Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1250/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının xx.xx.2019-cu il tarixdən hesablanaraq toplanmış vəsaitin birdəfəlik ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “yaş həddinə dair əmək pensiyasının xx.xx.2019-cu il tarixdən hesablanaraq toplanmış kapitalın birdəfəlik ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə əmək təqaüdçüsü hüququna malikdir. 2018-ci ildən 2023-cü ilin aprel aylarına qədər o müxtəlif vaxtlarda təqaüdlə bağlı müraciətlət etmiş qurum müxtəlif sistemlə baölı bəhanələr gətirərək müsbət cavab vermişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən heç bir bildiriş almadığına görə 2023-cü ilin oktyabr ayına özü həmin Nazirliyin 142 saylı qaynar xəttinə müraciət etdikdən sonra yanvar ayının biri 2024-cü il tarixdən ona əmək təqaüdü təyin edilmişdir. Beləki, Dövlət Sosial Müdafiə Fondu 2019-cu il yanvarın birindən hesablanan təqaüd ilinin iki ilini ləğv edərək 2024-cü ilin yanvar ayından geriyə buraxılmış 3 ilin təqaüdünü toplayaraq üç ilə bölüb aybaay ödəməsini qərarlaşdırıblar. Geriyə buraxılmış üç ilə toplanan 1646 manat 82 qəpik vəsaiti 2024-cü il tarixdən 2027-ci ilin yanvar tarixinədək ödəniləcək və bununla da iddiaçıya maddi və iqtisadi ziyan vurmuşlar. İddiaçı doqquz ağır xəstəliyin daşıyıcısıdır, bu xəstəliklərə qarşı stasionar müalicə alır. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən iddia tələbinin “təqaüd ilinin 2 ilini bərpa edilməsi və xəstəliklərini nəzərə alaraq toplanmış vəsaitin birdəfəlik ödənilməsi” kimi dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə İddiaçı iddia tələbi “İddiaçı yaş həddinə dair əmək pensiyasının xx.xx.2019-cu il tarixdən hesablanaraq toplanmış kapitalın birdəfəlik ödənilməsi ilə bağlı qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü i! tarixdə Dövlət Sosial Müdafiə Fonduna ötən dövr üzrə pensiyanın birdəfəlik ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Fondun xx.xx.2024- cü il tarixli 3-17-1 /2-K-105886/2024 nömrəli məktubunda İddiaçı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək fərdi hesabında qeydə alınmış pensiya kapitalı əsasında 23.01,2021-ci il tarixdən 259.78 manat məbləğində əmək pensiyasının təyin edildiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -- Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiqicra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İlk öncə bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, həmin müraciət əsasında ötən dövr üzrə (xx.xx.2021-ci il tarixdən) hesablanmış fərq məbləği (10409.95 manat) və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım (200 manat) 2024-cü ilin fevral ayında 518 manat olmaqla aylıq pensiya məbləğinin üzərinə əlavə edilməklə iddiaçının müvafiq kart hesabına köçürülür. Bundan başqa, mart ayından etibarən fərq məbləği ayda 281.35 manat olmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə İddiaçı ödənilir. İddiaçı əmək pensiyasının məbləği Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 268.62, 01.01,2023-cü il tarixdən 327.21, xx.xx.2024-cü il tarixdən 363.86 manata çatdırılmışdır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq İddiaçı əvvəlki 3 il üzrə ödənişlər hər ay pensiya məbləğinə əlavə edilməklə ödənilir.Göstərilənləri nəzərə alaraq, İddiaçı yığılmış vəsaitin birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-K- 105886/20 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ona xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı, xx.xx.2013-cü il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22,24 manat (2019-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında xx.xx.2021-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvələ, hüququnun yarandığı xx.xx.2019-cu il tarixindən hesablanmaqla) 259,78 manat məbləğində əmək pensiyası təyin edilib.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 29.1-ci maddəsinə əsasən əmək pensiyası məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 268.62 manata çatdırılıb. Qanunun 26.4-cü və 29.1 -ci maddələrinə əsasən əmək pensiyası məbləği xx.xx.2023-cü il tarixindən 327,21 manata, xx.xx.2024-cü il tarixindən isə 363,86 manata çatdırılıb. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Həmin Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. xx.xx.2024-cü il tarixli müraciəti əsasında ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) hesablanmış fərq məbləği (10409,95 manat) və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım (200 manat) 2024-cü ilin fevral ayında 518 manat (yanvar ayı üzrə indeksləşdirilmiş fərq məbləği - 36,65 manat + 2022-ci il üzrə maddi yardım - 200 manat + 281,35 manat fərq məbləği) olmaqla aylıq pensiya məbləğinin üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürülmüşdür. Mart ayından etibarən isə fərq məbləği ayda 281,35 manat olmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə şəxsə ödənilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, **********144600 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixə olan uçot baza məlumatlarına əsasən fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018-ci il tarixdən vaxtı çatdığı üçün bərpa olunması, xx.xx.2023-cü il tarixdən xx.xx.2073-cü il tarixədək dayandırılması barədə məlumat mövcuddur. Hazırda fəaliyyətiniz dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/1-K-15152/2024 nömrəli Əmək pensiyasının təyin edilməsi haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya hüququnun yarandığı tarix xx.xx.2019-cu il, pensiya təyin edilməsi ilə bağlı müraciətin tarixi xx.xx.2024-cü il qeyd edilmişdir, təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği 327.21 manatdır və xx.xx.2024-cü il tarixdən müddətsiz təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-241800/2024 nömrəli məktubundan görünür ki, İddiaçı pensiya işinə dair sənədlərdə onun 2019-2020-ci illərdə və əvvəlki dövrlərdə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X9 Mütəllimova ünvanladığı xidməti məktubdan görünür ki, İddiaçı pensiya işinə dair sənədlərdə onun 2019-2020-ci illərdə və əvvəlki dövrlərdə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X9 Mütəllimova ünvanladığı xidməti məktubdan görünür ki, xidməti məktubun icrası ilə bağlı Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə İddiaçı fərdi şəxsi hesabında 2013-cü il üzrə qeydə alınmış pensiya kapitalının müvafiq altsistemə nə zaman yerləşdirilməsi barədə sorğu ünvanlanmışdır. Fondun fərdi uçota nəzarət və sosial sığorta departamentinin xx.xx.2024-cu il tarixli 3-17-1/3-1-45290/2024 nömrəli xidməti məktubunda qeyd edilmişdir ki, “RPA" proqram təminatından əldə edilən məlumatlara əsasən fərdi sahibkar (sığortaedən) İddiaçı Qərbəlı qızı (SUN: **********9) tərəfindən 2013cü il üzrə "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlara (Forma B1) (0730 fəaliyyəl növünün kodu üzrə) uyğun illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat (Forma B3) təqdim edilməmişdir. Sözügedən xidməti məktubda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat) - Baxış" altsisteminin "Sığortaolunanların hesabları “ bölməsində İddiaçı adına 2013-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına “DOST X3” MMC tərəfindən xx.xx.2023-cü il tarixində işlədiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, xx.xx.2019-cu il tarixində İddiaçı fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınmadığından həmin tarixdə ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 uçota nəzarət və sosial sığorta departamentinin Mail Məmmədova ünvanladığı xidməti məktubundan görünür ki, “RPA” proqram təminatından əldə edilən məlumatlara əsasən fərdi sahibkar (sığortaedən) İddiaçı (SUN: **********9) tərəfindən 2013-cü il üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlara (Forma B1) (0730 fəaliyyət növünün kodu üzrə) uyğun illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin 2022-ci il 26 oktyabr tarixli **********4 nömrəli Əmri ilə təsdiqlənmiş “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2.11-5 2.13-cü maddələrinin tələblərinə uyğun olaraq fərdi uçot sahəsində sağlamlaşdırma işlərinin başa çatdırılması haqqında” Tədbirlər Planının 3.3-cü bəndinin ("Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən muzdlu işə aid olmayan, sahibkarlıq fəaliyyəti ilə bağlı fızıkı şəxslərin Forma B1 hesabatlarının MElS-ın "Sığorta” (Hesabat) altsısteminə ötürülməsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanın (fiziki şəxsin) hesabında əks olunmasının təmin olunması) icrası ilə əlaqədar Fondun 2023-cü ıl 6 mart tarixli 3-17-1/3-1-24751/2023 nömrəli məktubu ilə “DOST X3 MMC-yə müraciət edilmişdir. Müraciətə qoşma kimi əlavə edilmiş excel siyahıda sığortaedən H.Kərımovanın adı təqdim edilmiş və MElS-in “Sığorta (Hesabat) - Baxış" altsisteminin Sığortaolunanların hesabları bölməsində 2013-cü il üzrə ödənilmiş məcburi dövlət sosial haqlarının fərdi şəxsi hesabına işlənilməsi “DOST X4 MMC tərəfindən 2023-cü il 25 dekabr tarixində təmin edilmişdir. xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-38284/2024 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 ünvanlanmış xidməti məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cu ıl tarixdə (müraciətindən əvvəlki üç il ödənilməklə) yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 2013cü il tarixə ödənilmiş 18.70 manat məbləğində məcburi dövlət sosial sığorta haqları mövcuddur. Ümumilikdə iddiaçının hesabında 31.01 manat pensiya kapitalı qeydə alınmışdır. Buna baxmayaraq, İddiaçı hüququnun yarandığı tarixdən, yəni xx.xx.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada pensiya təyin edilməmişdir. 01 01.1958-ci il təvəllüdlü İddiaçı pensiya hüququ xx.xx.2019-cu ıl tarixdə yaranır. Həmin dövrə tələb olunan yaş həddi 61 yaşdır. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, iddiaçı H Kərimovaya xx.xx.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada pensiya təyin edilməməsinin səbəbləri barədə məlumatların mümkün qədər qısa müddətdə təqdim ediməsinə tapşırıq verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 ünvanladığı xidməti məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış vətəndaş İddiaçı yaşa görə əmək pensiyasının ötən dövr üzrə hesablanmış fərq məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 3-17-1/1-K-101030/2024 nömrəli müraciəti baxılmaq üçün Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala daxil olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək pensiya yaş həddi qadınlar üçün 61 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Həmin Qanunun 32 1 -1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. xx.xx.2006-ci il tarixinədək 25 il sığorta stajı (Qanunun 22-1.1-cı maddəsinin tələbləri nəzərə alınmaqla), xx.xx.2013-cü il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 22.24 manat (2019-cu il tarixinə indeksləşdirılmiş) pensiya kapitalı əsasında vətəndaş İddiaçı xx.xx.2021-o il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvələ) 259,78 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır. Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 285,28 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 327.21 manata xx.xx.2024-cü il tarixindən 363.86 manata çatdırılmışdır. xx.xx.2024-cü il tarixli müraciəti əsasında ötən dövr üzrə hesablanmış fərq məbləği və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım 2024-cü ilin fevralından vətəndaşın pensiyası nın üzərinə əlavə edilməklə ödənilir. Vətəndaşın müraciətində qeyd etdiyi məsələnin icra edilməsi Mərkəzi Flialın səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasinin Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 dekabr 2024-cü il tarixli 3-17-1/2- 298973/2024 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) daxil olmuş 14 oktyabr 2024-cü il tarixli 2-1(112)-9211/2024 nömrəli sorğuyla əlaqədar İddiaçı Fonda daxil olmuş müraciəti və onunla bağlı inzibati icraat materiallarının surəti məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/1-K-15152/2024 nömrəli Əmək pensiyasının təyin edilməsi haqqında qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixdən (müraciətindən əvvəlki 3 illik dövr nəzrə alınmaqla) yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya hüququnun yarandığı tarix xx.xx.2019-cu il, pensiya təyin edilməsi ilə bağlı müraciətin tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, Həmin Qanun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minmişdir. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının əmək pensiyası hüququnun xx.xx.2019-cu il tarixdə, yəni xx.xx.2017-ci il tarixdən sonra yaranması işin mübahisələndirilməyən halıdır. Belə olan halda iddiaçıya müraciətindən əvvəlki ən çoxu üç il nəzərə alınmaqla ödənilməsi barədə qanunun norması tətbiq edilməlidir. İşin materialları ilə, eləcə də məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2024-cü il tarixdən əvvəlki tarixə cavabdeh quruma müvafiq tələblə müraciəti müəyyən edilməmişdir. Belə bir sübut iddiaçı tərəfindən də təqdim edilməmişdir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının əmək pensiyasının xx.xx.2019-cu il tarixdən hesablanaraq toplanmış vəsaitin birdəfəlik ödənilməsi üçün “qanuni gözləntisi” yoxdur. Belə ki, X13 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. X13 Məhkəməsi qərarlarında dəfələrlə qeyd etmişdir ki, pensiya hüququ 1 saylı Protokolun 1-ci maddəsinin təsir dairəsinə düşsə də, həmin maddə konkret məbləğdə pensiya almaq hüququna təminat vermir. AHİM təcrübəsi: -Baxmayaraq ki, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud mülkiyyətinə şamil edilir və əmlak əldə etmək hüququ yaratmır (bax. Stummer Avstriyaya qarşı [GC], № 37452/02, § 82, AİHM 2011), müəyyən hallarda aktivin əldə edilməsi ilə bağlı “qanuni gözlənti” 1 saylı Protokolun 1-ci maddəsinin müdafiəsindən də istifadə edə bilər (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 37; Anheuser-Busch İnc. Portuqaliyaya qarşı [GC], № 73049/01, § 65, AİHM 2007-İ). -Beləliklə, maddi maraq tələb xarakteri daşıdıqda, milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduqda, məsələn, həll edildiyi halda, onun verildiyi şəxs “qanuni gözlənti” sahibi hesab edilə bilər, məsələn, mövcudluğunu təsdiq edən yerli məhkəmələrin formalaşmış təcrübəsi (bax: Kopecký Slovakiyaya qarşı [GC], № 44912/98, § 52, AİHM 2004-İX). Bununla belə, daxili qanunvericiliyin düzgün təfsiri və tətbiqi ilə bağlı mübahisə olduqda və ərizəçinin təqdimatları sonradan milli məhkəmələr tərəfindən rədd edildikdə heç bir qanuni gözləntinin yarandığını söyləmək olmaz (yenə orada, § 50). Bundan əlavə, qüvvədə olan qanunun ərizəçinin xeyrinə dəyişdiriləcəyinə inam 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün legitim gözlənti kimi qəbul edilə bilməz. Sadəcə ümid arasında fərq var, belə ki, başa düşüləndir ki, ümid və qanuni gözlənti ola bilər ki, hansı ki bu, sadəcə ümiddən daha konkret xarakter daşımalı və hüquqi müddəa və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 38; Qratzinger və Qratzingerova Çexiyaya qarşı (dek. ) [GC], № 39794/98, § 73, AİHM 2002-Vİİ). -Məhkəmə eyni zamanda bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi beləliklə, müəyyən məbləğdə pensiya hüququna təminat vermir (bax: Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 84 və § 113 və Yavaş və başqaları Türkiyəyə qarşı, №-li, heç 36366/06, § 40, 5 mart 2019-cu il). Bundan əlavə, müavinətin məbləği azaldıqda və ya dayandırıldıqda, bu, əsaslandırılmalı olan mülkiyyətə müdaxilə ola bilər (bax. Rasmussen Polşaya qarşı, № 38886/05, § 71, 28 aprel 2009-cu il). Bununla belə, maraqlı şəxs bu cür güzəştlərin verilməsi üçün daxili qanunvericilikdə müəyyən edilmiş hüquqi şərtləri təmin etmədikdə və ya təmin etməyi dayandırdıqda, 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlara heç bir müdaxilə olunmur (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 39; Bellet, Huertas və Vialatte Fransaya qarşı (dek.), № 40832/98 27 aprel 1999-cu il; X2rşı (dek.), № 26252/08, § 17, 10 aprel 2012-ci il; və Damjanac Xorvatiyaya qarşı, № 52943/10, § 86, 24 oktyabr 2013-cü il). -Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, onun üçün əsas məsələ ərizəçinin xüsusi pensiya tələb etməsi üçün daxili məhkəmələrin şərh etdiyi kimi, müvafiq daxili qanunvericilikdə kifayət qədər əsasın olub-olmadığını müəyyən etməkdir. (yuxarıda göstərilən Kopecký, § 54 və Damjanac, § 87, müqayisə edin). Məhkəmə iddianın təmin edilməsi üçün daxili qanunvericilikdə kifayət qədər əsasın və müəyyən edilmiş hüquqi şərtlərin ödəndiyini müəyyən etmir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1250/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1250/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver