Məhkəmə qərarları › İş №2-1(112)-12500/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12500/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12500/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X9 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 726 nömrəli, sahəsi 0.1170 ha olan bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 726 saylı bağ sahəsinin mərhum X10 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 726 nömrəli, sahəsi 0.1170 ha olan bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”ni xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nömrəli Sərəncamı ilə 250 №-li BTK nəznində olan Ləhiş bağ massivində yerləşən 726 nömrəli bağ sahəsi X10 ayrılmışdır. Nəzərə alınmalıdır ki, həmin sərəncam hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə torpaq sahəsinin iddiaçının mərhum ərinə məxsus olması barədə arayışın verilməsi üçün əsas qismində çıxış edir. Belə ki, torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirilməyib. Ümumiyyətlə həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Faktiki olaraq həmin sənəd öz hüquqi qüvvəsini saxlamışdır. İddiaçı torpaq (bağ) sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, torpağın ayrılması barədə sərəncamda ayrılan torpaq sahəsinin ölçüsü göstərilməmiş, eyni zamanda sərəncamda hüquq sahibinin ata adı “Hüseyn-Ağa” kimi, sərəncamda isə “Hüseyn” kimi qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.

5. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X12 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixli, **********58 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 862 nömrəli Sərəncamı ilə ayrılan torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Həmçinin xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə hüquq sahibinin ata adı “Hüseyn- Ağa oğlu” kimi, sərəncamda isə “Hüseyn” kimi qeyd edilmişdir. Həmçinin hüquq sahibinə 726 saylı bağın ayrılmasına dair order idarənin arxivində aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmişdir. Həmçinin müvafiq daşınmaz əmlakla bağlı sənədlərdə adı qeyd edilən hüquq sahibi ilə əlaqəli sənəd (vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi haqqında notariat ofisinin məktubu) təqdim edilməmişdir. Torpaq sahəsinin faktiki ölçüsü 0.1170 ha-dır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi

7. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli 3-52/2-N-65- 112/2024 nömrəli arxiv arayışı ilə Bakı ŞİHB-nın xx.xx.1994-cü il tarixli, 862 №-li sərəncamından çıxarış iddiaçıya (nümayəndəsi) təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən: 4. Aşağıdakı bağ-tikinti kooperativlərinin tərkibi təsdiq edilmiş. 4.1. Ləhiş ərazisindəki 250 №li Bağ tikinti kooperativi üzvlərinin siyahısı təqdim edilmiş. Siyahıya əlavə edilmişdir. 4.1.7... X13 – bağ № 726, uçot №-li SP 16246 xx.xx.2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X2 vərəsəsi – Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi, ev 51-də yaşayan arvadı İddiaçıdır. ünvan ünvanlanmış xx.xx.2024-cü il tarixli, X-1362 nömrəli məktubdan görünür ki, xx.xx.2013-cü il tarixdə vəfət etmiş mərhum X2 (d/t-xx.xx.1951) vərəsəsinin ərizəsinə əsasən notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı mərhum X2 vərəsəsidir. Vərəsəlik işinin həlli üçün mərhum X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 726 nömrəli bağ sahəsinə dair arayışın (forma 37) sorğunu təqdim edən şəxs vasitəsilə onlara göndərilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya (nümayəndəsi) ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-M- 0775-8/2023 **********58 nömrəli məktubunda bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 862 nömrəli Sərəncamı ilə ayrılan torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Həmçinin xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə hüquq sahibinin ata adı “Hüseyn-Ağa oğlu” kimi, sərəncamda isə “Hüseyn” kimi qeyd edilmişdir. Həmçinin hüquq sahibinə 726 saylı bağın ayrılmasına dair order idarənin arxivində aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmişdir. Həmçinin müvafiq daşınmaz əmlakla bağlı sənədlərdə adı qeyd edilən hüquq sahibi ilə əlaqəli sənəd (vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi haqqında notariat ofisinin məktubu) təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qonşu bağ sahələrinin özəlləşdirilmələrinə dair sənədlər: - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-760/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı X5 Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 726a saylı bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3361/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhər İHB-nın xx.xx.1994-cü il tarixli, 862 saylı Sərəncamda və 1 saylı Əlavədə qeyd edilmiş 734a saylı bağı üzərində X14 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həlavə edilməsi qərar alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********60 reyestr nömrəli “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 734a saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X15 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 720 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-ci il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********67 reyestr nömrəli “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 727 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X11 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır Məhkəmənin müvafiq sorğularına əsasən: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********66 nömrəli məktubu ilə “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və koordinatlar məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, bağ sahəsinin faktiki sahəsi 0.1170 ha-dır. Bağ sahəsinin sərhədləri şərtidir. Yerli baxış zamanı vətəndaş bağ sahəsinin döngə nöqtələrini şərti göstrərək ona aid olduğunu bildirmişdir. Bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

İV. Məhkəmənin mövqeyi

8. Məhkəmə iş materiallarını qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

9. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

12. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

13. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

16. İddiaçının əri – mərhum X3 726 saylı bağ sahəsinin ayrılması faktı Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 862 nömrəli sərəncamında göstərilənlərlə təsdiqlənir.

17. Cavabdeh inzibati orqanın imtinasının əsasları: 1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 862 nömrəli Sərəncamı ilə ayrılan torpaq sahəsinin ölçüsünün qeyd edilməməsi; 2. Orderin İdarənin arxivində aşkar edilməməsi; 3. Vərəsəlik haqqında şəhadətnamədə hüquq sahibinin ata adının “Hüseyn-Ağa oğlu” kimi, sərəncamda isə “Hüseyn” kimi qeyd edilməsi; 4. Vərəsəlik məktubunun təqdim edilməməsi; 5. Hasarlama işlərinin aparılmaması; 6. Torpaq sahəsinin faktiki ölçüsünün 0.1170 ha təşkil etməsidir

18. Cavabdehin istinad etdiyi birinci imtina əsasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh sərəncamda ayrılan torpaq sahəsinin ölçüsünün qeydi edilmədiyinə istinad etsə də, inzibati orqan kimi öz fəaliyyəti çərçivəsində inzibati araşdırmanın aparılmasını təmin etməmiş, siyahıda adları çəkilən şəxslərə ayrılan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alındığını nəzərə almamış, əslində BTK-nın üzvlərinin hər birinə 0,12 ha ölçüdə bağ sahəsinin ayrılması ilə bağlı XDS İK-nın qərarının mövcudluğuna məhəl qoymamışdır. Belə ki, Bakı Şəhər XDS İK-nın 14 iyun 1988-ci il tarixli 6/333 saylı sərəncamından da müəyyən olunur ki, müvafiq ərazidə ВТК üzvlərinin hər birinə 0,12 ha ölçüdə bağ sahəsi ayrılması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mərhum ərinə ayrılan torpaq sahəsinin ölçüsü Sərəncamda qeyd olunmasa da, həmin ВТК üzvlərinə ayrılan torpaq sahəsinin ölçüsünün 0,12 ha olması yuxarıda göstərilən qərarı ilə müəyyən olunmuşdur.

19. Cavabdehin istinad etdiyi ikinci imtina əsasına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, orderin İdarənin arxivində aşkar olunmaması hazırki iddia tələbinin təmin edilməsini istisna etməməlidir. Belə ki, torpaq sahəsi müvafiq sərəncama əsasən məsul olan qurum tərəfindən ayrılmışdır. Həmin sənəd isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin sərəncamın hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sərəncam öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənədin yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə onların məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hal-hazırda torpaq sahəsinin iddiaçının mərhum ərinə ayrılması barədə sərəncam qüvvədə olduğundan və mərhumun adının göstərildiyi siyahı İdarənin arxivində aşkar olunduğundan, orderin İdarənin arxivində aşkar olunmaması hazırki vəziyyətin təminini istisna etmir.

20. Cavabdehin imtinası əsası kimi istinad etdiyi üçüncü və dördüncü əsaslara münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 03 avqust 2024-cü il tarixli, X-1362 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X2 vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş, İddiaçı mərhum X2 vərəsəsi hesab edilmiş, miras qalmış əmlak kimi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 726 nömrəli bağ sahəsi müəyyən edilmişdir. Əlavə olaraq qeyd olunur ki, torpaq sahəsinin ayrılması barədə Sərəncamda və siyahıda mərhum Nadir Məmmədovun ata adının “Hüseyn-Ağa” əvəzinə “Hüseyn” kimi göstərilməsi nə onun, nədəki iddiaçının təqsiri nəticəsində olmamış və bu hal onların mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilməz. İddiaçının ata adında fərqliliyin olması sadəcə onun mülkiyyət hüquqlarını təşkil edən sənədlərdə deyil, həm də Müdafiə Nazirliyinin verdiyi arxiv arayışında da öz əksini tapmışdır. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 2-Q/M-1198-1/2024 nömrəli arxiv arayışından görünür ki, Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli müvafiq əmrinə əsasən mayor X7 N N-li hərbi hissənin komandirinin xx.xx.1992-ci il tarixli 12 “-li əmrilə xx.xx.1992ci il tarixdən arxa cəhbə taboru komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. HHQ və HHM Qoşunları Komandanının sərəncamına əsasən polkovnik-leytenant X8 N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 37 №-li əmrində (əsas: 1, səh 25, əmrdə adı Nadır və atasının adı Hüseyn yazılmışdır) xidməti vəzifəsinin icrasına başlanması barədə məlumat vardır. Göründüyü kimi “Hüseyn” və Hüseyn-Ağa” adları bir-birinə oxşar adlardır və arxiv sənədlərində də iddiaçının vəfat etmiş ərinin ata adında fərqlilik vardır, lakin bu fərqliliyin olması həmin şəxsin X7 olmasına şübhə doğurmur və bu hal hüquqi problemlərə səbəb olmamalıdır.

21. Cavabdehin imtina əsası kimi istinad etdiyi beşinci əsas ilə bağlı məhkəmə tərəfindən qeyd olunur ki, hasarlama işlərinin aparılıb-aparılmaması, torpaq sahəsindən mülkiyyətçinin istifadə qaydaları ilə bağlı olan haldır. Yəni, mülkiyyətçi və istifadəçi həmin torpaq sahəsini hasarlamaq, ümumi istifadəyə vermək və s. formada hüquqlarını həyata keçirmək hüququna malik olmuşdur ki, qeyd olunan formada istifadə mexanizmi hüququn qeydiyyatından imtina əsası hesab edilə bilməz. Hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

22. Məhkəmə cavabdeh inzibati orqanın son imtina əsası (torpaq sahəsinin faktiki ölçüsünün 0.1170 ha təşkil etməsi) ilə bağlı qeyd edir ki, iddiaçı bu əsasla razılaşmış, iddia tələbini “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 726 nömrəli, sahəsi 0.1170 ha olan bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” istiqamətində dəqiqləşdirmişdir. Beləliklə cavabdeh tərəfindən göstərilən sonuncu imtina əsası da aradan qaldırılmışdır.

23. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsində olduğundan, həmçinin torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam qüvvədə olduğundan, faktiki olaraq həm iddiaçıya, həm də onun mərhum ərinə vaxtı ilə etimad göstərilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmə qərarlarından və daşınmaz əmlaklara dair çıxarışlardan görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə qonşu torpaq sahələri daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmış və onlara müvafiq çıxarışlar verilmişdir. Belə olan halda iddiaçıya cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun da pozulmasına gətirib çıxarmışdır.

24. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mərhum ərinin qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasından və daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsindən imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. Eyni zamanda hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.

25. Qeyd etmək lazımdır ki, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6).

28. Hazırda qeyd edilən hallar iddiaçıya münasibətdə müəyyən edilməmişdir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Hüquqların dövlət qeydiyyatına alınması mülkiyyət hüququnun tanınması və qorunması məqsədilə həyata keçirilən bir prosesidir. Bu proses mülkiyyətin hüquqi statusunu rəsmi şəkildə təsdiqləyir və mülkiyyət sahiblərinin hüquqlarını qorumaq üçün əhəmiyyətlidir.

30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun

31. Yuxarıda sadalanan normaların və işin faktiki hallarının birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə bağ sahəsinin ayrılmasına dair icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam hüquqmüəyyənedici sənəd kimi göstərilmişdir. Belə olan halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Bu da iddiaçının hazırki iddia tələbində haqlı olduğuna əsas verir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir

32. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçının mərhum ərinə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd qüvvədədir. İddiaçının mərhum ərinə torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbindən də göründüyü kimi İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh isə həmin maddənin tələblərini nəzərə almadan formal imtina əsası ilə çıxış etmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. - 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 726 nömrəli, sahəsi 0.1170 ha olan bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

36. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 726 nömrəli, sahəsi 0.1170 ha olan bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdehə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar