Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12549/2023 30.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı dəymiş ziyanın ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü Badamdar, Əziz Nəzərov küçəsi, 14A saylı evin 1 saylı mənzili İddiaçı məxsusdur. Mənzil 22 yanvar 2016-cı il tarixdən onun şəxsi mülkiyyətidir. X1 1981-ci ildən hal-hazıradək Gəmiqayırma Zavodunda işləyir və mənzil ona 1991-ci ildə həmin müəssisə tərəfindən verilmişdir. 25 dekabr 1996-cı il tarixdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi 11526 nömrəli qeydiyyat vəsiqəsinə görə mənzil X2 məxsus olmuşdur. Lakin həmin yaşayış sahəsi 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün olan X5 və onun ailəsi tərəfindən zəbt edilmişdir. 2016-cı ildə X3 həmin mənzili bacısı kimi hazırkı İddiaçı bağışlamışdır. Mənzil zəbt edilən dövrdə iddiaçı və ailəsi həmin mənzildə yaşamışlar, orada yaşayış üçün lazım olan bütün ev əşyaları, mebel dəsti, yataq mebeli, divan, yataq dəstləri, müxtəlif növdə qab-qacaq, soyuducu, televizor, şəxsi geyimlər, xalı, palaz, kovralit və digər əmlaklar olmuşdur. Lakin həmin əşyalar hazırda mövcud deyil, bəziləri yararsız hala salınmışdır və bunların nəticəsində iddiaçıya küllü miqdarda ziyan dəymişdir. Mənzili 30 ildən artıq müddət zəbt etmiş X5 və ailəsi hazırda da həmin mənzildə yaşayırlar. 1993cü ildən hal-hazıradək aidiyyəti üzrə müraciətlər edilsə də, müsbət nəticə əldə olunmamışdır. X4 və onun ailəsinin həmin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət olunmuşdur. İddia təmin olunmuş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Qətnamə üzrə icra sənədi icra olunması üçün Ədliyyə Nazirliyinə və onun Nazirliyin İcra baş idarəsinə göndərilmişdir. Lakin hal-hazıradək icra sənədi icra edilməmişdir. Sonradan icra sənədi Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə də göndərilsə də, məhkəmə aktının icrası hazırkı vaxtadək təmin olunmamışdır. Məcburi köçkün X5 və ailəsi tərəfindən zəbt edilmiş mənzildə qeydiyyatsız yaşayırlar, mənzildən çıxmaq istəmirlər. Məcburi köçkünlərin mənzillə təmin olunması hazırkı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin vəzifəsidir, lakin iddiaçıya məxsus mənzili zəbt etmiş şəxslər Komitə tərəfindən mənzillə təmin olunmamışdır. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu mübahisə predmeti olaraq mülkiyyəti olan mənzilinin boşaldılması, kirayə mənzillərdə yaşadıği üçün kirayə pulu, mənzilin təmir xərcləri və 30 ildə dəymiş ziyanın, əmlakıma vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri kimi 82.000 manat, 30 il ərzində kirayə evlərdə yaşadığı üçün kirayə pulu kimi 126.000 manat, mənzilin bərpası üçün təmir işlərinin dəyəri kimi 20.000 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iddiaya qarşı yazılı etirazında bildirilir ki, iddia təmin edilməməlidir. İddiaçı mülkiyyətinə və əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, Zəngilan rayonundan məcburi köçkünlər X5 və digərləri Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 14A saylı evin 1 nömrəli mənzilində kommunal qeydiyyatda olmaqla müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 1992 – 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilmir. Ərazilərimiz işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman, sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir. Növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən X4 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəkdirlər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının vahid büdcə təsnifatı»na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Komitə Əsasnaməsi ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız «Azərbaycan Respublikasının vahid büdcə təsnifatı»na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanuna və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq olunmuş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. «İnzibati icraat haqqında» Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçı dəymiş ziyan bilavasitə Komitənin qəbul etdiyi inzibati akt və ya hərəkət (hərəkətsizliyi) nəticəsində baş verməmişdir. Belə ki, Zəngilan rayonundan məcburi köçkün X5 ailə üzvləri ilə birgə İddiaçı xüsusi mülkiyyətində olan müvafiq mənzildə müvəqqəti məskunlaşmışlar. Digər məcburi köçkün ailələri kimi X5 və ailəsi də həmin mənzildə müstəqil şəkildə məskunlaşmış, sözügedən mənzildə Komitə tərəfindən yerləşdirilməmiş və Komitə ilə məcburi köçkün X5 arasında hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmamışdır. Qeyd edilən məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji qərarı mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 mart tarixli 2- 1(102)-291/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2340/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, iddiaçılar X14 və X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Kollegiya öz qərarını aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq qeyd etmişlər ki, iddiaçıların mənzilində müvəqqəti məskunlaşmış X7 ailəsi məcburi köçkün ailəsi kimi iddiaçıların mənzilində müstəqil şəkildə məskunlaşıb, onun ailəsi həmin mənzildə cavabdeh Komitə tərəfindən yerləşdirilməyib və Komitə ilə iddiaçı arasında hər hansı bir öhdəliyinin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmayıb. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının vahid büdcə təsnifatı»na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatları dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməzlər. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanı olduğundan, Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Komitənin Əsasnaməsinə görə, Respublika ərazisində qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası işlərinin yerinə yetirilmə funksiyasının işlərin yerinə yetirilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı işlərin görülməsi mümkün deyildir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması üçün tərəflər arasında bununla bağlı müqavilə olmalıdır. Belə bir müqavilə isə tərəflər arasında bağlanılmamışdır”. Komitənin həm ötən illər ərzində, həm də cari il üçün təsdiqlənmiş xərclər smetasında Respublikanın şəhər və rayonlarında, həmçinin Bakı və Sumqayıt şəhərlərində xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə görə mülkiyyət sahiblərinə kirayə haqqı və ya kompensasiya ödənilməsi məqsədilə vəsait nəzərdə tutulmamışdır. Komitə Əsasnaməsi ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikası dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatın”na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Komitə tərəfindən məcburi köçkünlərə yardım və maddi köməkliyin göstərilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı kompensasiyanın ödənilməsi mümkün deyildir. Vətən müharibəsində qazanılmış Zəfər nəticəsində ölkəmizdə məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasətində yeni bir mərhələ başlanmışdır. Belə ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası, müvafiq ərazilərdə yaşayış üçün təhlükəsiz şəraitin və zəruri infrastrukturun yaradılmasının təmin olunması istiqamətində məqsədyönlü iş aparılaraq, məcburi köçkünlərin həmin ərazilərdə mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilmələri nəzərdə tutulmuşdur. Odur ki, Zəngilan rayonundan məcburi köçkün X4 digər məcburi köçkünlər kimi işğaldan azad olunmuş ərazilərə qayıdış zamanı qanunvericiliyə uyğun olaraq yaşayış sahəsi ilə təmin olunması məsələsinə baxılacaqdır. Bununla yanaşı, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən ona dəymiş ziyanı təsdiq edən hər hansı etibarlı bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən, Komitə müvafiq iddia tələbi üzrə cavabdeh qismində müəyyən oluna bilməz. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, mövcud qanunvercilik normaları İPM-in 2.2.7-ci maddəsi üzrə “vurulmuş ziyana görə kompensasiya ödənilməsi haqqında” iddialar üzrə iddia ərizələri məhkəməyə təqdim edilməmişdən əvvəl, müvafiq məsələ ilə bağlı inzibati orqana müraciət edilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, iddiaçının tələb etdiyi ziyan məbləğinin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə yazılı müraciət etmiş, lakin cavabdeh həmin məsələnin müsbət həllini təmin etməmişdir. Lakin məhkəmə diqqətə çəkir ki, iddiaçı mənzilinin zəbt olunması ilə bağlı mənzilə və oradakı əmlakına dəymiş ziyanın əvəzini tələb edir, lakin ziyanın mövcud olmasına münasibətdə müvafiq hərəkətlər mənzili zəbt etmiş şəxslərə aiddir və iddiaçı hazırkı cavabdeh inzibati orqanı dolayısı ilə həmin şəxsləri mənzillə təmin etməməkdə təqsirli sayaraq, iddia irəli sürür. İlk növbədə qeyd olunmalıdır ki, məcburi köçkünlərin yaşayış sahələri ilə təminolunması hazırkı cavabdehin səlahiyyətlərində olsa da, bu məsələ ayrıca Dövlət Proqramları ilə tənzimlənmişdir və qurum (Komitə) tərəfindən hər hansı şəxsin müvafiq dövdə mənzillə təmin olunmaması həmin şəxsi əlverişsiz hərəkətlər (o cümlədən digər əmlak mülkiyyətçilərinə münasibətdə) etməyə sövq edən amil kimi dəyərləndirilə bilməz. Eləcə də nəzərə alınmalıdır ki, zəbt olunmuş mənzil hazırda iddiaçının mülkiyyət olsa da, iddiaçı ona hüquq hüququnu sonradan əldə etmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçı ona dəymiş ziyanın ödənilməsi tələbi ilə hazırkı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı çıxış edə bilməz. Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı iddia tələbi üzrə hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-12549/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12549/2023
30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver