Məhkəmə qərarları › İş №2-1(112)-1251/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1251/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1251/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, Tərəflərin iştirakı ilə, iddiaçı Bayramov Bayram Məmməd oğlunun cavabdeh Nərimanov rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs qismində Cavabdeh2MTK cəlb edilməklə “27.04.2005-ci il tarixli 107 saylı və 15.09.2005-ci il tarixli 247 saylı sərəncamların icrasının dayandırılması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bayramov Bayram Məmməd oğlu cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı Cavabdeh2 MTK-ya Nərimanov rayon, Təbriz küçəsi 794-cü məhəllədə yaşayış binaların tikintisi üçün torpaq sahəsi ayrılması, inşaat pasportu, eskiz və işçı layihəsina dair Cavabdeh1 27.04.2005-ci il tarixli 107 saylı və 15.09.2005-ci il tarixli 247 saylı sərəncamların icrasının məcburi qaydada dayandırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında iddiaçıya yardım etmək məqsədi ilə məhkəmə iclasları keçirmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iddiaçının iddia ərizəsini nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı ilə cavabdeh arasında olan mübahisəyə inzibati məhkəmə icratatında baxıla bilməsi üçün, qaldırılmış iddia İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Göründüyü, kimi iddiaçının hazırkı iddiası yuxarıda qeyd edilmiş iddia növlərinə heç birinə uyğun deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Lakin hazırda iddiaçı Cavabdeh1 27.04.2005-ci il tarixli 107 saylı və 15.09.2005-ci il tarixli 247 saylı sərəncamları ilə onun hansı hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdi. Belə ki, məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı 15.05.2020-ci il tarixli məktubunda bildirmişdir ki, Cavabdeh1 başçısının 2005-ci il tarixli 107 saylı sərəncamı 27.04.2005-ci il tarixli deyil, 14.02.2005-ci il tarixli və 2005-ci ilin 247 saylı sərəncamı 15.09.2005-ci il tarixli deyil, 18.04.2005-ci il tarixli kimi Nərimanov rayon İH-nin arxiv fondu üzrə Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamlarda Cavabdeh2-ya torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Odur ki, qeyd olunan sərəncamların ksero surətləri 2(iki)vərəqdən ibarət Sizə göndərilir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi inzibati aktları ilə iddiaçının maraqlarına toxunması hallarına dair sübutlar mövcud deyil. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh1 başçısının 107 və 247-ci sərəncamlarından görünür ki, bu sərəncamlarda Cavabdeh2-ya Bakı şəhəri Təbriz küçəsi, 794-cü məhəllədə torpaq sahəsinin ayrılması barədə məlumat yoxdur. Cavabdeh1 27.04.2005-ci il tarixli 107 saylı və 15.09.2005-ci il tarixli 247 saylı sərəncamları ilə iddiaçının hüquqlarının pozulması, maraqlarına toxunması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələb irəli sürmək subyektiv hüququnun yaranması birmənalı şəkildə nəzərə çarpmır. İddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulması barədə halları iddia ərizəsində göstərməmiş və əsaslandırmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bayramov Bayram Məmməd oğlunun cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı Cavabdeh2 MTK-ya Nərimanov rayon, Təbriz küçəsi 794-cü məhəllədə yaşayış binaların tikintisi üçün torpaq sahəsi ayrılması, inşaat pasportu, eskiz və işçı layihəsina dair Cavabdeh1 27.04.2005-ci il tarixli 107 saylı və 15.09.2005-ci il tarixli 247 saylı sərəncamların icrasının məcburi qaydada dayandırılması barədə iddiası mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bayramov Bayram Məmməd oğlunun Cavabdeh1nə qarşı Cavabdeh2 MTK-ya Nərimanov rayon, Təbriz küçəsi 794-cü məhəllədə yaşayış binaların tikintisi üçün torpaq sahəsi ayrılması, inşaat pasportu, eskiz və işçı layihəsina dair Cavabdeh1 27.04.2005-ci il tarixli 107 saylı və 15.09.2005-ci il tarixli 247 saylı sərəncamların icrasının məcburi qaydada dayandırılması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar