Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12498/2023 04.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh X9 publik hüquqi şəxsinin nümayəndəsi X3 İddiaçı cavabdeh X9 publik hüquqi şəxsinə qarşı “doktoranturaya qəbul üzrə müsabiqənin növbəti mərhələsinə (fəlsəfə imtahanı) buraxılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək imtahan qiymətinin cavabdeh “X9” publik hüquqi şəxsinin doktorantura şöbəsi tərəfindən qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 11 iyun 2023-cü il tarixli doktoranturaya qəbul imtahanı vermişdir. Yazı və danışıq bloklarında yüksək səviyyədə, beynəlxalq tipli məlumatlar verməyinə baxmayaraq X6 doktorantura şöbəsinin ekspertləri düzgün yoxlama apara bilməmişdir. İddiaçı qeyd edir ki, yazı və danışıq bloklarında DİM doktorantura şöbəsi iqtisadiyyat elmini dərinliyinə bilmədiyi üçün yazılanların doğru olmadığıbı qeyd edirlər. İddiaçı şəhərin dayanıqlı inkişafı, çoxmərtəbəli binalarıpn real və qeyri-reallığını dərinliyinə bilərək imtahanda layiqincə danışmışdır. Yazı blokuna 4 bal, danışıq blokuna 3 bal verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək doktoranturaya qəbul üzrə müsabiqənin növbəti mərhələsinə (fəlsəfə imtahanı) buraxılması vəzifəsinin cavabdeh X6 üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.
4. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə cavabdeh qismində “X9” publik hüquqi şəxsi nəzərə alınmaqla iddia tələbi “doktoranturaya qəbul üzrə müsabiqənin növbəti mərhələsinə (fəlsəfə imtahanı) buraxılması vəzifəsinin cavabdeh X6 üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
5. Cavabdeh tərəfindən iddiaçının apellyasiya müraciətinə cavab məktubunda qeyd olunmuşdur ki, yazı işinin (esse) yoxlanılması üzrə meyarlarda A meyarı essenin mövzuya uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticənin mövcudluğu və onlar arasında əlaqə (bütövlük və tamlıq), essenin publisistik üslubda olması, üslubun neytrallığı və müəllifin dəsti-xəttinin olmasını; B meyarı mövzunun əhatə səviyyəsi, fikirlərin məntiqli və inandırıcı şərhi və ya təkzibi, sübuteeici mənbələrdən istifadə etməklə əsaslandırılmasını; C meyarı müxtəlif birləşdirici vasitələrdən istifadə etməklə məntiqi rabitənin gözlənilməsi, fərqli strukturlu cümlələrdən istifadə, yol verilmiş səhvlərin (qrammatik, orfoqrafik, durğu işarələri) sayını; D meyarı isə söz ehtiyatının zənginliyi, müxtəlif leksik vahidlərdən istifadəni və yol verilmiş səhvlərin (leksik) sayını əhatə edir. Danışıq bloku üzrə də qiymətləndirmə meyarlara əsasən aparılır və meyarlar (1) səlislik və məntiqi ardıcıllıq, (2) qrammatik qaydalara əməl olunma, (3) söz ehtiyatının zənginliyi, (4) tələffüz və (5) tapşırığın yerinə yetirilməsi kimi fərqləndirilir. Hər bir ekspert qiymətləndirmə zamanı yuxarıda ümumi şəkildə verilmiş meyarların əfsəlli təsvirinə istinad edir. Namizəd ona təqdim olunmuş iki mövzudan birini seçərək yazı işi təqdim etmişdir. Namizəddən seçdiyi mövzuya “Some people believe that the Earth is being harmed by human activity. Others feel that human activity makes the Earth a better place to live”. State vshether you agree or disagree with these statements and support your point of view uyğun olaraq xarici dildə öz mövqeyini və ya seçimini dəqiq səbəblər və nümunələr gətirməklə əsaslandırmağı tələb olunur. Qeyd olunan hissə adətən ingilis dilinin akademik yazı qaydalarına müvafiq olaraq, essenin giriş hissəsində tezis cümlə şəklində verilir. Burada, namizəd təqdim olunmuş mövzu üzrə açıq və aydın şəkildə öz mövqeyini ifadə etməli və növbəti hissədə (body paragraphs) müvafiq fikirlə bağlı arqument və əks arqumentləri nümunələrlə əsaslandırmalıdır. Namizəd yazı işinin giriş hissəsində tapşırığın şərtini cüzi şəkildə parafraza edərək mövzunun hər iki tərəfini müzakirə edəcəyini və öz səbəblərini gətirəcəyini qeyd edir. Göründüyü kimi, artıq birinci mərhələdə namizəd tapşırığın şərtini tam olaraq yerinə yetirməmiş sayılır. Digər tərəfdən, namizədin birinci abzasda oxucuya tezis cümlədə qeyd etdiyi məqamlar essenin əsas hissəsində müşahidə olunmur. Belə ki, giriş hissədə hər iki tərəfin müzakirə olunacağı qeyd olunsa da, əsas hissədə müəyyən bir layihə və alimlərin irəli sürdüyü ideyalardan danışılır. Yazı işində namizəddən tələb olunan isə “Some people believe that the Earth is being harmed by human activity. Others feel that human activity makes the Earth a better place to live” fikri ilə nə qədər razı və ya narazı olduğuna münasibət bildirməkdir. Namizəd essenin əsas hissəsində mövzu ilə bağlı heç bir fikir bildirmir. Qeyd edildiyi kimi, müəyyən bir layihə və alimlər tərəfindən irəli sürülən hər hansı bir fikirdən bəhs etməklə esse tamamlanır. Essenin nəticə hissəsində namizədin ifadə etdiyi fikir aydın şəkildə ifadə olunmamışdır. “İn conclusion İ believe most people will agree with these against earth pollution section idea” mövzu ilə bağlı çıxarılan düzgün nəticə hesab olunmur. Ümumiyyətlə, namizədin essedə ifadə etdiyi bəzi arqumentlər aydın deyil və mövzudan kənaraçıxma kimi qiymətləndirilir. Məsələn, “Earth must be healthy, clean and planet encouraging the development of the biology sector - relacted to astronomy”. Namizədin bu cümlədə etdiyi dil elementi səhvinə görə bildirmək istədiyi fikir aydın deyil (and bağlayıcısı və relacted to feili sifət forması fikri anlamağa mane olur). Yuxarıda qeyd olunanları nəzərə alaraq, təqdim olunmuş esse mövzusu ilə bağlı mühakimələrin, fikirlərin qismən məntiqli və inandırıcı olması və çıxarılan nəticənin aydın şəkildə ifadə olunmaması qənaətinə gəlmək olar. Bundan başqa yazı işində xeyli sayda qrammatik və leksik səhvlər də vardır. Məsələn, it is really - earth is being harmed by human activity (really zərfindən sonra digər nitq hissəsinin verilməməsi), want to came up (want to feilindən sonra məsdərin düzgün işlənməməsi, scientisties (cəm formasının düzgün yazılmaması), scientists ideas (ismin yiyəlik halı verilməməsi və ideas sözündən sonra sözönünün verilməməsi), earth safety develop (fel formasının düzgün zamanda verilməməsi), because these ideas are reality and positive opinion encourage the development earth healthy (söz sırası, düzgün olmayan cümlə strukturu) və s. Namizədin şifahi cavabı da təkrar qiymətləndirilmiş və verilən balın qüvvədə qalmasına qərar verilmişdir. Namizəd danışıq bloku üzrə imtahanda ona təqdim olunmuş imtahan sualına şəkil təsviri ilə başlamışdır. Bu mərhələdə namizəd təqdim olunmuş şəkli təsvir etməli və onun harada və ya nə məqsədlə çəkilməsi iiə bağlı spekulasiya etməlidir. Tapşırığın bu və bundan sonrakı mərhələlərində namizəd nitqində əsasən sadə cümlələrdən istifadə edir və çox məhdud sayda birləşdirici vasitələrdən istifadə edir ki, bu da bəzən nitqi anlamağa mane olur və rabitənin pozulmasına gətirib çıxarır. Namizədin nitqi axıcı deyil. Qrammatik qaydalara əməl olunmur, namizəd hər cümlədə qrammatik səhvlərə yol verir: work are boring, this issue more carefully, my friend are bad character, students are stressed to me in often, she is heartbreaking in my heart, İ think stress to you, five person və s. Eyni zamanda namizəd uyğun olmayan ifadələrdən istifadə edir. Məsələn, boring algorithm. Namizədin tələffüzü əsasən başa düşüləndir və ədəbi tələffüz normasına cüzi yaxındır. Səslər nisbətən düzgün tələffüz olunsa da, sözlərdə vurğunun düzgün işlənməməsi və bəzi sözlərin düzgün tələffüz olunmaması, məsələn, field mənanın təhrif olunması ilə nəticələnir. Mövzuya uyğun bəsit söz ehtiyatı vardır, akademik söz ehtiyatı isə məhduddur. Leksik təkrarlara yol verir (based on my knowledge İn this field, in concluding ). İkinci mərhələdə iddiaçı mövzu ilə bağlı hər iki tərəfin mövqeyini əsaslandırmır. Namizəd nitqində İ və İİİ fikirlərlə bağlı razılığını bildirsə də (İ agree/disagree with the first, third points), lakin həmin fikirləri əsaslandırmaq üçün heç bir arqument bildirmir. Təqdimat sonrası suala cavabda isə namizədin ifadə etdiyi fikirlər aydın və ya uyğun deyil (in the Azerbaijan city centre section, city centre is expanding in our lif e və s.). Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının yazı işi və şifahi cavabına verilən balın qüvvədə qalmasına qərar verilmişdir.
6. Cavabdeh orqan tərəfindən iddia tələbinə dair təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, “Doktoranturaya vahid qəbul qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar. Adıçəkilən Qaydaların 3.10-1-ci bəndinin ikinci abzasına əsasən Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. İddiaçı həmin Qaydalara uyğun olaraq 11 iyun 2023-cü il tarixində keçirilən doktoranturaya qəbul üzrə xarici dil imtahanında keçid balını (25 bal) toplaya bilmədiyi üçün növbəti mərhələ olan fəlsəfə üzrə imtahana buraxılmamışdır. Adıçəkilən Qaydaların 3.10-1-ci bəndinə əsasən xarici dil üzrə imtahan Azərbaycan Respublikasının X9 (bundan sonra - Mərkəz) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Mərkəz tərəfindən müəyyənləşdirilir. AMEA və Nazirliklə razılaşdırılmaqla xarici dil üzrə keçid balı 25 bal müəyyənləşdirilmişdir. Doktoranturaya xarici dil üzrə qəbul imtahanının proqramları, imtahanın məzmunu və strukturu haqqında məlumat, yazıya verilən tələblər Mərkəzin internet saytında əvvəlcədən yerləşdirilmiş və namizədlərin nəzərinə çatdırılmışdır. Belə ki, xarici dillər üzrə qəbul imtahanının məzmunu və strukturu haqqında məlumat xx.xx.2020-ci il tarixində (http://dim.qov.az/news/5827/) doktoranturaya və dissertanturaya hazırlaşanlar üçün qəbul imtahanı proqramları isə xx.xx.2021-ci il tarixində Azərbaycan (https://dim.qov.az/upload/iblock/53f/53f0d0ceb3672a1897357aa530b069bd.pdf) və rus (https://dim.qov.az/upload/iblock/8f3/8f3ef1019b9f6cf21acd383557bbaa3b.pdf) dillərində Mərkəzin internet saytında yerləşdirilmişdir. Proqramlarda və imtahanın məzmununda heç bir dəyişiklik edilməsə də, yazı bloku haqqında ətraflı məlumat xx.xx.2021-ci il tarixində (http://dim.qov.az/news/6800/) təkrarən namizədlərə təqdim olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, doktoranturaya xarici dil üzrə qəbul imtahanı üçün materialların hazırlanması, imtahanın təşkili və keçirilməsi, imtahan nəticələrinin qiymətləndirilməsi X2 sədri M.M.Abbaszadə tərəfindən təsdiq olunmuş “2023/2024-cü tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanının keçirilməsinə dair texniki tapşırıq”la tənzimlənir və “Doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında namizədlərin yazdıqları esselərin qiymətləndirilmə meyarları” bu tapşırığa əlavə olunur. Doktoranturaya qəbul imtahanında namizədlərin yazdıqları esse yazıları şifrlənərək, ən azı iki ekspert tərəfindən qiymət meyarlarına əsasən yoxlanılıb qiymətləndirilir. Yazıların şifrlənməsi ekspertlərin kimin yazısını yoxladıqlarını bilməmələri və qiymətləndirmədə tam obyektivliyə nail olmaq məqsədilə həyata keçirilir. Yazılar qiymətləndirilərkən essenin məzmunu, əhatəliliyi və həcmi, yazının məntiqi strukturu, nitqin rabitəliliyi və tamlığı, qrammatik minimumdan düzgün istifadə, lüğət ehtiyatının zənginliyi, səlisliyi və yazı savadı diqqətlə yoxlanılır. İş nömrəsi 405834 olan İddiaçı ingilis dili üzrə söz ehtiyatı və qrammatik bilikləri tələb olunan səviyyədə olmadığına görə o, xarici dil imtahanında təqdim olunan 30 test tapşırığından cəmi 12-nə düzgün cavab vermiş, həmçinin esseni də tələb olunan həcmdə və səviyyədə yaza bilməmişdir. Belə ki, iddiaçı esseni 200-250 söz əvəzinə cəmi 281 sözdən ibarət yazmışdır. Qiymətləndirmə meyarlarına əsasən essenin həcmi tələb olunan minimum 200 sözdən 10 faiz az (ən azı 180 söz) yə ya maksimum 250 sözdən 10 faiz çox (ən çoxu 275 söz) ola bilər, lakin bu hallarda qiymət bir bal asadı salınır. Yazının maksimal həcmdən (275 sözdən) artıq olan hissəsi isə qiymətləndirmə zamanı nəzərə alınmır. Həmçinin yazı işinin tərkib hissələri (giriş, əsas hissə (bir necə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli, tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli, publisistik üslubda olmalı, essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı, neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli, fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli, akademik vazı qaydalarına əməl edilməlidir. Yazı işinin yerinə yetirilməsinə dair tələblər dəfələrlə, 0 cümlədən imtahandan qabaq namizədlərin nəzərinə çatdırılmışdır (https://dim.aov.az/news/11088/7sDhrase id=1472747). Namizədlərin yazı vərəqlərində də essenin 200-250 sözdən ibarət yazılması barəsində tələb əks olunmuşdur. Bu baxımdan iddiaçının onun yazısının düzgün yoxlanılmaması və verilən qiymətin əsaslandırılmaması barədə iddiası əsassızdır. Bütün yazılar kimi, İddiaçı yazısı da 2 nəfər ekspert - Mərkəzin əməkdaşı X7 və Azərbaycan Texniki Universitetinin baş müəllimi X4 tərəfindən yoxlanılmış və yazıya müvafiq olaraq 2 və 5 balla qiymətləndirilmişdir. Verilmiş ballar arasında 3 bal fərq olduğundan yazı işi Mərkəzin digər əməkdaşı Abbaslı ilahə Məhərrəm qızı tərəfindən təkrar yoxlanılmış və 3.5 balla qiymətləndirilmişdir. İddiaçının 11 iyun 2023-cü il tarixində doktoranturaya xarici dil üzrə qəbul imtahanında ingilis dilində esse yazısı barəsində onu yoxlayan ekspertlərin rəyləri Yazı Ekspertin Qiymət Yazı işi barəsində rəy Essedəki işinin kodu (bal) sözlərin şifri sayı 414143 10470455 2.00 Esse seçilmiş xarici dildədir, amma mövzuya ümumi yanaşılmışdır. Mövzu müəyyən səviyyədə əhatə olunsa da, mövzudan nəzərəçarpacaq dərəcədə kənara çıxılıb. 281 Mövzu ilə bağlı müstəqil mühakimə yürüdülmür, namizədin əsaslandırmaq istədiyi fikir aydın deyildir. Çıxarılan nəticə əsaslandırılmayıb. 414143 10260455 5.00 Essenin mövzusu,həcmi adına uyğun işlənilib. Mövzu qənaətbəxş səviyyədə əhatə olunub. Fikirlərin əsaslandırılması, söz ehtiyatının 281 zənginliyi və faktlar qənaətbəxşdir. Təkrara yol verilir. Yol verilmiş bəzi qrammatik və leksik səhvlər var. 414143 10490455 3.50 Yazı işi mövzuya qismən uyğundur, mövzu tam açılmayıb, mövzu ilə bağlı müstəqil fikir 281 yürüdülməyib, fikirlər bəzi yerlərdə anlaşılmazdır, nəticə əsaslandırılmayıb. İddiaçının yazı işinə verilmiş ən yuxarı iki balın cəmi ikiyə bölünərək yekun bal (4.25 bal) müəyyən edilmişdir. İddiaçı imtahan nəticəsindən narazı qalaraq Mərkəzin Apellyasiya Komissiyasına müraciət etmiş və onun apellyasiya müraciəti əsasında 07 iyun 2023-cü il tarixində doktoranturaya xarici dil üzrə qəbul imtahanında yazdığı esse Mərkəzin eksperti X5 tərəfindən təkrarən yoxlanılmış və 2 balla qiymətləndirilmişdir. Bütün bu nöqsanları və yazının tələblərə uyğun səviyyədə yerinə yetirilmədiyini nəzərə alaraq Mərkəzin Apeilyasiya Komissiyası iddiaçının yazı işinə düzgün qiymət verildiyi qərarına gəlmiş və onu artırmağı mümkün hesab etməmişdir. Bu barədə apellyasiya zamanı şikayətçiyə məlumat verilmişdir. İddiaçının Apeilyasiya Komissiyasının qərarından xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlandığı və baxılması üçün aidiyyəti üzrə Mərkəzə daxil olmuş şikayətləri Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-kol-3060-42- 560/2023 nömrəli məktubu ilə cavablandırılmış və yazı işi üzrə Mərkəzin ekspertlərinin verdiyi ballar təkrar əsaslandırılmışdır. Qeyd edilənlərə əsasən cavabdeh orqan namizədlərin doktoranturaya qəbul üzrə fəlsəfə imtahanında iştirak etmələrinin onların xarici dil üzrə imtahandan keçmələri ilə şərtləndirildiyini və İddiaçı doktoranturaya qəbul üzrə xarici dil imtahanından keçmədiyini nəzərə alaraq onun “doktoranturaya qəbul üzrə müsabiqənin növbəti mərhələsinə (fəlsəfə imtahanı) buraxılmağı vəzifəsinin X6 üzərinə qoyulması” tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməməsini xahiş etdi.
9. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən mütəxəssis danışıq bloku üzrə imtahanda iştirak etdiyini və apellyasiya şikayəti zamanı iddiaçını dibləyini bildirmiş, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
11. “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarından: 3.1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. 3.5. Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilir. 3.7. Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir. 3.10. Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar. 3.10-1. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının X9 (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Naziriklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (İELTS, TOEFL, X1, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. 3.14. Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılmış qəbul komissiyaları imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər. Qərar barədə məlumat şəxsin ərizəsində göstərdiyi ünvana və ya elektron poçt ünvanına göndərilir. Komissiyanın qərarından razı olmayan şəxslər qərar qəbul edildikdən və bu barədə məlumat aldıqdan sonra 3 (üç) iş günü müddətində ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbərinə apellyasiya ərizəsi ilə müraciət edə bilər. Müəssisə rəhbəri 5 (beş) iş günü müddətində müraciətə baxmalı və əsaslandırılmış qərar qəbul etməlidir. Qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
12. İddiaçı sözügedən xarici dil imtahanında 19 bal nəticə göstərmişdir. Onun topladığı nəticə DİM tərəfindən xarici dil üzrə imtahanın keçid balından (25 bal) aşağı olduğu üçün növbəti mərhələ olan fəlsəfə üzrə imtahana buraxılmamışdır.
13. İddiaçı imtahan nəticəsindən narazı qalaraq Mərkəzin Apellyasiya Komissiyasına müraciət etmiş və apellyasiya müraciəti təmin edilməmişdir.
14. Məhkəmə müəyyən edir ki, hazırkı iddia uğurlu olduğu təqdirdə iddiaçı üçün hüquqi nəticə yaradır, belə ki, o, xarici dil imtahanını uğurla keçə bilər. Bu isə onun üçün fəlsəfə imtahanı mərhələsində iştirak imkanı yaradacaqdır.
15. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. Məhkəmə müəyyən edir ki, doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı aşağıdakı bloklar əsasında həyata keçirilir:
1. Dinləyib-anlama bloku;
2. Oxuyub-anlama bloku;
3. Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar);
4. Yazı bloku (doktoranturaya qəbul imtahanı verəcəklər – esse yazısı)
17. X9 tərəfindən müəyyən edilmiş xx.xx.2023-cü il tarixli “Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının blokuna qoyulan tələblər”ə əsasən esse yazarkən namizədlərə qoyulan tələblər aşağıdakılardır: - Esse seçilmiş xarici dildə olub veriliş mövzuya uyğun işlənməli; - Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli; - Həcmi 200-250 söz olmalı; - Tərkib hissələri arasında məntiqi rabitə gözlənilməli; - Publisistik üslubda olmalı; - Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı; - Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli; - Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli; - Akademik yazı qaydalarına əməl edilməlidir.
18. X9 tərəfindən müəyyən edilmiş xx.xx.2021-ci il tarixli Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanları ilə rəsmi məlumata əsasən qəbul və fəlsəfə doktoru imtahanlarında namizədlərin aşağıdakı xüsusiyyətlərə əməl etməklə esse və vizual məlumatın təsvirini yazma bacarığı yoxlanılır: - Yazının məzmunu, əhatəliliyi və həcmi; - Yazının məntiqi strukturu; - Nitqin rabitəliliyi və tamlığı; - Qrammatik minimumdan düzgün istifadə; - Lüğət ehtiyatının zənginliyi və səlisliyi; - Yazı savadı.
19. Yazı işinin (esse) yoxlanılması üzrə meyarlarda A meyarı essenin mövzuya uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticənin mövcudluğu və onlar arasında əlaqə (bütövlük və tamlıq), essenin publisistik üslubda olması, üslubun neytrallığı və müəllifin dəsti-xəttinin olmasını; B meyarı mövzunun əhatə səviyyəsi, fikirlərin məntiqli və inandırıcı şərhi və ya təkzibi, sübuteeici mənbələrdən istifadə etməklə əsaslandırılmasını; C meyarı müxtəlif birləşdirici vasitələrdən istifadə etməklə məntiqi rabitənin gözlənilməsi, fərqli strukturlu cümlələrdən istifadə, yol verilmiş səhvlərin (qrammatik, orfoqrafik, durğu işarələri) sayını; D meyarı isə söz ehtiyatının zənginliyi, müxtəlif leksik vahidlərdən istifadəni və yol verilmiş səhvlərin (leksik) sayını əhatə edir.
20. İddiaçı fəlsəfə doktoru üzrə xarici dil imtahanın yazı işi (esse) mərhələsində iştirak edərək cavabdeh X6 nümayəndəsi tərəfindən ona təqdim olunmuş iki mövzudan birini seçərək yazı işini tamamlamışdır. Müsabiqə zamanı iddiaçıya təqdim edilmiş mövzular, iddiaçının yazı işi və qiymətləndirilməsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir.
21. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş mövzular aşağıdakılardan ibarətdir:
1. Some people believe that the Earth is being harmed by human activity. Others feel that human activity makes the Earth a better place to live. State whether you agree or disagree with these statements ad support your point of view. (İddiaçı tərəfindən müvafiq mövzu seçilmişdir)
2. Some people prefer to spend their free time outdoors, other tend to spend their leisure time indoors. Would you prefer to be outside or inside for your leisure activities? Use specific reasons and examples to explain your choice.
22. Namizədin iddia etdiyi xarici dil imtahanında yazı işi (esse) X9 tərəfindən müəyyən olunmuş qiymətləndirmə meyarlarına əsasən 2 nəfər eksperti tərəfindən yoxlanılmış və yazıya müvafiq olaraq 2 və 5 balla qiymətləndirilmişdir. Verilmiş ballar arasında 3 bal fərq olduğundan yazı işi X6 digər əməkdaşı (ekspert) tərəfindən təkrar yoxlanılmış və 3.5 balla qiymətləndirilmişdir. İddiaçının yazı işinə ən yuxarı iki balın cəmi ikiyə bölünərək yekun bal 4.25 müəyyənləşdirilmişdir.
23. Danışıq bloku üzrə qiymətləndirmə X9 tərəfindən müəyyən edilmiş 1) səlislik və məntiqi ardıcıllıq, 2) qrammatik qaydalara əməl olunma, 3) söz ehtiyatının zənginliyi, 4) tələffüz və 5) tapşırığın yerinə yetirilməsi meyarlarına əsasən həyata keçirilir.
24. İddiaçının danışıq bloku üzrə topladığı bal 3.0 (iddiaçının danışıq bloku üzrə nitqinə dair elektron daşıyıcı - disk iş materiallarına əlavə olunmuşdur) və test imtahanı üzrə topladığı bal 12 balla qiymətləndirilmişdir. Beləliklə iddiaçının doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanın nəticəsi 19 bal (qeyri-məqbul) müəyyənləşdirilmişdir.
25. Məhkəmə hesab edir ki, hazırkı iddia cavabdeh qurumun maddi hüquq normasının tətbiqi şərtlərinin həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunması ilə bağlıdır. Odur ki, məhkəmə imtahan zamanı cavabdeh qurumun nümayəndəsi tərəfindən iddiaçıya ünvanlanmış yazı işini və mövzuları nəzərdən keçirərək (belə ki, mübahisə məhz cavabdeh qurumun nümayəndəsi tərəfindən aparılmış qiymətləndirmə ilə bağlıdır) mövzuların açıq-aşkar yazının məzmunu, əhatəliliyi, yazının məntiqi strukturu, nitqin rabitəliliyi və tamlığı, qrammatik minimumdan düzgün istifadə, lüğət ehtiyatının zənginliyi və səlisliyi, yazı savadının yoxlanılması ilə bağlı olmadığı qənəatinə gəlmir. Odur ki, məhkəmə doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı zamanı “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli Qərarı və X9 tərəfindən müəyyən edilmiş Meyarlar ilə uyğunsuzluq təşkil edən hal müəyyən etməmişdir.
26. Odur ki, inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğuna görə məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.
27. İnzibati Prosessual Məcəllədən: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva