Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-125/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, üçüncü şəxs Sultan-X4 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X3 publik hüquqi şəxsinə qarşı, X5 oğlu üçüncü şəxs qismində icraata cəlb edilməklə “hərrac protokolunun və müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinədair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X3 publik hüquqi şəxsinə qarşı X5 oğlu üçüncü şəxs qismində icraata cəlb edilməklə “hərrac protokolunun və müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokolunun. ünvan 1 ünvanda yerləşən sahəsi 14.4 kv.m. olan qeyri-yaşayış sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X5 oğlu arasında bağlanmış 4291 nömrəli xx.xx.2019-cu il tarixli Müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Sultan-X4 adına ünvan 2 ünvanda yerləşən sahəsi 14.4 kv.m. olan qeyri-yaşayış sahəsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 14,4 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi 26 il müddətində valideynlərinin icarəsində olaraq "Günel" xüsusi firması kimi-dükan təyinatı ilə fəaliyyət göstərərək daima onların istifadəsində olmuşdur. İcarə haqlarını da valideynləri vaxtı-vaxtında aidiyyəti üzrə Dövlət Orqanlarına ödəmişdirlər. Valideynləri öldükdən sonra da və hal-hazırda da qeyri-yaşayış sahəsi iddiaçının faktiki sahibliyində və idarəçiliyindədir. Həmin sahəni özəşdirməkdə üstünlük hüququ vardır. Birinci cavabdeh icarə müqaviləsinə qanunun tələblərinə uyğun xitam verməmiş, icarə münasibətlərinin icarəçinin ailə üzvləri ilə (vərəsələri) ilə davam etdirmək barədə hər hansı tədbir görməmiş və onların belə bir niyyətinin olmaması ilə bağlı da hər hansı sübutu indiyədək keçirilən məhkəmə proseslərinə təqdim etməmişdir. Heç bir hərrac təşkilatına da rəsmi dəvət olunmamılar. Başqa şəxsin adına özəlləşdirilərkən də onların imtinası alınmamışdır. 19 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokoluna əsasən istifadəsində olan ünvan 1 ünvanda yerləşən sahəsi 14,4 kv.m. olan qeyri-yaşayış sahəsi hərracdan 7500 manata üçüncü şəxs Sultan- X1 və bunun əsasında xx.xx.2019-cu il tarixdə onunla 4291 nömrəli müəssisənin (obyektin) alqı-satqısı müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixdə Sultan-X4 adma ilkin qeydiyyatdan keçmişdir və hazırda da onun mülkiyyətindədir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə və üçüncü şəxsə təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə elektron qaydada vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 351 nömrəli sərəncamının etibarsız hesab edilməsi ilə bağlı iddia verildiyini qeyd edərək, həmin işə baxılıb qurtaranadək hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və “X3” publik hüquqi şəxsinə qarşı X5 oğlu üçüncü şəxs qismində icraata cəlb edilməklə “hərrac protokolunun və müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair 2-1(112)-2120/2022 saylı inzibati iş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qarşı “sərəncamın etibarsız sayılması” tələbinə dair e-2-1(112)-13570/2022 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, icraatın dayandırılmasına əsas olmuş iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Ərizəyə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qarşı “sərəncamın etibarsız sayılması” tələbinə dair iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarı əlavə edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, ərizə təmin edilərək, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və “X3” publik hüquqi şəxsinə qarşı X5 oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraata cəlb edilməklə “hərrac protokolunun və müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraat təzələnmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı işdə iştirak edən şəxsin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən, sahəsi 14,4 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mərhum atası X2 müddətli icarəsinə verilmişdir. İddiaçının atası icarəçi Rüstəm Gözəlovun vəfatından sonra tərəflər arasında bağlanmış icarə müqaviləsinə Əmlak Məsələləri Dövlət Komitəsinin 20 noyabr 2014-cü il tarixli, 351 nömrəli sərəncamı ilə xitam verilmişdir. Daha sonra qeyd edilən qeyri-yaşayış obyektinin özəlləşdirilməsi həyata keçirilmiş və həmin əmlak xx.xx.2019-cu il tarixində keçirilmiş hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə X5 oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4291 saylı alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən özəlləşdirilmişdir. İddiaçı cavabdehə qarşı müəyyən etmə və tanınma haqqında (İPM.m.36) iddia ərizəsi ilə müraciət edərək, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014cü il tarixli 351 nömrəli Sərəncamının - Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən sahəsi 14,4 kv.m. qeyri-yaşayış sahəsinə dair X7 ilə bağlanmış xx.xx.2007-ci il tarixli 4975 nömrəli icarə müqaviləsinə icarəçinin xx.xx.2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq xitam verilməsi hissəsində, qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun mövcudluğunun qiymətləndirilməsində və iddianın həllində əhəmiyyət kəsb edən, yəni iddiaçının atasının adına olan icarə müqaviləsinin ləğv edilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 351 nömrəli sərəncamı mübahisələndirildiyindən iş üzrə icraat həmin mübahisə həll edilənə kimi dayandırılmışdır. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-1433/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, iş üzrə yeni qərar qəbul edilmiş və iddia mümkün sayılmamışdır. Göründüyü kimi, iddiaçının mübahisə predmeti olan əmlaka dair hər hansı hüququnun mövcudluğu müəyyən edilmədiyindən onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X3 publik hüquqi şəxsinə qarşı X5 oğlu üçüncü şəxs qismində icraata cəlb edilməklə “hərrac protokolunun və müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-125/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-125/2024
29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver