Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12554/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “1992-ci ilin dekabr ayında xidmətdə olduğu Müdafiə Nazirliyinin N saylı Taborunun Komandanlığı tərəfindən təltif olunmağı barəsində verilən təqdimata əsasən “Azərbaycanın Milli Qəhrəmanı” və yaxud “X2” fəxri adı ilə təltif olunmağının təmin edilməsinin sənədləşdirilməsi vəzifəsinin Müdafiə Nazirliyinin aidiyyətli Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsi üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsi məsələsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasını tənzimləyən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinə əsasən hüquqlarının bərpa edilməsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunaraq “Azərbaycan Milli Qəhrəmanı” adı ilə təltif olunmağı barəsində yazılan və sonra da aidiyyətli vəzifəli şəxslər tərəfindən itirilən təqdimatının bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4.-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktub ünvanlanaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsi təklif olunmuşdur.
4. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “1992-ci ilin dekabr ayında xidmətdə olduğu Müdafiə Nazirliyinin N saylı Taborunun Komandanlığı tərəfindən təltif olunmağı barəsində verilən təqdimata əsasən (təqdimat həmin vaxtı Müdafiə Nazirliyinin aidiyyətli vəzifəli şəxsləri tərəfindən itirilsə də, həmin təqdimatın verilməsi faktı məhkəmə vasitəsi ilə təsdiq olununduğu üçün həmin məhkəmə qətnaməsi qanuna müvafiq surətdə tərtib olunan təqdimat qüvvəsinə malikdir) “Azərbaycanın Milli Qəhrəmanı” və yaxud “X2” fəxri adı ilə (yuxarıda göstərdiyi kimi, həm də İİ Qarabağ Müharibəsinin iştirakçısı və Vətən Müharibəsi zamanı torpaqlarımızın azad olunmasında müstəsna xidmətləri olmuşdur) təltif olunmağının təmin edilməsinin sənədləşdirilməsi vəzifəsinin Müdafiə Nazirliyinin aidiyyətli Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsi üzərinə qoyulması”ni xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi şahid ifadələri ilə, işin faktiki halları ilə və Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 01 iyun 2007-ci il tarixində verilən məhkəmə qətnaməsindən də göründüyü kimi, İ Qarabağ Müharibəsi zamanı xidmətdə olduğuu N saylı hərbi hissənin komandiri onun dövlət təltifi ilə bağlı Müdafiə Nazirliyinə təqdimat göndərmişdir. Müdafiə Nazirliyinin aidiyyətli vəzifəli şəxsləri buna etiraf etsələr də müxtəlif bəhanələrlə icra etməkdən imtina edirlər. İmtinanı onunla əsaslandırırlar ki, həqiqətən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 678/2017 nömrəli 1 iyun 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə təltif olunmağı üçün N nömrəli hərbi hissə komandiri X3 tərəfindən 1992-ci ilin dekabr ayında Müdafiə Nazirliyinə təqdimat göndərilməsi faktının müəyyən edilməsini təsdiq olunsa da, guya həmin qətnamə ilə Müdafiə Nazirliynin üzərinə öhdəlik qoyulmadığı səbəbindən icra etməkdən imtina edirlər. Halbuki inzibati orqan qanuni qüvvədə olan məhkəmə qətnaməsindən irəli gələn tələbləri üzərinə öhdəliyin qoyulub-qoyulmamasından asılı olmayaraq əməl etməli və vədəndaşın müraciəti əsasında həmin hallara hüquqi qiymət verməlidir. 6 ildən çoxdur ki, etdiyi müraciətlərlə bağlı cavabdeh inzibati orqan qanunun yuxarıda göstərdiyi kimi, imperativ xarakteri daşıyan tələblərin icrası ilə bağlı heç bir tədbir görülməmiş və pozulmuş hüquqlarının bərpası təmin olunmamışdır. Belə ki, yuxarıda göstərdiyi kimi, Müdafiə Nazirliyinin aidiyyətli vəzifəli ancaq məhkəmə tərəfindən üzərinə qoyulan öhdəlikləri yox, həm də qanuni qüvvədə olan məhkəmə qətnaməsindən irəli gələn hallara əməl etməlidir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də, onun təltif olunmağı barəsində təqdimatın göndərilməsi halı sənədlərlə və şahid ifadələri ilə təsdiq olunduğu üçün, məhkəmə təqdimatın göndərilməsi faktını müəyyənləşdirmişdir. Bu da hüquqi cəhətdən təqdimatın Müdafiə Nazirliyi olması deməkdir. Ona görə də qanunla Müdafiə Nazirliyinin aidiyyətli vəzifəli şəxslərin hərəkətləri göndərilməsi faktı müəyyənləşdirilən təqdimatın icrası ilə bağlı olmalıdır. Lakin əksinə olaraq onun müraciətləri ilə bağlı verilən cavablarda bir qayda olaraq işin mahiyyətindən yayınaraq, iddiaçıya iştirakçısı olduğun 44 günlük Vətən Müharibəsində aldığı təltifləri sadalayırlar. Halbuki qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasını tənzimləyən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblrində göstərilmişdir ki, dövlət orqanları və vəzifəli şəxslər qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən hüquqların rəsmiləşdirilməsi və qeydiyyatı üzrə zəruri hərəkətləri etməlidirlər. Müdafiə Nazirliyinin aidiyyətli vəzifəli şəxsləri 6 ildən çoxdur ki, Konstitusiyanın həmin tələblərini pozaraq qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyənləşdirilən hüquqlarını pozurlar.
6. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsinə baxılmış və məhkəmə aktları qəbul olunmuşdur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (011)-678/2024 nömrəli qətnaməsində müəyyənləşən faktın rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə 2018-ci ildə 2 saylı Bakı inzibati Məhkəməsinə müraciət etmişdir, iddia tələbi təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)- 2672/2018 nömrəli qərarı ilə birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1 (102)-1123/2019 nömrəli qərarı ilə iddia ərizəsi mümkünsüz sayılmışdır. Hətta bundan sonra da İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş qətnaməsinin icrası ilə bağlı cavabın verilməsi tələbi ilə bağlı 2020-ci ildə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi mümkünsüz sayılmışdır, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bazalarının yaranmasında yaxından iştirakına döyüş tapşırıqlarını vaxtında yerinə yetirdiyinə görə onun dekabr 1992-ci tarixdə “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunması barədə N saylı hərbi hissə komandiri tərəfindən yazılmış təqdimatın Nazirlik səviyyəsində təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2016-cı ildə 2 saylı Bakı inzibati Məhkəməsinə müraciət etmişdir, xx.xx.2016-cı il tarixli 2-1 (82)-1644/2016 nömrəli qərardadı ilə (aşağıda qeyd olunan tələblə bağlı faktın müəyyən edilməsi ilə bağlı ərizəsi üzrə Zəngilan Rayon Məhkəməsinin yekun qərarı qəbul edilənədək) iş üzrə icraat dayandırılmışdır. Həmçinin, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bazalarının yaranmasında yaxından iştirakına, döyüş tapşırıqlarını vaxtında yerinə yetirdiyinə görə onun dekabr 1992-ci tarixdə “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmağı barədə N saylı hərbi hissə komandiri tərəfindən yazılmış təqdimatın verilməsi hüquqi faktın tanınması” tələbinə dair ərizə ilə 2016-cı ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir, xx.xx.2016-cı il tarixli 2(009)-5784/2016 nömrəli qərardadı ilə ilə ərizəsi geri qaytarılmış və müvafiq inzibati-iqtisadi məhkəməsinə müraciət edilməsi izah olunmuşdur, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-11184/2016 nömrəli qərardadı ilə birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-3252/2017 nömrəli qərarı (surəti əlavə olunur) apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən:
1.1. məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 8.4. mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.” 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar,
11. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi -1992-ci ilin dekabr ayında xidmətdə olduğu Müdafiə Nazirliyinin N saylı Taborunun Komandanlığı tərəfindən təltif olunmağı barəsində verilən təqdimata əsasən “Azərbaycanın Milli Qəhrəmanı” və yaxud “X2” fəxri adı ilə təltif olunmağının təmin edilməsinin sənədləşdirilməsi vəzifəsinin Müdafiə Nazirliyinin aidiyyətli Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsi üzərinə qoyulmasından ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşməsi, hərbi qulluqçu kimi mükafatlandırılması, təltif edilməsi məsələsi cavabdehin mülahizəsindən, yəni qiymətləndirilməsindən asılı olduğundan və cavabdehi təltif edilməsi məqsədi ilə müvafiq sənədləşdirilməsinin aparılmasına məcbur edilməsi yolverilən olmadığından, iddiaçının tələbi əsaslandırılmış sayıla bilməz.. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1-(102)-1123/2019 nömrəli Qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə qarşı “1992-ci iilin dekabr ayında xidmətdə olduğu Müdafiə Nazirliyinin N saylı Taborunun Komandanlığı tərəfindən təltif olunmağı barəsində verilən təqdimata əsasən onun təltif olunmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, “qanunvericiliyə əsasən hərbi qulluqçunun orden və medallarla təltif edilməsi yalnız təqdimatın verilməsi ilə nəticələnmir və digər qurumların və təltif komissiyasının, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin qiymətləndirilməsindən asılı olmaqla Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətinə aid edilmişdir ” İstər əvvəlki istərsə də indiki məhkəmə mübahisə predmeti iddiaçının təltif edilməsi məsələsi olduğundan və iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edildiyinə görə və iddiada yeni əsaslar göstərilmədiyi üçün, ona hazırda baxılması mümkün deyildir. Belə ki, hər iki inzibati işdə iddiaçının istinad etdiyi sübutlar və hallar eynilik təşkil edir.
12. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
13. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “1992-ci ilin dekabr ayında xidmətdə olduğu Müdafiə Nazirliyinin N saylı Taborunun Komandanlığı tərəfindən təltif olunmağı barəsində verilən təqdimata əsasən “Azərbaycanın Milli Qəhrəmanı” və yaxud “X2” fəxri adı ilə təltif olunmağının təmin edilməsinin sənədləşdirilməsi vəzifəsinin Müdafiə Nazirliyinin aidiyyətli Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsi üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova