Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12498/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əlillik təyinatı barədə qərarın dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun barəsində əlilliyin müəyyən edilməsi qərarının dəyişdirilib, əlillik səbəbinin dəyişdirilməsi, əlilliyin təkrar qiymətləndirilməsi nəzərə alınmaqla ötürülmüş müddət də daxil olmaqla, yəni xx.xx.2021-ci il tarixdən əlilliyi olan şəxs hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixdən İİ qrup əlil kimi pensiya təyin edilmiş və qeyd olunan pensiyanı 2021-ci ilin iyul ayına kimi almışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra əlillik vəziyyəti X3 0120003AAGK6 və 0120003AAGU9 nömrəli göndərişləri əsasında müvafiq olaraq xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində elektron qiymətləndirilmiş və müayinələr yetərli olmadığından, KT müayinəsi məsləhət görüldüyündən və əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilmədiyindən, hər iki halda natamam doldurulması səbəbindən göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyəti X3 M00Q59887XVD nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində elektron qiymətləndirilmiş və əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilmədiyindən, həmçinin Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" alisislemində şəxsə aid məlumat tapılmadığından, natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli) i yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş və Agentlikdən hansı lazımi sənədlərin müraciətinə əlavə etməli olduğunu öyrənmiş uzun sürən müraciətlərdən sonra sonuncu dəfə ona 27.01,2024-cü il tarixdə İİ dərəcəli əlillik təyin edilmiş və həmin əlillik təyin olunduqdan sonra ona təyin edilmiş əlilliyin müddəti bitdikdən sonra deyil, sonuncu təyin edildiyi vaxtdan hesablanması məlum olmuşdur. Bununla bağlı, 07 mart 2024-cii il tarixdə cavabdehin ona ünvanladığı məktubda imtinanın səbəbi açıqlanmamış, Azərbavcan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına" uyğun olaraq xx.xx.2024-cii il tarixdə ümumi xəstəlik səbəbindən iki il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilməsi qeyd edilmişdir. İddiaçı bildirir ki, insult keçirmiş, onda serebral ateroskleroz. Hipertoniya xəstəliyi 11 mərhələ beyin-qan dövranının kəskin pozğunluğu, tromboz tipli insult (KOD: 163). sol tərəfli hemiparez xəstəliyi ilə yanaşı gedən beynin yeni törəməsi, şəkərli diabet İİ tip orta ağırlıqda subkompensasiya fazasında, Xr Mepatoxolesistopankreatit. xr qastroduodenit. OU. Angiopatiya.ÜİX sabit stenokardiya 1 FS.Hipertoniya xəstəliyi 11 mərhələ ürəyin zədələnməsi ilə bel fəqərələrinin osteoxondrozu, kökcük ağrıları ilə, bel-oma nahiyyəsində ağrıdan, ağrının sağ ayağa vurmasından və tirək ağrı sıxıntılarından hələ də əziyyət çəkir və həmin xəstəliklər xroniki hal almışdır. Yuxarıda qeyd olunan xəstəliklər aşkar olunarkən şəkərli diabet xəstəliyim olmamış, həmin hal Azərbaycan Dəmir Yolları QSC X4 Xəstəxanasının 1869/222 saylı Epikrizi ilə də təsdiq olunur. Qeyd olunan xroniki xəstəliklər 2011-ci il tarixdən sonra insult keçirməyim səbəbi ilə yaranmış və şəkər xəstəliyi ilə heç bir əlaqəsi olmamışdır. Əksinə, məndə sonradan aşkar edilmiş şəkərli diabet xəstəliyi insult keçirməyi səbəbi ilə 2 ilə yaxın müddətdə hərəkətsiz olmağım səbəbi ilə yaranmışdır. Lakin, əlilliyin təyin edilməsi barədə qərarda onda aşkar olunan xəstəliklərin şəkər xəstəliyi ilə əlaqəsi olduğu qeyd edilərək, insulindən asılı olmayan şəkərli diabet, böyrəklərin zədələnməsi ilə, şəkərli diabet tip İİ orta ağır forma diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Hörmətli hakim mənim özümdən asılı olmayan səbəbdən, yəni KT müayinəsindən keçmədiyi və 88 saylı blank natamam doldurulması səbəbindən əlilliyin təyin edilməsindən imtina edildiyi üçün hesab edir ki, ona təyin edilmiş əlillik yenidən təyin edilmiş əlillik kimi deyil, əlilliyin təkrar qiymətləndirilməsi kimi müəyyən olunmalı \ə əlilliyinin səbəbi dəqiq müəyyənləşdirilməlidir. Cavabdehin nümayəndəsi yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Yazılı etirazda işin hallar və qanunvericilik normaları sadalanmış, iddianın rədd edilməsi barədə etirazın dəlilləri əsaslandırılmamışdır. Məhkəmə iclasında tərəflərlə iddianın mümkünlüyü ilə bağlı məsələlər (müddətin ötürülməsi barədə) müzakirə edildi. İddiaçı yazılı ərizə verərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, buraxılmış prosessual müddətin bərpasına dair ərizə rədd edilməli, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehin ona əlillik təyin edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarında dəyişiklik edilməsini xahiş edir. İddiaçı hesab edir ki, təyin edilmiş əlilliyin səbəb əlaqəsi “ümumi xəstəlik” səbəbindən deyil, “hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar xüsusi səbəbdən” olmalıdır. İddiaçı eyni zamanda hesab edir ki, onun əlilliyin təyin tarixi xx.xx.2024-cü il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən olmalıdır. Göründüyü kimi, iddiaçının tələbi mübahisələndirmə haqqında iddiadır. İddiaçı cavabdehin onun barəsində əlillik təyin edilməsinə dair qərarın səbəb əlaqəsini və əlilliyin təyin tarixinin dəyişdirilməsini xahiş edir. İPM-in 2.2 və 2.2.1-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddialara İnzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddianın növünün mübahisələndirmə haqqında iddia olması, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmələr göndərilən icmal məktubunda da qeyd edilmişdir. Belə ki, icmal məktubuna əsasən “əlilliyi müəyyən edilmiş şəxslərin sosial təminat hüquqları məhz əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddətindən asılı olaraq fərqləndirildiyindən, həmin komponentlər mütləq qaydada əlilliyin müəyyən edilməsi barədə inzibati aktda qeyd edilir. Sosial təminat hüquqlarının praktiki reallaşdırılmasına birbaşa təsir etdiyindən, bəzi hallarda əlillliyi müəyyən edilmiş şəxslərin əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddəti ilə razılaşmamaqla onların dəyişdirilməsi barədə müraciətləri məhkəmə mübahisəsinin predmetinə çevrilir. Əlilliyin müəyyən edilməsi barədə qərarın dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir (bənd 60-62)” İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İPM-in 38.1-ci maddəsinin məzmunundan göründüyü kimi, müddətin axımının başlanma anı kimi normada həm inzibati aktın təqdim edilmə anı, həm də elan edilmə anı nəzərdə tutulmuşdur. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə əlillik təyinatı aparılmış və həmin tarixdən başlayaraq iddiaçı əlilliyə görə əmək pensiyası almış və əlillik təyinatından məlumatlı olmuşdur. Be ləki, işdə olan tibbi sənədlərdən müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti ilk dəfə xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2015-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə xx.xx.2015-ci il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbilə bir il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İddiaçının ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşa dair X5 tərəfindən 0120003AAGK6 və 0120003AAGU9 nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərində elektron qiymətləndirilmiş və hər iki halda natamam doldurulması səbəbilə göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra iddiaçının əlillik vəziyyəti X3 A00039678PJV nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə şəxsin əlillik vəziyyəti X3 M00059887XVD nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində elektron qiymətləndirilmiş və əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilmədiyindən, həmçinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində şəxsə aid məlumat tapılmadığından, natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. İddiaçı əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar müraciəti əsasında mütəxəssislərin iştirakı ilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qəbul edilmiş, lakin ümumi xəstəlik səbəbindən olan yanaşı xəstəliklər əlillik təyinatının aparılmasına əsas verdiyindən, həmin səbəbdən yeni göndəriş rəsmiləşdirilməsi tövsiyə olunmuşdur. Sonuncu dəfə iddiaçının müraciəti əsasında 02 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. Tibbi sənədlərdən göründüyü kimi, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin səbəb əlaqəsi ümumi xəstəlikdən olmuşdur. İddiaçıya xx.xx.2021-ci il tarixinədək təyin edilmiş əliliyin müddəti bitdikdən sonra bir neçə dəfə göndəriş göndərilmiş, lakin göndərişlərin natamam doldurulması səbəbindən göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Lakin iddiaçı həmin göndərişlərin nəticəsində cavabdehin ona əlillik təyin edilməsindən imtina barədə qərarlarını (hərəkətlərini) mübahisələndirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Digər tərəfdən məhkəmə qeyd edir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı qulluq keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı bu barədə hər hansı sənədlər təqdim etmədiyindən ona xüsusi səbəbdən əlilliyin təyin edilməsi mümkün olmamış və göndərişlər geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ona xx.xx.2024-cü il tarixdə ümumi səbəbdən əlillik təynatından məlumatlı olmuş, lakin həmin tarixdən 7 aya yaxın müddət keçəndən sonra iddia verərək iddia müddətinin ötürmüşdür. Ali Məhkəmənin yuxarıda istinad edilən İcmal Məktubunun 53-cü bəndində qeyd edilmişdir ki, “...bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir”. Göründüyü kimi, iddiaçı pozulmuş hüququnun müdafiəsi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddiaçı müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair vəsatət vermiş, lakin müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair hər hansı dəlil irəli sürməmiş və sübut təqdim edə bilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Prosessual müddətin bərpasına dair ərizə rədd edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12498/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12498/2024
23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver