Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1257/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri ünvan 2i rayon Polis İdarəsinə qarşı “məhkəmə qərarının icra olunması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə cavabdeh Bakı şəhəri ünvan 2i rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati orqan olan Bakı şəhəri ünvan 2i rayon Polis İdarəsi tərəfindən 6(103)-74/2021, 6(006)-3/2022, 6(006)-47/2022 nömrəli məhkəmə qərarlarına diqqətlə yanaşılması və lazımi qaydada icra olunması, yeni açılan hallar - 13 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə Sverdlov küçəsi 13 ünvanındakı mənzililə bağlı notariat kontorunun və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin hətəkətləri və digər hallarla bağlı əlavə araşdırma aparılması və düzgün hüquqi qiymət verilməsi öhdəliyinin cavabdehə barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, inzibati orqan Bakı şəhəri ünvan 2i rayon Polis İdarəsi və üçüncü şəxs qismində göstərdiyi müstəntiq Orxan Süleymanlı və Sənan Qurbanov onun işinə səthi yanaşmışdır. Məhkəmə qərarları icra olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası sonuncu dəfə xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Cavabdehin iddiaya dair mülahizəsi (etiraz) məhkəməyə daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək və ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmaqla, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri ünvan 2i rayon Polis İdarəsinin 082-45181 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş ünvan 2i RPİ-nin İstintaq Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 2i RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X3, icraatında olan HK-1/689 saylı toplanmış materialı nəzərdən keçirərək, müəyyən etmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə ünvan 2i RPİ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, 19 yanvar 2017-ci il tarixdən 15 mart 2021-ci il tarixədək olan müddət ərzində evdə olmadığı zaman X4 ona məxsus mənzilin sahəsi və əşyalarını qəsdən məhv edərək zədələmişdir. 25 sentyabr 2021-ci il tarixdə ünvan 2i RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Sənan Qurbanov tərəfindən toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə Azərbaycan Respublikasının 39.1.1 -ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 05 yanvar 2022-ci il tarixdə ünvan 2i Rayon Məhkəməsinin qərarı ilə müstəntiq Sənan Qurbanov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilərək əlavə araşdırmanın aparılmasından ötrü geri qaytarılmışdır. 04 fevral 2022-ci il tarixdə ünvan 2i RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Sənan Qurbanov tərəfindən toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə Azərbaycan Respublikasının 39.1.1 -ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 31 mart 2022-ci il tarixdə ünvan 2i Rayon Məhkəməsinin qərarı ilə müstəntiq Sənan Qurbanov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilərək 14 aprel 2022-ci il tarixdə əlavə araşdırmanın aparılmasından ötrü geri qaytarılmışdır.24 aprel 2022-ci il tarixdə ünvan 2i RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Sənan Qurbanov tərəfindən toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə Azərbaycan Respublikasının 39.1.1 -ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 28 iyun 2022-ci il tarixdə ünvan 2i Rayon Məhkəməsinin qərarı ilə müstəntiq Sənan Qurbanov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilərək, əlavə araşdırmanın aparılmasından ötrü geri qaytarılmışdır. Araşdırma zamanı X4 və X1 olduğu yerin müəyyən edilərək izahatının alınması məqsədilə ünvan 2i RPİ-nin İŞ-nə gətirilməsi, eyni zamanda hadisə ilə bağlı əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərin keçirilməsi ilə əlaqədar əməliyyat tapşırığı verilsə də, araşdırma müddətində müvafiq sorğuya cavab verilməmişdir. Əlavə araşdırma zamanı X4 və X1 olduğu yerin müəyyən edilərək izahatının alınması və həmin şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirilməsi məqsədilə ünvan 2i RPİ-nin İŞ-nə gətirilməsi, eyni zamanda hadisə ilə bağlı əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərin keçirilməsi ilə əlaqədar əməliyyat tapşırığı verilsə də, araşdırma müddətində müvafiq sorğuya cavab verilməmişdir. X4 və X1 olduğu yerin müəyyən edilərək izahatının alınması məqsədilə ünvan 2i RPİ-nin İŞ-nə gətirilməsi ilə bağlı müsbət nəticə olmadığı üçün hadisə yerinə baxış keçirilməsi mümkün olmamışdır.Əlavə araşdırma zamanı X4 və X1 olduğu yerin müəyyən edilərək izahatının alınması və həmin şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirilməsi məqsədilə ünvan 2i RPİ-nin İŞ-nə gətirilməsi, eyni zamanda hadisə ilə bağlı əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərin keçirilməsi ilə əlaqədar əməliyyat tapşırığı verilsə də, araşdırma müddətində müvafiq sorğuya cavab verilməmişdir. X4 və X1 olduğu yerin müəyyən edilərək izahatının alınması məqsədilə ünvan 2i RPİ-nin İŞ-nə gətirilməsi ilə bağlı müsbət nəticə olmadığı üçün hadisə yerinə baxış keçirilməsi mümkün olmamışdır. ünvan 2i RPİ-nin İstintaq Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmiş və X4 və X1 izahatlarının alınmasından ötrü ünvan 2i RPİ-nin İŞ-nə gərilməsi təmin olunduqda, materialın ləğv edilməsindən ötrü ünvan 2i rayon prokuroru qarşısında vəsatət qaldırılması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora və digər maraqlı şəxslərə göndərilməsi, ərizəçiyə qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə ünvan 2i rayon prokurorluğuna və ya rayon məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi, materialın saxlanması üçün ünvan 2i RPİ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Bakı şəhəri ünvan 2i Rayon Məhkəməsinin 6(006)-47/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri ünvan 2i RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X2 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri ünvan 2i Rayon Məhkəməsinin 6(006)-47/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə şikayətin təmin edilməsi, ünvan 2i rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın qanunsuz hesab edilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri ünvan 2i rayon prokurorunun şikayət vermiş şəxslərin pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün zəruri tədbirlərin görülməsi, qərarın icrasının Bakı şəhər ünvan 2i rayon prokurorluğuna, qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri ünvan 2i Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(006)154/2022 saylı qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 2i rayon polis idarəsinin müstəntiqi X3 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayətdə onun ləğv edilməsini xahiş edərək göstərmişdir ki, ərizə ilə ünvan 2i rayon polis idarəsinə müraciət edərək 19 yanvar 2017-ci il tarixdən 15 mart 2021-ci il tarixədək olan müddət ərzində evdə olmadığı zaman X4 tərəfindən ona məxsus mənzilin sahəsi və əşyaların qəsdən məhv edilərək, zədələdiyini bildirmişdir. İdarənin müstəntiqi X3 tərəfindən xx.xx.2022-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, araşdırma zamanı X4 və X1 olduğu yerin müəyyən edilərək izahatının alınması və həmin şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirilməsi məqsədi ilə polis idarəsinə gətirilməsi, eyni zamanda hadisə ilə bağlı əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar əməliyyat tapşırığı verilsə də, araşdırma müddətində müvafiq sorğuya cavab verilməmişdir. Toplanılmış material üzrə hər hansı bir cinayət hadisəsi faktının olması müəyyən edilmədiyindən, cinayət işinin başlanmasının rədd edilməsi, X4 və X1 izahatlarının alınmasından ötrü gətirilməsi təmin olunduqda, materialın ləğv edilməsindən ötrü ünvan 2i rayon prokuroru qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Bakı şəhəri ünvan 2i Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(006)154/2022 saylı qərarı ilə, şikayətin təmin olunması, Bakı şəhəri ünvan 2i Rayon Polis İdarəsinin müstəntiqi X3 tərəfindən HK-1/689 saylı material üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qanunsuz hesab olunaraq, ləğv edilməsi qərara alınmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından göründüyü kimi, iddiaçı inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. xx.xx.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, hazırki tələblə bağlı cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri ünvan 2i rayon Polis İdarəsinə qarşı “məhkəmə qərarının icra olunması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1257/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1257/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver