Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1255/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi, vəkili X4 (Bakı şəhərində qeydiyyatdadır. İxtisası: hüquqşünas, 12 saylı vəkil bürosunda işləyir),cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əimlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 0,05 ha (500 kv.m) ölçüdə 4 №-li bağ sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə bağ sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əimlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 0,05 ha (500 kv.m) ölçüdə 4 №-li bağ sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə bağ sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri XDSİK-nin xx.xx.1985-ci il tarixli 6/358 saylı qərarı və “Azərelektroterm” X3 EB-nin b/y xx.xx.1991-ci il tarixli 10 saylı protokolu ilə iddiaçıya bağ evinin tikintisi üçün 500 kv.m sahəsi olan Bakı şəhəri Suraxanı qəsəbəsi Hövsan bağ massivi ünvanında yerləşən 4 saylı bağ torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinə iddiaçının müraciətinə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü haqqında sənəd tərtib edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə bu bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair 1 sayı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə **********94 saylı torpaq sahəsinin dövlət qeydiyyatına almaqdan imtina barədə sənəd verilmişdir. İmtinanın səbəbi olaraq göstərilmişdir ki, bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş protokolun tarixi və nömrəsi üzvlük kitabçası ilə plan və ölçüdəkindən fərqlidir, bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş üzvlük kitabçasında ərizəçinin soyadı “Kələntərov” kimi göstərilmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə cаvаbdеhdən iddiaya dair münasibət (etiraz) bildirilməsi tələb edilməsinə baxmayaraq məhkəmə sərəncamı icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamış, bundan əlavə bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş protokolun tarixi və nömrəsi üzvlük kitabçası ilə plan və ölçüdəkindən fərqlidir, həmçinin bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş üzvlük kitabçasında ərizəçinin soyadı “Kələntərov” kimi göstərilmişdir. Cavabdehin nümayəndəsi qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. “Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarından görünür ki, Orconikidze (hazırki Suraxanı rayonu) Hövsan qəsəbəsindən şərq tərəfdə, Zığ qəsəbəsindən cənub-şərq tərəfində, “Serebrovskiy” NQÇİnin istifadə edilən ərazisində bağçılıq yoldaşlıqlarının yaradılması üçün torpaq sahəsi ayrılmışdır. “Bakı Elektrotermik Avadanlığı” zavodunun xx.xx.1991-ci il tarixli aktından görünür ki, 4 №-li bağ sahəsi A.A.Şertsnev tərəfindən tikilmiş bağ evi ilə birlikdə geri qaytarılmış və həmin bağ sahəsi 13 may 1991-ci il tarixli qərara əsasən tikilmiş ev ilə birlikdə İddiaçı verilmişdir. “Bağçının üzvlük kitabçası”na əsasən iddiaçı xx.xx.1986-ci il tarixdə “Azərelektroterm” bağçılıq-yoldaşlıq birliyinə qəbul edilmişdir, ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 0,05 ha (500 kv.m) torpaq sahəsi olan 4 №-li bağ sahəsi verilmişdir. “Azərelektroterm” X3 “Bakı Elektrotermik Avadanlığı” zavodu bağçılıq yoldaşlığı idarə heyətinin iclasının 13 may 1991-ci il tarixli, 10 saylı protokoluna əsasən 4 №-li bağ sahəsi İddiaçı verilmişdir. “Azərelektroterm EİB” BakETAZ üzrə yoldaşlıq-bağçılıq üzvlərinin siyahısından görünür ki, İddiaçı adı siyahıda 2-ci sətirdə yazılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 104610 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər XD İK-nın xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarına və “Azərelektroterm” X3 b/y –nın xx.xx.1991-ci il tarixli 10 saylı protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 500 kv.m ölçüdə 4 №-li bağ sahəsi İddiaçı məxsusdur və X5 kitabında xx.xx.2008-ci il tarixdə 11388 nömrə ilə uçota alınmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarı ilə Orconikidze (hazırki Suraxanı rayonu) Hövsan qəsəbəsindən şərq tərəfdə, Zığ qəsəbəsindən cənub-şərq tərəfində, “Serebrovskiy” NQÇİ-nin istifadə edilən ərazisində bağçılıq yoldaşlıqlarının yaradılması üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 0,05 ha (500 kv.m) ölçüdə 4 №-li bağ sahəsi İddiaçı ayrılmış və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən planı və ölçüsü tərtib edilmişdir. İddiaçı uzun müddət qanuni əsaslarla bağ sahəsindən istifadə etməsinə, onda həmin bağa qanunla nəzərdə tutulmuş sənədlərin mövcud olmasına baxmayaraq bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isəhəyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. İşin faktiki hallarına əsasən iddiaçının qeyd edilən bağ sahəsinə aid üzvlük kitabçası mövcuddur, iddiaçının adı bağçılıq-bostançılıq yoldaşlığının üzvlərinin siyahısında vardır və qeyd edilən bağın iddiaçıya ayrılması barədə bağçılıq-bostançılıq yoldaşlığının üzvlərinin iclasının protokolundan çıxarış da məhkəməyə təqdim edilmişdir. Bundan başqa, həmin bağ sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 104610 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş X5 kitabında xx.xx.2008-ci il tarixdə 11388 nömrə ilə İddiaçı adına uçota alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 0,05 ha (500 kv.m) ölçüdə 4 №-li bağ sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə bağ sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69cu, 85-ci, 116-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 0,05 ha (500 kv.m) ölçüdə 4 №-li bağ sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə bağ sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1255/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1255/2020
30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver