Məhkəmə qərarları › İş №2-1(112)-1253/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1253/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1253/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8 (hüquq məsləhətçisi, ünvan 1 ünvanında qeydiyyatda olan), İddiaçının nümayəndəsi və vəkili X2 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X14 (böyük hüquqşünas, ünvan 3 ünvanında qeydiyyatda olan) iştirakları ilə, X6 İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi, silinmiş artıq ödəmə məbləğinin şəxsi vərəqəyə geri qaytarılması tələbi barədə inzibati mübahisəyə dair işə Bakı şəhərində məhkəmənin binasında şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 İddiaçımiyyəti Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3rşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin yenidən şəxsi vərəqəyə geri qaytarılması; xx.xx.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən təyin edilmiş və xx.xx.2018-ci il tarixdə Səyyar vergi yoxlaması Aktına əsasən artıq ödəmənin geri qaytarılması üçün müvafiq tədbirlər görülməsinin cavabdehə həvalə edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarının ləğv edilməsi, xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin şəxsi vərəqəyə geri qaytarılması, Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 xx.xx.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən təyin edilmiş və xx.xx.2018-ci il tarixdə Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının “X21” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi faktiki olaraq sair ixtisaslaşmış topdan satış ilə məşğul olur. “X21” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əsasnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1999-cu il tarixdə ilkin qeydiyyata, xx.xx.2011-ci ildə isə 2-ci redaksiyada qeydiyyata alınmış və nümayəndəliyə Dövlət qeydiyyatı haqqında 555 №li şəhadətnamə verilmişdir. xx.xx.2004-cü il tarixdən ********** №-li VÖEN ona məxsusdur. X1 «X21» MMC tərəfindən təsis edilmişdir. Təsdiq edilmiş Əsasnaməyə əsasən vergi ödəyicisinin təşkilati hüquqi forması nümayəndəlikdir. Nümayəndəlik ünvan 4 ünvanında idxal olunmuş malların emalı (digər hüquqi şəxsə «RAM BNT LTD» MMM-yə) verilməsi və emal olunmuş hazır məhsulların ixrac fəaliyyəti ilə məşğul olur. Bu müddət ərzində mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Hesabatları vaxtlı-vaxtında ödəmiş və üzərinə düşən vergiləri vicdanlı vergi ödəyicisi kimi ödəmişdir. Bütün əməliyyatlar, hesabatlar, vergi hesab fakturaları elektron qaydada göndərildiyindən bütün məlumatlara, gömrük bəyannamələrinə, xərclərə nəzarət edilməsi mümkündür. İlk öncə cəmiyyətin fəaliyyəti zamanı heç bir vergidən yayınma halları baş verməmiş, qanunvericilik çərçivəsində bütün vergi hesabatlarını vermiş və vergilər vaxtlı-vaxtında ödənilmişdir. Müraciətin əsas səbəbi xx.xx.2018-ci ildə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən şəxsi hesab vərəqəsindən artıq ödəmə olan 1.864.930.70 manatın silinməsi ilə bağlıdır. Belə ki, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Gəlirlər Departamenti tərəfindən **********915300 “Tələb etmə və əvəzetmə müddəti bitmiş artıq ödəmə barədə bildiriş” göndərilmiş və xx.xx.2018-ci il tarixə şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 1.864.930,7 manat artıq ödəmə, VM-nin 85.5-ci maddəsinə əsasən silinmişdir. Belə ki, iddiaçının şəxsi vərəqəsində olan məlumata görə xx.xx.2018-ci il tarixə 2.041.792.24 manat artıq ödəmə öz əksini tapır. Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqlarından biridir. Yuxarıda qeyd edilən müddəaya əsasən 2016-cı ilin sonu iddiaçının şəxsi hesab vərəqəsindən artıq ödəmə silinməsi halı baş verdi və 2017-ci ildə məhkəmədə artıq ödəmənin geri qaytarılması iddiası ilə məhkəmədə iş vardı. Bundan əlavə xx.xx.2017-ci ildə təkrar olaraq xx.xx.2017-ci ildə və yenidən təkarar olaraq xx.xx.2017-ci il tarixdə artıq ödəməninin geri qaytarılması barədə ərizələr tərəflərindən cavabdeh təşkilata təqdim edilmişdir. Ərizələrə cavablar müxtəlif olmuşdur. İlkin olaraq cavab alınmışdır ki, müraciətdə göstərilən məbləğ müəyyən edilməmişdir. xx.xx.2017-ci il tarixli ərizəsinə isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 baxılaraq xx.xx.2017-ci il tarixli Qərar əsasında səyyar vergi yoxlaması təyin edilmişdi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş məhkəmə qaydasında araşdırılaraq xx xxxx 2017-ci il tarixli 2-1(81)- 1377/2017 saylı Qərardad ilə iddia mümkün sayılmamış, əsas kimi isə Bakı şəhəri X7 xx.xx.2017-ci il tarixli Qərarı əsasında səyyar vergi yoxlamasının təyin edilməsi və yoxlamanın başa çatmaması, nəticəsinin bəlli olmaması əsas götürülmüşdür. xx.xx.2017ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin İnzaibati-İqtisadi Məhkəməsinin qərardadı ilə şikayət təmin edilməmişdir. xx.xx.2018-ci il tarixdə Səyyar vergi yoxlama Aktı qəbul edilərək bu yoxlama nəticəsində ciddi nöqsanlar aşkar edilməmiş və eyni tarixli qərarla Nümayəndəlik 11.70 manat həcmində vergi məsuliyyətinə cəlb edilmişdi. Səyyar vergi yoxlaması aktının 13/16 səhifəsinin 2.3-cü bəndində şəxsi vərəqədə xx.xx.2018-ci il tarixə 2.014.373,44 manat artıq ödəmə olduğu qeyd edilir. Səyyar vergi yoxlaması artıq ödəmənin qaytarılmasına görə 2017-ci ildə yazılmış ərizə əsasında başlandığından bu Səyyar vergi yoxlamasının nəticəsində artıq ödəməninin geri qaytarılıb qaytarılmaması məsələsi həll edilmədi, qərar qəbul edilmədən açıq qaldı. Nəticə etibarı ilə nəticəsi onlara bildirilməli idi. Tərəflərindən 2016-2017-ci illər ərzində dəfələrlə müraciətlər olmuş, səyyar vergi yoxlaması keçirilib, lakin bu günə kimi müvafiq orqan tərəfindən yazılı cavab onlara təqdim edilməmiş və müvafiq rəy göndərilməmişdir. Bundan əlavə Departamentin baş direktorunun müavini, baş vergi xidməti müşaviri Vüqar Rzayev tərəfindən xx.xx.2017-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, “Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olması əsası ilə səyyar vergi yoxlaması aparılır və nəticəsi barədə əlavə məlumat veriləcəkdir”. Lakin nəticəsi barədə onlara heç bir məlumat verilməmişdir. Həmin vaxtdan aylar keçməsinə baxmayaraq xx.xx.2018-ci il tarixdə onlara heç bir məlumat, qərar, üzləşmə aktı, bildiriş (qanunvericiliklə müəyyən edilən müvafiq hüquqi akt) elektron qaydada göndərilmədən şəxsi hesab vərəqədən 1.864.930.70 manat silinmişdir. 1.864.930.70 manat silinməsi barədə məlumatı isə xx.xx.2018-ci il tarixdə aldıqları “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” barədə olan bildiriş oldu. Azalmanın hansı illəri, hansı illərə aid olan məbləğlərin silinməsi barədə bildirişdə ətraflı məlumat yazılmamışdır. Müraciətlərində də onlara bu barədə açıqlamalar, qərar və ya akt təqdim edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.2-ci maddəsinə əsasən Vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Onlar tərəfdən heç bir müddət ötürülməsi baş verməmiş, əksinə qanunvericiliklə 20 günə qaytarılmalı olan artıq ödəmə barədə onlara heç bir yazılı məlumat verilməmiş və məbləğ geri qaytarılmamışdır. xx.xx.2018-ci il tarixli Bakı şəhəri X12 tərəfindən göndərilən Bildirişə xx.xx.2019-cu ildə cavab yazaraq, şəxsi vərəqədən silinən 1.864.930.70 manatın düzgün olaraq silinmədiyi, heç bir müddəti ötürmədiklərini bildirərək bundan əvvəl yazdığı ərizə, akt, məktub və məhkəmə qərarlarını göndərmişlər və 1.864.930.70 manatın şəxsi vərəqə geri qaytarılmasını və şəxsi vərəqədə olan bütün məbləğin onlara geri qaytarılması üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Lakin təkrar olaraq onlara xx.xx.2019-cu ildə xx.xx.2019-cu il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, 2.083.800 manat vəsait şəxsi hesab vərəqəsində yoxdur. Axı onlar müraciət etdiyi 2017-ci il idi və həmin məbləğ şəxsi hesab vərəqədə var idi. Hətta keçirilən Səyyar vergi yoxlamsı aktında da artıq ödəmə məbləği dəqiq həmin günə, yəni xx.xx.2018-ci ilə 2.014.373,44 manat yazılmış, xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsində iki milyon artıq ödəmə var idi. Vergi orqanı tərəfindən artıq ödəmənin geri qaytarılması barədə ərizə əsasında təyin edilmiş Səyyar vergi yoxlamasının nəticəsi bəlli olmadan, onlara cavab yazılmadan xx.xx.2018-ci ildə yenidən şəxsi vərəqədən 1.864.930.70 manat silinmişdir. Hesab olunur ki, qanunvericiliyin tələblərinə ziddir və sahibkar kimi onların hüquqları pozulur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Tərəflərindən vaxtında müraciət edilmiş, müraciətləri icra edici orqanın icraatında olmuş, tələb etmə müddətinə əməl edilmişdir. Halbuki Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergi orqanlarının vəzifələri: vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə; 24.0.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Dəfələrlə cavabdeh orqana izahat və məktublarla müraciət edilmiş, lakin dəqiq cavab alınmamışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, xx.xx.2018-ci il tarixə “X21” MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində tələbnamə müddətini keçmiş 1.864.930,70 manat “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Komissiya tərəfindən çıxarılmış xx.xx.2018-ci il tarixli **********889700 saylı Qərara əsasən silinmiş və bu barədə iddiaçıya **********915300 nömrəli xx.xx.2018-ci il tarixli bildiriş göndərilmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 il ərzində artıq ödənilmiş məbləğin qaytarılması tələb edilmədiyindən qanunvericiliyə uyğun olaraq 1864930.70 manat məbləğ “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Komissiya tərəfindən çıxarılmış xx.xx.2018-ci il tarixli **********889700 saylı Qərara əsasən silinmişdir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsində 2010-cu il, 2011-ci il dövrlərə nəzər yetirilsə artıq ödəmənin mövcud olmasına baxmayaraq iddiaçı tərəfindən ilk olaraq xx.xx.2017-ci il tarixdə **********742900 nömrəli artıq ödəmənin qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Qeyd olunanlara və Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən artıq ödənilmişvergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasının və ya əvəzləşdirilməsinin 5 illik tələb etmə müddətinin bitməsinə əsasən qanunvericiliyin tələbinə uyğun olaraq 1.864.930,70 manat məbləğ “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Komissiya tərəfindən çıxarılmış xx.xx.2018-ci il tarixli **********889700 saylı Qərara əsasən silinmişdir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Qaydaların 7.1ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir.Eyni zamanda yuxarıda adı çəkilən Qaydaların 7.2-ci maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi hald, gecikdirilmiş müddət üçün faiz ödənilmir.Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4cü maddəsində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması Qaydaları” ilə tənzimlənir. Qeyd olunan Qaydaların 3.1-ci bəndinə əsasən büdcəyə artıq ödənilmiş vəsaitlərin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş ərizə forması ilə müraciət edilməlidir. Ərizədəvergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında, qaytarılacaq bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməklə) və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırılmalıdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X13, iddiaçının nümayəndəsi və vəkili X9 iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X17r. İşdə olan vergi orqanı tərəfindən iddiaçının xx.xx.2017-ci il tarixli müraciətinə dair cavab məktubundan görünür ki, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində keçirilən səyyar vergi yoxlamasının yekunlaşdırılması və artıq ödəmənin qaytarılması barədə xx.xx.2017-ci il tarixli müraciətinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikasındakı Nümayəndəliyində Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanskiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olması əsası ilə səyyar vergi yoxlaması aparılır və nəticəsi barədə əlavə məlumat veriləcəkdir. İşdə olan Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Vergilər Nazirliyi yanında Bakı şəhəri X10 ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsindən görünür ki, iddiaçı 2.083.800 (iki milyon səksən üç min səkkiz yüz) mant məbləğində artıq ödəmənin qaytarılması ilə bağlı cavabdehə müraciət etmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, **********092069 saylı səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X12 tərəfindən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi üzrə Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 xx.xx.2017-ci il tarixli, **********091510 saylı qərarına əsasən Vergilər Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə may 2014-fevral 2017 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama xx.xx.2017-ci il tarixdə başlanıldı və xx.xx.2018-ci il tarixdə başa çatdırılmışdır. Həmin aktın 2.3-cü bəndindən görünür ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarında xx.xx.2018-ci il tarixə 2.014.373,44 manat artıq ödəmə müəyyən edilmişdir. Vergi yoxlamasının nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyənnamədə göstərilən məbləği verginin göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 23,40 manat vergi məbləğinə 50% miqdarında, yəni 11.70 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Yoxlama xx.xx.2017-ci il tarixli, **********756900 nömrəli xidməti məlumat əsasında təyin edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2056/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardadına əsasən X6 “X21” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1377/2017 nömrəli iş üzrə xx xxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardad əsasında müəyyən edilənlərdən görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1377/2017 nömrəli iş üzrə xx xxxx 2017-ci il tarixli qərardadı ilə X6 “X21” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin şəxsi hesab vərəqəsində “artıq ödəmə” kimi qeyd edilən məbləğin – 2.079.354,39 manatın qaytarılması üçün müvafiq rəyin verilməsinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmamışdır. Qərardadda göstərilmişdir ki, Rusiya Federasiyasının “X21” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin artıq vergi ödənilməsinə dair müraciət əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 xx xxxxx 2017-ci il tarixli qərarı ilə Rusiya Federasiyasının “X21” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi üzrə Vergilər Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə may 2014-fevral 2017 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi qərara alınması nəticəsində tərəflər arasında yeni münasibətlər yaranmışdır. Odur ki, tərəflər arasındakı yeni münasibətlər üzrə onun nəticəsi, yəni yoxlamanın nəticəsi iddiaçını qane etmədikdə mübahisələndirilə bilər. İşdə olan Bakı şəhəri X12 tərəfindən iddiaçıya ünvanlanmış “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə” xx.xx.2018-ci il tarixli, ********** saylı bildirişdən görünür ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmçinin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. xx.xx.2018 tarixə şəxsi hesab vərəqəndə tələb etmə müddəti bitmiş 1.864.930.7 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğinin şəxsi hesab vərəqində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmişdir. İşdə olan Vergilər Nazirliyi yanında Bakı şəhəri X12 tərəfindən iddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə dair cavab məktubundan görünür ki, onun artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. O, xx.xx.2019-cu il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə müraciət edərək 2.083.800,00 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Müraciətə baxılarkən təqdim edilmiş ərizədə qeyd edilən artıq ödəməməbləğinin şəxsi hesab vərəqəndə mövcud olmadığı müəyyən edilmişdir. Qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyi yanında X11 və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. İşdə olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2019-cu il tarixli, **********982200 saylı məktubdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının şəxsihesab vərəqəsində dondurulmuş artıq ödəmə məbləğinin geri qaytarılması ilə bağlı müraciətinə Vergilər Nazirliyində baxılmış və bildirilmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin qeyd olunan maddəsinə uyğun olaraq xx.xx.2018-ci il tarixə cəmiyyətin şəxsi-hesab vərəqəsində tələb etmə müddəti bitmiş 1.864.930,70 manat artıq ödəmə məbləği müəyyən edilərək, “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmişdir. İşdə olan Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apelyasiya Şurasına göndərilmiş 02/19 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı əsassız olaraq xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsində silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin yenidən şəxsi vərəqəyə geri qaytarılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 2-ci bəndinə uyğun olaraq həmin məbləğdən istifadə hüququnun icra edilməsi üçün (artıq ödənilmiş vergilərin qaytarılması və əvəzləşdirilməsi) şəraitin yaradılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan X16 Rusiya Federasiyasının “X21” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının şəxsi hesab vərəqəsindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 85.5-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixində 1.864.930,70 manat məbləğində azalma aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X7 xx xxxxxx 2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında Komissiya tərəfindən çıxarılmış” Qərarından görünür ki, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx xxxxxx 2018-ci il tarixinə dövlət büdcəsinə artıq ödənilmiş 1.864.930,7 manat məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi ilə bağlı vergi ödəyicisinin tələbetmə müddəti bitmiş hesab edilmişdir. Məhkəmə araşdırması dövründə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən hansı məbləğdə artıq ödəmə edildiyi, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2017-ci il tarixdən əvvəlki son 5 il ərzində artıq ödəməsinin nə qədər olması barədə suallar qoyulmuşdur. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 9/1232 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixədək Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin büdcəyə ümumilikdə 2.083.819,92 manat məbləğində artıq ödəmə həyata keçirildiyi, o cümlədən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə 1.880.165,25 manat büdcəyə artıq ödəməsi olduğu müyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. İddiaçının tələbi ilkin olaraq xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarının ləğv edilməsi, xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin şəxsi vərəqəyə geri qaytarılmasından ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının vergi orqanın göstərilən qərarı əsassız olduğundan ləğv edilməli, silinmiş məbləğ iddiaçının şəxsi vərəqəsinə geri qaytarılmalıdır. Belə ki, vergi orqanı göstərilən məbləğin silinməsinə əsas olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən 5 il ərzində artıq ödənilmiş məbləğin qaytarılması tələb edilmədiyi əsası ilə silindiyini, həmçinin iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət keçdiyindən, ləğv edilməsinin qeyri-mümkün olduğunu göstərmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Həmin Məcəllənin 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Vergi Məcəlləsinin 179.1-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir; 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.2. Məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.3. cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir. Məhkəmə cavabdehin etirazında 2010-2011-ci il dövrləri üzrə artıq ödəmənin mövcud olmasına baxmayaraq iddiaçı tərəfindən ilk olaraq xx.xx.2017-ci il tarixdə artıq ödəmənin qaytarılması barədə ərizə ilə müraciət etməsi, bununla da 5 illik tələbetmə müddətini itirməsi barədə göstərdiyi xüsusatlara münasibətdə qeyd edir ki, İş üzrə verilmiş ekspert rəyinə əsasən, həmçinin iş materiallarında olan şəxsi hesab vərəqəsində iddiaçının xx.xx.2010-cu il tarixdən artıq ödəməsinin yaranması müəyyən edilsə də, lakin qüvvədə olan qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən etmişdir. Belə olan halda fəaliyyətdə olan vergi ödəyicisi olaraq iddiaçının ilk artıq ödəməsinin yarandığı 2010-cu il tarixinin əsas götürülməklə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsində göstərilən əsaslarla 5 il ərzində tələb etmək hüququnu itirmiş hesab edilməsi, göstərilən əsasla xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərar əsasında xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsindən 1.864.930.70 manat artıq ödəmə məbləğinin silinməsi əsassız olmuşdur. Həmçinin eskpert rəyində Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək yaranmış 2.138.470,99 manat vergi öhdəliyinin ilk növbədə həmin dövrün əvvəlinə, yəni 2012-ci ilin fevralın 24-nə büdcə ilə hesablaşmalarda mövcud olan 1.495.269,21 manat artıq ödəmə, sonra isə həmin dövr ərzində büdcə ilə hesablaşmalarda yaranmış 2.718.839,70 manat azalma hesabına nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Bu isə hesablama zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarının ləğv edilməsi ilə bağlı tələbetmə müddəti də ötürülməmişdir. Belə ki, iddiaçı xx xxxxx 2019-cu il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində xx.xx.2018-ci il tarixdə onlara heç bir məlumat, qərar, üzləşmə aktı, bildiriş (qanunvericiliklə müəyyən edilən müvafiq hüquqi akt) elektron qaydada göndərilmədən şəxsi hesab vərəqədən 1.864.930,70 manat məbləğin silinməsini göstərmişdir. Daha sonra hazırlıq icraatı mərhələsində cavabdeh tərəfindən mübahisələndirilən qərar məhkəməyə təqdim edildikdən sonra xx xxx 2019-cu il tarixdə iddiaçıya rəsmi təqdim edilmiş, bundan sonra xx xxxx 2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, göstərilən qərarı mübahisələndirmişdir. Göstərilən dövrədək qərarın iddiaçıya təqdim edilməsi iş materialları ilə müəyyən edilməmiş, iddiaçı onun şəxsi hesab vərəqəsindən 1.864.930,70 manat məbləğin silinmənin aparılmasını yalnız xx xxxxxx 2018-ci il tarixdə ona göndərilmiş bildiriş əsasında müəyyən etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Belə olan halda iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 30 gün müddət ötürülmədən qərarın mübahisələndirilməsi ilə bağlı tələb irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” qərarı əsassız olduğundan ləğv edilməli, həmin qərar əsasında xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləği şəxsi vərəqəyə geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının tələbi Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 xx.xx.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən təyin edilmiş və xx.xx.2018-ci il tarixdə Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İş materiallarından görünür ki, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin artıq vergi ödəməsinə dair müraciəti əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 xx xxxxx 2017-ci il tarixli qərarı ilə Vergilər Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən Rusiya Federasiyasının İddiaçımiyyətinin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə may 2014-fevral 2017 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Həmin yoxlama əsasında vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarında xx.xx.2018-ci il tarixə 2.014.373,44 manat artıq ödəmə olması müəyyən edilmişdir. Həmçinin iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixədək Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin büdcəyə ümumilikdə 2.083.819,92 manat məbləğində artıq ödəmə həyata keçirildiyi, o cümlədən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə 1.880.165,25 manat büdcəyə artıq ödəməsi olduğu müyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində artıq ödəmə məbləğinin 1.864.930.70 manat hissəsinin xx.xx.2018-ci il tarixdə tələb etmə müddəti keçməsi əsası ilə cavabdeh tərəfindən əsassız olaraq iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən silinməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə iddia tələbindən kənara çıxmadan hesab edir ki, xx.xx.2018-ci il tarixdə Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi barədə iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarı ləğv edilməli, xx.xx.2018-ci ildə iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin şəxsi vərəqəyə geri qaytarılmalı, Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 xx.xx.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən təyin edilmiş və xx.xx.2018-ci il tarixdə Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarı ləğv edilsin və xx.xx.2018-ci ildə Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləği şəxsi vərəqəyə geri qaytarılsın. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X12 tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət nəfinə keçirilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar