Məhkəmə qərarları › İş №2-1(112)-1251/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1251/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1251/2024 06.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Elsəvər oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “iddiaçı barəsində cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********3205 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Elsəvər oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “iddiaçı barəsində cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********3205 nömrəli “Vergi ödəyicisininvergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi 17 aprel 2023-cü il tarixli, **********0731 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin edilmiş, ünvan 1 ünvanında yerləşən “Komagene” adlı kafedə operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 02 (iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilməsi səbəbindən 006328 saylı, xx.xx.2023-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda iddiaçı X3 barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxsə görə 2000 (iki min) manat olmaqla, ümumilikdə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulmasına hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq **********3205 saylı, 26 aprel 2023-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin Qərarla iddiaçı X4 Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ümumilikdə 4000 (dörd min) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qanunvericilikdə operativ vergi nəzarətinin həyata keçirilməsi ücün 5 (beş) əsas müəyyən edildiyi halda, 17 aprel 2023-cü il tarixli, **********0731 saylı əsasən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında bu əsaslardan hansının qeyd olunması və ümumiyyətlə qərarın əsaslandırılıbəsaslandırılmaması iddiaçıya məlum deyildir. Çünki, operativ vergi nəzarətinin həyata keçiriən orqan qeyd edilən qərarı iddiaçıya təqdim etməmişdir. Həmin qərar nə iddiaçı elektron kabinetində yerləşdirilmiş, nə də ki, şəxsən ona təqdim edilmişdir. Bu isə özlüyündə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar qəbul edilərkən Vergi Məcəlləsinin 50.20-ci maddəsinin tələblərinə riayət edilməsini aydınlaşdırmağa imkan vermir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarında əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi operativ vergi nəzarətinin qanunsuz hesab olunması üçün əsas kimi qəbul edilir. Məsələn, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2-1 (102)-510/2018 saylı qərarını nümunə kimi diqqətə çatdırmaq olar. Həmçinin, Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Qeyd edilən kimi, operativ vergi nəzarətinin həyata keçirən orqan qeyd edilən qərarı iddiaçı tərəfə təqdim etməmişdir. Beləki, Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********0768 saylı tələbnamə iddiaçıya məhz 18 aprel 2023-cü il tarixində təqdim edilmiş, qərarı isə ümumiyytlə təqdim etməmişdir. Cavabdeh orqanın tərtib etdiyi sənədlərdən görünür ki, vergi orqanı 18 aprel 2023-cü il tarixində zəruri olan sənədlərin təqdim olunması haqqında **********0768 saylı tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) iş günlük müddəti gözləmədən (həmin müddət tələbnamənin özündə belə qeyd edilmişdir) və sənədlərin təqdim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, elə 18 aprel 2023-cü il tarixində də operativ vergi nəzarətinin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Halbuki, qanunverici vergi orqanı üçün sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 (bir) iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Qanunvericilik vergi orqanına vergi nəzarəti tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitlərinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunmasını imperativ qaydada təsbit etsə də, vergi orqanı bu normaya əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən təqdim edilmiş iddia ərizəsinə etirazında cavabdeh göstərmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********0731 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən, xx.xx.2023-cü il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) AZ1141, ünvan 2 ünvanda yerləşən obyektə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli DVX seriyalı 006328 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********3205 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2023-cü il tarixli **********016400 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə saat 12:16-da oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində davamlı olaraq X6 barəsində vergi orqanının tərtib etdiyi akt və onun əsasında qəbul edilmiş qərardan bəhs edir. İlk növbədə bildirmək istəyirik ki, iş üzrə İddiaçıdur və adı çəkilən X6 barəsində cavabdeh tərəfindən hər hansı inzibati akt qəbul olunmamış, hazırda məhkəmə qaydasında mübahisələndirilən qərarda həmin şəxsin adı çəkilməmişdir. Bu hissədə iddiaçının kim barəsində məlumat verməsi aydın deyildir. İddiaçı operativ vergi nəzarəti tədbirinin keçirilməsinə dair qərarın əsaslandırılmaması və ona rəsmi qaydada təqdim edilməməsini təkrarlamaqla cavabdeh orqanın prosessual pozuntuya yol verdiyini bildirməyə çalışır. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Belə ki, qeyriməşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Operativ vergi nəzarəti tədbirinin keçirilməsinə dair qərarın rəsmi qaydada təqdim edilməməsinə münasibətdə bildiririk ki, iddiaçının dediklərinin əksinə xx.xx.2023-cü il tarixli **********0731 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar operativ vergi nəzarətinin həyata keçirildiyi gün, yəni xx.xx.2023-cü il tarixdə İddiaçı təqdim edilmiş və onun tərəfindən “tanış oldum” qeydi ilə imzalanmışdır. İddiaçı operativ vergi nəzarəti zamanı foto və ya video çəkilişdən istifadə edilmədiyini vurğulamaqla nəzarət tədbirinin keçirilmə qaydalarının pozulduğunu bildirmişdir. Operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı normalar Vergi Məcəlləsinin 50ci maddəsində təsbit edilmişdir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinin tələbinə görə operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı Vergi Məcəlləsinin 39-43-cü və 46- 49-cu maddələrinin müddəaları tətbiq edilir. Başqa sözlə desək, operativ vergi nəzarəti zamanı münasibətləri Vergi Məcəlləsinin 50-ci maddəsi ilə yanaşı, 39-43-cü və 46-49-cu maddələri də tənzimləyir. Foto və video çəkilişin aparılmasını nəzərdə tutan 41.1-ci maddə Vergi Məcəlləsinin 39-43-cü və 46-49-cu maddələri ilə kompleks şəkildə qiymətləndirilməlidir. Vergi Məcəlləsinin 48- ci maddəsində tərtib edilən protokola dair ümumi tələblərdə foto və video çəkilişin aparılması tələblər siyahısında nəzərdə tutulmadığından səyyar vergi yoxlamaları və OVN zamanı icra olunan hərəkətlər əsasən protokol və aktlarla rəsmiləşdirilir, yalnız zərurət olduqda bu hərəkətlərlə bağlı foto və video çəkiliş aparılır. Eyni zamanda bildiririk ki, sözügedən normanın (41-ci maddə) məzmunundan da göründüyü kimi, foto və ya video çəkilişdən istifadə olunması imperativ tələb kimi nəzərdə tutulmamışdır. Vergi orqanları baxış zamanı aşkar olunmuş pozuntu hallarının qeydə alınması zamanı foto və video çəkilişdən istifadəni həyata keçirməkdə səlahiyyətlidir. Nəzərə alsaq ki, iddiaçı izahat verərək həmin şəxslərin onun tərəfindən əmək fəaliyyətinə cəlb edilməsi faktını etiraf etmişdir, bu halda foto və ya video çəkilişin sübut qismində təqdim edilməsi əhəmiyyətini itirmiş olur. Operativ vergi nəzarəti zamanı video çəkilişdən istifadə edilmişdir və zərurət yaranacağı təqdirdə məhkəməyə təqdim edilməsi təmin ediləcəkdir. Son olaraq iddiaçı ümumi sözlərdən istifadə etməklə operativ vergi nəzarəti zamanı əmək fəaliyyətinə cəlb edilmiş şəxslərin sınaq məqsədilə orada olduqlarını, bu tip obyektlərin işçi ilə əmək müqaviləsi bağlamazdan əvvəl onların peşə biliklərini yoxlamalı olduğunu bildirmişdir. Operativ vergi nəzarəti nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli sərbəst aktdan da görünür ki, nəzarət tədbiri həyata keçirildiyi zaman iddiaçı obyektdə olmamış, telefon əlaqəsindən sonra obyektə gələrək etirafedici izahat vermiş, 2 nəfərin həqiqətən onun obyektində “köftəçi” vəzifəsində çalışdığını qeyd etmişdir. Lakin iddiaçının təkidi ilə həmin 2 nəfər - X7 və X5 izahat verməkdən imtina etmişdirlər. Həmçinin proses gedişində “işçilərin onunla əmək müqaviləsi bağlanması halını dəqiqləşdirmək üçün” mühasibi Fuad adlı şəxslə əlaqə saxlamış və həmin telefon zəngindən qısa müddət sonra isə yuxarıda adı qeyd olunan 2 nəfərin əmək müqaviləsi bildirişi elektron sistemə daxil edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə təqdim edərək, iddianı müdafiə etdiyini və təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı, 006328 nömrəli, 18 aprel 2023cü il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə keçirilən operativ vergi nəzarəti İddiaçı iştirakı ilə keçirilmiş və aktın bir nüsxəsi iddiaçıya təqdim edilmişdir. 18 aprel 2023-cü il tarixli, 006328 saylı akta əlavədən görünür ki, aparılmış operativ vergi nəzarəti nəticəsində fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısı (X7 və X5) tərtib edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********0768 nömrəli, xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, “Nəzarət kitabçası” əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzlər, xidmət müqavilələri barədə məlumatlar, elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlərin 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi AZİ 108. Bakı şəhəri Binəqədi rayonu ünvanına təqdim edilməsi barədə İddiaçı Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrinə əsasən tələb edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3205 nömrəli, xx.xx.2023-cü il tarixdən Qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2023 tarixədək 4000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********3206 nömrəli tələbnamədən görünür ki, iddiaçıdan büdcəyə ödənilməli olan 4000 manat vəsait xx.xx.2023-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi-nin AZ 17CTRE******************** №-li hesabına ödənilməsi tələb edilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********0731 nömrəli Qərara əsasən, İddiaçı məxsus obyektdə Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. məsələsi(ləri) üzrə xx.xx.2023 il tarixdən xx.xx.2023 il tarixədək (xx.xx.2023 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 17 aprel 2023cü il tarixli, KY231912457 nömrəli çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı Elsevər oğlunun fəaliyyət göstərdiyi 13001 Komagene Elmlər; Az1141 Bakı şəhəri Yasamal rayonu Haqverdiyev ev.74G ünvanında operativ vergi nəzarəti xx.xx.2023-xx.xx.2023-cü il müddətində keçiriləcəkdir. xx.xx.2023-cü il tarixli “Akt”dan görünür ki, İddiaçı Eləsvər oğlunun fəaliyyət göstrədiyi restoranda operativ vergi nəzarəti keçirilmiş, əmək müqaviləsi (kontrakt) olmadan 2 nəfər işçi olduğu aşkar edilmiş, vergi ödəyicisi tərəfindən həmin şəxslərin işçi olduğu bildirilmişdir. İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə təqdim etdiyi 18 aprel 2023-cü il tarixli izahatında bildirmişdir ki, fəaliyyət göstərdiyi restoranda operativ vergi nəzarəti zamanı aşkar edilən 2 nəfər işçi ilə bağlı əmək müqaviləsinin olub-olmaması ilə bağlı mühasibi ilə dəqiqləşdirdikdən sonra tələbnamədə göstərilən müddətdə vergi orqanına təqdim edəcək, həmin şəxslərə əmək haqqı onun tərəfindən aylıq verilir. “Sənədlərin və nümuna kimi əşyaların götürülməsi haqqında” **********0769 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Əhmədov X1”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”lər, xidmət müqavilələri barədə məlumatlar, elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlər götürülməsinin həyata keçirilməsi və əşyaların nümunə kimi götürülməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinin müddəalarına uyğun olaraq həyata keçirilməsi qərara alınmışdır. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” DVX 005442 nömrəli, xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, götürmə həyata keçirilməzdən əvvəl fərdi sahibkar İddiaçı sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərar təqdim edildi. Vergi ödəyicisinin götürməkdə iştirak edən nümayəndəsi (İddiaçı) protokolun surətinin əldə edilməsindən imtina etmişdir. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında bildiriş İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə oxunmuşdur. 7L5BY8Z000100 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı tərəfindən X7 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır; işə başlama tarixi xx.xx.2023-cü il, əmək müqaviləsinin növü müddətli; müddətinin qurtardığı tarix xx.xx.2024-cü il, əməyin ödənilməsi forması vaxtamuzd kimi göstərilmişdir.. 7BVTH97000900 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı tərəfindən X5 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır; işə başlama tarixi xx.xx.2023-cü il, əmək müqaviləsinin növü müddətli; müddətinin qurtardığı tarix xx.xx.2024-cü il, əməyin ödənilməsi forması vaxtamuzd kimi göstərilmişdir.. İş materiallarından məhkəmə müəyyən etmişdir ki, iddiaçı ********** nömrəli VÖEN əsasında ünvan 2 ünvanda “Komagene” Elmlər Çiy köftə “ adlı obyektdə (restoranlar tərəfindən xidmətlərin göstərilməsi növündə) sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş və cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli **********3205 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı barəsində qəbul edilmiş inzibati aktın qanunsuz olduğunu əsas götürərək, həmin aktın ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:..50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Həmin Məcəllənin 50.2. –ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən: ...2. işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs;...4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir;... 5. əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 5-1.əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd.Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən (əmək müqaviləsinin forması) 1. Əmək müqaviləsi yazılı formada bağlanır.2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İş materiallarından göründüyü kimi xx.xx.2023-cü ildə həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçı tərəfindən ondan tələb olunan sənədlər (əmək müqavilələr) cavabdehə təqdim edilməmişdir. Vətəndaşlar M.M.Nəbili və Q.V.Zeniyev xx.xx.2023-cü il tarixdən iddiaçı tərəfindən işə cəlb edilməsinə baxmayaraq, onlarla bağlanılmış əmək müqavilələr yalnız 17 gün sonra 18 aprel tarixində mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. Halbuki yuxarıda istinad olunan qanunvericilik normalarından da görünür ki, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.1.-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2.-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1. ci maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1.vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3 elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Həmin Məcəllənin 70.2-2. ci maddəsinə əsasən, sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Həmin Məcəllənin 70.2-3. –ci maddəsinə bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Həmin Məcəllənin 70.2-4. ci maddəsinə əsasən, vergi ödəyicilərinin müraciətlərinə vergi orqanının cavabları elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisinin müraciəti əsasında həmin cavabların kağız daşıyıcıda olan surəti ona verilir. Mübahisə ilə bağlı araşdırılmış hallar onu göstərir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********3205 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar Azərbaycan Respublikası Vergi Məcəlləsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununa uyğun şəkildə qəbul edilməklə tərəflər arasında razılaşdırılmış qaydada - elektron qutuda yerləşdirməklə- iddiaçıya təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Elsəvər oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “iddiaçı barəsində cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********3205 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar