Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1249/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X5 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Publik Hüquqi şəxsə qarşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Cavabdeh Publik Hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı İddiaçı - xx.xx.2000-ci il tarixdə Cavabdeh PHŞ 5 nömrəli X7 bir qız uşağı doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin dublikatının verilməsi vəzifəsinin Cavabdeh PHŞ-yə həvalə edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildə Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1956-cı il təvəllüdlü X4 ilə ailə qurmuşdur (lakin nikaha daxil olmamışdır). Onların ailə münasibətlərindən xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşən 5 nömrəli Doğum Evində (xx.xx.2021-ci il tarixdən etibarən 5 saylı X10 Cavabdeh PHŞ-nin tərkibində fəaliyyət göstərir) bir qızları doğulub. Həmin tibb müəssisəsi tərəfindən ona qızının doğulmağı barədə tibbi şəhadətnamə də verilmişdi. Lakin həmin vaxt onun səhhətində problem olduğundan qızının doğumunun qeydiyyatı üçün Qeydiyyat Şöbəsinə müraciət edə bilmədi. Qızının təxminən üç yaşı olarkən X4 ilə ayrıldı, həmin vaxt o, xəstə olduğu üçün qızı atasının - X1 yanında qaldı. Qızı atasının yanında qaldığı üçün onun doğulması barədə 5 nömrəli Doğum Evi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamə də X2 qaldı. X4 ilə ayrıldıqdan sonra da qızının doğumu qeydiyyata alınmayıb. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün o, heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə də təmin edilməyib. Bu səbəbdən də qızı heç vaxt məktəbə getməyib, ona yazıb-oxumağı evdə atası X4 və bibisi X3 öyrədib. Təxminən 3-4 il bundan əvvəl qızının doğulması barədə doğum haqqında tibbi şəhadətnamənin dublikatının verilməsi üçün 5 nömrəli Doğum Evinə müraciət etdi və ona həmin sənədin dublikatı təqdim edildi. Daha sonra o, qızının doğumunun dövlət qeydiyyatına alınması üçün Daşkəsən rayon Qeydiyyat Şöbəsinə müraciət etdi. Lakin 5 nömrəli Doğum Evi tərəfindən ona verilmiş doğum haqqında tibbi şəhadətnamənin dublikatında möhür olmadığı üçün Daşkəsən rayon Qeydiyyat Şöbəsi qızının doğumunu dövlət qeydiyyatına almaqdan imtina etdi. Buna görə də həmin sənədi 5 nömrəli Doğum Evinə geri qaytardı. Bakı şəhəri Səbail ravon Qeydiyyat Şöbəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş arayışlardan da görünür ki, qızının doğumu dövlət qevdiyyatına alınmayıb. Hazırda qızının 22 yaşı var, lakin onun doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, o, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülüb. xx.xx.2023-cü il tarixdə, o, Cavabdeh PHŞ-yə müraciət edərək xx.xx.1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı İddiaçı - xx.xx.2000-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunun ərazisində yerləşən 5 nömrəli Doğum Evində bir qız uşağı doğduğunu təsdiq edən doğum haqqında tibbi şəhadətnamənin dublikatının verilməsini xahiş etmişdir. Cavabdeh imtina etmişdir.
3. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, “təqdim olunmuş sənədlərinizdə ziddiyyət yarandığından xx.xx.2000-ci ilə aid olan doğum haqqında tibbi şəhadətnamənin (Forma 103) verilməsi mümkün deyil. Sizə qeyd edilən məsələ ilə bağlı, doğum faktının müəyyən edilməsi ilə bağlı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ tövsiyə olunur”.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
b. İddianın mümkünlüyü
6. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
7. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. İddia ərizəsindən göründüyü kimi iddiaçı onun xx.xx.2000-ci il tarixdə Cavabdeh PHŞ 5 nömrəli X7 bir qız uşağı doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin dublikatının verilməsini tələb edir.
9. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı mümkün saymır:
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
11. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03№-li Qərarına əsasən:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
12. İşin hazırkı halından görünür ki, iddiaçı onun itmiş sənədinin həqiqətən mövcud olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq doğum haqqında tibbi şəhadətnamənin Cavabdeh Publik Hüquqi şəxsdə bərpası mümkün olmamışdır. Sənədlərin bərpasından o vaxt söhbət gedə bilər ki, həmin sənədlərin mövcudluğu təsdiq olunsun.
13. Deməli, doğum haqqında tibbi şəhadətnamənin bərpası üçün məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan doğum faktı müəyyən edilməlidir. Belə bir faktın müəyyən edilməsi isə inzibati deyil, mülki mühakimə icraatı qaydasında həyata keçirilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3).
16. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə (yaşadığı yerin məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.
17. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
18. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva