məbləği ilə razı olduğunu və onu qəbul etdiyini təsdiq etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. İddiaçı hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən ona mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1248/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1248/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver