Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1255/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil (Quba rayonunda qeydiyyatdadır, Bakı şəhəri 18 saylı Vəkil Bürosunda işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı 1962-ci ildə Ermənistan SSRİ Noemberyan şəhərində anadan olmuşdur. 1980-ci il tarixdən fəhlə kimi əmək fəaiyyətinə başlamış, 1982-ci il tarixdən Azərbaycan Respublikası Memar və İnşaat Universitetinə daxil olmuş və 1983-1985 ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1989-cu ildə ali təhsilini bitirmiş və həmin ildən 2004-cü ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Tikinti Departamentinin 1 saylı Yol Təmir-Tikinti İdarəsində əvvəlcə kiçik mütəxəssis, daha sonra yol ustası, icraçı, sahə rəisi vəzifəsində işləmişdir. 2020-ci ildə 57 yaşının tamamlanması səbəbi ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, qeyd olunan orqandan iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əmək fəaliyyəti ilə məşğul olduğu qurumdan arayışın verilməsini tələb etmişdir. Bakı şəhəri İcra Hakimiyyətinə ərizə ilə müraciət etsə də, müsbət cavab verilməmiş, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Tikinti Departamentinin 1 saylı Yol Təmir Tikinti İdarəsinin sənədlərinin arxivə təhvil verilmədiyinə dair cavab verilmişdir. Bu baxımdan onun 1 saylı Yol Təmir-Tikinti İdarəsində işlədiyinə dair müvafiq arayışın alınması imkansızdır. Odur ki, iddiaçı məhkəməyə iddia tələbinin təmin edilməsi məqsədilə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası “güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəbini məhkəməyə bildirməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, təqdim еdilmiş sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrınа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı X1 Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il tarixində anadan olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının iddiaçıya ünvanladığı Ə-638-1123 nömrəli 30.09.2020-ci il tarixli məktubuna əsasən, Bakı şəhər İcra Hakimiyyətinin arxivinə daxil olmuş ərizəsinə baxılmış, 1 saylı Təmir-Tikinti İdarəsinin sənədləri Bakı şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verilməmişdir. İddiaçıya məxsus PT-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, 15.01.1990-ci ildən 29.04.2004-ci il tarixədək Bakı şəhəri XDS-nin İcraiyyə Komitəsinin “Yoltəmirtikinti” Baş İstehsalat İdarəsinin 1 saylı Yol Təmin-tikinti İdarəsində yol ustası, iş icraçısı peşələrdə çalışmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 02.09.2021-ci il tarixli **********1 nömrəli iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim olunması haqqında məktubuna əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada sənədlər, o cümlədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli (bu məktuba əlavə olunmuş arayışa uyğun tərtib edilməklə) Məkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 718 nömrəli 31.08.2021-ci il tarixli məktubuna əsasən, “Bakı şəhəri mənzil-kommunal təsərrüfatını idarəetmə sisteminin təkmilləşdirmək tədbirləri haqqında" Bakı Şəhər İcra Hakimiyyətinin 12.05.1999-cu il 444 saylı Sərəncamına əsasən mənzil-kommunal xidməti sahələri bazasında Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində məhkəmə sorğusunda tələb olunan Yol Təmir-Tikinti İdarəsi mövcud olmadığından İddiaçı işə götürülməsi və işdən azad olunmasına dair əmrlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 7-483/17 nömrəli 02.09.2021-ci il tarixli məktubla təqdim olunmuş Bakı şəhər İcra Hakimiyyəti başçısının 29.05.2001-ci il tarixli, 386 nömrəli Sərəncamına əsasən, 1, 2, 3, saylı Yol Təmir- Tikinti idarələri hüquqi şəxs kimi qalaraq 01.06.2001-ci il tarixdən Bakı şəhər MKT Departamentinin tabeçiliyinə verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 838 nömrəli 15.10.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinin tabeliyindəki bir sıra müəssisə və obyektlər, o cümlədən İddiaçı əvvəllər əmək münasibətlərində olduğunu qeyd etdiyi 1 saylı Yol Təmir-Tikinti İdarəsi Azərbaycan Respublikası Prezidentinin 10.08.2000ci il Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası dövlət əmlakının dirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilən müəssisə və obyektlər sırasına daxil edilməsi və özəlləşdirməyə açıq elan edilməsinə baxmayaraq, alıcı marağına olacaq əmlaka və aktivlərə malik olmadığı üçün keçmiş Dövlət Əmlakı Nazirliyinin 2001-ci il tarixli 11-3/1271 saylı məktubuna əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 2001-ci il tarixli, 386 saylı sərəncamı ilə adıçəkilən İdarə Bakı Şəhər Mənzil-Kommunal Təsərüfati Departamentinin tabeliyinə verilmişdir. Buna baxmayaraq 1 saylı Yol Təmir- Tikinti İdarəsi həmin vaxtdan təsərrüfat subyekti kimi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sifarişi ilə hər hansı istehsalat fəaliyyəti üzrə funksiyaları həyata kəçirmədiyindən, həmin İdarəyə əmək haqqı da daxil olmaqla heç bir maliyyə vəsaiti ödənilməmiş, həmçinin Departament tərəfindən həmin müəssisəyə hər hansı işçi işə qəbul edilməmiş və əmək müqaviləsi bağlanmamışdır. İddiaçı aid təqdim olunan əmək kitabçasının surətində də qeyd edilənlər öz əksini tapmışdır. Ona görə də, İddiaçı 01.08.1989-cu ildən 09.04.2004-cü ilədək əmək haqqının ödənilməsi barədə arayışın, işə götürülməsi və işdən azad olunmasına dair əmrlərin surətinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparat tərəfindən 7-1287/17 nömrəli 18.0.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 1989-2004-cü illərdə işlədiyi Bakı şəhər 1 saylı Yol Təmir-Tikinti İdarəsinin sənədləri BŞİH-nin arxivinə təhvil verilməmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərar ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) 2.4.1-ci bəndinə əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşin faktiki hallarına əsasən iddiaçı 1989-ci ildən 2004-cü ilədək Bakı şəhəri XDSnin İcraiyyə Komitəsinin “Yoltəmirtikinti” Baş İstehsalat İdarəsinin 1 saylı Yol Təmir- Tikinti İdarəsində yol ustası, iş icraçısı peşələrdə çalışdığı üçün, onun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdən pensiyanın təyin edilməsi üçün DSMF-yə müraciət etmişdir. Lakin yuxarıda qeyd olunan Qaydalara əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməsi zəruri olduğundan, iddiaçı həmin arayışın verilməsi tələbi ilə inzibati orqan olan cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.4. –ci maddəsinə əsasən, fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0-ci maddəsinə əsasən: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsində göstərilmişdir: "24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz." İş materiallarına görə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış verilməsi tələbinin icrası cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən mümkün olmamışdır. Belə ki, 1 saylı Yol Təmir-Tikinti İdarəsinin arxiv sənədləri təhvil verilmədiyindən, Bakı şəhəri İcra Hakimiyyətinin arxivində hal-hazırda İddiaçı 01.08.1989-cu ildən 09.04.2004-cü ilədək 1 saylı Yol Təmir-Tikinti İdarəsində əmək fəaliyyəti barədə məlumat mövcud deyil . Beləliklə, məhkəmədə aparılan araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qanunsuzluğa yol verilməsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması halına yol verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hеsаb еdir ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü maddəsi mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-1255/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1255/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver