Məhkəmə qərarları › İş №2-1(112)-1257/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1257/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1257/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı2, İddaçılar İddiaçı3 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X30 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı kompensasiya ödənilməsi tələbinə dair iddiasına ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıların hər birinə ayrı-ayrılıqda vurulmuş maddi ziyanın əvəzi kimi 386363.83 (üç yüz səksən altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat pul məbləğinin, vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 436393.83 (dörd yüz otuz altı min üç yüz doxsan üç manat səksən üç qəpik) manat pulun Bakı şəhər İcra Hakimiyyətindən kompensasiya formasında ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 2014-cü ildə Cəlilov Əli adlı daşınmaz əmlak satan maklerlər vasitəsi ilə X25 adlı şəxslə tanış olmuşlar. X25 ona Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 2 bir-birinə bitişik olan 0,12 ha torpaq sahəsini (ümumi sahəsi 0,24 ha) ümumilikdə 255.000 manata təklif etmişdir. O, ondan həmin torpaq sahəsini almağa razılaşmışdır. Qohumları İddiaçı1 və İddiaçı3 ilə həmin 2 torpaq sahəsini alıb sonradan araların bölməyə qərar vermişlər. Torpaq sahəsinin hər birinin dəyəri 127.500 manat idi. O, hər iki torpaq sahəsinin qiymətini X25 ilə razılaşmış və iki torpaq sahəsinə görə 255.000 manat ödəniş etmişlər. 255.000 manatın 85.000 manatı İddiaçı2, 85.000 manatı İddiaçı1 və 85.000 manatı isə İddiaçı3 məxsus idi. 255.000 manatın 71.000 manatını nəğd şəkildə 07.05.2014-cü il tarixdə X19 vermişlər. Yerdə qalan 184.000 manatı isə Camalaov Bayramağa tərəfindən notarial alğı-satqı zamanı satıcıların bank hesabına ödənilmişdir. Belə ki, X12 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə görə X9 92.000 (doxsan iki min) manat ödəyərək, 07.05.2014-cü il tarixli AN-İ ******* seriyalı, 4-Ə2/716 saylı alğı-satqı müqaviləsi əsasında və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,119047 ha torpaq sahəsini X6 nümayəndəsi X16 bank hesabına 92.000 (doxsan iki min) manat ödəyərək 07.05.2014-cü il tarixli AN-İ ******* saylı, 4- Ə2/717 saylı alğı-satqı müqaviləsi əsasında ümumilikdə 0,239047 ha torpaq sahəsinin almışdır. Sonradan o, İddiaçı2 aldığı hər iki torpaq sahəsinə dair 0,239047 ha torpaq sahəsinin mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında çıxarış əldə etmişdir. Bundan sonra həmin torpaq sahələrinin hər biri 0,08 ha olmaqla 17.05.2014-ci il tarixli, 4ə-3/796 nömrəli ağı-satqı müqavilələrinə əsasən onunla qohumları İddiaçı1 və İddiaçı3 ilə aralarında bölmüşlər. Bundan sonra onlar hər biri 27.05.2014-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən 0,08 ha torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətində öz adlarına çıxarış almışlar. Belə ki, Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında 0,08 ha torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə verilməsinə dair 27.05.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında ******* saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 27.05.2014-cü il tarixdə İddiaçı1 mülkiyyətində olan - Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinə ( 0,08 ha) dair № AA 061573 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi ( 0,079047 ha) İddiaçı2 mülkiyyətinə verilməsinə dair 27.05.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında ******* saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 27.05.2014-cü il tarixdə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə ( 0,079047 ha) dair № AA 061571 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi ( 0,08 ha) Camalov AğaqardaşMəmmədxan oğlunun mülkiyyətinə verilməsinə dair 27.05.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında ******* saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 27.05.2014-cü il tarixdə X2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə ( 0,08 ha) dair № AA 061574 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Onlar həmin torpaq sahələrini aldıqdan və sənədləşdirdikdən sonra Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə rəsmi formada müraciət edərək həmin torrpaq sahələrində fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişlər. Bakı şəhər Səbail rayon İcra Hakimiyyətininin Başçısının 30.06.2014-cü il tarixli, 190 saylı sərəncamı ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində ( 0,08 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhər Səbail rayon İcra Hakimiyyətininin Başçısının 30.06.2014-cü il tarixli, 188 saylı sərəncamı ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində ( 0,079047 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhər Səbail rayon tcra Hakimiyyətininin Başçısının 30.06.2014-cü il tarixli, 188 saylı sərəncamı ilə X4 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində (0,08 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Onlar öz mülkiyyətlərində olan torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə dair icazə aldıqdan sonra həmin ərazidə hər biri özünə məxsus 3 mərtəbəli, əlavə olaraq zirzəmisi və terrasa malik olan ümumi 663,3 kvadrat metr sahəsi olan fərdi yaşayış evi tikmişlər. Hər üç ev eyni layihə əsasında və eyni ölçülərdə inşa edilmişdir. Həmin fərdi yaşayış evlərinin tikintisinə hər biri 386 363,83 manat, ümumilikdə isə 1,159,091.49 manat vəsait xərcləmişlər. Qeyd etməlidir ki, həmin vəsait fərdi yaşayış evlərinin tikintisinə xərclənmişdi və evlər hələ təmir edilməmişdir. 12.05.2015-ci il tarixdə səhər saatlarında onlara fərdi yaşayış evlərinin tikintisini aparan ustalar zəng etmişlər və bildirmişlər ki, özlərini Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər onlara məxsus torpaq sahələrinə gələrək tikintinin aparılmasını dayandırılmasını tələb edirlər. Onlar dərhal həmin əraziyə gəlmişlər və onlar tərəfindən torpaq sahəsinə dair müvafiq sənədlər Bakı şəhər icra Hakimiyyətinin əməkdaşı Zülfüqar adlı şəxsə təqdim edilmiş və Bakı şəhər icra Hakimiyyətinin əməkdaşları onlara bildirmişlər ki, təmir işlərini saxlamaq lazımdır və onlara 3 gün ərzində məlumat veriləcəkdir. 15.05.2015-ci il tarixdə tikilən evlərində olan gözətçilər onlara zəng edərək bildirdilər ki, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları və polis əraziyə gəlib. Onlar hər üçü dərhal həmin əraziyə gəlmişlər. Lakin, onları polis əməkdaşları və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əraziyə buraxılmamışlar. Həmin gün Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının göstərişi ilə əraziyə gətirilmiş tarktorlar və ekskavatorlar vasitəsi ilə heç bir məhkəmə qərarı olmadan söküldü. Onlara Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Tural və ərazinin polis sahə rəisi Ədalət bildirmişlər ki, evləri olan torpaq sahəsi “DOSTLUQ” parkının ərazisidir və onların evləri Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun göstərişi ilə sökülür. Onların heç birini polis tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinə və evlərə yaxınlaşmağa qoymamışlar. Söküntü aparılan zaman onlar orada evlərini sökən ekskavatorun şəklini çəkmişlər. Qeyd etməyi zəruri hesab edirilər ki, internet portalında olan xəbər saytlarında və yutube kanalında onlara məxsus fərdi yaşayış evlərinin Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə sökülməsi göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 2015-ci ildə fəaliyyətdə olan başçısı Hacıbala Abutalıbovun youtube kanalında 5 il vvəl yayımlanmış “Dostluq parkında aksiya keçirilib” başlıqlı video çarxdakı müsahibəsində onun göstərişi ilə 42 evin söküldüyünü bildirmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, bundan sonra Bakı şəhər Prokurorluğu tərəfindən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən “Xalqlar Dostluğu” parkı adlanan ərazidə torpaq sahələrinin qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılması faktı üzrə aparılan Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X26, X16 və qeyriləri barəsində olan cinayət işi AR CM-nin 308.2, 313, 320.1, 320.2, 29,178.3.2 və 178.3.2-ci maddəlləri ilə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və təqsirli şəxslərin barəsində hökm çıxmışdır. Həmin cinayət işi üzrə İddiaçı2 Bakı şəhər prokurorluğunda şahid qismində ifadə vermiş, həmin iş üzrə onların müraciətləri əsasında Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X26, X16 və qeyriləri barəsində olan cinayət işindən iş ayrılaraq Bası şəhər prokuorluğunun İstintaq İdarəsinin icraatıan verilmiş, həmin cinayət işi hal-hazırda icraatdadır. Bundan başqa fərdi yaşayış evləri söklüdükdən sonra 20.05.2015-ci il tarixdə onların hər üçü Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilmişlər və onları polis idarəsində bir neçə saat saxladıqdan sonra onlara bildirmişlər ki, onlara məxsus fərdi yaşayış evləri olan torpaq sahəsi “DOSTLUQ” parkının ərazisidir və onların evləri Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun göstərişi ilə sökülmüşdür əgər onlar məhkəməyə və ya hər hansı bir orqana bu barədə şikayət etsələr də, onları həbs etməklə hədələdilər. Bundan sonra onları Bakı şəhər Baş Polis İdarəsindən buraxdılar və onlar qorxduqları üçün heç bir orqana şikayət etməmişlər. Bakı şəhər Prokurorluğu tərəfindən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən “Xalqlar Dostluğu” parkı adlanan ərazidə torpaq sahələrinin qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılması faktı üzrə aparılan Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X26, X16 və qeyriləri barəsində olan cinayət işinin istintaqı zamanı həm cinayət işini aparan müstəntiqlər, həm də Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən onlara bildirilmişdir ki, sökülmüş evlərinin və torpaq sahələrinin əvəzində onlar Bakı şəhərinin ərazisində torpaqla və evlə təmin ediləcəkdirlər. Bununla bağlı Bakı şəhər İcra hakimiyyətinin Başçısının şifahi göstərişi olduğunu demişlər. Bakı şəhər İcra Hakimiyyəti ilə aralarında olan danışıqlar 2021-ci ilin may ayının axırlarınadək davam etmişdir. Bakı şəhər İcra Hakimiyyətində onları əmin edirdilər ki, onlara müvafiq torpaq sahəsi ayrılacaq və onlar bu səbəbdən onlar məhkəməyə müraciət etməmişlər. 2021-ci ilin may ayının axırlarında Bakı şəhər İcra Hakimiyyəti onlarla danışıqları pozmuş və bildirmişdir ki, gedib hara istəsələr müraciət edə bilərlər. Bundan sonra onlar aldadıqlarını başa düşmüşlər və məhkəməyə şikayət etmək qərarına gəlmişlər. Göründüyü kimi, hər üç iddiaçının Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən “Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Əlavə Protokolun “Mülkiyyətin Müdafiəsi” adlandırılan 1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində öz təsbitini tapmış mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsində (0.08 ha) İddiaçı1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin məhkəmə qərarı olmadan Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı1 vurulmuş maddi ziyanın əvəzi 386363.83 (üç yüz səksən altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat pul məbləğinin və vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul məbləğinin, ümumilikdə isə 436.363,83 (dörd yüz otuz altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat pulun Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya formasında İddiaçı1 ödənilməsi; Bakı şəhəri, Saəbil rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsində (0.079047 ha) İddiaçı2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin məhkəmə qərarı olmadan Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı2 vurulmuş maddi ziyanın əvəzi kimi 386.363,83 (üç yüz səksən altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat pul məbləğinin və vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul məbləğinin, ümumilikdə isə 436.363,83 (dörd yüz otuz altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat pulun Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya formasında İddiaçı2 ödənilməsi; Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hisəssində (0.08 ha) İddiaçı3 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin məhkəmə qərarı olmadan Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları təərfindən sökülməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nətiəcsində İddiaçı3 vurulmuş maddi ziyanın əəviz kimi 386.363,83 (üş yüz səksən altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat məbləğinin və vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul məbləğinin, ümumilikdə isə 436.363.83 (dörd yüz otuz altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat məbləğin və vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul məbləğinin, ümumilikdə isə 436.363, 83 (dörd yüz otuz altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat pulun Bakı şəhər İcra Hakimiyyəti tərəfinədn kompensasiya formasında İddiaçı3 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçıların nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan AN-İ seriyalı, ******* nömrəli, 07.05.2014-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 07.05.2014-cü il tarixdə verilmiş dövlət reyestrindən elektron arayışa (forma № 1) əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 0.12 ha torpaq sahəsini satıcı X13, alıcı İddiaçı2 mülkiyyətinə vermişdir. İşdə olan AN-İ seriyalı, ******* nömrəli, 07.05.2014-cü il tarixli “Daşınmaz əmlakın alğısatqı müqaviləsinin” surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfinədn 07.05.2014-cü il tarixdə verilmiş dövlət reyestrindən elektron arayışa (forma № 1) əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 0.119047 ha torpaq sahəsini satıcı X14, alıcı İddiaçı2 mülkiyyətinə vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən, 0.08 ha torpaq sahəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində **********42 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, 27.05.2014-cü il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən, 0.079047 ha torpaq sahəsi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində **********43 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, 27.05.2014-cü il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi 0.08 ha X2 adına daşınmaz əmlakın dövlət reyestrində **********41 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, 27.05.2014-cü il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfinədn verilmiş AA 061574 nömrəli, 27.05.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, X4 məxsus, reyestr nömrəsi **********41 olan, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə dair plan və ölçü sənədi tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfinədn verilmiş AA 061573 nömrəli, 27.05.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, İddiaçı1 məxsus, reyestr nömrəsi **********42 olan, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə dair plan və ölçü sənədi tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfinədn verilmiş AA 061571 nömrəli, 27.05.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, İddiaçı2 məxsus, reyestr nömrəsi **********443 olan, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə dair plan və ölçü sənədi tərtib edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 186 nömrəli, 30 iyun 2014-cü il tarixli “İddiaçı2 tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” sərəncamın surətindən görünür ki, İddiaçı2 Səbail rayonu, Salyan şossesi 32 ünvanında Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, 27.05.2014-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0.079047 ha torpaq sahəsində razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 188 nömrəli, 30 iyun 2014-cü il tarixli “A.M.Camalov tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” sərəncamın surətindən görünür ki, İddiaçı2 Səbail rayonu, Salyan şossesi 32 ünvanında Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, 27.05.2014-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0.08 ha torpaq sahəsində razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 190 nömrəli, 30 iyun 2014-cü il tarixli “A.M.Camalov tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” sərəncamın surətindən görünür ki, İddiaçı2 Səbail rayonu, Salyan şossesi 32 ünvanında Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, 27.05.2014-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0.08 ha torpaq sahəsində razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İşdə olan eskiz layihələrin surətindən görünür ki, İddiaçı1, X4 və İddiaçı2 məxsus fərdi yaşayış evlərinin eskiz layihələri Səbail rayon İcra Hakimiyyəti başçısının Aparatı memarı tərəfindən qəbul edilmişdir. İşdə olan Bakı şəhər Prokurorluğu tərəfindən X7 ünvanlanmış 23.09.2016-cı il tarixli, 03/362 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Resublikası Baş Prokurorluğuna Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən “X32” adlanan ərazidəki torpaq sahələrinin qanunsuz satılmasına dair Bakı şəhər Prokurorluğunda istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaması və digər xüsusatlarla bağlı ünvanladığı ərizəsi araşdırılması üçün İstintaq İdarəsinin icraatında Azərbaycan Respublikası CM-nin 308.2, 313, 320.1, 320.2, 29, 178.3.2 və 178.3.2-ci maddələri ilə istintaq olunan cinayət işinə əlavə olunmuşdur. Araşdırmanın nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1813/2018 saylı, 25.06.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti cavabdehlər X9, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı2 qarşı alğı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 ilə İddiaçı2 arasında bağlanmış 07.05.2014-cü il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinin və İddiaçı2 adına mülkiyyət hüququ barədə verilmiş 27.05.2014-cü il tarixli, RX sriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər X13 ilə İddiaçı2 arasında Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair İddiaçı2 adına verilmiş mülkiyyət hüququ barədə 27.05.2014-cü il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi qərara alınmışdır. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-755/2016 saylı, 02 iyul 2021-ci il tarixli məktubu ilə təqdim edilmiş X16 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,78.3.2, 178.3.2, 313, 320.1, 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 1(101)-755/2016 nömrəli hökmünün surətindən müəyyən edilmişdir kİ, X5 Bələdiyyəsinin Memarı vəzifəsində işlərkən vəzifəli şəxs kimi tamah niyyəti ilə Azərbaycan Dövlətinin vahid torpaq fonduna aid olan və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən Səbail Bələdiyyəsinin mülkiyyətində olmuş torpaq sahələrini ələ keçirmək məqsədi ilə X25 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və bu məqsədlə 2012-ci ilin noyabr-dekabr aylarında Səbail Bələdiyyəsinin sədri adından Tərlan Hüseynovun tanışı X10 1200 kv.m ölçüdə torpaq sahəsinin ayrılması barədə saxta sənəd hazırlamış, Səbail Bələdiyyəsinin saxta möhürünü vurmuş, bundan sonra bilə-bilə həmin saxta sənədlərdən istifadə edərək, Bəhram İsmayılovun adından Azəbraycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə ərizə ilə müraciət edib mülkiyyət hüququnun qeydiyyatı üçün Torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmiş, torpaq sahəsinin ayrılması haqqında sərəncamların verilməsinin qanunvericiliyə zidd olması barədə müraciətə rədd cavab aldıqdan sonra onlar Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilməsi barədə aldatma yolu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.03.2013-cü il tarixli, 2inz(81)-1555/2013 nömrəli qərarını əldə etmiş və qərarın icrası ilə əlaqədar alınmış Torpaq sahəsinin planı və ölçüsü əsasında Azərbacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində 4992 manat dəyərində olan 1190,47 kv.m torpaq sahəsinin **********93 nömrə altında artıq xüsusi mülkiyyət kimi X6 adına 06.05.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmasına nail olub dələduzluq yolu ilə özgə əmlakını ələ keçirmişdir. Bundan başqa, X1 Tərlan Kərim oğlu və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və bu məqsədlə 2013-cü ilin mart-aprel aylarında Səbail Bələdiyyəsinin sədri adından Etibar Məmmədovun anası X9 1200 kv.m ölçüdə torpaq sahəsinin ayrılması haqqında saxta sənəd hazırlayıb, Səbail Blədiyyəsinin saxta möhürü ilə təsdiqləmiş, sonra bilə-bilə həmin saxta sənədlərdən istifadə edərək Mehriban Məmmədovanın adınadan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə ərizə ilə müraciət edib, mülkiyyət hüququnun qeydiyyatı üçün Torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmiş, torpaq sahəsini ayrılması haqqında sərəncamların verilməsinin qanunvericiliyiə zidd olması barədə müraciətə rədd cavabı aldıqdan sonra onlar Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmsi barədə aldatma yolu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.05.2013-cü il tarixli, 2inz(81)-1821/2013 nömrəli qərarını əldə etmiş və qərarın icrası ilə əlaqədar alınmış Torpaq sahəsinin planı və ölçüsü əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində 4992 manat dəyərində olan 1200 kv.m torpaq sahəsinin **********94 nömrə altında artıq xüsusi mülkiyyət kimi X8 adına 06.05.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmasına nail olub dələduzluq yolu ilə özgə əmlakını ələ keçirmişdir. İşdə olan "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə, sifarişçilər X11, İddiaçı1 və İddiaçı2 sifarişi əsasında tərtib edilmiş hesabatlardan görünür ki, aparılmış hesablamalar və təhlillərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən xüsusi mülkiyyətdə, hər birinin ölçüsü müvafiq olaraq 0.08 ha, 0.08 ha və 0.079047 ha olan torpaq sahələrində mövcud olmuş fərdi yaşayış evlərinin hər birinin tikintisinə çəkilmiş xərcin məbləği 2014-2015-ci il tarixləri üçün 386 363,83 (üç yüz səksən altı min üç yüz altmış üç) manat, 83 qəpik təşkil etmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı1 və digərlərinə ünvanlanmış 26.11.2020-ci il tarixli, 23.12.2020-ci il tarixli və 07.01.2021-ci il tarixli məktublardan görünür ki, onların müraciətləri baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 02 fevral 2022-ci il tarixli, BA-00461-2022 nömrəli məktubla təqdim edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısının 30.06.2014-cü il tarixli, 186,188 və 190 saylı sərəncamlarının və həmin sərəncamların verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərindən müəyyən edilmişdir ki, sözügedən sərəncamların verilməsinə əsas olmuş sənəd qismində İddiaçı2, X11 və İddiaçı1 ərizələri əlavə edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********36 nömrəli, 07.02.2022-ci il tarixli məktubla təqdim edilmiş məlumat və RX seriyalı, 0406265, ******* və ******* nömrəli çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin surətindən görünür ki, AN-İ seriyalı, 17.05.2014-cü il tarixli “Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsi”nin surətindən görünür ki, satıcı İddiaçı2 Məmmədxan oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi təəfindən 17.05.2014-cü il tarixdə verilmiş elektron dövlət reyestrindən arayışa (forma № 1) əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.239047 ha torpaq sahəsindən hər birinə 0.08 ha olmaq şərti ilə alıcılar X4 və İddiaçı1 olunun mülkiyyətinə vermiş, qalan 0.079047 ha torpaq sahəsi mülkiyyətçinin adında qalmışdır. Həmin torpaq sahələrinə dair bölgü sxem tərtib edilmişdir. Sonradan həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində yxuarıda qeyd edilən çıxarışlarla rəsmiləşdirilmişdir. RX seriyalı, ******* nömrəli çıxarış Səbail Rayon Məhkəməsinin 2(009)-1813/2018 saylı qərarı əsasında ləğv edilmişdir. RX seriyalı, ******* və ******* nömrəli çıxarışlar hazırda qüvvədədir. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmimş 6/5 nömrəli, 04.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, Səbail rayon İcra Hakimiyəyti başçısının 190 nömrəli, 30 iyun 2014cü il tarixli, 186 nömrəli, 30 iyun 2014-cü il tarixli və 188 nömrəli, 30 iyun 2014-cü il tarixli sərəncamları və onların tərkib hissələri Rayon İcra Hakimiyəyti arxivində aşkarlanmamışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçılar məhkəmədə qaldırdıqları iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişlər. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı2 AN-İ seriyalı, ******* nömrəli, 07.05.2014-cü il tarixli və AN-İ seriyalı, ******* nömrəli, 07.05.2014-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqavilə”lərinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 0.12 ha və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.119047 ha torpaq sahələrini X13 və X14 adından X15 almışdır. Həmin torpaq sahələrinə dair adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 14.05.2014-cü il tarixli dövlət reyestrindən çıxarış almış, sonradan AN-İ seriyalı, ******* nömrəli, 17.05.2014-cü il tarixli “Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsi”nə əsasən həmin torpaq sahəsinin 0.08 ha hissəsini X4, 0.08 ha hissəsini İddiaçı1 satmışdır. Qalan 0.079047 ha torpaq sahəsi onun adında qalmışdır. Həmin torpaq sahələrinə dair bölgü sxemi tərtib olunduqdan sonra, iddiaçıların hər birinin adına müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar tərtib olunmuşdur. Səbail rayon İcra Hakimiyyəti başçısının 30.06.2014-cü il tarixli, müvafiq olaraq 186, 188 və 190 saylı sərəncamlarına əsasən iddiaçılara fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. X5 Bələdiyyəsinin memarı vəzifəsində işlərkən vəzifəli şəxs kimi 2011-2014-cü illər ərzində vahid niyyətlə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə, yəni tamah və s. şəxsi niyyətlərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etmiş, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı etmiş, hüquq verən digər rəsmi sənədləri istifdə etmək məqsədi ilə saxtalaşdırmaqla və qanunsuz hazırlamaqla, bu cür sənədləri satmış, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta möhürlərini, ştamplarını və blanklarını hazrlamış və satmış, bilə-bilə həmin saxta sənədlərdən istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirməyə, yəni dələduzluq etməyə cəhd etmişdir. Həmin cinayət işi üzrə X26, X25 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 78.3.2, 178.3.2, 313, 320.1, 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli hökmü qəbul edilmişdir. Həmin hökmün surətindən müəyyən edilmişdir ki, X6 adına 06.05.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və X8 adına 06.05.2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış torpaq sahələri saxta sənədlər əsasında, dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməklə əldə olunmuş torpaq sahələri olmuşdur. Həmin saxta sənədlər əsasında əldə olunmuş torpaq sahələri sonuncular tərəfindən İddiaçı2 satılmış, İddiaçı2 tərəfindən isə həmin torpaq sahələri digər iddiaçılara satılmışdır. Göründüyü kimi, iddiaçılara məxsus torpaq sahələri saxta sənədlər əsasında (möhür, imza, blank və s. saxta olmaqla), dələduzluq yolu ilə özgə əmlakın ələ keçirməklə əldə olunmuş torpaq sahələri olmaqla, həmin torpaq sahələri faktiki olaraq etibarsız sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin şəxslər tərəfindən iddiaçılara satılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçılara məxsus torpaq sahələri faktiki olaraq etibarsız sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, etibarsız inzibati akt isə heç bir hüquqi nəticə yaratmayaraq, hüquqi qüvvəsi olmadığından, həmin torpaq sahələrində yerləşən tikililərin sökülməsi nəticəsində də, cavabdeh inzibati orqanın hər hansı bir qanunsuz qərarı və ya hərəkəti nəticəsində iddiaçıların mülkiyyət və ya digər hüquqlarının pozulmasından söhbət gedə bilməz, buna görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə eləcə də, qeyd edir ki, iddia tələbinin maddi ziyanın ödənilməsi ilə bağlı hissəsi təmin edilmədiyindən, hüquqi müqəddaratı həmin tələblə bağlı olan digər törəmə tələblər də, müzakirə olunmadan rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X24 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məşhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar