Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12522/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı David oğlunun iştirakı ilə, İddiaçı David oğlunun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qarşı “təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı David oğlu Bakı İnzibati məhkəməsinə müraciət edərək Müharibə veteranı olaraq AR Bədən Tərbiyyəsi və İdman Akademiyasında əlavə təhsil aldığı müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ikinci ali təhsil almaq üçün Azərbaycan Respublikası Bədən Tərbiyyəsi və İdman Akademiyasına qəbul olunmuşdur. Qanunvericiliyə əsasən əlavə təhsil yalnız ödənişli əsaslarla mümkündür. Lakin Təhsil haqqında AR Qanunda dəyişiklik edilməsi barədə 07 may 2024 - cü il tarixli AR Qanunun 14.8-1.3-cü bəndinə əsasən dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir: İddiaçı müharibə veteranı olduğundan və qeyd olunan Qanunu rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təhsil haqqından azad olunmağı ilə bağlı müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətə cavab olaraq qeyd edilmişdir ki, müvafiq məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə daxil olmuş elektron müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 8.2-ci bəndinə əsasən əlavə təhsil yalnız ödənişli əsasında həyata keçirildiyi bildirilmişdir. İddiaçı hesab edir ki, müraciətə cavab olaraq verilmiş imtinanın əsasları Təhsil haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 07 may 2024cü il tarixli Azərbaycan Respublikası Qanununun ilə ziddiyyət təşkil edir .
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti uzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qəydası”nın 8.2-cı bəndinə əsasən əlavə təhsil yalnız ödənişli əsasda həyata keçirilir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 5.4-cü maddəsinə əsasən dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Həmçinin “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli, 163 nömrəli qərarına əsasən əlavə təhsilin digər istiqamətləri (yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Bu halda təhsil üçün ödənişin miqdarı müvafiq qaydalara uyğun müəyyənləşdirilir.
5. İş materiallarına əlavə olunmuş M/V 123792 nömrəli Müharibə Veteranı vəsiqəsinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən İddiaçı David oğluna müharibə veteranı statusu verilmişdir.
6. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5.4-cü maddəsinə əsasən dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən İddiaçı David oğluna təqdim olunan T 028907 və İ 028239 nömrəli şəhadətnamələrdən onun xarici dövlətdə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın ölkə ərazisində tanınması müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 8.2-ci bəndinə əsasən əlavə təhsilin həmin Qaydanın 8.1-ci bəndində nəzərdə tutulmayan istiqamətləri (yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. İddiaçı David oğlunun hazırda əlavə təhsil almaq üçün ali təhsil müəssisəsinə qəbul olunmuşdur ki, bu halda onun ödənişsiz təhsil alması nəzərdə tutulmamışdır.
7. Azərbaycan İdman Akademiyası tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı David oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”nın tələblərinə müvafiq olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (indiki Azərbaycan İdman Akademiyası) xx.xx.2023cü il tarixli T-441 nömrəli əmri ilə bakalavriat ali təhsil səviyyəsinin Məşqçilik ixtisasının qiyabi təhsilalma formasının İİ tədris ilinə ödənişli əsaslarla qəbul olunmuşdur. Hazırda Akademiyanın İİİ tədris ilində təhsilini davam etdirir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrası haqqında iddiadır.
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
12. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı David oğlu “müharibə veteranı” olduğunu bildirərək Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasında əlavə təhsil aldığı müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini təmin etmişdir.
13. Cavabdeh orqan iddiaçının tələbinin təmin olunmasından etiraz edərək “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarına istinad etmişdir.
14. “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın əlavə təhsilinin istiqamətini, məzmununu, formasını, təşkilini və onlara müvafiq sənədin verilməsi qaydalarını müəyyən edir. 1.2. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır. 8.2. Əlavə təhsilin digər istiqamətləri (yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Bu halda təhsil üçün ödənişin miqdarı müvafiq qaydalara uyğun müəyyənləşdirilir.
15. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: (əvvəlki redaksiyada) 14.8-1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.
16. 07 may 2024-cü il tarixli 1145-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda 14.8-1-ci maddə aşağıdakı redaksiyada verilmişdir: 14.8-1. Sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir: ...14.8-1.3. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;
17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Maddə 149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. İİ. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. İİİ. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. İV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. V. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Vİ. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu: 1.0.12. normativ hüquqi aktların kolliziyası – eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu); Maddə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi 2.1. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. 2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. 2.3. Referendumla qəbul edilmiş akt (bundan sonra – referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir. 2.4. Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendum aktı tətbiq edilir. 2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. 2.6. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. 2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. 2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. 2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. 2.10. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin V hissəsi və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 49-cu maddəsinin İİ, İİİ, İV və V hissələri ilə müəyyən edilir. Maddə 10. Normativ hüquqi aktların kolliziyasının həlli qaydaları 10.1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. 10.2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. 10.3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. 10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. 10.5. Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. 10.6. Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir. 10.7. Dövlət orqanlarının struktur bölmələri normativ hüquqi aktlar qəbul etmək hüququna malik deyildirlər. 10.8. Naxçıvan Muxtar Respublikasında normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. Maddə 11. Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması qaydalarının tətbiqinin ardıcıllığı 11.0. Normativ hüquqi aktların kolliziyası aşağıdakı ardıcıllıqla aradan qaldırılır: 11.0.1. birinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilir; 11.0.2. kolliziya aradan qaldırılmadıqda ikinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 10.2-10.5-ci maddələrinin normaları tətbiq edilir.
19. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı arasında kolliziya olması nəticəsində yaranmışdır.
20. Məhkəmə ilk növbədə nəzərə alır ki, qanunvericiliyin məzmunundan göründüyü kimi “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarına münasibətdə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” məhz “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır. Belə olan təqdirdə hazırki iş üzrə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun normaları tətbiq olunmalıdır.
21. Məhkəmə qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 14.8-1ci maddəsinə edilmiş xx.xx.2024-cü il tarixli dəyişiklik əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur (maddə 14.8-1.3). Müvafiq maddədə ali təhsil müəssisələrində əlavə təhsil alan şəxslər istisna edilməmiş; sosial müdafiəyə xüsusi ehtiyacı olan bütün şəxslərin ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qeyd edilmişdir.
22. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, İddiaçı David oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (indiki Azərbaycan İdman Akademiyası) xx.xx.2023-cü il tarixli T-441 nömrəli əmri ilə bakalavriat ali təhsil səviyyəsinin Məşqçilik ixtisasının qiyabi təhsilalma formasının İİ tədris ilinə ödənişli əsaslarla qəbul olunmuşdur, hazırda Akademiyanın İİİ tədris ilində təhsilini davam etdirir (Azərbaycan İdman Akademiyası tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən), eyni zamanda “müharibə veteranı” statusuna və vəsiqəsinə malikdir (iş materiallarına əlavə olunmuş M/V 123792 nömrəli Müharibə Veteranı vəsiqəsinə əsasən).
23. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur və İddiaçı David oğlu “Müharibə veteranı” olduğu nəzərə alınaraq Azərbaycan İdman Akademiyasında əlavə təhsil aldığı müddətdə təhsil haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. https://eqanun.az/framework/56964
24. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı David oğlunun Azərbaycan İdman Akademiyasında əlavə təhsil aldığı müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin təmin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva