Məhkəmə qərarları › İş №2-1(112)-1253/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1253/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1253/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Birgə iddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı8, İddiaçı7 və vəkili Vəkil2 və qeyrilərinin, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X12, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X3, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X5 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “registrə salınma haqqında qeydin, özəlləşdirmə haqqında sərəncamın, özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesab edilməsi və s.” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin X14 X27, Azərbaycan Respublikası Dövlət Əmlak Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 noyabr 2017-ci il tarixli 43/01 saylı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin X14 üzrə Auksoin Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokolu, ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri - yaşayış sahə ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X13 arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı Müəssisənin (obyektin) alqı-satqı müqavilə etibarsız hesab edilməsi və cavabdeh X6 adına ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri - yaşayış sahə ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bunun nəticəsində verilmiş çıxarış ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 98 saylı bina "xxxx" MTK tərəfindən üzvlərin payları əsasında 1965-ci ildə inşa edilmişdir. Biunanın inşası üçün torpaq sahəsi Bakı şəhər X8 İcraiyyə Komitəsinin 12.01.1963-cü il tarixli 37/1452 saylı qərarına əsasən ayrılmışdır. Sözügedən bina elə o zamandan "xxxx" MTK-nın üzvlərinin istifadəsində və mülkiyyətindədir. Bir müddət öncə onlara məlum oldu ki, binaya aid 188.3 kv. m. qeyri-yaşayış sahə dövlət əmlakı adı ilə hərrac yolu ilə 29 noyabr 2017-ci il tarixli 3739 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi əsasında cavabdeh X1 və hətta dövlət reyestrdən çıxarış da verilmişdir. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilmısi ilə bağlı Məhkəməyə müraciət olunmuşdur və Bakı Apellyasiya Məhkəməsi 24 may 2019-cü il tarixli qətnamə ilə iddia cavab verməli olan bütün şəxslərə qarşı yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququmuzun olduğu bizə izah edilmişdir. Məhkəmə prosesslərində Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi bildirmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi dövlət əmlakı olduğu üçün onun barəsində səlahiyyəti olan Əmlak Məsələləri Dövlət Komitəsidir və bu apellaysiya instansiya məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. Eyni zamanda, 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokoluna və Əmlak Məsələləri Dövlət Komitəsinin 06 may 2019-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri - yaşayış sahə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş və həmin qeyri-yaşayış sahəsi “Dövlət Əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununa və Dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən digər qanunvericilik aktlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 28 noyabr 2017-ci il tarixdə keçirilmiş hərracda X11 tərəfindən özəlləşdirilmişdir. Cavabdehlərin fikrincə, sözügedən qeyriyaşayış sahə hərraca çıxarılan zaman Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 0/273 saylı 04 iyun 2019-cü il tarixli məktubundan görünür ki, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 98 saylı bina "xxxx" MTK-ya məxsusdur və həmin bina Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında deyildir. Balanssaxlayacı rəsmi məktubla bildirir ki, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 98 saylı bina "xxxx" MTK-ya məxsusdur və həmin bina Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında deyildir, buna baxmayaraq, Əmlak Məsələləri Dövlət Əmlak Komitəsi həmin binanın bir hissəsi olan qeyri-yaşayış sahəsi ilə bağlı hərrac keçirir, alqı-satqı müqaviləsi bağlayır və sonradan çıxarış verir. Bununla bağlı onlar mülki qaydada məhkəməyə müraciət etdilər və baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsi 10 noyabr 2020-ci il tarixli qətnamə ilə bizim iddialarını təmin etmişdir, Ali Məhkəmə 05 aprel 2021-ci il tarixli qərarı ilə hazırki işin tərəfləri inzibati orqan olduqlarından is üzrə icraata xitam verərərk iddiaçılara inzibati qaydada məhkəməyə müraciət etmək hüququnu izah etdi. Belə olan halda, inzibati qaydada məhkəməyə müraciət edirlər.

3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı4, X10, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nın X14 X27nə, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və X9 qarşı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05.04.2021-ci il tarixli qərarına əsasən müəyyən olunur ki: 28.11.2017-ci il tarixli 43/01 saylı hərrac protokoluna əsasən Bakı şəhər İH MKTD Nəsimi rayon MKTB-nin ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi və zirzəmisinin bir hissəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılmış, hərracın qalibi X13 olmuş, satılan əmlakın dəyəri 35000 manat olmaqla, sonuncu tərəfindən hərrac vasitəsi ilə satın alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini ilə X5 arasında bağlanmış 29.11.2017-ci il tarixli 3739 saylı müəssisənin alğısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini «alıcının» Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi X14 X27 tərəfindən 28.11.2017-ci il tarixdə keçirilən hərracda 43/01 saylı protokola əsasən satın aldığı 188,3 kvadrat metr qeyri-yaşayış sahəsi (5 mərtəbəli binanın yarımzirzəmisi, 130.4 kvadrat metr və zirzəminin bir hissəsi 57,9 kvadrat metr) təşkil edir. ünvan 1 ünvanında yerləşən 188,3 kvadrat metr qeyri-yaşayış sahəsinin hərracdan satış qiyməti ilə 35000 manata satın alır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, B.Məmmədquluzadə küçəsində istifadədə olan 98 saylı evin 188,3 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ali Məhkəmənin qeyd edilən qərarı ilə mülki iş üzrə məhkəmə icraatına xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə hərrac cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın X14 X27 tərəfindən keçirilmiş və həmin cavabdeh inzibati orqandır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31 və 31.1.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Komitənin X14 X27 inzbati orqanlardır. İddiaçıların hazırkı iş üzrə mübahisələndirdikləri protokolun qəbul edilməsi ilə nəticələnmiş hərrac Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin X14 X27 tərəfindən keçirilmişdir... ...İddiaçılar iddia tələbində inzibati orqan olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş hərracın yekunlarını və hərracdan irəli gələn alğı-satqı müqaviləsini və müqavilə əsasında verilmiş çıxarışı mübahisələndirirlər. Nəzərə alınmalıdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş hərracı Mülki Məcəllənin 414 və 415-ci maddələri ilə tənzimlənən müqavilələrin hərracda bağlanması qaydaları ilə eyniləşdirmək olmaz. Çünki mülki qanunvericiliklə tənzimlənən hərraclarda təşkilatçı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış hərrac təşkilatı çıxış edə bilər. Bu zaman ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Belə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik protokol imzalayırlar. X19 X27 tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qalibinin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində dövlət orqanı olan Əmlak Məsələləri Dövlət Komitəsi ilə hərracın (müsabiqənin) qalibi müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçılar həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu iddia edirlər. Belə olan halda mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aiddir.

4. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən, sahəsi 188.3 kv.m olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla daşınmaz dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Həmin qeyriyaşayış sahəsi 28 noyabr 2017-ci il tarixində keçirilmiş hərracda X13 tərəfindən özəlləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 09.12.1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin ikinci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin 07.01.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin 03.06.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 2.3.22-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı ilə özəlləşdirilir. Beləliklə mübahisə predmeti olan qeyri-yaşayış sahəsi dövlət büdcəsinin vəsaiti hesabına inşa edildiyindən həmin sahə dövlət mülkiyyətində olmuş və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 09.12.1999cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə’’yə uyğun olaraq dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır. Bundan başqa bildirilir ki, iddiaçılar hazırkı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa da malik deyildirlər. Belə ki, iddiaçılar iddia ərizəsində mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi bina "xxxx" MTK-ya məxsus olduğundan, Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd olunan əmlakı özəlləşdirmək səlahiyyətinin olmadığını qeyd etmişdirlər. Bununla bağlı bildirilir ki, iddiaçıların hazırkı tələbi bundan əvvəl dəfələrlə məhkəmə araşdırmalarının predmeti olmuşdur. Belə ki, əvvəlki məhkəmə araşdırmaları zamanı iddiaçılar mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin ilk öncə "xxxx" MTK-ya, daha sonra isə məhkəmə sorğuları əsasında “Müəllim (Учитель)” MİK-ya məxsus olduğunu iddia etsələr də, nə qeyd olunan hüquqi şəxslərin mövcud olması, nə də həmin kooperativlərin adından iddianı imzalamaq səlahiyyətinə malik olmaları müəyyən olunmamışdır. Eyni zamanda mülki işə baxılması zamanı birinci və apellyasiya instansiyası məhkəmələrinin sorğularına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi tərəfindən verilmiş cavab məktublarında yuxarıda qeyd olunan kommersiya qurumlarına dair həmin orqanlarda hər hansı məlumatın mövcud olmadığı qeyd olunmuşdur. Belə olan halda, "xxxx" MTK və “Müəllim (Учитель)" MİK adlı hüquqi şəxs mövcud olmadığından onun adından qaldırılmış hər hansı iddia qanuni sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Beləliklə, iddiaçılar "xxxx" MTK və ya “Müəllim (Учитель)” MİK adından o halda iddia qaldırmaq hüququna malik ola və əmlakın hüquqi şəxsə məxsus olduğunu iddia edə bilər ki, hüquqi şəxs dövlət qeydiyyatına alınmış olsun. Lakin əvvəlki məhkəmə mübahisəsi zamanı müəyyən olunmuşdur ki, nə “Müəllimlər" MTK, nə də “Müəllim (Учитель)” MİK adlı hüquqi şəxsin mövcud olması barədə dövlət orqanlarında hər hansı məlumat yoxdur. Bundan əlavə, iddiaçılar məhkəməyə təqdim etdikləri ərizədə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 04.06.2019-cu il tarixli məktubuna əsaslanlanaraq mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin "xxxx" MTK-ya məxsus olduğunu iddia etmişlər. Halbuki, qeyd olunan məktubun əsassızlığı əvvəlki məhkəmə mübahisəsinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman məhkəmənin müraciətlərinə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 10.09.2020-ci il tarixli, eləcə də Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 07.09.2020-ci il tarixli cavab məktubları ilə sübut olunmuşdur. Belə ki, qeyd olunan məktublarda "Müəllim” Mənzil İstismar Kooperativinə, eləcə də digər mənzil tikinti kooperativlərinə aid hər hansı hüquqi sənədlərin və məlumatların həmin qurumlarda mövcud olmadığı qeyd edilmişdir. Belə olan halda iddiaçıların mənzil tikinti kooperativlərinə dair hər hansı hüquqi sənədə malik olmayan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin formal mülahizə əsasında tərtib etdiyi 04.06.2019-cu il tarixli əsassız məktuba istinad edərək mübahisəli qeyri-yaşayış sahəsinin "xxxx" Mənzil istismar Kooperativinə məxsus olması barədə iddia ərizəsində qeyd etdikləri tamamilə əsassızdır. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi özəlləşdirilən zaman iddiaçılar həmin sahə üzərində hər hansı hüquqa malik olmamış, özəlləşmə zamanı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunvericilik normaları pozulmamışdır.

5. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıların iddia tələbi ilə bağlı idarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bununla əlaqədar, iddianın mümkün sayılmaması xahiş edilir.

6. Eyni zamanda İddiaçılar İddiaçı8 və İddiaçı9 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, X21 Auksion Mərkəzinə və X7 qarşı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 998 saylı kooperativ binanın ümumi sahəsi 188.3 kv.m olan qeyri-yaşayış sahəsinin satılması ilə bağlı Hərracların Təşkli X27 tərəfindən 28 noyabr 2017-ci il tarixdə keçirilən hərracın və cavabdeh X11 ilə həmin qeyri-yaşayış sahəsinə dair bağlanmış 29.11.2017-ci il tarixli, 3739 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmçinin mübahisəli qeyriyaşayış sahəsinə cavabdeh B.S.Ramazanovun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.12.2017-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər (iş nömrə 2-1(112)-6584/2021 sədrlik edən A.Abdullayeva). Qeyd edilən iş üzrə 29.09.2021-ci il tarixli məhkəmə qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6584/2021 saylı və 2- 1(112)- 7466/2021 saylı inzibati işlər 2-1(112)-7466/2021 sayı altında bir icraatda birləşdirilmişlər.

7. Məhkəmənin 09.03.2022-ci il tarixli qərardadı ilə iddiaçıların ərizəsi əsasında iddia tələbinin ünvan 5 ünvanda yerləşən 188.3 kv.m. qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakının dövlət registrinə salınması haqqında qeydin, özəlləşdirilməsinə dair 19.01.2017ci il tarixli sərəncamın və özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesab edilməsi, 28 noyabr 2017-ci il tarixli 43/01 saylı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin X14 üzrə Auksoin Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokolu, ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri - yaşayış sahə ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X13 arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı Müəssisənin (obyektin) alqı-satqı müqavilə etibarsız hesab edilməsi və cavabdeh X6 adma ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri - yaşayış sahə ilə əlaqədar daşınmaz əmlakın döviət reyestrində aparılmış qeydiyyat və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir.

8. Məhkəmənin hazırlıq icraatı üzrə icraatında iştirak edən iddiaçılar, eləcə də iddiaçılardan İddiaçı7 vəkili Vəkil2 iddia tələbinin məzmununa uyğun izahat verməklə bildirdilər ki, "xxxx" mənzil-tikinti kooperativi 1960-cı ildə yaradılmış və pay sahibləri tərəfindən binanın tikilməsi üçün sərmayə qoyulmuşdur. Burada 0,65 ha həyətin ümumi sahəsində, beşmərtəbəli, beş bloklu, 60 mənzilli olan bina, zirzəmi və 188,3 kv.m sahəsi olan yarımzirzəmisi, həmçinin zirzəminin mebeli, kondinsionerləri, nasosxana, işıqlandırma və elektrik sistemlərinin alınması və quraşdırılması, həyətin yaşıllıqla abadlaşdırılmış istirahət zonası, kooperativ üzvlərinin yığıncağı üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi pay sahiblərinin sərmayəsi hesabına inşa edilmişdir. Bina 1965-ci ildə istismara verilmişdir. Binanın texniki pasportu və sahə sənədləri yaradılmışdır. Bütün xərclər kənardan heç bir maddi köməklik olmadan sakinlər (pay sahibləri) tərəfindən ödənilmişdir. Bundan əlavə, sözügedən binanın yarızimzəmisi "Azərittifaq "ııı laboratoriyasına icarəyə verilmişdir və alınan vəsait həyətin təmizlik işlərinə, xadimə xidmətlərinə, kooperativin mühasibi və kooperativ sədrinə əmək haqqı ödəmək üçün xərclənirdi. 2002-ci ildə binanın sakini X15 "xxxx" MTK-nın sədr vəzifəsini ələ keçirdikdən sonra əvvəllər icarəyə verilən yarımzirzəmini öz şəxsi ofisinə çevirərək MTK-nı icarədən gələn vəsaitdən məhrum edib. 2017-ci ildə məlum olur ki, pay sahiblərinin ümumi istifadəsində olan 188,3 kv.m sahəsi olan yarımzirzəmi saxta sənədlərlə oğlu X5 adına keçirilib. Sakinlərin haqlı etirazına cavab olaraq Ramazanov Səfər onu Birjada 35 min manata aldığını deyir. Bütün bunlardan sonra kooperativ üzvləri iclas keçirərək Ramazanov Səfəri səsvermə ilə tutduğu vəzifədən azad edirlər. Sənədlərin və binaya aid möhürün təhvil-təslim zamanı məlum olur ki, binaya və ümumi sahə yə aid olan texniki pasport və kooperativin nizamnaməsi guya itirilib. Eyni zamanda təhvil alınan möhür "xxxx" MTK-nın möhürü yox, "xxxx" mənzil istismar kooperativ möhürü kimi qeyd olunmuşdur. Bu illər ərzində Ramazanov Səfər tərəfindən sakinlərə yaşayış yeri üzrə arayışlar verilmişdir. Nümunə üçün həmin arayışlardan birini məhkəməyə təqdim edirlər. Vergilər Nazirliyinə, icra hakimiyyətinin kooperativlər üzrə idarəsinə və Ədliyyə Nazirliyinə ünvanlanmış sorğulara rəsmi cavabda bildirilir ki, həmin möhür heç bir dövlət qurumunda qeydiyyatdan keçməyib. Hətta vaxtilə MİK "xxxx" tərəfindən vaxtilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müvəqqəti xarakterli müdafiəyə dair ərizə təqdim edilmiş, Əmlak Komitəsinin səlahiyyətli nümayəndəsi məhkəmədə çıxış edərkən bildirib ki, 1965-ci ildə dövlət tərəfindən 188,3 kv.m sahəli zirzəminin tikintisinə büdcədən pul ayrılıb. Lakin bunu təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmayıb. Amma pay sahiblərinin təqdim etdikləri sənədlərə əsasən bina 1963-cü ildə inşa edilmiş, 1965-ci ildə isə sakinlərin istismarına verilmişdi. Hazır tikilmiş binaya sonradan dövlət tərəfindən pul ayrıla bilməzdi. Odur ki, iddianın təmin olunmasını xahiş etmişlər.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı zəruri cəlbetmə qaydasında üçüncü şəxs X5 nümayəndəsi iştirak edərək bildirdi ki, "xxxx" MTK adlı qurum rəsmi olaraq mövcud olmamışdır. Sakinlər arasında binanın idarətməsini təşkil etmək məqsədilə öz aralarında X11 sədr seçilmişdir. X11 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilmiş hərracda iştirak etmiş və vicdanlı olaraq qeyd edilən qeyri-yaşayış sahəsini hərracdan satın almışdır.

II. İddianın növü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

15. Məhkəmə hesab edir ki, iddia tələbi daşınmaz əmlakın dövlət registrində qeydin ləğvi hissəsində öhdəliyin icrası haqqında, sərəncamın ləğvi hisəssində isə mübahisələndirməyə dair iddiadır.

16. Sərəncamın ləğvi hisəssinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən hissədə iddia tələbi məhkəmə araşdırması zamanı dəqiqləşdirilmiş, həmin sərəncamın iddiaçılara həmin vaxtadək (hazırkı araşdırmayadək) məlum olduğu və təqdim edildiyi iş materiallarına əsasən müəyyən olunmur, qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmə mübahisəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05.04.2021-ci il tarixli qərarına əsasən mülki işin icraatına xitam verilmişdir (mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aid olduğu üçün). Bu səbəbdən məhkəmə hesab edir ki, müvafiq prosessual müddət ötürülməmişdir.

17. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

22. İddia tələbi daşınmaz əmlakın dövlət registrində qeydin ləğvi və sərəncamın ləğvi hisəssində mümkündür.

III. Məhkəmənin mövqeyi

23. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arxiv çıxarışına əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsi tərəfindən 12.01.1963-cü il tarixli qərarla mənzil-tikinti kooperativlərinin xahişi təmin olunmuş, müəllimlər kooperativinə ünvan 6 ünvanında bina tikintisi üçün 635 kv.m. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı şəhər XDS OK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 12.01.1963cü il tarixli 37/1452 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərara nizamnamə və digər sənədlər əlavə edilmişdir. Bakı şəhər İcraiyyə Komitəsi tikinti və arxitektura şöbəsi tərəfindən 635 kv.m. torpaq sahəsində yerləşən C.Məmmədquluzadə küçəsi 96 və 98 binalarına dair müəllimlərin mənzil-tikinti kooperativinin adına (sifarişçi qismində) inşaat pasportu təsdiq edilmişdir. Bakı şəhər XDS İcraiyyə Komitəsinin 12.01.1963-cü il tarixli 37/1450 saylı qərarı ilə 635 kv.m. torpaq sahəsində yerləşən C.Məmmədquluzadə küçəsi 96 və 98 binalarının əsaslı tikintisi ilə bağlı sakinlərin köçürülməsi qərara alınmışdır.

24. Belə olan halda “Müəllim (Учитель)” MİK-in mövcud olmaması nəticə düzgün deyil.

25. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəməyə ünvanladığı etirazdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 07.01.1965-ci il tarixli 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin 03.06.1983-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR-də mənzil - tikinti kooperativinin Nümunəvi Nizamnaməsi»nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimaiiaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Qeyd edilən normativ hüquqi aktlara əsasən ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli kooperativ binanın yarımzirzəmi və zirzəmisindəki qeyri-yaşayış sahələri dövlət vəsaiti hesabına inşa edilməklə dövlət mülkiyyətindədir və həmin əmlaka dair dövlət əmlakının Registrində qeydiyyat mövcuddur. Bakı şəhəri, İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, 1962-ci ildə istismara verilən 5 mərtəbəli kooperativ binasının cəmi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) 2063 kod, 008- 00360012 registr nömrəsi ilə qeydiyyata alınmışdır. Yarımzirzəminin sahəsi 130,4 kvadrat metr olmaqla ***-*******2-01, zirzəminin sahəsi isə 57,9 kvadrat metr olmaqla isə 008- 00360012-002 registr nömrəsi ilə qeydiyyata alınmışlar.

26. Bakı şəhəri, İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, 1962-ci ildə istismara verilən 5 mərtəbəli kooperativ binasının cəmi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) 2063 kod, ***-*******2 registr nömrəsi ilə qeydiyyata alınmışdır.

27. Müvafiq registr qeydinin aparılması üçün əsas qismində Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşlarının C.Məmmədquluzadə küçəsi 98 ünvanında istifadəsiz qeyriyaşayış sahəsinə 05.01.2017-ci il tarixli baxış aktı və isifadəsiz olan daşınmaz dövlət əmlakının inventarlaşdırılmasına dair akt olmuşdur.

28. Əmlak Məsələləri Dövlət Komitəsi üzrə verilmiş “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” 19.01.2017-ci il tarixli 09 nömrəli Sərəncamın 2-ci bəndinə əsasən, həmin sərəncamın 1 və 2 nömrəli əlavəsində göstərilən müəssisələrin (obyektlərin) və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi həmin müəssisələr (obyektlər) haqqında məlumatlar “Mülkiyyət” qəzetində dərc edildikdən azı 30 (otuz) gün keçdikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada respublikanın şəhər və rayonlarında hərraclar vasitəsilə həyata keçirilməsi qərara alınmış, həmin sərəncama 2 nömrəli əlavədə (hərraca çıxarılan istifadəsiz olan daşınmaz dövlət əmlakının siyahısı) 6cı sırada qeyri-yaşayış sahəsi, balanssaxlayıcı Bakı şəhəri İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi 130,4 kv.m və zirzəminin bir hissəsi 57,9 kv.m. ümumi faydalı sahəsi 188,3 kv.m., əmlakın ilkin satış qiyməti 70.000 manat, hərraca çıxarılan ümumi ilkin satış qiyməti 70.000 manat olaraq göstərilmişdir.

29. “Mülkiyyət” qəzetində 22.01.2017-ci il tarixdə (№03(1006)) dərc olunmuş elana əsasən, 21 fevral 2017-ci il tarixdə saat 11:00-da respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq istifadəsiz olan daşınmaz əmlakın siyahısında 6-cı sırada qeyd edilən qeyriyaşayış sahəsi göstərilmişdir.

30. Əmlak Məsələləri Dövlət Komitəsi ilə X11 arasında bağlanmış müəssisənin (obyektin) 29.11.2017-ci il tarixli 3739 nömrəli alqı-satqı müqaviləsinə əsasən, müqavilənin predmetini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi X14 X27 tərəfindən 28.11.2017-ci il tarixdə keçirilən hərracda 43/01№-li protokola əsasən satılan ünvan 1 ünvanında yerləşən 188,3 kv.m qeyri-yaşayış sahəsi (5 mərtəbəli binanın yarımzirzəmisi 130,4 kv.m. və zirzəmisinin bir hissəsi 57,9 kv.m.) hərracdan satış qiyməti ilə (ilkin hərrac qiyməti) 35000 manata Ramazanov X2.

31. ünvan 1 ünvanında yerləşən 188,3 kv.m qeyri-yaşayış sahəsi 18.12.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

32. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 25.05.2009-cu il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina "xxxx" MİK-nin üzvlərinin vəsaiti hesabına tikilmişdir. Bu binanın özülünə aid texniki zirzəmi ümumilikdə mənzil-tikinti kooperativi fondunu təşkil etməklə ayrılmaz daşınmaz əmlakı kimi binanın ümumi balansında oturur.

33. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 04.06.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina "xxxx" MTK-ya məxsusdur və həmin bina Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında deyil.

34. Məhkəmə qeyd edir ki, özəlləşdirmənin obyekti özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Hazırkı iş üzrə isə mübahisə predmeti olan əmlakın isə dövlət mülkiyyətində olması iş materialları ilə öz əksini tapmır. Əksizə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş registrdən çıxarışda əmlak haqqında məlumat qrafasında mənzil tikinti kooperativ binasının qeyriyaşayış sahəsi olduğu göstərilmişdir. Belə olan halda həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarıla bilməzdi. Mübahisəli binanın Bakı şəhər İH MKTD Nəsimi rayon MKTB-nin balansında olmadığından, həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarıla bilməzdi. Odur ki, məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən, 1962-ci ildə istismara verilən 5 mərtəbəli kooperativ binasının cəmi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) üzrə kod 2063, ***- *******2 registr nömrəsi ilə aparılmış qeyd (eləcə də ***-*******2-001 (5 mərtəbəli kooperativ binasının yarımzirzəmisi 130,4 kv.m.) və ***-*******2-002 (5 mərtəbəli kooperativ binasının zirzəmisi 57,9 kv.m.)) ləğv edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə verilmiş Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” 19.01.2017-ci il tarixli 09 nömrəli Sərəncamı iddiaçıların maraqlarına toxunan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi 130,4 kv.m və zirzəminin bir hissəsi 57,9 kv.m. ümumi faydalı sahəsi 188,3 kv.m. hissəsində ləğv edilməli və özəlləşdirməyə dair hərəkətlər qanunsuz hesab edilməlidir.

35. X28 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

36. X28 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

37. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin (vaxtilə Əmlak Məsələləri Dövlət Komitəsi) qurumun özəlləşdirməyə dair hərəkətləri qanunsuz olmuşdur.

38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

39. Odur ki, məhkəmə hesab edir ki, vaxtilə Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətləri qanuna zidd olmuşdur və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçıların X28 Konvensiyasının 1 saylı Protokolun 1ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

40. Əmlak Məsələləri Dövlət Komitəsi üzrə verilmiş “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” 19.01.2017-ci il tarixli 09 nömrəli Sərəncamı (ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi 130,4 kv.m və zirzəminin bir hissəsi 57,9 kv.m. ümumi faydalı sahəsi 188,3 kv.m. hissəsində) X7 münasibətdə qanunsuz əlverişli inzibati aktdır.

41. Məhkəmə nəzərə alır ki, X11 ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın kooperativ bina olduğunu bilməklə, həmin "xxxx" MİK-ə vaxtilə sədrlik etməsi işin mübahisəsiz halıdır. Odur ki, o, etimadının qorunması hüququna istinad edə bilməz.

42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

43. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi 28 noyabr 2017-ci il tarixli 43/01 saylı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin X14 üzrə Auksoin Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokolu, ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri - yaşayış sahə ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X13 arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı Müəssisənin (obyektin) alqı-satqı müqavilə etibarsız hesab edilməsi və cavabdeh X6 adma ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri - yaşayış sahə ilə əlaqədar daşınmaz əmlakın döviət reyestrində aparılmış qeydiyyat və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən sahəsi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair (yarımzirzəmi və zirzəmi) kod 2063, ***-*******2 registr nömrəsi ilə aparılmış qeyd (***- *******2-001 registr nömrəsi ilə (5 mərtəbəli kooperativ binasının yarımzirzəmisi 130,4 kv.m.) və ***-*******2-002 registr nömrəsi ilə (5 mərtəbəli kooperativ binasının zirzəmisi 57,9 kv.m.)) ləğv edilsin; Əmlak Məsələləri Dövlət Komitəsi üzrə verilmiş “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” 19.01.2017-ci il tarixli 09 nömrəli Sərəncam ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi 130,4 kv.m və zirzəminin bir hissəsi 57,9 kv.m. ümumi faydalı sahəsi 188,3 kv.m. hissəsində ləğv edilsin və həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair dair hərəkətlər qanunsuz hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar