Məhkəmə qərarları › İş №2-1(112)-12503/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12503/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12503/2023 26.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1) xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərimi hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə Qərar qəbul etməsi cavabdeh vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasını; 2) Qəbul edilmiş Qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində akdan irəli gələn ehtiyata buraxılmağını Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barəsində Məhkəmə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Qaradağ Rayon Şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmışdır, xx.xx.1991-ci il tarixdə hərbi xidmətini başa vurmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinə xx.xx.1992-ci il tarixdə təkrar hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissədə Kəlbəcər, Füzuli rayonları istiqamətindən gedən döyüşlərdə xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-600 №-li Arxiv arayışında qeyd edilib ki, İddiaçı N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 1992-ci il, mart-dekabr 1993-cü il, yanvar 1994-cü il tarixli nizami hissə üzrə əmrlərdə və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkarlanmamışdır. Qeyd edilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissədə Kəlbəcər, Füzuli rayonları istiqamətindən gedən döyüşlərdə xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3-12/2-30- 1258/23 saylı cavab məktubunda qeyd olunub ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər N saylı hərbi hissədə hərbi xidmət etməsi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Arxiv İdarəsi 40 min döyüşçiyə girişini qeyd etsədə, çıxışları haqqında məlumat vermir. xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Nazirlər Kabinetinin Müharibə Veteranları üçün 216 saylı Qərarı var, həmin qərar əsasında Hakimlər qərar qəbul etmir Müdafiə Nazirliyinin iddia ərizəsinə qarşı etiraz və yaxud münasibətini əsas götürərək Prosessual qanun pozuntularına yol verirlər və ədalətsiz qərar qəbul edirlər. Halbuki, ərizəyə əlavə olunan hərbi biletinin səhifəsində göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası SHXÇDX-nin Qaradağ Rayon Şöbəsi tərəfindən qeydiyyatdan keçərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində N saylı hərbi hissədə könüllü olaraq təkrar hərbi xidmətə yollanmış xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Bu sahəni tənzimləyən aidiyyətli maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş “Müharibə Veteranı”, “Silahlı Qüvvələr Veteranı” və “Əmək Veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tədbiq olunması qaydalarına dair təlimatının 1.6 bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya Orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya Hərbi Hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. İddiaçının adı yuxarıda göstərdiyi kimi, hərbi biletində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissədə xidmət etdiyimi təsdiq edən qeydlər vardır. Qanunda da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəziqəsinin verilməsi üçün əsasdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivin İdarəsindən iddiaçıya göndərilən Arxiv Arayışında göstərilənlərlə də təsdiq olunur ki, iddiaçının hərbi xidməti barəsində Arxivdə məlumatın olmaması iddiaçının təqsiri ucbatında olmamışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 701№-li hərbi hissə komandirinin avqust-dekabr 1992-ci il, mart-dekabr 1993-cü il, yanvar 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin yanvar-fevral 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.

4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin Bkaı şəhər Qaradağ rayon İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, 1971-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixlərdə Qaradağ rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə hərbi xidmətə çağrılmışdır. İddiaçı hərbi xidmət keçməsi barədə məlumat Xidmətin Qaradağ rayon İdarəsində yoxdur.

5. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 701 nömrəli həri hissədə xidmət etməsilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirlədirici materialın olmasına dair məlumat aşkar edilməmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışında bildirilmişdir ki, mərkəzləşdirilmiş uçotlarındakı məumata əsasən xx xxxxx 1971-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur.

7. Azərbaycan Respulikası Müdafiə Nazirliyi İİİ müdafiə nazirinin katibliyi xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komisssiya”nın xx.xx.2021-ci il və təkrar xx.xx.2023-cü il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-601 nömrəli arayışına əsasən hərbi idməti barədə məlumat olmadığına görə vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunmuşdur.

8. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia Azərbaycan Respublikası İnzibati-prosessual Məcəlləsinin 33.1-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair “Qərarının 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 9-cu bəndinə əsasən İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s) də mövcudluğu yoxlanılmalıdır. Bildirilmişdir ki, iddiaçı öz iddia ərzəsində Müdafiə Nazirliyi Mərkəzi arxivinə döyüşlərdə iştirak etməsi barədə arxiv arayışının verilməsi üçün müraciət etdiyini və ona Müdafiə Nazirliyi nüdafiə nazirinin katibliyi Mərkəzi arxivinin 07 fevral 2023cü il tarixli, 4/2-600 nömrəli arayışı verildiyini qeyd etmişdir. Beləliklə də Mərkəzi Arxiv tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, müvafiq araşdırılma aparılaraq, iddiaçının xidmətinə dair arayış təqdim edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

9. Məhkəmə iclasında tərəflər iştirak etmirlər.

II. İddianın mümkünlüyü

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

11. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müəyyən edilir.

12. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməlidir.

14. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli məktubu ilə hüquqi yardım göstərilərək iddia tələbini müharibə veteranı adı və vəsiqəsinin verilməsi kimi dəqiqləşdirib məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəməyə lazımi qaydada iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilməmişdir.

15. Məhkəmə hesab edir ki, iddiaçının məqsədi müharibə veteranı adının və vəsiqənin verilməsi olduğundan çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil.

16. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar