Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1256/2022 10.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Təhsil və Elm Nazirliyi Mariupol Dövlət Universiteti tərəfindən onun adına yazılmış 30.06.2018-ci il tarixli, B18 052875 saylı diplomun (ali təhsil haqqında sənədin) nostrifikasiya olunması (ali təhsil sahəsində ixtisasın tanınması) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli 2-1(112)-7471/2021 saylı qərardadı ilə Ukrayna Təhsil və Elm Nazirliyi Mariupol Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş 30.06.2018-ci il tarixli B18 052875 nömrəli diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyi (Ekspert Qrupu) tərəfindən yenidən inzibati icraatın aparılmasının Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır və qərardad icra olunması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə göndərilmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi 01.06.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı X2 Universiteti tərəfindən verilmiş 30.06.2018-ci il tarixli, B 18 seriyalı 052875 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona müvafiq şəhadətamələr təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş T 027016 və i 026401 saylı Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhadətnamələrinin surətlərindən görünür ki, İddiaçı adına Mariupol Dövlət Universiteti tərəfindən verilmiş 30.06.2018-ci il tarixli, B 18 seriyalı 052875 nömrəli ali təhsil haqqında diplom Azərbaycan Respublikasında tanınmışdır və ekvivalentlik haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1256/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1256/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver