Məhkəmə qərarları › İş №2-1(112)-12496/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12496/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12496/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-ci il tarixli JQ-17/3 nömrəli qərarının ləğv ediməsi, iddiaçılara və 6 yaşlı oğullarına qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar Pakistan İslam Respublikasının vətəndaşlarıdırlar. Vətəndaşlar öz ölkələrində dini baxışlara görə davamlı təhdidlər və təqiblərdən qurtularaq Azərbaycana qaçıb gəlmişdirlər. Belə ki, iddiaçılar xx.xx.2023-cü ildə qaçqın kimi Azərbaycana gəlmiş və qaçqınlıq statusunun verilməsi məsqədilə xx.xx.2024-cü il tarixində inzibati orqana müraciət etmişdir. Müraciətlə əlaqədar 01-2024 saylı şəxsi iş açılmışdır. xx.xx.2024-cü il tarixində iddiaçıya MŞ-01-2024 nömrəli müvəqqəti şəhadətnamə verilmişdir. Bu şəhadətnamə xx.xx.2024-cü il tarixinə qədər etibarlı olmuşdur. Dövlət Miqrasiya Xidmətində iddiaçının işinə baxılmış və qaçqınlıq statusunun verilməsindən imtina barədə xx.xx.2024-ci il tarixli JQ-17/3 nömrəli qərar verilmişdir. Qərarın surəti iddiaçıya 06 aprel 2024-cü il tarixində təqdim edilmişdir. İddiaçı bu qərarla razılaşmamışdır. Belə ki, iddiaçı və ailəsi Pakistanda islamçı qruplar tərəfindən təqib edilir. Pakistan hökuməti onları müdafiə edə bilmir. İddiaçı Pasportda xristian kimi qeyd edilsə də, Pakistan hökuməti radikal islamçılarının qorxusundan və təsirindən NADRA sistemindı dini etiqadı islam kimi saxlanmışdır. Çünki NADRA vasitəsilə radikal islamçılar xristianlığı qəbul edən keçmiş müsəlmanları tapıb öldürə bilir. Buna görə də hökumət NADRA-da məlumatları yeniləmir. Buna görə də xx.xx.2024-ci il tarixli JQ-17/3 nömrəli qərardan inzibati qaydada Dövlət Miqrasiya Xidmətinə xx.xx.2024-cü il tarixində şikayət edilmişdir. Lakin buna baxmayaraq, Dövlət Miqrasiya Xidməti şikayəti araşdırmamış, şikayətdə qaldırdığı məsələlərə hüquqi qiymət verməmiş, bununla da İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanunun 79.3, 79.4-cu maddələrinin tələblərini pozmuş, şikayətdə qeyd olunan məsələləri qanunauyğun olaraq araşdırmamış və iddiaçıya xx.xx.2024-cü il tarixli 3-37/2-k3555-xx-xx- 5398/2024 nömrəli məktubla cavab verilmiş və verdiyi inzibati şikayət təmin edilməmiş, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Cavab məktubu iddiaçıya rəsmi şəkildə xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Bundan sonra yeni sübutlar aşkar edildiyindən iddiaçı daha əlverişli inzibati aktın qəbul edilməsi məqsədilə inzibati icraatın təzələnməsi barədə yeni bir ərizə ilə xx.xx.2024-cü ildə müraciət etmişdir. Lakin bu müraciətdəki yeni sübutlara hüquqi qiymət verilməmiş, iddiaçı və ailə üzvləri yeni sübutlarla bağlı Miqrasiya İdarəsinə dəvət edilməmişdir. Lakin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ərizədə istinad edilmiş hallar “İnzibati İcraat haqqında” Qanunun 35.1-ci maddəsinə uyğun deyildir. İddiaçı inzibati icraatın təzələnməsinə dair ərizədə qeyd etmişdir ki, “13 iyun 2024-cü il tarixində məlum olmuşdur ki, anası Kaniz Bibi ona qarşı olan təqiblərdən qurtulmaq üçün qorxudan Pakistanda üzvü olduğu kilsəyə getmiş və orada məskunlaşmışdır. Yəni iddiaçının anası öz evində rahat yaşaya bilmədiyindən məcburən kilsədə yaşamağa başlamışdır. İddiaçının anası vaxtının çox hissəsini kilsədə keçirir və hətta işləməyə getməkdən qorxur. Çünki iddiaçının NADRA sistemində müsəlman kimi qeyd edilməsinə baxmayaraq protestant təriqətinin üzvü olan xristian İddiaçı2la ailə qurmuşdur. İddiaçı əvvəlki şikayətdə də yazmışdır ki, Pakistan Cəza Məcəlləsi hər hansı tanınmış dinə qarşı küfr etməyi qadağan edir, cərimədən tutmuş ölüm cəzasına qədər cəzalar nəzərdə tutulur. İddiaçıya və ailəsinə qarşı olan təqiblərin arxasında Pakistan qanunları durur. Nəticədə iddiaçı Pakistan hökumətinin apardığı dini siyasətinin qurbanı olmuş və təhdidlərlə üzləşmişdir. Müxtəlif insan haqları təşkilatlarının fikrincə, Pakistanın küfr qanunları dini hissləri qorumaq üçün deyil, dini azlıqları təqib etmək üçün istifadə olunub. Bununla belə, küfrdə ittiham olunanlar tez-tez hər hansı məhkəmə başlamazdan əvvəl qəzəbli kütlələr tərəfindən hədəfə alınır və öldürülür. Pakistanda bir müsəlmanının xristian ilə ailə qurması islam dininə qarşı küfr hesab edilir. Anası məhz iddiaçıya görə bu təqiblərə məruz qalmışdır. Bu faktın özü şikayətlə bağlı inzibati icraatı təzələmək üçün kifayət qədər ciddi və mötəbər sübutdur. Anasının Kilsədə yaşamasını göstərən foto-şəkilləri təqdim edilmişdir”. Bütün bu yeni sübutlar İnzibati İcraat haqqında Qanunun 35.1.2-ci maddəsinə tam uyğundur. Həmin maddəyə əsasən, maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda şikayətçi ərizə ilə İnzibati orqana təkrar ərizə ilə müraciət edə bilər. Anasının evdə yox, Kilsədə yaşaması faktı iddiaçıya 13 iyun 2024-cü il tarixində məlum olmuşdur. İddiaçı bu barədə əvvəllər heç nə bilməmişdir. Çünki anası əvvəlcə bu halı gizlətmiş, lakin daha sonra vəziyyətin kritik olduğunu görüb açıqlamışdır. Əgər qaçqınlıq statusu almaq məsələsi həll olunsa, iddiaçı anasına məlumat verəcək və anası da qəzəbli kütləni sakitləşdirəcək ki, qızı artıq Pakistanda yaşamır. İddiaçı öz ölkəsində azad yaşa bilmir və dini etiqadı praktik olaraq həyata keçirə bilmir. Çünki qəzəbli kütlə anasından iddiaçını soruşur və elə bilirlər ki, iddiaçı Pakistandadır. Anası bu barədə onlara dəfələrlə bildirsə də, ona inanmırlar. Azərbaycan Pakistanla müqayisədə daha sivil, demokratik və olduqca dünyəvi dövlətdir. Bu ölkənin özünəməxsus adət və ənələləri vardır. Əsrlər boyu bu ölkədə dini tolerantlıq hökm sürür, yəhudilər bu ölkədə azad və sərbəst şəkildə yaşayırlar və yerli müsəlman əhali onlara dəymir. İddiaçı bu məlumatları intermetdən oxuyandan sonra Azərbaycana gəlmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçılar onlara qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxslərə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Hesab edirəm ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Ərizə-anket və müsahibələrdə ziddiyyətlər mövcud olmuş (qərarda bu ziddiyyətlərin nədən ibarət olduğu qeyd edilmişdir); 2. Hər hansı təqibə məruz qalması ilə bağlı polis və məhkəmə orqanlarına müraciət etməmişdir. Nəticədə, şəxslərin DMX-yə təqdim etdiyi xx.xx.2024-cü il tarixli vəsatətindən görünür ki, o, dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Əlavə olaraq bildirilir ki, sözügedən qərar şəxsə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir (müvafiq məktub əlavə olunur). İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq iddianın mümkün hesab edilməməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir.

4. Dövlət Miqrasiya Xidmətinin “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1988- ci ii təvəllüdlü İddiaçı1 (Pasport: № FW4174972) ailə üzvləri (əri - xx.xx.1990-cı il təvəllüdlü Kəramət İddiaçı2 Kəramət Shad və oğlu - xx.xx.2018-ci il təvəllüdlü X4 İddiaçı2) ilə birlikdə 9 yanvar 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 01-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. Ərizəçi qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Sind vilayətinin Kəraçi şəhərində anadan olduğunu, milliyyətcə kokhar, dini etiqadına görə xristian (protestant) olduğunu, maddi imkansızlıq səbəbindən heç bir təhsil almadığını, 10 yaşından etibarən işləməyə başladığını, anası ilə birlikdə müxtəlif evlərdə təmizlik İşləri gördüyünü, sonuncu dəfə isə şirkətlərdən birində xadimə kimi çalışdığını bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verən ərizəçi narkotik istifadəçisi olan atasının 2007-ci ildə vəfat etdiyini, 5 bacısı, 2 qardaşının olduğunu, onların və anasının hazırda Pakistanda yaşadıqlarını qeyd etmişdir. İddiaçı1 ilk dəfə 16 yaşı olarkən MumtazAhmad adlı müsəlmanla ailə qurduğunu (bu evlilikdən 2 övladının olduğunu bildirmişdir), dinini dəyişərək islamı qəbul etdiyini, lakin həyat yoldaşı tərəfindən fiziki təzyiqlərə məruz qaldığını, bu səbəbdən 2010-cu ildə ondan ayrılaraq anası ilə birlikdə yaşadığını, 2016-cı ildən isə Mumtaz Ahmadla olan nikahının rəsmi qaydada pozulduğunu bildirmişdir. O, bundan sonra tez-tez kilsəyə getdiyini, orada hazırki həyat yoldaşı ilə tanış olduğunu, 10 sentyabr 2017-ci ildə onunla evləndiyini və bu evlilikdən xx.xx.2018-ci il tarixdə oğlunun dünyaya gəldiyini söyləmişdir. Ərizəçi bu evlilikdən sonra özünün və ərinin Mumtaz tərəfindən təhdid edildiyini, bu səbəbdən Pakistanı tərk edərək xx.xx.2017-ci ildə Azərbaycana gəldiklərini, bir ay burada qaldıqlarını, sonradan Azərbaycanı tərk edərək Şri-Lanka Demokratik Sosialist Respublikasına getdiklərini, təxminən 6 il orada yaşadıqlarını və bu müddət ərzində BMT QAK-ın yerli nümayəndəliyinə qaçqın statusu almaq məqsədilə müraciət etdiklərini söyləmişdir. İddiaçı1 qaçqın statusunun verilməsi ile bağlı müraciətlərinin qeydiyyata alındığını, lakin sonradan barələrində imtina qərarı verildiyini və 2023-cü ilin oktyabr ayında Pakistana geri qaytarıldıqlarını demişdir. Ərizəçi bundan sonra Ravalpindidə məskunlaşdıqlarını. 2 ay orada qaldıqlarını, lakin Pakistanda həyatları üçün gələcəkdə təhlükə yarana biləcəyindən ehtiyat etdiklərini, bu səbəbdən ölkəni tərk edərək 23 dekabr 2023-cü il tarixdə Azərbaycana yenidən gəldiklərini söyləmişdir. O, hazırda əvvəlki həyat yoldaşı tərəfindən təzyiqlərə məruz qalacağını, eyni zamanda dinini dəyişərək müsəlman olmasına baxmayaraq yenidən xristianlığa qayıtmasını, xristian şəxslə evlənməsinə görə təhdid oluna biləcəyini və bu faktların gələcəkdə Pakistan cəmiyyətində ona qarşı müəyyən risklər doğura biləcəyini əsas gətirərək ölkəsinə qayıtmaq istəmədiyini qeyd etmişdir. Ərizəçinin həyat yoldaşı Karamat İddiaçı2lə keçirilən müsahibə zamanı 2 avqust 1990cı ildə Pakistanın Sind vilayətinin Kəraçi şəhərində anadan olduğunu, 12 illik orta təhsil aldığını, pianino musiqi aləti üzrə müəllim olaraq işlədiyini, 4 bacısı, 1 qardaşının olduğunu, atasının 2013-cü ildə vəfat etdiyini, qardaş və bacılarının, həmçinin anasının hazırda Pakistanda yaşadıqlarını söyləmişdir. Karamat İddiaçı2 qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən həyat yoldaşı İddiaçı1 söylədiklərini təsdiq edərək eyni səbəbdən Pakistanı tərk etdiklərini, orada yaşamaqdan ehtiyat etdiklərini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduqları yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ölkəsini tərk etməsinə səbəb olmuş hallarla bağlı söylədiklərində bəzi ziddiyyətli məqamlar aşkar edilmiş və o, yaranmış uyğunsuzluqlara aydın izahatlar verə bilməmiş, qarışıq və rabitəsiz fikirlər söyləmişdir. O, ərizə-anketinin qeydiyyatı zamanı ikinci evliliyindən sonra birinci əri tərəfindən təhdid edildiyini, həmçinin əvvəllər dinini dəyişərək islamı qəbul etməsinə baxmayaraq, yenidən özünü xristian dininə aid etdiyini və bu məsələyə görə həyatı üçün təhlükə ola biləcəyini desə də, aparılmış araşdırma zamanı söylədikləri ilə mənşə Ölkəsi haqqında əldə edilən məlumatlar üst-üstə düşməmiş və onun söylədikləri doğru qəbul edilməmişdir. Belə ki, ərizəçi özünü yenidən xristian dininə aid etdiyini, X5 Nazirliyinin nəzdində olan “NADRA" (“National database ang registration authority” - ‘Milli məlumat bazası və qeydiyyat orqanı') adlı dövlət qurumunda dininin hələ də islam olaraq göstərildiyini (bununla bağlı “NADRA”dan çıxarış sənədi təqdim etmişdir), bu məsələnin isə gələcəkdə onun həyatına təhlükə törədəcəyini ehtimal etdiyini desə də, mənşə ölkəsi haqqında əldə edilən məlumatlardan aydın olur ki, pasportların verilməsi zamanı “NADRA"-l dan əldə edilən məlumatlara istinad edilir və bundan sonra pasportlar vətəndaşlara təqdim edilir. “...X6 sistemi “NADRA” sistemindəki məlumatlardan istifadə edir və ərizə yalnız ərizəçinin etibarlı orijinal Kompüterləşdirilmiş Milli Şəxsiyyət Kartı (CNİC) və ya Xarici Pakistanlılar üçün Milli Şəxsiyyət Kartı (NİCOP) və ya X1qda icra edilə bilər..." Mənbə: https://pakistanembassv.se/faas-mrp-passports/ Ərizəçinin “NADRA"dan təqdim etdiyi çıxarışda onun dininin müsəlman olaraq qeyd edilməsinə baxmayaraq, pasportunda dini etiqadının xristian olaraq göstərilməsi onun əvvəllər islamı qəbul etməsi faktına, həmçinin “NADRA"dan təqdim olunan sənədin həqiqiliyinə dair müəyyən şübhələr yaratmış və bu şübhələr onun xeyrinə həli edilməmişdir. Bundan başqa, ərizəçinin islam dinini qəbul etməsi ilə bağlı təqdim etdiyi sənədin həqiqiliyi də öz təsdiqini tapmamışdır. Pakistan İslam Respublikasında islam dinini qəbul edən şəxslərə sənəd təqdim olunması ilə bağlı mənşə ölkəsi haqqında araşdırma aparılmış və belə bir sənədin hər hansı dövlət orqanı, dini qurum və ya təşkilat tərəfindən verilmədiyi məlum olmuşdur. Həmçinin İddiaçı1 söylədiklərindən onların təxminən 6 il müddətində Şri- lankada yaşadıqları. sonradan barələrində imtina qərarı verildiyi. 2023-cü ilin oktyabr ayında Pakistana geri qaytarıldıqları, bir müddət Ravalpindi şəhərində yaşadıqları (təxminən 1ay və həmin müddətdə heç bir təhdid və təzyiqə məruz qalmadıqları məlum olmuşdur. O, Şnlankada qaçqın statusunun verilməsi ilə bağlı vəsatətinin qeydiyyatı zamanı yalan ifadələr verdiyini də etiraf etmişdir. Belə ki, ərizəçi Şri-Lankadakı müsahibəsi zamanı Mumtaz Ahmadın onu guya qaçırdığını və bundan sonra onunla məcburi qaydada evlənməsı barədə məlumat verdiyini bildirmişdir. O. yalan ifadə verməsinin səbəbini müsahibi inandırmaq və təqibini əsaslandırmaq məqsədilə etdiyini söyləmişdir. Ərizəçinin verdiyi ifadələrə və müəyyən edilmiş uyğunsuzluqlara nəzər yetirildikdən sonra onun söylədiklərinin həqiqətə uyğun olmadığı qənaətinə gəlinmişdir. Bundan başqa o, ailə üzvləri ilə birlikdə Pakistana qaytarıldıqdan sonra daxili yerdəyişmə alternativindən istifadə etməsinə baxmayaraq, orada qalmaq istəməmiş, həmin müddətdə heç bir təhdid və təzyiqə məruz qalmamış, bunun səbəbini təhlükəsizliklərinə təminatın olmaması ilə əlaqələndirmişdir. Həmçinin ərizəçinin söylədiklərindən onun keçmiş əri tərəfindən təhdid olunduqdan sonra 2017-ci ildə Azərbaycan Respublikasına gəldiyi, 1 ay burada qaldıqdan sonra Şri- Lankaya getdiyi məlum olmuşdur. Onun ölkəsində problemi olduğunu bildirdiyi halda 2017ci ildə Azərbaycan Respublikasında qaçqın statusu almaq məqsədilə heç bir dövlət orqanına müraciət etməməsi və Şri-Lankaya gedərək BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yerli nümayəndəliyinə müraciət etməsi onun ölkəsini tərk etməsinə səbəb olmuş halm ciddi təqib qorxusu olmadığını deməyə imkan vermişdir. Bundan başqa ərizəçi 2017-ci ildə birinci əri tərəfindən ikinci həyat yoldaşına qarşı baş vermiş fiziki hücumlarla bağlı hər hansı hüquq-mühafizə orqanına müraciət etməmiş və müraciət etməməsinin səbəbini əsaslandıra bilməmişdir. İddiaçı1 və həyat yoldaşının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, siyasi əqidələrinə və dini etiqadlarına görə ciddi şəkildə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı1 şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş. qaçqın statusu verilməsi ilə bağlı onun və ailə üzvünün gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı 'lə təsdiq edilmiş ""Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasfmn 3-cü və 7-ci bəndlərinə əsasən onunla və ailə üzvü ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 3 aprel 2024-cü il tarixli, 1saylı protokolu). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-cl maddəsinin 1-ci hissəsinin 1-cİ bənd inin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cu maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasfmn 12-cl ve 13-cü bəndlərini rəhbər tutaraq Pakistan islam Respublikasının vətəndaşı İddiaçı1 və ailə üzvlərinə (əri - xx.xx.1990-cı il təvəllüdlü Kəramət İddiaçı2 Kəramət Shad və oğlu xx.xx.2018-ciil təvəllüdlü X4 İddiaçı2) qaçqın statusu verilməsindən imtina edilmişdir.

5. Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli İQ-17/3 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 79.3-cü maddəsinə əsasən şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli İQ-17/3 nömrəli qərarında iş üçün əhəmiyyət kəsb edən faktiki və hüquqi hallar təqdim olunmuş sübutlar əsasında düzgün olaraq qiymətləndirilmiş və qəbul edilmiş inzibati akt qanunvericiliyə müvafiq alaraq əsaslandırılmışdır. Odur ki, qeyd olunan qərardan verilmiş inzibati şikayət təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır.

6. Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə “qaçqın” statusu verilməsi ilə bağlı ünvanlanmış müraciətə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmış, qaçqın statusu verilməsindən imtina edilməsi barədə 3 aprel 2024-cü il tarixli İQ-17/3 nömrəli qərar təqdim edilmiş və həmin qərardan 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ izah edilmişdir. Müraciətdə qeyd edilmiş məsələ ilə bağlı 11 iyul 2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin inzibati binasında görüş keçirilərək müraciət dinlənilmiş, işdə yeni halların mövcud olmadığı müəyyən edilmiş və qanunvericiliyin tələbləri bir daha diqqətə çatdırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, ərizənizdə istinad edilmiş əsas “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulan hallarla uyğunluq təşkil etmədiyindən inzibati icraatın təzələnməsi mümkün hesab edilmir.

7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda (Müvəqqəti Şəhadətnamədə) qeyd edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı1 və ailə üzvləri (əri - xx.xx.1990-cı il təvəllüdlü İddiaçı2, oğlu - xx.xx.2018-ci il təvəllüdlü Nicholas Brendon) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, 09 yanvar 2024-cü il tarixdə adına 01-2024 saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci İİ13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması “Qaydası”nın 13-cü bəndinə əsasən (barəsində qəbul edilmiş qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilməsi hüququ) xx.xx.2024-cü il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.15-ci maddəsinə əsasən arayışın sahibi və arvadı vəsatətlərinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər və bildirdilər ki, ilkin müraciət zamanı təqdim etdikləri müəyyən sənədlər inzibati orqan tərəfindən araşdırma zamanı nəzərə alınmadığı üçün həmin sənədlər xx.xx.2024-cü il tarixdə yenidən müraciət zamanı bir daha təqdim edilmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, təkrar müraciətin araşdırılması zamanı Miqrasiya Xidməti tərəfindən işdə yeni halların və ya yeni sənədlərin olmadığı müəyyən edilmişdir. Odur ki, icraatın təzələnməsi üçün hər hansı hal olmadığından məhkəməyə müraciət edilməsi üçün prosessual müddət məhz inzibati şikayətin təmin edilməməsi barədə məktubun təqdim edildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

II. İddianın növü və mümkünlüyü

10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

11. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

12. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini tələb edir.

13. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarından: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

15. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

16. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X3rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).

17. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.

18. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

20. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir.

21. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçılar xx.xx.2024-cü il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı cavabdeh Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidmətinin “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarı ilə şəxslərə qaçqın statusunun verilməsindən imtina edilmiş və müvafiq qərar xx.xx.2024-cü il tarixdə iddiaçılara təqdim edilmişdir. İddiaçılar tərəfindən xx.xx.2024 inzibati şikayət verilmiş, lakin şikayət təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır və bu barədə cavab məktubu xx.xx.2024-cü il tarixdə iddiaçılara təqdim edilmişdir. Daha sonra iddiaçılar ilkin müraciət zamanı təqdim etdikləri müəyyən sənədlərin araşdırma zamanı nəzərə alınmadığı hesab edərək həmin sənədlər əsasında xx.xx.2024-cü il tarixdə yenidən inzibati orqana müraciət etmişdirlər (iddiaçıların izahatına əsasən). Təkrar müraciətin araşdırılması zamanı Miqrasiya Xidməti tərəfindən işdə yeni halların və ya yeni sənədlərin olmadığı müəyyən edilmişdir.

22. Cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak edərkən izahtında bildirmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixli təkrar müraciəti zamanı icraatın təzələnməsi üçün hər hansı halın olmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi üçün prosessual müddət məhz inzibati şikayətin təmin edilməməsi barədə məktubun təqdim edildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

23. Məhkəmə cavabdehin qeyd edilən dəlili razılaşır və nəzərə alır ki, iddiaçılar “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarı əldə etdikdən təxminən 04 ay 07 gün, inzibati şikayətin təmin edilməməsi barədə məktubu aldıqdan təxminən 02 ay 14 gün sonra məhkəməyə şikayət etmişdir.

24. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu əsaslandırmamışdır və məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir. Odur ki, qərar(lar)ın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

25. Belə olan təqdirdə məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsini əsaslandıran hallar olmadığından prosessual müddətin bərpası haqqında ərizə verilməsinə dair hüquqi yardım göstərilməsi zərurəti yoxdur.

26. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.

27. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

28. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar