Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12560/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanından cavabdeh X6 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsini (bundan sonra mətndə Suraxanı RPİ) və üçüncü şəxs qismində isə X9 göstərməkə, xx.xx.1996-cı il təvəllüdlü X6 ona məxsus olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Suraxanı RPİ-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Bül-bülə qəsəbəsi, S.Əliyev küç, 185J saylı evdə qeydiyyatdadır.1-ci qrup əlildir, himayəsində bir övladı var və qəyyumdur. X9 2012-ci ildə gəlin gətirrmişdir. 2 övladı var. X10 ünvan 1 saylı evdə qeydiyyatdadır. Hal-hazırda oğlu ilə gəlininin nikahı pozulmuşdur. Onlarla yaşamır. Lakin qeydiyyatdan çıxmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş (göndərilmiş), cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabeh inzibati orqan Suraxanı RPİ-nin və üçüncü şəxsin iddaya dair yazılı münasibəti ( etirazı) məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh inzibati orqan isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin hallar. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. 2 saylı ünvan 5 xx.xx.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, X3 RPİ-yə qarşı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2-1(82)-4838/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə X6 iddiasının təmin edilməsi, X6 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata aınması vəzifəsinin Suraxanı RPİ-nin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan iş üzrə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında göstərilmişdir ki: “İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakmiyyəti başçısının Bül-Bülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 fevral 2007-ci il tarixli 636 saylı arayışından görünür ki, iddiaçı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır”. xx.xx.2023-cü il tarixdə “Asan 5” tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X10 ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara: Suraxanı RPİ-nin 5h/2-190h7/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X10 haqqında Suraxanı RPİ-nin QMB-də heç bir məlumat aşkar olunmadı. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********33 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 185 J saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(020)558/2007 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Suraxanı Rayon Məhkəməsinin 3-558/07, xx.xx.2007-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Suraxanı Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinə qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sözügedən qətnaməsi ilə iddianın təmin olunması, İddiaçı Bakı şəhəri Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 185 “J”-də yaşayış hüququnun tanınması və pasport qeydiyyatına alınmasının Suraxanı RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinə həvalə edilməsi qət edilmişdir. Məktubda qeyd olunmuşdur ki, saxlanılmalı olmayan məhkəmə sənədlərinin məhv edilmək üçün ayrılması haqqında xx.xx.2022-ci il tarixli akta əsasən, həmin mülki iş məhv edildiyindən qətnamənin nə vaxt qanuni qüvvəyə minməsi və icra olunub olunmaması barədə məlumat vermək qeyri-mümkündür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-31877/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X6 xx.xx.2018-ci il tarixdən ünvan 10 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 5-20/2-2181/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-2012-xx-xx/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X4 qəsəbəsi, Samir Əliyev küçəsi 185 “J” saylı evdə qeydiyyatdadır, lakin faktiki olaraq üç ilə yaxındır yaşamır. Hal-hazırda Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi 185 J" saylı evdə yaşayanlar- xx.xx.1961-ci il təvəllüdlü İddiaçı, xx.xx.1991-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X14. Eyni zamanda qeyd olunmuşdur ki, İddiaçı öz ailəsi ilə birlikdə İnzibati Məhkəmənin qərarı əsasında qeydiyyata alınıblar. Məlumatlar İddiaçı tərəfindən verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 3-16-5/4-13-9073/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən valideynləri X7 ilə İddiaçı olan xx.xx.1991ci il təvəllüdlü Elnur Mirzəyevin doğumunun Kürdəmir rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. X2 (Mirzəyeva) Əfsanə Məmməd qızı ilə xx.xx.2017-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. X1 ilə X10 olan xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü Yağmur Mirzəyevanın doğumu Kürdəmir rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan Suraxanı RPİ-nin 54/2-M-14611/11 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaşların qeydiyyatdan çıxarılması DlO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətininin müsbət həlli mümkün deyildir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. İstinad olunan həmin qərarda həmçinin qeyd olunmuşdur ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun normalarında şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları dəqiq göstərilmişdir. Həmin normaya əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən onun istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Nəzərə almaq lazımdır ki, yaşayış sahəsindən çıxarılmaya dair qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun mövcud olmadığının müəyyən edildiyi təqdirdə qəbul olunur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub, orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün sonuncunun yaşayış sahəsindən çıxarılması barədə müvafiq məhkəmədə iddia qaldırmalıdır. Şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi həmin şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas qismində çıxış edir. İş materiallarından göründüyü kimi, X6 yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən onun istifadə hüququna xitam verilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi təqdim olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, üçüncü şəxsin ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsinə dair İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-12560/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12560/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver