Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12488/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, pensiyanın xx.xx.2015-ci ildən (52 yaşı tamam olmasından) hesablanması və həmin məbləğin birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü təvəllüdlüdür. xx.xx.1981-ci ildən əmək fəaliyətinə başlamışdır. xx.xx.1981-ci il tarixlərində Qazax Rayon Rabitə qovşağının teleqraf Şöbəsinə köməkçi fəhlə qəbul olunmuşdur, xx.xx.1983-cü il tarixdən qovşağın ŞADM-nə telefonçu keçirilmişdir. xx.xx.1996-cı il tarixdən Respublika Rabitə Nazirliyinin 84 nömrəli əmrinə əsasən qovşaqda aparılan struktur dəyişikliklə əlaqədar Qazax TKQ-nın ŞADM-nə telefonçu təyin edilmiş, xx.xx.2001-ci il tarixdən telefonçu ştatından çıxarılaraq müqavilə yolu ilə 3 saylı danışıq məntəqəsinə telefonçu keçirilməsi, xx.xx.2002-ci il tarixdən işəgötürənin təşəbbüsü ilə müqaviləsinə xitam verilmişdir. Beləliklə, işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə zərərli əmək şəraiti hesab edilir. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kifayət qədərdir. Bununla bağlı güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi qaydada müraciət etsəmdə xx.xx.2023-cü il tarixində cavabdeh müraciətinə rəsmi qaydada imtina etmişdir. İmtina səbəbi isə ümumi iş stajın 20 ildən az ( 18 il 09 ay (xx-xx.1981- xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1995-ci - xx.xx.2001-ci il tarixləri arasındakı dövlər və 2006-cı il üzrə 11 ay ay )) təşkil etməsidir. İmtina məktubunda eyni zamanda bildirilmişdir ki, "xxxx" MMC-nin X1 saxlanılan sənədlərdə xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1994xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı hesablanmadığı, xx.xx.2001-ci il tarixdən işdən azad edildiyim, xx.xx.2001- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzndə isə işləməyimə dair arxiv sənədlərində hər hansı məlumat olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki: 1) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.1990xx.xx.1990-cı xx.xx.1993-xx.xx.1995-ci il aralığındakı dövrü əmək satjına daxil etməmişdir. Belə ki, xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək həmin dövr aralığında 3 övladı olub və hər birində uşağa qulluq etmək üçün 1 il müddətinə analıq məzuniyyətinə çıxmışdır. xx.xx.1988-ci il tarixdə X6, xx.xx.1989-cu il tarixd X5, xx.xx.1994-cü il tarixdə X11 dünyaya gəlmişdir. İş materiallarında olan arxiv arayışından görünür ki, xx.xx.1989-cu il-xx.xx.1990-cı ilədək öz hesabına, xx.xx.1993-xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildənxx.xx.1994-cü ilədək aztəminatlı xx.xx.1994-xx.xx.1994-cü ilədək ona az təminatlı məzuniyyət verilmişdir, hər 3 uşağın doğumuna qədər, eyni zamanda doğumundan sonra onlara qulluq tmək üçün 1 il analıq məzuniyyətində olmuşdur, həmin müddətin bir hissəsi sığorta stajına daxil edilməsi, düzgün deyildir. Həmçinin məhkəmənin nəzərin çatdırılır ki, cavabdeh orqana bir neçə dəfə müraciət etmiş, hər dəfəsində stajı fərqli şəkildə hesablanıb imtina verilmişdir. 2) xx.xx.2001-xx.xx.2002-ci il tarixlərdə "xxxx" MMC-nin X1 telefon kimi işləmişdir, danışıq məntəqəsinin gətirdiyi gəlirin müəyyən faizi əmək haqqı kimi iddiaçıya ödənilmişdir. Bu hala sorğu verilsə də, "xxxx" MMC-nin X8 Qazax Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8/23 nömrəli arayşda da göründüyü kimi 2001-2002-ci illərin əmək haqqı ödənişi barədə qovşaqda məlumat olmadığından və həmin illərdə baş mühasib işləyən şəxs vəfat etdiyindən əmək haqqı barədə çıxarış verə bilmir. Bir halı qeyd edilib ki, həmin dövlərdə iddiaçı əmək haqqı almış, əmək haqqından da tutulmalar edilmişdir, belə olan halda arxiv məlumatlarına hər hansı məlumatın daxil edilməsi iddiaçının vəzifəsi olmadığından onun daxil edilməməsi görə məsuliyyəti onun deyil. 3) Həmçinin imtinada bildirilmişdir ki, analıq məzuniyyəti hazırda qüvvədə olan qanunveiciliklə güəştli şərtlərlə əmək pensiaysı hüuquq müəyyən edilmiş şəxslərin sığorta stajlnın hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. İmtinanın səbəbi güzəştli stajın deyil, ümumi stajın çatışmamasıdır. Həmçinin vacib olan hazırki qanunvericiliklə staja daxil edilməsi deyil, həmin zaman qüvvədə olan qanunvericiliyə əsasən staja daxil edilib edilməməsidir. Belə olan halda isə qeyd edilən səbəbə görə pensiyanın təyin edilməsindən imtina edilməsi əsasda deyil. Əmək fəaliyyəti 2002-ci ilədək olmuşdur ki, mövcud qanunvericiliyin imtinada göstərilən normaları həmin zaman qəbul edilməmişdir. Xüsusi olaraq qeyd edim ki, iddiaçı cavabdehin imtina məktubunda qeyd edilən dövr ərzində əmək haqqı almış, tutulmalar olmuşdur və almamağı kimi qeyd edilməsi iddiaçının vəzifəsi deyil, birbaşa işə götürənin vəzifəsidir.
3. Cavabdeh orqan güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli imtina məktubunda (sonuncu imtina məktubu) bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçası dublikatında xx.xx.1981xx.xx.2002-ci tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin X1 işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq cavabdeh tərəfindən yuxarıda qeyd olunan dövr üzrə əmək stajını dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib. Sorğuya cavab olaraq sözügedən müəssisədə saxlanılan iddiaçıya dair sənədlərdə xx.xx.1990xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı hesablanmadığı, xx.xx.2001-ci il tarixindən işdən azad edildiyi, xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində isə işləməyi dair arxiv sənədlərində hər hansı məlumat olmadığı bildirilib. Bu fakt X3 tərəfindən tərtib olunmuş birgə Aktla təsdiq edilib. Bu səbəbdən də onun ümumi iş stajı 20 ildən az (18 il 9 ay 24 gün (xx.xx.1981-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və 2006-cı il üzrə cəmi 11 ay)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabını sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17119,90 manat təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunda analıq məzuniyyəti hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. Cavabdeh qurumun məhkəməyə təqdim etdiyi yazılı etirazda bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-152477/2023 nömrəli cavab məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və qeyd etmişdir ki, iddiaçının yetərli ümumi iş stajı və fərdi hesabın sığorta hissəsində qeyd olunan pensiya kapitalı əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. Hesab edilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun hakimiyyəti müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövri ərinin (müvafiq icra orqanına məcburi dövl&t sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə aşağıdakı sənədlərə əsasən müəyyən edilir: • əmək kitabçası; • əmək kitabçası olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı; • həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta. Əlavə olaraq bildirilmişdir ki, sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunda analıq məzuniyyəti hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 3-cü maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə və nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında ictimai faydalı əməklə məşğul olan şəxslərin əmək pensiyası almaq hüququ vardır. Cavabdeh orqana təqdim edilmiş ******* nömrəli əmək kitabçasının dublikatında iddiaçının xx.xx.1981-xx.xx.2002-ci tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin X1 işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq cavabdeh orqan tərəfindən yuxarıda qeyd olunan dövr üzrə əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq sözügedən müəssisədə saxlanılan iddiaçıya dair sənədlərdə xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı hesablanmadığı, xx.xx.2001-ci il tarixdən işdən azad edildiyi, xx.xx.2001-01,04.2002-ci il tarixləri arasındakı dövr ərzində isə iddiaçının işləməyinə dair arxiv sənədlərində hər hansı məlumat olmadığı bildirilmişdir. Qeyd edək ki, bu fakt X3 tərəfindən tərtib olunmuş birgə Aktla təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 20 ildən az (18 il 9 ay 24 gün (xx.xx.1981-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993cü il, xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və 2006-cı il üzrə cəmi 11 ay)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiys kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkar vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağ həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərd hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17119,90 manat təşkil edir. Qanunvericiliyin tələblərindən və formalaşmış məhkəmə təcrübəsindən də aydın olur ki, iddiaçının stajının hesablanması üçün hər bir halda onun yalnız əməkhaqqı aldığı dövrlər staja daxil edilə bilər. İnzibati orqan buna uyğun olaraq, iddiaçının yalnız əməkhaqqı aldığı dövrləri staja daxil etmiş və qalan dövrlərin staja daxil edilməsindən haqlı olaraq imtina etmişdir. İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (112)-12488/2023 iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X14 xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı ondan ötəri ki, 2002-ci il tarixdən 2007-ci il tarixədək "xxxx" MMC-nin X14 3 saylı danışıq məntəqəsində müqavilə ilə telefonçu vəzifəsində işləmişdir.
6. Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 149 nömrəli arayışda qeyd edilmişdir ki, Qazax rayon Dövlət Arxivində mühafizə olunan 30 saylı fondun X9 əmr kitablarında X2 Rabitə Qovşağının xx.xx.1983-ci il tarixli 128 saylı əmrinə əsasən xx.xx.1983-cü il tarixdən teleqrafist şatından telefonçu (MQTS 07) ştatına keçirilmişdir.
7. Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 149 nömrəli arayışda qeyd edilmişdir ki, Qazax rayon Dövlət Arxivində mühafizə olunan 30 saylı fondun X9 əmr kitablarında X4 xx.xx.1981- ci il tarixli 154 saylı əmrlə Teleqrafa köməkçi fəhlə qəbul edilmişdir.
8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Qazax Filialı tərəfindən verilmiş 30 mart 2022-ci il və 04 aprel tarixli 2/03 nömrəli arayışlarda qeyd edilmişdir ki, xx.xx.1981-ci ildən Qazax TKQ-da müxtəlif peşələrdə işləmişdir. xx.xx.1981-ci il-xx.xx.1983-ci il tarixədək teleqrafçı, xx.xx.1983-ci il tarixdən -xx.xx.2002-ci il tarixədək telefonçu işləmişdir. Cəmi: ümumi stajı - 20 il 5 ay, telefonçu vəzifəsi üzrə stajı - 18 il 5 aydır. TKQ üzrə Nazirlər Kabinetinin 1993cü il 21 iyul tarixli 320 saylı qərarı və xx.xx.2007-ci il 12 saylı qərarına əsasən - yaşa görə güzəştli şərtlərlə təqaüdə getmək hüququ verən əmək stajı - 18 il 5 aydır.
9. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 32 nömrəli arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində xx.xx.1983-ci ii tarixdən (Əmr № 123) xx.xx.2001-ci il tarixinədək (Əmr № 01) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 17 il, 2 ay 13 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatoriarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə 23100000-19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilmişdir.
10. Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 290 nömrəli arayışda qeyd edilmişdir ki, Qazax rayon Dövlət Arxivində mühafizə olunan 30 saylı fondda X9 rayon Dövlət Arxivində əmək haqqı kitablarındakı qeydlərə əsasən o. X10 işlədiyi dövrdə 1990-1995- ci illər üzrə aşağıdakı qaydada əmək haqqı almışdır (arayışda qeyd olunmuş cədvəldən aydın olur ki, 1994-cü ildə əmək haqqqı almamışdır).
11. Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Qazax rayon Dövlət Arxivində mühafizə olunan 30 saylı fondun X9 1989-cu ilə aid əmr kitabının xx.xx.1989-cü il tarixli 46 saylı əmrlə İddiaçı ŞATS telefonçusunun ərizəsi nəzərə alınsın uşağa qulluq etmək üçün öz hesabına bir illik əlavə məzuniyyət verilsin . Məzuniyyət vaxtı xx.xx.1989cü il tarixdən xx.xx.1990- cı il tarixə kimi hesablansın. xx.xx.1990-cı il tarixdən işdə sayılsın.
1. 1993-cü ilə aid əmr kitabının 48-ci səhvəsində xx.xx.1993- cü il tarixli 85 saylı əmrdə göstərilmişdir ki, İddiaçı qovşağın telefonçusu həkimin verdiyi xəstəlik vərəqəsinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi analıq məzuniyyətinə buraxılsın. xx.xx.1994-cü il tarixdə işdə sayılsın.
2. 20.04.1994-cü il tarixli 20 saylı əmrlə İddiaçı qovşağın telefonçusu ərizəsi nəzərə alınsın 18 aprel 1994-cü il tarixdən 18 iyul 1994-cü il tarixə kimi uşağa qulluq etmək üçün az təminatlı analıq məzuniyyəti verilsin.
3. 31.08.1994-cü il tarixli 42 saylı əmrlə İddiaçı qovşağın telefonçusunun ərizəsi nəzərə alınsın .xx.xx.1994-cü il tarixdən xx.xx.1994- cü il tarixə kimi uşağa qulluq etmək üçün az təminatlı məzuniyyət verilsin.
4. 15.11.1994-cü il tarixli 56 saylı əmrlə İddiaçı qovşağın telefonçusu ərizəsi nəzərə alınsın analıq məzuniyyəti qurtardığı üçün xx.xx.1994-cü il tarixdən öz xidməti işinə başlasın.
12. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X8 Qazax Şöbəsi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 8/123 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.2002-ci il tarixədək iddiaçı Qazax TKQ-nın danışıq məntəqəsində telefonçu işləmişdir. İddiaçıya danışıq məntəqəsinin gətirdiyi gəlirin müəyyən faizi əmək haqqı kimi ödənilirdi. Qovşaqda isə 2001-2002-ci illərin əmək haqqı üzrə ödənişi barədə məlumatlar olmadığından və həmin illərdə baş mühasib işləyən şəxs vəfat etdiyindən Sizə əmək haqqı barədə çıxarış verilməmişdir.
13. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana 18 may 2022-ci il tarixdə müraciət etmişdir.
14. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
15. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iddia tələbinin rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
16. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
19. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
22. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
23. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2.1-ci maddəsinə əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 -ci maddəsi əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
24. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.16cı maddəsinə əsasən, 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir.
25. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir.
26. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
27. Şəxsin (qadının) 52 yaşı qanunvericiliyə xx.xx.2017-ci il tarixinə qədər edilmiş dəyişikliyə qədər tamam olduqda onun ümumi və güzəştli stajının tamam olduğu vaxt xx.xx.2006-cı il tarixə qədər deyil, ondan sonrakı dövr də nəzərə alınmalıdır (52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixədək).
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
29. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
30. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.
31. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki:
32. İddiaçının 52 yaşının tamam olduğu dövrə qədər (xx.xx.2015-ci il tarixədək) cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi stajı 18 il 9 ay 24 gündür (xx.xx.1981xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1995-xx.xx.2001-ci il tarixlər arasındakı dövr və 2006-cı il üzrə cəmi 11 ay). İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.2001-ci il tarixdə 3 saylı danışıq məntəqəsinə telefonçu keçirilmiş və xx.xx.2002-ci il tarixədək həmin vəzifədə işləmişdir (işə daxil olma və çıxma əmrləri əmək kitabçasına qeyd edilmişdir). İddiaçının sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti X8 Qazax şöbəsi tərəfindən bildirilmişdir ki, o, xx.xx.2002-ci il tarixədək o, Qazax TKQ-nin danışıq məntəqəsində telefonçu işləyib. Ona danışıq məntəqəsinin gətirdiyi gəliyin müəyyən faizi əmək haqqı kimi ödənilirdi. Qovşaqda isə 2001-2002-ci illərin əmək haqqı üzrə ödənişi barədə məlumatlar olmadığından və həmin illərdə baş mühasib işləyən şəxs vəfat etdiyindən ona əmək haqqı barədə çıxarış verilə bilmir.
33. Qeyd edilən 1 il 3 ay nəzərə alındığı təqdirdə iddiaçının ümumi stajının 20 il 24 gün olduğu müəyyən edildiyindən məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək sosial məzuniyyətdə olduğu dövrün əmək stajına daxil edilməsinə münasibət bildirməyi zəruri hesab etmir.
34. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, qüvvədə olan Əmək Məcəlləsinin aşağıdakı müddəalarını nəzərə alır: 87-ci maddəsinin 1-ci hissəsi. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
35. İddiaçının zərərli stajı ilə bağlı mübahisə yoxdur.
36. Əmək şəraiti ağır və zərərli işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
37. 2 nömrəli siyahı üzrə XXİX bölməsində (Rabitə) şəhərlərarası, sifariş, sorğu komutatorlarda və kecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları (23100000—19093) peşəsi nəzərdə tutulmuşdur.
38. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (20 il iş stajı, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (52 yaş).
39. Göründüyü kimi qüvvədə olan Əmək Məcəlləsi də əmək stajı və məzuniyyət hüququ verən əmək stajı anlayışlarını fərqləndirir və əmək stajını işçinin işə daxil olduğu və işdən çıxarıldığı qeydlərlə müəyyən edir. Məzuniyyətin növünü işçinin əmək stajına daxil edilməsinə şərt kimi müəyyən etmir. Qismən ödənişli sosial məzuniyyət müddətinin isə məzuniyyət hüququ verən əmək stajına daxil edilmədiyi qeyd edilir.
40. İmtinada qeyd edilən digər dəlillərə ümumi qiymət verərək məhkəmə bildirir ki, imtinada qeyd edilən hər bir dəlilə münasibətdə artıq formalaşmış məhkəmə təcrübəsi olmasına baxmayaraq, cavabdeh qurumun eyni əsaslarla imtinası aydın deyil. Həmin inzibati praktikanın formalaşmış vahid məhkəmə təcrübəsinə uyğunlaşdırılması labüddür.
41. İddiaçı xx.xx.1961-ci ildə anadan olub və 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
42. Belə ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir.
43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.
46. İddiaçının pensiya təyini ilə bağlı müraciəti xx.xx.2022-ci il tarixdədir. İddiaçı həmin tarixdən əvvəl inzibati orqana müraciət etməməsinin hər hansı əsaslı səbəblərini məhkəməyə bildirməmişdir.
47. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2015-ci il tarixdən yaranmış, xx.xx.2022-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmiş, üç ildən əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirmişdir.
48. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-cü il tarixdən əvvəlki dövr üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2019cu il tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
49. Odur ki, iddia qismən təmin edilməli, 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən iddiaçıya güzəştli pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
50. Məhkəmə qeyd edir ki, pensiyanın ödənilməsi qaydası qanunvericiliklə müəyyənləşdirildiyindən iddiaçının tələb etdiyi birdəfəlik ödəmə həyata keçirilməsi qanunamüvafiq deyildir.
51. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
52. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
53. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
54. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddian qismən təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2019-cu il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva