Məhkəmə qərarları › İş №2-1(112)-12485/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12485/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12485/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1N iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və xidmətə bərpa edilmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, N6) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ehtiyata buraxılmasına dair XN N3 avqust NNNN-ci il tarixli, N13N gm nömrəli əmrinin ləğv edilməsinə və onun hərbi xidmətə bərpa olunmasına dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17 may NNNN-ci ildən N3 avqust NNNN-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində qadın hərbi qullquçu kimi həqiqi hərbi xidmət keçmişdir. Xidmət etdiyi dövrdə dəfələrlə komandanlıq tərəfindən həvəsləndirilmiş, o cümlədən “Silahlı Qüvvələrin 9N illiyi”, “Silahlı Qüvvələrin 9N illiyi”, “Silahlı Qüvvələrin 1NN illiyi” medalları ilə, həmçinin cənab Prezidentin adından “Qüsursuz xidmətə görə” medalın İİİ dərəcəsi ilə təltif olunmuşdur. Həyat yoldaşı narkotik aludəçisidir. Dəfələrlə onu bu yoldan çəkindirmək istəmişdir, özünün hərbi xidmətini, uşaqlarının gələcəyini nəzərə alaraq şəxsi vəsaiti hesabına onu müalicə də etdirmişdir. Lakin, bu səbəbdən ailədə tez-tez münaqişələr baş verirdi, o, ona işgəncələr verir, çəkdiyi narkotikin tüstüsünü üzünə üfürürdü. O da bu cür həyatdan bezərək ondan ayrılmağa qərar vermişdir. Həyat yoldaşı, təqribən 1N iyun NNNN-ci il tarixində xidmət etdiyi hərbi hissənin nəzarət buraxılış məntəqəsinə gələrək növbətçilərə bildirib ki, “burda qadınlar narkotik vasitədən istifadə edirlər”. Növbətçilər də bu məsələni korpusun qərargah rəsinə məruzə etdikdən sonra xx.xx.NNNN-ci il tarixində xidmət etdiyi N nömrəli hərbi hissənin bütün qadın hərbi qulluqçularını Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasına apararaq yoxladılar və onda “tetra 9” adlı maddə tapılmışdır. Həmin hadisədən əvvəl həyat yoldaşı onu təhdid edərək, daha doğrusu bıçağı bədəninə dirəyərək məcburən ona narkotik maddəni ağzına üfürüb. Bundan sonra o huşunu itirmiş və nə baş verdiyini bilməmişdir. Həmin yoxlamanın nəticələrindən sonra təqdimat yazıldı və N3 avqust NNNN-ci il tarixində XN müvafiq əmrinə əsəsən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 1N6-cı maddəsinin “e” bəndi ilə onu xidməti uyğunsuzluqla ehtiyata buraxdılar. O, Orduda 1N (on beş) il hərbi xidmət keçmişdir, pensiya hüququnu qazanmağına cəmi N (beş) il qalmış bu şəkildə ehtiyata buraxılmağı onu pensiyadan məhrum edir. Ən əsası isə baş vermiş hadisədə heç bir günahı yoxdur. Özünün də narkotik istifadəçisi olmadığı Respublika Narkoloji Mərkəzi XN1 verdiyi N9 iyul NNNN-ci il tarixli, N997 saylı və N6 avqust NNNN-ci il tarixli 47N6 saylı aktları və West Hospitalının N7 iyul NNNN-ci il tarixli arayışı da təsdiq edir. 3 dəfə fərqli vaxtlarda analiz verdiyinə və qanında heç bir kənar maddənin tapılmamasına baxmayaraq Müdafiə Nazirliyi onu hərbi xidmətə bərpa etmək istəmir. Müdafiə Nazirliyi istəsəydi onu başqa qoşun növünə də xidmətə bərpa edə bilərdi. Hal-hazırda da onu xidmətini davam etdirməyinə heç bir maneçilik yoxdur, çünki barəsində yazılanlar böhtandır, qanında da kənar maddə yoxdur. Həmçinin, bu hadisə ilə bağlı həyat yoldaşı da ərizə yazaraq ona məcbur şəkildə narkotik maddə qəbul etdirdiyini yazmışdır. O, hal-hazırda şikayəti əsasında məhkəmənin qərarı ilə Narkoloji Dispanserdə məcburi müalicə olunur. Müdafiə Nazirliyi onu hərbi xidmətə bərpa etmək istəmədiyi üçün XN N3 avqust NNNN-ci il tarixli N13N gm nömrəli əmrinin ləğvi üçün məhkəmədə iddia qaldırır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, xx.xx.NNNN-ci il tarixdə günorta saatlarında İddiaçı həyat yoldaşı Samir Səfərov N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinə gələrək, nəzarət buraxılış məntəqəsindən xidməti tapşırıqların icrasını yerinə yetirməyə gedən N nömrəli hərbi hissənin ideoloji iş və mənəvi psixoloji təminat şöbə rəisinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavini mayor XN yaxınlaşaraq, həyat yoldaşı İddiaçıın xidmət etdiyi N nömrəli hərbi hissədə xidmət etdiyini, əxlaqsız qadın olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, bu şəxslə ailə qurmasına peşman olduğunu, ata və anasının, ümumiyyətlə qohumlarının ondan üz çevirdiyini, uşaqlarına görə ondan ayrıla bilmədiyini, həmçinin gecə saatlarında heç bir səbəb olmadan evdən çıxıb getdiyini, narkotik istifadəçisi olan bir hərbi qulluqçunun niyə görə hərbi xidmətdə olmasını nöqsan kimi bildirmişdir. Təxminən 1N dəqiqə sonra həmin ərazidən xidməti avtomobillə keçən N nömrəli hərbi hissənin ideoloji iş və mənəvi psixoloji təminat şöbəsinin rəisi polkovnik-leytenant X7 mayor Nəcəf Xurşudov saxlatmış, bu barədə ona məruzə etmiş, bundan sonra vətəndaş S.Səfərov həyat yoldaşı İddiaçı barəsində eyni məlumatları polkovnik-leytenant R.Ə.Məmmədova bildirmişdir. xx.xx.NNNN-ci il tarixdə N nömrəli hərbi hissədə xidmət edən qadın hərbi qulluqçular Məhkəmə Tibbi Ekspertiza və X4 narkoloji müayinədən keçmək üçün mayor Nəcəf Xurşudov və kapitan Anar Sadıqovun iştirakı ilə aparılmışdır. Məhkəmə Tibbi Ekspertizadan keçərkən İddiaçı götürülmüş nümunələr nəticəsində narkotik vasitədən istifadə etməsi aşkar olunacağından əmin olduğu üçün əvvəlcə bura gəlməsinə etiraz etmiş, daha sonra isə etirazı qəbul olunmayacağını gördükdə, kapitan Anar Sadıqova yaxınlaşaraq guya həyat yoldaşının məcbur etməsi nəticəsində narkotik vasitədən istifadə etməsini bildimişdir. Müayinədən keçdikdən sonra isə həm yuxarı komandirlərinə, həm də onunla birlikdə xidmət edən hərbi qulluqçulara iddia ərizəsində göstərdiyi formada həqiqətə uyğun olmayan məlumat verərək, guya həyat yoldaşı tərəfindən narkotik vasitələrdən məcburən istifadə etdiyi barədə məlumat vermişdir. İddiaçı həmçinin ərizəsində göstərmişdir ki, həyat yoldaşı narkotik aludəçisidir, bıçağı bədəninə dirəyərək, məcburən narkotik vasitəni ağzına üfürüb, huşunu itirib, nə baş verdiyini bilməmişdir. Belə bir sual meydana çıxır ki, həyat yoldaşı bu hərəkətləri ona qarşı edərkən, baş vermiş hadisə barədə hansı səbəbdən xidmət etdiyi hərbi hissənin yuxarı rəhbərliyinə dərhal məlumat verməmişdir. Nəzərə çatdırmaq istəyirlər ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissədə həmin müddətdə günün nizam qaydalarına uyğun olaraq səhər düzülüşü saat N8:NN-də, nahar fasiləsi 13:NN-dan 1N:NN-a, axşam düzülüşü saat 18:4N-də olmuşdur. İddiaçı ünvan 1 ünvanında yaşadığını nəzərə alaraq, o, xidmət yerinə səhər saatlarında çıxmış və xidmətdən evə axşam saatlarında qayıtmışdır. Ümumən demək olar ki, günün çox bir hissəsini hərbi hissədə keçirmiş və yuxarı komandirləri ilə xidməti münasibətdə olmuşdur. Belə olan halda hansı səbəbdən İddiaçı həyat yoldaşı tərəfindən təzyiqlərə məruz qalaraq narkotik vasitələrdən istifadəyə məruz qalması haqqında məlumat verməmişdir. Həmçinin İddiaçı əgər həyat yoldaşı vətəndaş S.Səfərov tərəfindən qanunsuz əməllərə məcbur edildiyi halda, həyat yoldaşının məcburetmə prinsipinə əsaslanıb, həmin narkotik vasitələri hərbi hissəyə gətirib, digər hərbi qulluqçuların istifadə etməsinə şərait yaradacaqdırmı? Məhkəmə Tibbi Ekspertin xx.xx.NNNN-ci il tarixli, 1814/K saylı aktından görünür ki, İddiaçı götürülmüş sidik nümunəsinin immunofermentativ xətti və test və Nazik təbəqəli xromatoqrafiya metodu ilə məhkəmə-kimyəvi tədqiqata əsaslanaraq, aşağıdakı rəyə gəlmişdir. Məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-A- Tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Bu preparat çətənə bitkisindən alınan marixuana, həşiş və həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. İddiaçı tərəfindən təqdim edilmiş, xx.xx.NNNN-ci il tarixdə West Hospital və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji XNN Şəxs tərəfindən Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.NNNN-ci il tarixli, N997 nömrəli aktdan görünür ki, verilmiş müayinələrin nəticələri neqativ olmuşdur. Göründüyü kimi birinci təhqiqatla (xx.xx.NNNN-xx.xx.NNNN) təkrar ekspertizaların arasında uzun müddət keçmiş, təkrar ekspertiza zamanı ilkin təhqiqat zamanı götürülmüş nümunələrdən deyil, yeni nümunələr götürülərək rəy verilmişdir. Bu fakt onun sübutudur ki, İddiaçı bu barədə məlumat verməsə də, həmin müddət ərzində müalicə almış və artıq psixoaktiv peraparatların əlamətləri ondan təkrar götürülmüş nümunələrdə qalmaya da bilərdi. Azərbaycan Respublikası Müdafiə Nazirinin N6 aprel NNNN-ci il tarixli “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.1-ci yarımbəndində göstərilmişdir ki, hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməlidirlər, həmçinin həmin qaydaların 1N-cu yarımbəndində göstərilmişdir ki, davranış Qaydalarında təsbit olunmuş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçunun şərəf məhkəməsində dindirilməsi üçün əsas ola bilər. Bu səbəbdən İddiaçı xidmət etdiyi hərbi hissədə xx.xx.NNNN-ci il tarixdə stasionar rabitə qovşağının informasiya texnologiya sistemləri bölməsinin rəisi kapitan X1 raportu əsasında şərəf məhkəməsində dinlənilmiş və onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 1N6-cı maddəsinin “e” bəndinə əsasən “xidmətə uyğunsuzluğa görə" ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. XN N3 avqust NNNN-ci il tarixli, N13N gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin stasionar rabitə qovşağının ekspedisiya bölməsinin rəisi İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsəsnamə”nin 1N6-cı maddəsinin “e” bəndinə əsasən “xidmətə uyğunsuzluğa görə” ehtiyata buraxılmışdır. Həmçinin İddiaçı xx.xx.NNN1-ci tarixdə N nömrəli hərbi hissədə xidmətinə başlamış, xidmət müddəti ərzində həvəsləndirilməmiş, əksinə xx.xx.NNNN-ci il tarixdə xidmət yerinə gəlmədiyinə görə xx.xx.NNNN-ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən “töhmət", xx.xx.NNNN-ci il tarixdə məzuniyyətdən gec qayıtdığı üçün həmin tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən "töhmət”, xx.xx.NNNN-ci il tarixdə gizirin şəxsi vəsiqəsini yararsız hala saldığına görə, həmin tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən “şiddətli töhmət”, xx.xx.NNNN-ci il tarixdə xidmət yerinə gəlmədiyinə görə həmin tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən "şiddətli töhmət” intizam cəza növü tətbiq edilmişdir. Bundan əlavə, iddiaçı V.N,Səfərova N nömrəli hərbi hissə komandirinin xx.xx.NNNN-ci il tarixli, N44 nömrəli əmri ilə XN N3 avqust NNNN-ci il tarixli, N13N gm nömrəli əmri əsas götürülərək, xx.xx.NNNN-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə göndərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səfərova X9 rayonunda xx.xx.198N-ci il tarixdə doğulmuşdur. - İddiaçıya məxsus AO ******* №-li, xx.xx.NNNN-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.NNNN-ci ildən xx.xx.NNN3-cü ilədək Səbail RHK-da, xx.xx.NNN6cı ildən xx.xx.NN1N-ci ilədək Binəqədi RHK-da, xx.xx.NN1N-ci ildən xx.xx.NN13-cü ilədk N nömrəli hərbi hissədə, xx.xx.NN13-cü ildən xx.xx.NN1N-ci ilədək MMTTBİ-də, xx.xx.NN1N-ci ildən xx.xx.NN1N-ci ilədək N nömrəli hərbi hissədə, xx.xx.NN1N-ci ildən xx.xx.NN16-cı ilədək N nömrəli hərbi hissədə, xx.xx.NN16-cı ildən N6.N1.NN6-cı ilədək 1N9 nömrəli hərbi hissədə, xx.xx.NN16-cı ildən xx.xx.NN18-ci ilədək N4N nömrəli hərbi hissədə, xx.xx.NN18-ci ildən xx.xx.NN18-cı ilədək SQ TTM-də, xx.xx.NN18-ci ildən xx.xx.NNN1-ci ilədək N6N nömrəli hərbi hissədə, xx.xx.NNN1-ci ildən xx.xx.NNNN-ci ilədək N nömrəli hərbi hissədə xidmət etmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.NNN1-ci il tarixli, N nömrəli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən gizir İddiaçı Nazim qızı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-XN 31 avqust NNN1-ci il tarixli, N1N gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin əsas komanda məntəqəsinin rabitə bölüyünün telefon tağımının, kompleks rabitə aparatxanasının aparat rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N6N nömrəli hərbi hissədən (Pircan kəndi) gəlmiş hesab edilmiş, 17 sentyabr NNN1-ci il tarixdən, hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. - N nömrəli hərbi hissə komandirinin xx.xx.NNNN-ci il tarixli, 1NN nömrəli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən xidmət yerinə üzürsüz səbəbdən gəlmədiyinə görə hərbi hissənin stasionar rabitə qovşağının yazılı məlumatların elektron mübadiləsi bölməsinin ekspediləsi bölməsinin rəisi vəzifəsində xidmət edən gizir İddiaçı şiddətli töhmət elan olunmuşdur. - N nömrəli hərbi hissə komandirinin xx.xx.NNNN-ci il tarixli, 1N3 nömrəli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən xidmət yerinə üzürsüz səbəbdən gəlmədiyinə görə hərbi hissənin stasionar rabitə qovşağının yazılı məlumatların elektron mübadiləsi bölməsinin ekspediləsi bölməsinin rəisi vəzifəsində xidmət edən gizir İddiaçı töhmət elan olunmuşdur. - N nömrəli hərbi hissə komandirinin xx.xx.NNNN-ci il tarixli, 148 nömrəli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən hərbi qulluqçularının hərbi biletinin qorunub-saxlanılmasına düzgün yanaşmadığı üçün gizir İddiaçı Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin N8-ci maddəsinin tələblərinə əsasən şiddətli töhmət elan olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1N tərəfindən verilmiş xx.xx.NNNN-ci il tarixli, 1814/K nömrəli aktın surətindən görünür ki, xx.xx.NNNN-ci il tarixdə saat 1N:NN-də İddiaçı götürülmüş sidik nümunəsinin tərkibində 9tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Bu preparat çətənə bitkisindən alınan marixuana, həşis və həşis qətranı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi“ XNN tərəfindən tərtib olunmuş xx.xx.NNNN-ci il tarixli, N997 №-li aktın surətindən görünür ki, xx.xx.NNNN-ci il tarixdə saat 1N:3N-da İddiaçı Nazim qızından götürülmüş sidikdə opiy grna aid olan narkotik maddələr aşkar olunmadı. Opi (-) mənfi, Anip (-) mənfi, BZO (-) mənfi, COC (-) mənfi, TML (-) mənfi, THC (-) mənfi, MTD (-) mənfi aşkar olunmadı. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji XNN X18 X11 xx.xx.NNNN-ci il tarixli, 47N6 №-li rəyin surətindən görünür ki, hal-hazırda müayinə zamanı İddiaçı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı İddiaçı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. - West Hospital tərəfindən xx.xx.NNNN-ci il tarixli narkotik panelin nəticəsindən görünür ki, İddiaçı MOP, THC, TML, MET, MTD göstəricilərin nəticəsi neqativdir. - X1N tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.NNNN-ci il tarixli ərizədən görünür ki, X1N həyat yoldaşı İddiaçı qısqanclıq zəmnində ondan boşanmaması üçün narkotik vasitəni qəbul etməsinə məcbur etdirmişdir. Əməlindən çox peşmandır. Yoldaşı hər zaman onun narkotik vasitələri qəbul etməsinə pis baxıb ondan ayrılmaması üçün bu yola əl atmışdır. İddiaçı bəraət almasına köməklik edilməsini və günahsız olmağının sübuta yetirilməsini xahiş edir. - Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 3(NN9)-1N48/NNNN nömrəli, xx.xx.NNNN-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən X1N Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin NN6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1N (on beş) gün müddətinə inzibati həbs tətbiq edilmiş, X13 narkomaniyadan məcburi müalicə təyin olunmuş və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. - N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, sabiq hərbi qulluqçu gizir İddiaçı xx.xx.NNN1-ci il tarixdən N7 avqust NNNN-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizamintizamsız, bacarıqsız, bir hərbi qulluqçu kimi göstərmişdir. Sabiq hərbi qulluqçu gizir İddiaçı hərbi hissədə xidmət etdiyi müddət ərzində yuxarı komandanlıq tərəfindən verilən əmr və tapşırıqlara qarşı laqeyd yanaşmış, xidmət müddəti ərzində problemlərinin olduğunu bildirib, dəfələrlə icazə alaraq xidmətdən yayınmışdır. Sabiq hərbi qulluqçu gizir İddiaçı döyüş və ictimai-siyasi hazırlıq məşğələlərində iştirak etsə də bilik və bacarığı aşağı səviyyədə olmuşdur. Ona tutulmuş nöqsanlardan nəticə çıxartmamış, xidmətində dönüş yaratmamışdır. Sabiq hərbi qulluqçu gizir İddiaçı NNNN-ci il iyun ayında məhkəmə tibbi ekspertizanın keçirilmiş və ondan götürülmüş sidik nümunəsinin tərkibində 9-Tetrahidro kannabinol adlı maddə aşkar olunmuşdur. Şərəf məhkəməsində dinlənilmiş və ordu sıralarından “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 1N6-cı maddəsinin “e” bəndinə əsasən “xidməti uyğunsuzluğa görə” ehtiyyata buraxılmışdır. - N nömrəli hərbi hissənin gizir hərbi qulluqçularının şərəf məhkəməsinin 16 iyul NNNN-ci il tarixli, N nömrəli protokolundan çıxarışdan görünür ki, hərbi hissənin stasionar rabitə qovşağının yazılı məlumatların elektron mübadiləsi bölməsinin ekspedisiya rəisi vəzifəsində xidmət edən gizir İddiaçı xx.xx.NNNN-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 təqdim olunmuş AKT № 1814/K əsasən sidik nümunəsinin tərkibində 9-tetra-hidro kannabinnal adlı maddə aşkar edilmişdir. Stasionar rabitə qovşağının informasiya texnologiya sistemləri bölməsinin rəisi kapitan X8 tərəfindən yazılmış raporta əsasən hərbi hissə komandirinin qərarı ilə şərəf məhkəməsində işinə baxılmışdır. Çıxış edənlər gizir İddiaçı xidmətə laqeyd və şəxsi intizamsızlığına görə “Xidmətə uyğunsuzluğa görə Azərbaycan Respublikası Ordu sıralarından ehtiyata buraxılmasını” təklif etmişlər. Gizir İddiaçı bütün göstərilən nöqsanlar ilə razı olduğunu və özündən dönüş yaradacağını, bir daha nalayiq hərəkətlərə yol verməyəcəyini bildirmişdir. - N nömrəli hərbi hissənin gizir hərbi qulluqçularının şərəf məhkəməsinin 16 iyul NNNN-ci il tarixli, N nömrəli qərarından çıxarışdan görünür ki, hərbi hissənin stasionar rabitə qovşağının yazılı məlumatların elektron mübadiləsi bölməsinin ekspedisiya rəisi gizir İddiaçı nizam-intizamsız, onun hərbi xidmətə olan laqeyd olan münasibətini, narkotik vasitələrdən istifadə etməsini, bu kimi halların şəxsi heyətə mənfi təsir etməsini nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 1N6-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən Ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. - N nömrəli hərbi hissə komandirinin xx.xx.NNNN-ci il tarixli, N44 №-li əmrindən çıxarışın surətindən görünür ki, həmin əmrə əsasən hərbi hissənin stasionar rabitə qovşağının, yazılı məlumatların elektron mübadiləsi bölməsinin ekspedisiya rəisi gizir İddiaçı Müdafiə nazirinin müavini-Quru Qoşunları komandandan N3 avqust NNNN-ci il tarixli, N13N gm nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N6-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N7 avqust NNNN-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə göndərilmişdir. Gizir İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr NN17-ci il tarixli NN nömrəli əmrinə əsasən NNN1-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Gizir İddiaçı, NNNN-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, NNNN-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib, NNNN-ci il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ilə təmin olunub. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-XN 31 avqust NNN1-ci il tarixli, N1N gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin əsas komanda məntəqəsinin rabitə bölüyünün telefon tağımının, kompleks rabitə aparatxanasının aparat rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.NNNN-ci il tarixdə saat 1N:NN-də İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 müayinə olunmuş və həmin mərkəz tərəfindən verilmiş xx.xx.NNNN-ci il tarixli, 1814/K nömrəli akta əsasən ondan götürülmüş sidik nümunəsinin tərkibində 9-tetra-hidro kannabinol adlı maddə - çətənə bitkisindən alınan marixuana, həşis və həşis qətranı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddə aşkar olunmuşdur. Bununla bağlı məsələ N nömrəli hərbi hissənin gizir hərbi qulluqçularının şərəf məhkəməsində dinlənimiş və şərəf məhkəməsinin 16 iyul NNNN-ci il tarixli, N nömrəli qərarı ilə hərbi hissənin stasionar rabitə qovşağının yazılı məlumatların elektron mübadiləsi bölməsinin ekspedisiya rəisi gizir İddiaçı nizamintizamsız, onun hərbi xidmətə olan laqeyd olan münasibətini, narkotik vasitələrdən istifadə etməsini, bu kimi halların şəxsi heyətə mənfi təsir etməsini nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 1N6-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən Ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Müdafiə nazirinin müavini- Quru Qoşunları komandanın N3 avqust NNNN-ci il tarixli, N13N gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin stasionar rabitə qovşağının, yazılı məlumatların elektron mübadiləsi bölməsinin ekspedisiya rəisi gizir İddiaçı "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N6-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı həmin əmri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1N6-cı maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Respublikası Nazirlər Kabinetninin 1N sentyabr NNNN-ci il tarixli 14N nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 1ci hissəsinin 1N-cu bəndinə əsasən müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr məhdudiyyətə aid edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin N6 aprel NNNN-ci il tarixli “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın: - 8.1-ci yarımbəndinə əsasən hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməlidir. - 1N-cu yarımbəndinə əsasən davranış Qaydalarında təsbit olunmuş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçunun şərəf məhkəməsində dindirilməsi üçün əsas ola bilər. Məhkəmə qeyd edir ki, iddiaçının barəsində verilmiş xidmətdən xaric edilməyə dair əmrin əsasını onun tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsinin aşkarlanması təşkil etmişdir. İddiaçı özü də ondan xx.xx.NNNN-ci il tarixdə götürülmüş nümunədə narkotik vasitənin aşkar edilməsini inkar etmir. İddiaçı ailə münasibətləri ilə bağlı yaranmış hallar isə (əri tərəfindən narkotik vasitənin ona məcburən verilməsi və s.) onun barəsində qəbul edilmiş inzibati aktın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - N8.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, İddiaçı hərbi qulluqçu kimi etik davranış qaydalarına əməl etmədiyindən, tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsi aşkar edildiyindən cavabdeh inzibati orqan tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N6-cı maddəsinin “e” bəndinə uyğun olaraq, yəni xidməti uyğunsuzluqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt qanuni və əsaslı olmuş, həmçinin cavabdeh həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - N8.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - N8.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.N-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın qəbul etdiyi qərar qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 7N.4 və 8N.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, N4N-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar