Məhkəmə qərarları › İş №2-1(112)-1257/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1257/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1257/2024 16.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MMC) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********860100 saylı inzibati aktın ləğv edilməsi və nağdsız qaydada ödənilmiş 57469.58 AZN ƏDV məbləğinin 30 %-nin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinin xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “PMD GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında 22.11,2022-ci il tarixində notarial qaydada AN-İ ******* saylı alqı-satqı müqaviləsi (bundan sonra “müqavilə”) bağlanılmışdır. Müqaviləyə uyğun olaraq ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 156.8 m2 olan mənzil İddiaçı tərəfindən 376745 AZN-ə (X6 daxil) satın alınmışdır. Mənzilin ƏDV daxil dəyəri olan 376745 AZN (üç yüz yetmiş altı min yeddi yüz qırx beş manat) iddiaçı tərəfindən tam şəkildə nağdsız qaydada 53 saylı notariat ofisinin depozit hesabına, xx.xx.2022-cü il tarixində isə notariusun depozit hesabından satıcının - “PMD GROUP" MMC-nin bank hesabına ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində elektron qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə tərəfindən nağdsız qaydada ödənilmiş 57469.58 AZN ƏDV məbləğinin 30%-nin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.6-cı maddəsinə müvafiq olaraq geri qaytarılması üçün elektron ərizə ilə müraciət etmişdir. Həmin müracətlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********860100 saylı Qərara əsasən ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Qərarını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDVli) ödəniş tapşırığı ilə banka ödənildiyi müəyyən edilmişdir. Hesab edirəm ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş Qərar tamamilə qanunsuz və əsassızdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə yazılı vəsatət təqdim olunaraq İddiaçı iddia tələbi üzrə Dövlət Vergi Xidmətinin cavabdehlər siyahısından çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. İddiaçı daha sonra xx.xx.2023-cü il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti çıxarılaraq iddia tələbinin "xx.xx.2022-ci il tarixli, AN-İ ******* alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 156.8 m2 olan mənzilə görə iddiaçıya qaytarılacaq X6nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Premium Bank ASC – 1 saylı Filialı) ötürülməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.

5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Dövlət Vergi Xidmətinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir, iddia tələbi "xx.xx.2022-ci il tarixli, AN-İ ******* alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 156,8 m2 olan mənzilə görə iddiaçıya qaytarılacaq X6nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Premium Bank ASC – 1 saylı Filialı) ötürülməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

6. Cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı vergi orqanının xx.xx.2023-cü il tarixli **********860100 nömrəli “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılmasından imtina edilməsi haqqında" qərarın ləğv edilməsi və yaşayış sahəsi üçün ödənilmiş ƏDV-nin qaytarılması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh hesab edir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Mübahisələndirilən məsələnin mahiyyəti ilə bağlı bildirilir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə xx.xx.2022-ci il tarixli AN-1101848 nömrəli mənzilin alqı-satqısına dair müqavilə, 21.11 2022-ci il və xx.xx.2022-ci il tarixli ödəniş sənədləri əlavə etmişdir. Müraciət araşdırılarkən Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli **********8888003 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra Qayda adlanacaq) tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, Qaydanın 5.1.2-ci bəndinin müddəalarına əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-li) ödəniş tapşırığı ilə bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bundan başqa, iddiaçıya mənzili satan şəxs təsis paylarını almaqla əldə etdiyi yaşayış sahələrini sonradan fiziki şəxs olan istehlakçılara təqdim etdiyi zaman Qaydanın məqsədləri üçün satıcı sayılmadığından, yəni həmin binanın tikintisini həyata keçirmədiyindən Qaydada nəzərdə tutulan müddəalar və Vergi Məcəlləsinin 165.6-cı maddəsi həmin şəxsə şamil edilmir. Belə ki, Qaydanın 2.0.3-cü bəndinə əsasən satıcı - ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.

7. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Bakı şəhəri 53 saylı Notariat Ofisinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.

8. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

9. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

10. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçı mübahisələndirilən mənzili MTK-dan almalı olduğu halda, MMC-dən ("xxxx" MMC) almışdır.

11. Üçüncü şəxs məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

12. X1 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. Odur ki, iddianın növü öhdəliyin icrası növündə iddiadır.

14. İddia mümkündür.

III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********860100 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə X6nin qaytarılmasından imtina edilməsi haqqında“ Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-li) ödəniş tapşırığı ilə banka ödənildiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlər nəzərə alınaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61-ci maddələrini rəhbər tutaraq İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır.

16. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır (VÖEN: **********; Təşkilati-hüquqi forması: məhdud məsliyyətli cəmiyyəti). Cəmiyyət xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN **********), xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN **********), xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Zərgər” müəssisəsinin (VÖEN **********) və xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN **********) ona qoşulmaları nəticəsində yenidən təşkil edilmişdir və onların hüquqi varisidir.

17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, hazırda İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanı xx.xx.2017-ci il tarixdə "xxxx" MMCnin ("xxxx" MMC) adına ilkin qeydiyyata alınmışdır.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakaın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (elektron) surətindən görünür ki, ünvan 5 ünvanına xüsusi mülkiyyət hüququ (tam) "xxxx" X4 Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

19. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli Beh razılaşmasına əsasən ünvan 6 "PMD Group” MMC-yə məxsus olan yaşayış binasının 18-ci mərtəbəsində yerləşən, 1 saylı mənzilin, (bundan sonra mənzil adlandırılacaq) 1 m2 sahənin qiyməti 2,317.00 AZN (ikimin üç yüz on yeddi manat) (ƏDV daxil) olmaqla, alınmasına dair müqavilənin (bundan sonra müqavilə adlandırılacaq) bağlanılmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə Beh verən (iddiaçı) 5,000.00 (beş min) manat (ƏDV daxil) məbləğində vəsaiti beh qismində Beh alana (üçüncü şəxsə) ödənilməsi razılaşdırılmışdır. Tərəflər razılaşmışdırlar ki, mənzil üzrə 30 noyabr 2022-ci il tarixədək müqavilə bağlanılacaq və müqavilə qiymətinə dair razılaşdırılmış şərtlərin tam icrası üçün (beh məbləğindən başqa) qalıq pul vəsaitinin ödənişi nağd olaraq və ya köçürmə yolu ilə müqavilə üzrə təyin olunmuş müddətdə təmin ediləcək.

20. Reyestrdə 4Ə-3499 nömrə ilə qeyd edilmiş notariat işində olan 22 noyabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona məxsus olan ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 156,8 kv.m olan mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir.

İV. Məhkəmənin mövqeyi

21. Məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

22. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

23. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən X6 (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

24. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

25. Cavabdeh orqan tərəfindən iddia tələbinə etirazın əsası olaraq qeyd edilmişdir ki, iddiaçı mübahisələndirilən mənzili MTK-dan almalı olduğu halda, MMC-dən ("xxxx" MMC) almışdır. İddiaçıya mənzili satan şəxs (MMC) təsis paylarını almaqla əldə etdiyi yaşayış sahələrini sonradan fiziki şəxs olan istehlakçılara təqdim etdiyi zaman Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli **********8888003 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması Şərtləri və Qaydası”nın məqsədləri üçün satıcı sayılmadığından, yəni həmin binanın tikintisini həyata keçirmədiyindən Qaydada nəzərdə tutulan müddəalar və Vergi Məcəlləsinin 165.6-cı maddəsi həmin şəxsə şamil edilmir.

26. Məhkəmə bununla bağlı qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanının (mübahisələndirilən mənzilin) ilkin qeydiyyatı xx.xx.2017-ci il tarixdə məhz "xxxx" MMC-nin ("xxxx" MMC) adına həyata keçirilmişdir (daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (elektron) surəti də iş materiallarına əlavə olunmuşdur). 05 noyabr 2022-ci il tarixli mübahisələndirilən mənzillə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında Beh razılaşması bağlanmış və 22 noyabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satıcı qismində iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona məxsus olan ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 156,8 kv.m olan mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir.

27. Mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlanmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiq edilməli olduğunu hesab edir.

28. Odur ki, üçüncü şəxs "xxxx" MMC Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli **********8888003 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması Şərtləri və Qaydası”nın 2.0.3-cü maddəsinə əsasən satıcı hesab olunmalıdır.

29. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi və mübahisələndirilən qərarın qəbul edilməsi əsas olaraq yaşayış sahəsinə görə ödənişin müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürülməsini qeyd olunmuşdur.

30. İşin faktiki hallarına və qanunvericilik normalarının təhlilinə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı alıcı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, üçüncü şəxs "xxxx" MMC isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş X6nin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş (iş materiallarında olan ödəniş sənədləri ilə sübut olunur) və 90 gün müddətində X6nin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək müvafiq orqana müraciət etmişdir.

31. Qeyd edilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Qeyd edilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən üçüncü şəxs "xxxx" MMC tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim etməsi və depozit hesabına köçürülmüş olması ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqların həyata keçirilməsinə mane olan hal kimi dəyərləndirilməməlidir.

32. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması Şərtləri və Qaydası”nın 5.4-cü bəndinə əsasən alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur.

33. Məhkəmə həm də nəzərə alır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə hər hansı məlumat verilmədən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlanma və çatızmazlıqların aradan qaldırılması hüququndan da məhrum olmuşdur.

34. Təqdim edilən bank sənədlərinə əsasən mənzilə görə nağdsız ödəniş iddiaçının Premium Bank ASC-nin 1 saylı filialındakı hesabından həyata keçirilmişdir, odur ki, müvəkkil bank da məhz qeyd edilən filialdır.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, AN-İ ******* alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 156.8 m2 olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Premium Bank ASC-nin 1 saylı filialı) ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar