Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12547/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgi sxeminin təsdiq edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin ərazisində M.Hadi küçəsində ayrılmış torpaq sahəsinin cizgi sxeminin təsdiq edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Xətai rayon Əhmədli Bələdiyyəsinin 18 iyul 2007-ci il tarixli, 134 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində məntəqə tikintisi məqsədilə 150 kv metr torpaq sahəsi iddiaçıya ayrılmışdır. Bu barədə qərar qəbul edilmişdir və o, torpağın alqı-satqı dəyəri olan 3000 manat məbləğini Əhmədli bələdiyysinin hesabına ödəmişdir. Torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək təsdiq edilmiş, torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Sözügedən torpaq sahəsi qanuni əsaslarla ona yerində təhvil verilmişdir. Hazırda həmin torpaq sahəsinin mülkiyyət hüququ ilə qeydə alınması üçün torpaq sahəsinin cizgi sxeminin Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Torpaq ayrılan zaman cizgi sxemi tərtib edilmişdir, lakin Xətai rayon İcra Hakimiyyəti onu təsdiq etməkdən imtina edir. Bununla bağlı, tərəfindən Xətai rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət olunmuş, bütün lazımi sənədlər təqdim edilmiş, lakin müraciəti təmin edilməmişdir.
3. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, “araşdırma zamanı müəyyən olunmuşdur ki, Xətai rayonu Əhmədli Bələdiyyəsinin 18 iyul 2007-ci il tarixli, 134 saylı sərəncamı ilə sahibkarlıq fəaliyyəti üçün məntəqə tikintisi məqsədilə (cizgidə göstərilən) 150 kv.m torpaq sahəsi vətəndaş İddiaçı adına sənədləşdirilmişdir. Bildiririk ki, qeyd olunan sərəncamın qərar hissəsinin 3-cü bəndinə uyğun olaraq məntəqə tikintisi işləri Rayon İcra Hakimiyyətinin memarı tərəfindən razılaşdırılmış eskiz layihə əsasında aparılmadığından uzun illər əvvəl inşa olunmuş məntəqənin təqdim olunmuş lahiyyəsinin razılaşdırılması mövcud qanunvericiliyin tələblərinə ziddir.”
4. Bakı şəhəri Xətai rayon Əhmədli Bələdiyyəsinin 18 iyul 2007-ci il tarixli, 134 nömrəli “Sahibkarlıq fəaliyyəti üçün məntəqə tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında” Qərardan çıxarışda qeyd olunur ki, M.Hadi küçəsində, sahibkarlıq fəaliyyəti üçün məntəqə tikintisi məqsədi ilə (cizgidə göstərilən) 150 (yüz əlli) kv.m torpaq sahəsi vətəndaş İddiaçı adına sənədləşdirilsin. Əhmədli Bələdiyyəsi ərazi mülkiyyəti idarəetmə şöbəsi torpaq sahəsinin naturada vətəndaş İddiaçı-na təhvil verilməsini təmin etsin. Tikintinin layihə-smeta sənədlər İddiaçı-in hesabına hazırlansın və rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərilsin. Bələdiyyə vergi müfəttişliyi torpağın kadastr qiymətinin, yəni hər kv.m üçün 20 (iyirini manat) AZN olmaqla 150 x 20= 3000 (üç min manat) vəsaitin Bələdiyyə büdcəsinə ödənilməsi təmin edilsin.
5. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
8. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri).
9. Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
10. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
11. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin: 1.3. DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək;
12. İş materiallarının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sahibkarlıq fəaliyyəti üçün məntəqə tikintisi məqsədi ilə İddiaçı ayrılmış M.Hadi küçəsində yerləşən torpaq sahəsinə dair eyniləşdirməyə imkan verən yerləşmə cizgisi mövcuddur, yəni Əhmədli Bələdiyyəsi vaxtilə torpaq sahəsini naturada müəyyən edərək hüquq sahibinə təhvil verimişdir.
13. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olan səmərəli hüquqi müdafiə vasitəsi müvafiq tələblə Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri publik hüquqi şəxsinə müraciətdir.
14. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva